Month: June 2020

  • Çində koronavirusa yoluxma hallarının sayı yenidən artmağa başlayıb

    Çində ötən sutka ərzində 18 nəfər koronavirusa yoluxub, yeddi xəstədə simptomsuz yoluxma halı aşkarlanıb. COVID-19-dan müalicə olunaraq evə buraxılan isə olmayıb.

    “RİA Novosti” xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Qeyd olunur ki, yoluxma halları Pekində və Hebei vilayətində aşkarlanıb.

    Ümumilikdə, ölkədə koronavirusa yoluxanların sayı 83 396 nəfərə çatıb. Müalicə alan 78 413 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

  • Отложено заседание Милли Меджлиса

    Отложено запланированное на 23 июня пленарное заседание Милли Меджлиса (парламента) Азербайджана.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в отделе аппарата ММ по печати и связям с общественностью.

    Результаты тестов на коронавирус депутатов станут известны 23 июня. По этой причине назначенное на завтра заседание не состоится.

    После того, как стало известно об инфицировании коронавирусом депутата Сахиба Алиева, все остальные парламентарии сдали тест на COVID-19.

  • Parlamentin iclası təxirə salındı

    İyunun 21-də Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah – iyunun 23-də bəlli olacaq.

    Bu barədə Oxu.Az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib.

    Plenar iclasın yeni tarixi ilə bağlı əlavə məlumat veriləcək.

    Qeyd edək ki, deputat Sahib Alıyevın koronavirusa yoluxması məlum olduqdan sonra digər deputatlardan da test nümunələri götürülüb.

  • Azərbaycanda vəzifəli şəxslərin həbsi xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

    Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron Rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb.

    Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur:

    “Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur”.

  • Дорожная полиция: На постах в Баку развернули обратно сотни автомобилей

    После 00:00 21 июня более 900 автомобилей, которые следовали в/из Баку, развернули обратно.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил 22 июня начальник отдела по связям с общественностью Главного управления Государственной дорожной полиции МВД полковник Кямран Алиев.

    По его словам, на постах развернули 550 автомобилей, пытавшиеся въехать в столицу из районов, и 350 машин, пытавшихся выехать из Баку.

    Отметим, что Кабмин принял решение о дополнительных мерах по ужесточению особого карантинного режима на территории Баку, Сумгайыта, Гянджи, Лянкярана, Евлаха, Масаллы, Джалилабада и Абшеронского района. В соответствии с ним, жесткий карантинный режим действует с 00:00 21 июня до 06:00 5 июля.

  • Bakı postlarından yüzlərlə avtomobil geri qaytarıldı – RƏSMİ

    “İyunun 21-də, saat 00:00-dan sonra Bakı istiqamətinə giriş və çıxış üçün hərəkət edən 900-dən çox avtomobil geri qaytarılıb”.

    Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

    Onun sözlərinə görə, postlarda yoxlama zamanı paytaxtdan rayonlara getmək istəyən 350 avtomobil geri qaytarılıb:

    “Eyni zamanda, rayondan Bakıya gələn 550 avtomobil də geri qaytarılıb”.

    Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində karantin rejimi sərtləşdirilib. Sərt karantin rejimi 21 iyun, saat 00:00-dan 5 iyul, saat 06:00-dək davam edəcək.

    K.Əliyev qeyd edib ki, sərt karantin rejiminin tələblərini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə uyğun olaraq, 1 440 nəfər, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbini pozduğu üçün isə 132 nəfər inzibati məsuliyyətə cəlb edilib.

  • Sərt karantin rejiminin tətbiq olunduğu Bakı gecələri – VİDEO

    Artıq ikinci gecədir ki, Bakıda xüsusi karantin rejimi tətbiq olunur.

    Ötən karantin rejimində olduğu kimi, yenə polis postları qurulub, vətəndaşlar müvafiq icazələrlə küçəyə çıxırlar.

    Baku TV əməkdaşları gecə saatlarında paytaxtın müxtəlif küçə və prospektlərində olub, müşahidələr aparıblar.

    Həmin reportajı təqdim edirik:

  • Bakı polisindən əməliyyat: Dörd narkotacir ələ keçdi

    Bakıda heroin alveri ilə məşğul olan dəstə yaxalanıb.

    Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

    Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Amil Orucov və 1995-ci il təvəllüdlü Əlihüseyn Hüseynovu saxlayıb.

    Üzərinə baxış zamanı A.Orucovdan 1 kiloqram 9 qram heroin, Ə.Hüseynovdan isə 10 qram heroin və 183 qram metanfetamin aşkar edilərək götürülüb.

    Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əmirbəy Ağayevdən 0,924 qram heroin, çantasından isə 1,674 qram heroin, 2,711 qram metanfetamin, 1983-cü il təvəllüdlü Şirxan Məmmədovdan isə 3,392 qram heroin aşkar edilərək götürülüb.

  • На дороге Губа-Хыналыг произошел камнепад

    Вечером 21 июня на 52-м километре дороги Губа-Хыналыг произошел камнепад.

    Как сообщает АПА, ее частично расчистили жители расположенных вблизи сел.

    По словам начальника местного управления Госагентства автодорог Билала Султанова, на место происшествия направлена техника, движение полностью восстановлено.

    По предварительным данным, камнепад стал следствием дождей.

  • Quba-Xınalıq yolunda uçqun baş verib

    Ötən gün axşam saatlarında Quba-Xınalıq yolunda uçqun baş verib.

    APA-nın məlumatına görə, hadisə yolun 52-ci km-də qeydə alınıb.

    Dağdan qopan qaya parçaları yola düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb. Ərazidə qalan vətəndaşlar qayaların bir hissəsini kənarlaşdıraraq, yollarına davam ediblər.

    Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin sahə rəisi Bilal Sultanovun bildirdiyinə görə, əraziyə cəlb olunan texnikanın köməyilə yol qaya parçalarından tamamilə təmizlənib.

    İlkin ehtimala görə, uçquna səbəb son günlər bu əraziyə yağan yağış olub.