Month: June 2020

  • İtaliyada mart ayından bəri ən aşağı ölüm hadisəsi qeydə alınıb

    İtaliyada son sutka ərzində koronavirusdan 23 nəfər ölüb.

    APA-nın ANSA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

    Bildirilib ki, bu rəqəm mart ayının əvvəlindən bu günə olan ən aşağı göstəricidir.

    İtaliyada ölənlərin ümumi sayı 34 657 nəfərə çatıb.

    Son 24 saat ərzində 218 yeni yoluxma hadisəsi qeydə alınıb.

  • Türkiyədə bu gün koronavirusdan 24 nəfər ölüb

    Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 24 nəfər ölüb.

    APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

    Nazir qeyd edib ki, son 24 saatda 41413 şübhəli koronavirus testindən keçib, onlardan 1212-nin cavabı pozitiv çıxıb. Bu gün 1293 xəstə sağalıb.

    Türkiyədə yeni növ koronavirusdan indiyədək 4974 nəfər ölüb, 188897 nəfər bu infeksiyaya yoluxub, 161533 nəfər isə müalicə olunub.

  • Bakıda 37 yaşlı qadını avtomobil vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə “Həzi Aslanov” metrostansiyasının yaxınlığında qeydə alınıb.

    Belə ki, 1983-cü il təvəllüdlü Ağayeva Vəfa Gülağa qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bazu sümüyünün əziyi diaqnozu qoyulub.

  • Dünya daha bir böhrana “hamilədir” – RƏQƏMLƏR

    Koronavirus bəşəri bəladır. Bu bəla pandemiya xarakteri alıb və hər bir ölkənin bütün sahələrini iflic vəziyyətinə salır. Virus dünya iqtisadiyyatına da mənfi təsirlər göstərir və ölkələr daha bir qlobal böhrana “hamilədir”.

    İqtisadiyyatla yanaşı, əhalinin sağlamlığını təhlükə altına qoyan və “ölüm mələyinə” çevrilən koronavirusa qarşı mübarizə dünya ölkələrini vahid mövqedən çıxış etməyə vadar edir.

    Yəni bütün dövlətlər təcrid olunma siyasətinə keçib və karantin rejimi tətbiq edirlər.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge deyir ki, koronavirusdan ölüm hallarının 43 faizi Avropanın payına düşür.

    O bildirib ki, dünya ölkələri hələ xəstəliyin daha geniş yayılması təhlükəsi ilə üzləşəcəklər.

    Buna görə də ÜST-ün Avropa regional ofisi üçün payıza hazırlıq prioritet məsələdir.

    ÜST-ün Şərqi Aralıq dənizi üzrə regional direktoru Əhməd Əl-Mandhari isə qeyd edir ki, koronavirusla bağlı bir çox tədqiqatlar aparılsa da, hələ də bəzi məsələlər qeyri-müəyyən olaraq qalır.

    Onun sözlərinə görə, xəstəlik inkişaf etdikcə, pandemiyaya necə nəzarət olunmasına dair yeni tövsiyələr də aktuallaşır.

    Ən son rəqəmlərə əsasən, dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 9 milyon 101 min 661 nəfərdir.

    Yoluxanlardan 471 min 585 nəfər ölüb, 4 milyon 874 min 973 nəfər isə sağalıb.

    ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyon 365 min nəfərdən çoxdur. Ölüm halı isə 122 min 318 nəfərdir.

    Bu göstəriciyə görə sonrakı yerdə Braziliya qərarlaşır. Bu vaxta qədər Braziliyada 1 milyon 86 min 990 şəxs koronavirusa yoluxub, onlardan 50 min 659 nəfəri vəfat edib.

    Koronavirusdan ölüm statistikasına görə, Rusiya, Hindistan, Böyük Britaniya, İtaliya, Fransada da rekord göstəricilər qeydə alınıb.

    Acınacaqlı mənzərənin davam etməməsi üçün ölkələr karantin rejiminə keçir.

    Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahı da dünyadakı vəziyyəti təhlil edir və dünya təcrübəsininin tətbiqinə çalışır.

    Baş nazir Əli Əsədovun qərarına əsasən, iyunun 21-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

    Sərt karantin rejimi iyulun 5-i saat 06:00-dək davam edəcək.

    Qeyd edək ki, bu zamana qədər Azərbaycanda 13 min 207 nəfər COVİD-19-a yoluxub. Onlardan 7168 nəfəri sağalıb, 161 nəfər isə vəfat edib.

    Hazırda ölkə üzrə aktiv xəstə sayı 5878 nəfərdir.

  • Üç gün əvvəl Yevlaxda qaz partlayışı zamanı yanıq xəsarəti alan kənd sakini bu gün ölüb

    İyunun 19-da Yevlaxın Xaldan qəsəbəsinin Aşağı Bucaq kəndində evdə qaz partlayışı nəticəsində çoxsaylı yanıq xəsarətləri alan 1973-cü il təvəllüdlü Rəsulov Məharət Mehralı oğlu bu gün dünyasını dəyişib.

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisədən dərhal sonra M.Rəsulov xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin cəhdinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

  • Sabahdan Moskvada kafe və restoranlar açılacaq

    Moskva meri Sergey Sobyanin koronavirusla bağlı tətbiq olunan məhdudlaşdırılmaların aradan qaldırılmasının yeni mərhələsini elan edib.

    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskva meri öz bloqunda yazıb.

    O, iyunun 23-dən etibarən üç aylıq fasilədən sonra kafe və restoranların açılacağını bildirib.

    Bununla bərabər, sabahdan Moskvada fitnes klubların, hovuzların və idman zallarının fəaliyyətinə icazə veriləcək.

  • В Барде парикмахера убили ножницами

    В Барде убит парикмахер.

    Как сообщает АПА, Мамедов Джейхун Гусу оглу, работавший в Барде в мужском салоне, был убит на рабочем месте. По предварительной версии, его убил ножницами практикант.

    По данному факту возбуждено уголовное дело.

    Оперативно-розыскные мероприятия по задержанию преступника продолжаются.

  • В Азербайджане еще 369 человек вылечились от коронавируса

    В Азербайджане еще 369 инфицированных вылечились и были выписаны домой.

    Об этом 22 июня сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня в Азербайджане COVID-19 выявлен у 13 207 человек, 161 из них – скончался, 5 878 – продолжают лечение в больницах особого режима, 7 168 – вылечились.

    За последние сутки в стране было проведено 4 345 тестов на коронавирус, в целом за прошедший период – 426 394 теста.

  • Azərbaycanda koronavirusa yoluxmuş daha 369 nəfər sağaldı

    Azərbaycanda koronavirusa yoluxduğu aşkarlanmış 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan açıqlama verilib.

    Bildirilib ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4345, ötən müddət ərzində isə ümumilikdə 426 394 test aparılıb.

  • МВД распространило заявление в связи с кровавым инцидентом в Огузе

    Министерство внутренних дел распространило заявление в связи с инцидентом в Огузском районе.

    Как сообщили в шекинской региональной группе пресс-службе МВД, во время конфликта между двумя несовершеннолетними один из подростков ранил другого железным предметом, похожим на гвоздь. Конфликт двух подростков не носил массовый характер.

    Напомним, что ранее была распространена информация о том, что в Огузском районе произошла драка между пятью лицами, в результате которой ножевое ранение получил Гадирли Мурад Имран оглу 2004 г.р.

    Раненый доставлен в Огузскую центральную районную больницу. В результате обследования обнаружены различные колото-резаные раны.