Month: June 2020

  • Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinə ayrıldı – Vərəm xəstələri köçürülür

    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinin qəbulu üçün istifadə edilən tibb müəssisələrinin siyahısına daxil edilib.

    Xəstələrin “Sputnik Azərbaycan”a verdikləri məlumata görə, artıq xəstələr bu institutdan köçürülür. Bu məlumatı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova təsdiqləyib.

    O, bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tibb müəssisələrinin koronavirus xəstələrinin qəbulu üçün hazırlanması prosesi normaldır:

    “Xəstələrimiz də digər belə xəstələr üçün nəzərdə tutulmuş dispanserlərə köçürülür. Biz xəstələrimizi çölə atmırıq ki. Onların müalicəsi köçürülən tibb müəssisələrində davam etdiriləcək”.

  • Azərbaycan hərbçiləri bu gün Moskvada Qələbə paradında iştirak edəcək

    Bu gün Rusiyanın paytaxtı Moskvada İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi parad keçiriləcək.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Ordusunun qulluqçularından ibarət parad heyəti iyunun 23-də Moskva şəhərinə yola düşüb.

    General-polkovnik Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti hərbi paradda qonaq qismində iştirak edəcək.

    Paradda ölkəmiz Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti ilə təmsil olunacaq.

    Qeyd edək ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunmuşdu.

  • Bakıdakı uşaq sığınacağına hücum oldu – AÇIQLAMA

    Azərbaycanda uşaq sığınacağına hücum olub.

    Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib.

    O bildirib ki, gecə saatlarında Birliyin nəzdindəki Uşaq Sığınacağı-Reabilitasiya Mərkəzinə hücum edilib.

    Məsələ ilə bağlı redaksiyamıza açıqlama verən K.Ağazadə vəziyyəti belə izah edib:

    “Sığınacağımıza bir ay əvvəl Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yerləşdirilmiş qızın bibisi və bibisinin qızı gecə saat 01:00-da hücum edib. Hər iki şəxs ünvanımıza təhqirlər yağdırdı, hədə-qorxu gəldi. Ətrafdakı binalarda yaşayan sakinlər şahiddirlər. 17 yaşlı qız bizə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən gətirilib.


    Dünənki hadisə ilə bağlı DİN-nin 102 Xidməti – Zəng Mərkəzinə məlumat verdik. Qısa zamanda əraziyə gələn polis əməkdaşları onları sığınacağın ətrafından uzaqlaşdırdılar. Bu vəziyyət sığınacaqdakı uşaqlara da yaxşı təsir etmədi. Təbii ki, bu məqamlar binanın ətrafındakı təhlükəsizlik kameralarına düşüb. Həmin görüntülər də hüquq-mühafizə orqanlarına təqdim ediləcək”.

    K.Ağazadə həmin şəxslərin sığınacağa yerləşdirildikdən bir aydan sonra qızı görmək istəmələrinin səbəbinə də aydınlıq gətirib:

    “Onların uşağı görmək istəmələrinə səbəb darıxmaları və ya qızın vəziyyətinin necə olması deyil. Səbəb odur ki, uşaq bizə gətiriləndə çox baxımsız, pis vəziyyətdə idi. Ana dediyi bibisi tərəfindən döyüldüyünü deyirdi. İnanın mənə, elə yaxşı, sakit uşaqdır. O zaman ekspertizaya göndərilmişdi. Nəhayət, qızın tibbi ekspertizasının nəticəsi məlum olub.

    Bu insanlar da məsələni bildikləri üçün uşağı dilə tutub, izahatını dəyişməyə məcbur etmək istəyirlər. Əlavə olaraq qeyd edək ki, hər iki şəxs Xaçmaz rayon sakinləridir. Xüsusi rejimli karantin vəziyyətində bu şəxslərin Bakıya necə gəldiyini də başa düşə bilmirəm”.

  • Su kanalında batmış 38 yaşlı kişinin meyiti tapıldı

    Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsar oğlunun axtarışları başa çatıb.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, O.Soltanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq, kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, dünən səhər saatlarında O.Soltanovun batması haqqında məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olmuşdu.

  • В Азербайджане сегодня пройдут очередные выпускные экзамены

    Сегодня, 24 июня, Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана проведет выпускные (вступительные) экзамены на уровне общего (9-летнего) и полного (11-летнего) среднего образования.

    Как сообщили в ГЭЦ, на входе в здание во время проверки абитуриент обязан поддерживать социальную дистанцию, предъявить удостоверение личности и временно снять маску, чтобы показать свое лицо.

    Выпускники (абитуриенты), которые примут участие в экзаменах (начало – в 11:00), имели возможность с 21 июня распечатать пропускной лист посредством интернета.

    За 15 минут до их начала, то есть в 10:45, пропуск в помещение будет прекращен. Зайти в здание, где проводятся экзамены, нужно в указанное в пропускном листе время.

