Month: June 2020

  • Azərbaycanda koronavirusla bağlı bu günə olan statistika açıqlandı

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) Azərbaycanda koronavirusla bağlı bu günə olan statistikanı açıqlayıb.

    Məlumata görə, bu gün Azərbaycanda koronavirusla bağlı 6 464 test edilib. Onlardan 508-i pozitiv nəticələnib. Bununla da ölkədə koronavirusla bağlı ümumi test sayı 432 858-ə çatıb.

    Hazırkı dövrədək ölkəmizdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib. 6 045 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

  • Həftədə iki dəfə Bakı-İstanbul-Bakı çarter reysi olacaq

    Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan Respublikası vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün 29 iyun tarixindən başlayan həftədən etibarən qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə mütəmadi çarter reysləri həyata keçiriləcək.

    Digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Azərbaycana gələ biləcəklər.

    Reyslərin tarixləri, təyyarə biletinin qiyməti, tələbələrə şamil olunacaq güzəştlər və digər tələb və şərtlər barədə əlavə ətraflı məlumat veriləcək.

  • Bakıda və digər bölgələrdə yaşayan Naxçıvan sakinlərinin NƏZƏRİNƏ

    Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

    İyun ayının 26-dan etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlər vaxtı bitmiş, itirilmiş, yaxud istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini yenisi ilə əvəzləyə biləcəklər. Məlumatda deyilir:

    “2020-ci il iyun ayının 26-dan etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlər vaxtı bitmiş, itirilmiş yaxud istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi üçün Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində növbəti dəfə fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşlarına müraciət edə bilərlər.

    Sakinlərdən göstərilən ünvanda müraciət zamanı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 Pandemiyası ilə əlaqədar qəbul etdiyi qərarlara ciddi riyaət etmələri xahiş olunur”.

  • Baş Prokurorluqdan Abşeron rayon icra hakimiyyəti ilə bağlı açıqlama: Akif Əliyev həbs edildi

    Azərbaycan Respublikasında həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.

    Bu çərçivədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161–Qaynar xətt” əlaqə mərkəzinə Abşeron rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciətlər araşdırılmışdır.

    Bununla əlaqədar həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Abşeron rayon icra hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

    Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.

    Həmçinin, istintaqla Murad Əhmədovun özünün Akif Əliyevlə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək vətəndaşın Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin nəzdində 96 kv/m qeyri yaşayış sahəsinin texniki şərtlərinə dəyişiklik edilməsi və eskiz layihəsinin hazırlanması imkanına malik olmasını, bunun müqabilində 2500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək vətəndaşı aldatmasına, qeyd edilən məsələnin müsbət həlli üçün onun 1000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, o cümlədən vətəndaşın xeyrinə edəcəyi hərəkətə görə sonuncunu 2500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir.

    Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əhmədov vətəndaşı aldadaraq 1000 manat məbləğində pulu 20.06.2020-ci il tarixdə ondan alarkən cinayət başında yaxalanmışdır.

    Qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunmuşdur.

    Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.

    Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin, eləcə də baş vermiş qanun pozuntularında iştirakı müəyyən edilən rayon icra hakimiyyətinin əməkdaşlarının tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi və Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyyə edir.

  • В Азербайджане еще 335 человек вылечились от коронавируса

    Сегодня в Азербайджане еще 335 инфицированных вылечились и были выписаны домой.

    Об этом 23 июня сообщает оперативный штаб при Кабинете министров.

    Таким образом, на сегодняшний день число вылечившихся в стране достигло 7 503.

  • Bu gün Azərbaycanda 335 nəfər koronavirusdan sağalaraq evə buraxılıb

    Bu gün Azərbaycanda daha 335 nəfər yeni növ koronavirusdan sağalaraq evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

    Məlumatda bildirilir ki, bununla da ölkədə indiyə qədər koronavirusdan sağalanların sayı 7503-ə çatıb.

