Month: June 2020

  • İsrail hökuməti koronavirusun ikinci dalğasının başladığını elan edib

    İsraildə koronavirus epidemiyasının ikinci dalğası başlayıb.

    APA-nın “The Times of Israel” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyi və Hərbi kəşfiyyat İdarəsi nəzdində fəaliyyət göstərən Koronavirusa qarşı mübarizə Mərkəzinin birgə hesabatında bildirilib.

    Qeyd edilib ki, epidemiyanın ikinci dalğası iyul ayında minlərlə yeni yoluxmaya və yüzlərlə ölüm hallarına səbəb olacaq.

    “Yeni dalğa əvvəlkindən xüsusiyyətlərinə görə fərqlənəcək, lakin bu o qədər də ciddi olmayacaq. Mövcud vəziyyətlə bağlı ciddi karantin rejimi yenidən tətbiq edilə bilər” – hesabatda vurğulanıb.

    Səhiyyə Nazirliyi vətəndaşların maskadan istifadə və koronavirusun qarşısını almaq üçün digər tədbirləri ciddiyə almamasından narahatlığını bildirib.

    Səhiyyə Nazirliyi, həmçinin, xəstələrinin qəbulu üçün bütün ixtisaslaşdırılmış şöbələri açmağa hazır olduğunu bəyan edib.

  • Xarici zəvvarlar üçün builki Həcc ziyarəti ləğv edildi

    Səudiyyə Ərəbistanı xaricdən gələn zəvvarlar üçün builki Həcc ziyarətini ləğv edib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

    Bildirilib ki, sözügedən ölkə yeni növ koronavirus pandemiyası səbəbindən bu il xarici ölkələrdən gələcəyi nəzərdə tutulan zəvvarlar üçün İslamın müqəddəs yerləri Məkkə və Mədinəyə Həcc ziyarətini ləğv edib.

    “Həcc ölkədə yaşayan müxtəlif millətlərdən olan çox məhdud sayda zəvvarın iştirakı ilə keçiriləcək”, – deyə məlumatda qeyd olunub.

  • BDU-nun tanınmış müəllimi vəfat edib – FOTO

    Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Doluxanov vəfat edib.

    Median.Az xəbər verir ki, A.Doluxanov iyunun 22-də 69 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, A.Doluxanov 2002-ci ildən BDU-da çalışırdı.//report.az

  • В Баку автомобиль сбил 37-летнюю женщину

    В Баку произошло дорожно-транспортное происшествие, в результате которого пострадал пешеход.

    Как передает Median.Az, инцидент зарегистрирован недалеко от станции метро “Ази Асланова”.

    Переходившую дорогу Агаеву Вафу Гюльага гызы (1983 г.р.) сбил автомобиль.

    Пострадавшая была доставлена в больницу на машине скорой медицинский помощи. Ей был поставлен диагноз “перелом левой плечевой кости”.

  • Koronavirusdan ölən xalq artistinin oğlu da COVID-19-a yoluxdu – VİDEO

    Koronavirusdan ölən Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayevin oğlu da bu COVID-19-a yoluxub.

    Median.Az-ın məlumatına görə, bu barədə ATV-nin efirində yayımlanan “Bizimləsən” verlişində aparıcı Zaur Baxşəliyev bildirib.

    O qeyd edib ki, mərhumun oğlu Seymur Mustafayevdə də COVID-19 aşkarlanıb.//oxu.az

  • Daşkəndin bəzi məhəllələri “qırmızı” zona elan olundu: Giriş-çıxış qadağan edildi

    Özbəkistanda yeni növ koronavirusa yoluxma hallarının artması səbəbindən paytaxt Daşkəndin daxili kvartallarında karantin tədbirləri sərtləşdiriləcək, bəzi küçələrə giriş-çıxış bağlanacaq, yollarda nəzarət məntəqələri qurulacaq və sutka ərzində növbə tutulacaq.

    Bu barədə “RİA Novosti”yə yerli hakimiyyət orqanlarından məlumat verilib.

    Qeyd olunub ki, ilk dəfə martın 15-də koronavirusa yoluxmanın rast gəlindiyi Özbəkistanda son məlumatlara görə, ümumi 6358 yoluxma halı aşkar edilib, 19 nəfər ölüb, 4377 nəfər isə sağalıb.

    Ölkədə yoluxmanın səviyyəsinə görə ərazilər “sarı”, “yaşıl” və “qırmızı” bölgələrə ayrılıb.

