Month: June 2020

  • В Японии разработали быстрый тест на COVID-19

    Японская фармацевтическая компания Shionogi 22 июня официально объявила о заключении лицензионного соглашения с группой из трех университетов страны, специалисты которых разработали простой и быстрый тест на коронавирус. Об этом говорится в сообщении на сайте корпорации, передает Корреспондент.net.

    Отмечается, что новую методику разработала объединенная группа исследователей из трех университетов Японии.

    Тест основан на пробе слюны и позволяет выявлять инфекцию примерно за 30 минут без привлечения сложного оборудования и врачей-профессионалов. Утверждается, что по точности он не уступает широко распространенным ПЦР-тестам.

    Shionogi в первую очередь хочет предложить новые облегченные тесты для проверки пассажиров, въезжающих в Японию из-за границы.

  • Yaponiyada koronavirus üçün yeni sürətli test hazırlandı

    Yaponiyanın aparıcı əczaçılıq şirkətlərindən biri olan “Şionogi” koronavirusun müəyyən edilməsi üçün sadə və sürətli test hazırladığını, ölkənin üç universiteti ilə lisenziya müqaviləsinin bağlandığını rəsmən elan edib.

    TASS xəbər verir ki, test avadanlıq və peşəkar həkim cəlb etmədən təxminən 30 dəqiqə ərzində infeksiyanı aşkar etməyə imkan verir.

    Ağız suyundan götürülən test indi geniş yayılmış PCR aparatlarından heç də geri qalmır. Yeni metodologiya Nihon, Qumma və Tokio Tibb Universitetinin birgə tədqiqatçı qrupu tərəfindən hazırlanıb.

    “Şionogi” ilk növbədə Yaponiyaya xaricdən gələn sərnişinlərin yoxlanılması üçün yeni yüngül sınaqlar təklif etmək niyyətindədir.

  • Həndbol üzrə Azərbaycan çempionatı ləğv olunur

    “Həndbol üzrə Azərbaycan çempionatını ləğv edilmiş saymaq olar. Çünki bu şəraitdə yarışı davam etdirmək mümkün deyil”.

    Bunu Oxu.Az-a Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov deyib.

    O, həndbol üzrə yarışların ləğv ediləcəyini bildirib:

    “Hələ rəsmi qərar verməmişik. Federasiya prezidenti Saleh Məmmədovla iyulun əvvəlində bu barədə söhbət ediləcək. Bundan sonra rəsmi qərar açıqlanacaq.

    İki həftəlik sərt karantin rejimi tətbiq olunur. Üstəlik, minimum avqustun 1-dək Azərbaycanda karantin rejimi olacaq. Bu müddətdə idman zallarının açılacağı güman edilmir.

    Əslində, sentyabrda yarışı davam etdirmək olar. Amma bu, bizə sərf etmir. Çünki yeni mövsümə oktyabr-noyabrdan başlamaq istəyirik. Rusiya da həndbolu dayandırıb. Yəqin, Gənclər və İdman Nazirliyi də keçirməyə icazə verməyəcək. İdman zalları xəstəxanaya çevrilsə, yerimiz də olmayacaq.

    Avrokuboklar üçün həm qadınlarda, həm də kişilərdə dörd yerimiz var. Ona görə də çempionatda indiki turnir cədvəlinə əsasən yerləri müəyyənləşdirib avrokuboklara gedəcək komandaları açıqlamaq mümkündür”.

  • Dünən 8103-ə göndərilən SMS-lərin 29 faizi təsdiq cavabı almayıb

    Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq qərarı əsasında “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti yenidən aktivləşdirilib.

    Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev açıqlama verib.

    O bildirib ki, qeyd olunan ərazilərdə 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib:

    “Məhdudiyyətlərin ilk günündə əməkdaşlar üçün icazənin alınması ilə bağlı 47 427 dövlət və özəl təşkilat, o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üzrə 690 330 aktiv icazə qüvvədədir.

    Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 511 419 SMS göndərilib ki, bunlardan da 149 177-si, yəni 29 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 99,4 faizi 1 dəqiqə ərzində cavablandırılıb”.

  • Xüsusi karantin rejimi niyə zərurətə çevrildi? – Son günlərin təhlükəli tendensiyası haqqında

    Azərbaycan iki həftəlik karantin rejiminə daxil olub. Nazirlər Kabineti iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi haqda qərar qəbul edib.

    Bu qərarın elan olunduğu günlərdə Azərbaycanda mənfi rekord qeydə alındı – koronavirusa gündəlik yoluxma sayı 400 nəfəri keçdi. Bu, əslində sərt karantin rejimini əsaslandıran ilkin göstərici idi. Ümumiyyətlə, karantin rejiminin mövcud olduğu aprel-may aylarında virusa yoluxma müəyyən qədər nəzarət altında olsa da, mayın 27-də karantin rejiminin yumşaldılmasından sonra yeni yoluxma hallarında sürətli artım müşahidə olundu.