    Участники должны иметь при себе медицинскую маску и использовать ее правильно, то есть она должна прикрывать нос, рот и подбородок.

    Отметим, что в экзаменах 24 июня ожидается участие 8 712 абитуриентов, 25 июня – 10 519, в целом – 19 231 абитуриента.

  • Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün və sabah ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

    DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.

    İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

    Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də, binaya buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

    İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

    Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    – İmtahana buraxılış vərəqəsi;

    – Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

    – Şəxsiyyəti təsdiq edən sənədin əsli:

    a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

    b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

    – Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

    İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından iyunun 21-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

    İmtahanlar 24 və 25 iyun tarixlərində respublikanın 19 şəhər və rayonunda keçiriləcək.

    Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə, 95 imtahan binası, 1 530 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 95 ümumi imtahan rəhbəri, 245 imtahan rəhbəri, 1994 nəzarətçi–müəllim, 190 buraxılışı təşkil edən əməkdaş, 95 bina nümayəndəsi ayrılıb.

    İyunun 24-də keçiriləcək imtahanlarda 8 712, iyunun 25-də keçiriləcək imtahanlarda isə 10 519 nəfər olmaqla, ümumilikdə 19 231 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.

    Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

    Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması) həyata keçirilib.

    Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

    İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxararaq üzünü göstərməlidir.

    DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə buradan tanış ola bilərsiniz.

    Bir daha xatırladırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu üçün həmin şəhər və rayonlarda 24 və 25 iyun tarixlərində imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.

  • Azərbaycan özünü qoruyucu və gigiyenik vasitələrlə təmin edə bilirmi? – VİDEO

    Çindən başlayaraq bütün dünyaya yayılan koronavirus pandemiyası gündəlik həyatımızda bir sıra dəyişikliklər etməyimizi zərurətə çevirdi.

    COVID-19 gündəlik qoruyucu və gigiyenik vasitələri həyatımızın ayrılmaz hissəsi halına gətirdi.

    Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycanda həmin vasitələrin istehsalına başlanıldı.

    Bəs ölkədə bununla bağlı vəziyyət nə yerdədir? Azərbaycan özünü qoruyucu və gigiyenik vasitələrlə təmin edə bilirmi?

    Ətraflı Baku TV-nin videosüjetində:

  • Gəncə sakini naməlum şəraitdə bıçaqlandı

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə şəhərin “Kərpic zavodu” adlanan ərazisində qeydə alnıb.

    1980-ci il təvəllüdlü Ruslan Kərimov kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

    40 yaşlı kişinin hansı şəraitdə bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

  • 4 il 6 ay öncə itkin düşən daha bir neftçinin meyiti tapıldı: Sabah dəfn ediləcək

    “May ayının 19-da Günəşli yatağında aşkar olunub, iyun ayında dənizdən çıxarılan iki cəsəddən birinin 2015-ci ildə SOCAR, 28 May adına NQÇİ-nin 10-cu platformasında baş verən yanğın nəticəsində həlak olan Elşad Rəsulova məxsus olduğu dəqiqləşib. Cəsəd sabah mərhumun ailəsinə təhvil veriləcək”.

    Bunu hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında yazıb.

    Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.

    Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.

    Bir müddət əvvəl itkin düşən dənizçilərdən ikisinin – 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevin meyiti tapılmışdı. Meyitlər tanınan vəziyyətdə idi.

  • TƏBİB-dən alınan səlahiyyət Səhiyyə Nazirliyinə verildi

    Koronavirus infeksiyasına yoluxmuş şəxslərə ev şəraitində ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımı Səhiyyə Nazirliyi, stasionar müalicəni TƏBİB həyata keçirəcək.

    “Qafqazinfo” xəbər verir ki, ölkədə sanitariya-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin təkmilləşdirilməsi və koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər icra olunur. Həyata keçirilən növbəti əhəmiyyətli tədbirlərdən biri də yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərə həm ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın, həm də stasionar müalicənin keyfiyyətli göstərilməsi, bu sahələrə ayrı-ayrılıqda diqqətin yönəldilməsi və proseslərin icrasının gücləndirilməsidir.

    Belə ki, xüsusi karantin rejimi müddətində Bakı şəhəri üzrə yeni növ koronavirus infeksiyası ocaqlarında gigiyena və epidemiologiya, karantin-təşkilati, o cümlədən profilaktik tədbirlərinin görülməsi, yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin yerində aşkarlanaraq onlara ev şəraitində ambulator-poliklinik və təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

    Gigiyena-epidemioloji, habelə yuxarıda göstərilmiş sahələrdə çalışan tibb işçilərinin yeni növ koronavirus ocaqlarının aşkarlanmasına və bu ocaqlarda tibbi yardımın təşkilinə cəlb olunması nəzərdə tutulur. Yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin stasionar müalicəsinin təşkilini isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxs həyata keçirəcək.

    Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər ölkədə sanitariya-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin gücləndirilməsi məqsədini daşıyır.