    Daşkənddəki kvartalların bəziləri “qırmızı” bölgələrə aid olduğundan o ərazilərə giriş-çıxışlar bağlanacaq. Hazırda paytaxt özü “sarı” bölgə olsa da, şəhərin 513 məhəlləsindən (kvartal) 71-i yoluxma vəziyyətinə görə “qırmızı” bölgəyə çevrilib.

    Daha əvvəl Özbəkistan prezidenti Şavkat Mirzoyev bildirmişdi ki, ölkədə koronavirusla mübarizə təhlükəli xarakter alır. Bununla əlaqədar karantin müddəti avqustun 1-nə kimi uzadılmışdı.

  • ÜST: Dünyada koronavirusa yeni 152 mindən çox yoluxma qeydə alınıb

    Dünyada koronavirusa yoluxanların sayı 8,86 milyonu ötüb.

    Median.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

    ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 152 mindən çox yoluxma qeydə alınıb.

    Qeyd edilir ki, hazırda dünyada koronavirusa 8 860 331 yoluxma və 465 740 ölüm aşkarlanıb. Son sutkada aşkarlanan yeni yoluxma hallarının sayı 152 323-dür, COVID-19-dan ölənlərin sayı isə 4 025 nəfər artıb.

  • В Казахстане ужесточен карантинный режим

    В Алматы в последнее время резко ухудшилась ситуация по заболеваемости коронавирусной инфекции, заявил главный государственный санитарный врач города Жандарбек Бекшин.

    Как сообщает “Казинформ”, он подчеркнул, что эпидемиологическая ситуация в большей мере зависит от самодисциплины горожан.

    Ж.Бекшин отметил, что на сегодня в Алматы зарегистрировано свыше трех тысяч случаев заражения COVID-19. Поэтому, чтобы не допустить дальнейшего распространения инфекции, помимо действующих ограничительных мер были приняты дополнительные.

    “Не секрет, что основными местами заражения коронавирусом являются места с массовым скоплением людей и общественный транспорт, где происходит заражение путем близкого контакта человека к человеку, которого практически невозможно избежать. Именно поэтому было решено ограничить доступ к общественным местам на эти выходные и провести там массовую дезинфекцию. Хочу напомнить, что дезинфекция является основой профилактики коронавируса, и в это понятие также входит соблюдение личной гигиены, частое мытье рук, проведение влажной уборки дома с применением дезинфицирующих средств и проветривание помещений”, – объяснил Бекшин.

    Ранее он проинформировал граждан Алматы о текущей ситуации по тестированию. По его словам, в городе работает шесть лабораторий, чья мощность достигает четырех тысяч исследований в сутки.

    “Если ранее услуга платной лабораторий не пользовалась спросом, то буквально в последнюю неделю спрос резко увеличился. Некоторые граждане по 3-4 раза в месяц делают исследования. Есть объективные причины”, – сказал он.

    Ранее сообщалось, что в Казахстане усилены ограничительные меры на период выходных дней 20-21 июня.

  • Göygöldə yol-nəqliyyat hadisəsi olub

    Göygöl rayonunda yol qəzası baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Aşıqlı kəndində qeydə alınıb.

    İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan var. Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

    Hadisənin təfərrüatları araşdırılır.

  • Onlar karantin rejimində SMS-lə icazə alıb evləndilər – VİDEO

    Bildiyiniz kimi karantin dövründə kütləvi məclislərin o cümlədən də toyların keçirilməsi qadağandır. Amma sevən ürəklər üçün bu əngəl deyil. İndi sizə təqdim edəcəyimiz süjetin qəhramanları kimi. Maraqlısı budur ki, bu cütlüyün nikahları kimi elçiliyi də karantin qaydalarına uyğun olub.

    Əfsanə jurnalistdir, Anar isə marketinq meneceri. Bir-birini sevən bu cütlük öz münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər və onlara karantin də mane ola bilməyib.

    Anar təhsil dalınca Türkiyəyə gedir. Qayıdanda isə ürəyini Əfsanəyə açır.

    Anar deyir 8 ilin cəzası elə belə də olmalıydı. Bir də ki, Əfsanə üçün 8 il gözləməyə dəyərdi. Əfsanə isə bu sevgini pandemiyanın hədiyyəsi adlandırır.

    Onların elçiliyi də maraqlıdır. Valideynlər demək olar ki, vaxtı hesablamaq məcburiyyətində qalıblar.

    İndi gənclər səbirsizliklə koronovirus pandemiyasının bitməyini və xoş günlərini ailələri ilə qeyd edəcəkləri günü gözləyirlər. Və inanırlar ki, sevgiyə heç nə əngəl deyil.