  • Генпрокуратура: арестованы должностные лица в Апшеронской исполнительной власти – ОБНОВЛЕНО

    Генеральная прокуратура распространила заявление о проведенной в Апшеронском районе операции. Как сообщили haqqin.az в пресс-службе Генпрокуратуры, были расследованы поступившие на горячую линию «161» Главного управления по борьбе с коррупцией при генпрокуроре жалобы на незаконные действия должностных лиц Исполнительной власти Апшеронского района.

    В результате проведенных в связи с этим комплексных оперативно-следственных мероприятий было установлено, что заведующий отделом архитектуры и строительства ИВ Апшеронского района (главный архитектор района) Акиф Алиев, несмотря на то, что не был подготовлен проект строительства, не было сделано официальных запросов на получение разрешения на строительство в ИВ района, не было проведено оформления необходимой документации, пообещал гражданам, что под его покровительством и прикрытием они смогут провести строительство. При посредничестве начальника отдела жилищного строительства, производства, эксплуатации и ремонта Мурада Ахмедова получил взятку в размере 3 тысяч манатов, а затем заявил гражданину, что в ходе строительных работ участок строительства увеличился, и потребовал от него еще взятку в размере 1,5 тысячи манатов. Эти деньги он разделил с Мурадом Ахмедовым.

    В связи с этим Акиф Алиев 23 июня 2020 года был задержан в качестве обвиняемого по статье 311.2 (получение взятки), решением суда в отношении него избрана мера пресечения в виде ареста сроком на 4 месяца.

    Также следствие установило, что Мурад Ахмедов, сказал гражданину, что он близок к Акифу Алиеву и может внести изменения в эскизный проект в участок нежилых помещений площадью 96 кв. метров жилого комплекса AAAF Park. Мурад Ахмедов сказал, что для этого гражданин должен дать взятку в размере 2,5 тысячи манатов.

    В ходе получения 1 тысячи манатов в качестве взятки 20 июня Мурад Ахмедов был задержан сотрудниками Главного управления по борьбе с коррупцией.

    Мураду Ахмедову были предъявлены обвинения по различным статьям УК Азербайджана, решением суда в отношении него избрана мера пресечения в виде ареста сроком на 3 месяца.

    В настоящее время продолжаются необходимые оперативно-следственные мероприятия по установлению и привлечению к ответственности всего круга причастных лиц.

  • FHN əməkdaşlarının səlahiyyətləri artırılır

    Nazirlər Kabineti “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nın təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

    Dəyişikliyə əsasən, “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nın müddəaları Fövqəladə Hallar Nazirliyinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə (bundan sonra – şəxslər) şamil edilir.

    Qüvvədə olan qərara əsasən, bu, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə (bundan sonra – şəxslər) şamil edilirdi.

    Eyni zamanda, əlavə güzəştlər və kompensasiyalar şamil olunan Fövqəladə Hallar Nazirliyi fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarının, hərbi qulluqçularının, eləcə də digər şəxslərin adbaad qeydiyyatı və onların fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirakı müddətinin müəyyən edilməsi qeyd edilən şəxslərin işlədikləri (xidmət keçdikləri) müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin və fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş Silahlı Qüvvələrin növlərinin komandanlarının (onlara bərabər və ya onlardan yuxarı səlahiyyəti olan rəislərin) əmrləri əsasında həyata keçiriləcək.

    İndiyə qədər bu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidmətinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə aid idi.

  • Gürcüstan və Rusiyadan 428 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

    Gürcüstan və Rusiya Federasiyasından 428 nəfər Azərbaycan vətəndaşının ölkəyə qayıtması təmin edilib.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Məlumatda bildirilir ki, COVID-19 pandemiyası ilə əlaqədar qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası ilə Gürcüstan və Rusiya Federasiyası arasında müntəzəm sərnişin hava uçuşları və dəmiryol sərnişin daşıması müvəqqəti dayandırıldığından vətəndaşların qəbulu məqsədilə xüsusi çarter reysləri və ölkələrin quru sərhədlərində yaradılan xüsusi keçiddən istifadə olunur.

    Azərbaycana gəlmək istəyən vətəndaşların müraciətləri əsasında Gürcüstandan ölkəmizə daha 176 nəfər soydaşımız əvvəlcədən müəyyən olunan siyahı əsasında Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçərək vətənə qayıdıb.

    Bununla yanaşı, Azərbaycan və Rusiya sərhədindəki Samur sərhəd-nəzarət məntəqəsi vasitəsilə ölkəmizə gəlmək istəyən 252 vətəndaşımızın da Azərbaycana qayıtması təmin edilib.

    Sərhədi keçən vətəndaşlar Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq karantin zonalarında yerləşdirilirlər.

    Xatırladaq ki, xarici ölkələrdə olan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımızın geri qayıtması ilə əlaqədar koronavirus pandemiyası dövründə ardıcıl tədbirlər görülür.

  • Azərbaycanda keçmiş nazirin “Azəriqaz”a 217 min manat borcu var – RƏSMİ AÇIQLAMA

    Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova məxsus, Ağsuda yerləşən istixananın “Azəriqaz”a 200 min manatdan çox borcunun olması barədə məlumatlar yayılıb.

    Bildirilir ki, bir neçə ildir ki, “Ağsu-Aqrotexservis” ASC, daha sonra isə adı “Formes.group.az” MMC kimi dəyişdirilən istixananın “Azəriqaz” İstehsalat Birliyinə böyük məbləğdə borcu var.

    “Azəriqaz” İB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh “Ağsu-Aqrotexservis” ASC-dən (istixana) təbii qazdan istifadəyə görə yaranmış 137 min 200 manat 80 qəpik borc “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməlidir:

    “Daha sonra 2019-cu ilin noyabr ayında “Ağsu-Aqrotexservis” ASC ilə “Azəriqaz” İB arasında qətnamə üzrə borcun hissə-hissə icra edilməsi məqsədilə tərəflər arasında müvafiq razılaşma imzalanıb.

    Razılaşmaya əsasən, “Ağsu-Aqrotexservis” ASC ilkin olaraq qətnamə üzrə borcdan 20 000 manat ödəməyi, 25.01.2020-ci ildən başlayaraq 25.12.2020-ci ilədək isə hər ay istehlak edilmiş qazın dəyərini ödəməklə yanaşı, 9 min 766 manat 74 qəpik borcun ödənilməsini öhdəsinə götürüb.

    İstixananın qaz təchizatı razılaşmanın şərtlərinə uyğun olaraq 2019-cu ilin noyabr ayında bərpa edilib. Lakin “Ağsu-Aqrotexservis” ASC tərəfindən razılaşmaya əməl edilməyib”.

    ASC-dən bildirilib ki, müəssisə adını deyişdikdən sonra borc ödənilməyib:

    “Ağsu-Aqrotexservis” ASC-yə məxsus istixana 2019-cu ilin noyabr ayında icarə müqaviləsinə əsasən, “Formes.group.az” MMC-yə verilib. İcarə müqaviləsində “Formes.group.az” MMC tərəfindən müqavilə imzalanan günədək qaza görə yaranmış borcların ödənilməsinə dair öhdəlik götürülüb.

    Eyni zamanda, 26.11.2019-cu ildə “Formes.group.az” MMC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi imzalanıb. Hazırkı vaxtda həmin müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində “Formes.group.az” MMC-nin Birliyə 217 min 240 manat 81 qəpik borcu yaranıb.

    Dəfələrlə Birliyin Ağsu Regional qaz istismarı İdarəsi tərəfindən borcun ödənilməsi məqsədilə “Formes.group.az” MMC-yə müraciətlər cavabsız qalıb. Buna görə də müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur”.