    Məsələn, mayın 19-da 131 yeni yoluxma və 143 sağalma göstəricisi müqabilində, iyunun 3-də koronavirusa yoluxma halları ilk dəfə olaraq 300 nəfəri keçdi, 101 nəfər isə sağalaraq evə buraxıldı. Ötən 14 gün ərzində həyata keçirilən tədbirlər, o cümlədən həftəsonu məhdudiyyətlər artım dinamikasını nəzarətdə saxlamağa imkan vermədi.

    Buna görə də iyunun əvvəlində həftəsonu məhdudiyyətlərin tətbiq olunması gündəmə gəldi. Və iki dəfə həftəsonu qadağası tətbiq olunub. Lakin, nəticələr göstərdi ki, həftəsonu qadağaları effektiv olmadı. Daha doğrusu gözlənilən nəticəni vermədi, əksinə artım tendensiyası davam etdi və xəstə sayı artmağa başladı.

    “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva da bildirdi ki, qapanma tətbiq edilən son iki gün ərzində qarşıya qoyulan məqsədə çatmaq mümkün olmayıb:

    “Sərt karantin rejiminin tətbiqində məqsədimiz sosial aktivliyi azaltmaq idi. Lakin təəssüf ki, nəticələr istədiyimiz kimi olmadı”.

    Bunu son 12 günün statistikası da göstərir:

    10 iyun. 339 yeni yoluxma, 4 ölüm, 114 sağalma.
    11 iyun. 352 yeni yoluxma, 6 ölüm, 210 sağalma.
    12 iyun. 336 yeni yoluxma, 5 ölüm, 183 sağalma.
    13 iyun. 352 yeni yoluxma, 2 ölüm, 196 sağalma.
    14 iyun. 387 yeni yoluxma, 4 ölüm, 274 sağalma.
    15 iyun. 367 yeni yoluxma, 3 ölüm, 156 sağalma.
    16 iyun. 338 yeni yoluxma, 4 ölüm, 209 sağalma.
    17 iyun. 329 yeni yoluxma, 7 ölüm, 127 sağalma.
    18 iyun. 338 yeni yoluxma, 6 ölüm, 117 sağalma.
    19 iyun. 438 yeni yoluxma, 4 ölüm, 133 sağalma.
    20 iyun. 471 yeni yoluxma, 5 ölüm, 191 sağalma.
    21 iyun. 491 yeni yoluxma, 6 ölüm, 283 sağalma.

    Göründüyü kimi, artım tempi davam edir və vəziyyət getdikcə daha da pis vəziyyət alır. Hazırda qeydə alınan gündəlik yoluxma sayının 400-dən çox olması onu göstərir ki, karantin rejimi davam etməli, yoluxma sayında azalmaya nail olmaq vacibdir. Çünki əks təqdirdə sürətli yoluxma xəstələrin sayının artmasına və nəticə etibarı ilə səhiyyə sistemində ciddi sıxıntıya səbəb ola bilər.

    Buna görə də hökumət yeni yoluxmaların qarşısını almaq üçün yeganə sınaqdan çıxmış vasitə olan karantin və məhdudiyyətlərin yenidən tətbiqinə qərar verib. Bu, məcburi bir qərardır. Çünki son bir ayda karantin rejiminin ləğv olunması sonrası baş verənlər göstərdi ki, vətəndaşların böyük hissəsi fərdi olaraq xəstəlikdən qorunma vasitələrinə, yəni maska, sosial məsafə kimi qaydalara laqeyd yanaşır. O cümlədən özəl şirkətlər, bir çox dövlət qurumlarında sosial məsafə və təcrid qaydalarına ciddi əməl olunmadı, nəqliyyatda gündəlik sıxlıq, banklarda, mağaza və digər ictimai yerlərdə yoluxmanı sürətləndirən izdihamın müşahidə olunması özünü son 10 gündəki yoluxmalarla açıq göstərdi.

    Başqa sözlə, vəziyyətin bu şəkildə davam etməsi faciəvi nəticələr doğuracağı üçün hökumət yenidən məcburi karantin rejiminə qayıtmalı oldu. Çünki bu günlərdə yoluxma sayının 400-ü keçməsi onu göstərir ki, ümumi yoluxmaların yarıya qədəri məhz son iki həftədə baş verib. Nəzərə almaq lazımdır ki, hazırda aktiv xəstə sayı beş min nəfərdən çoxdur və bu rəqəm gündəlik 150-200 nəfərə (sağalanlarla müqayisədə) yaxın artır. Üstəlik dünyanın əksər ölkələrində, o cümlədən koronavirusa qarşı “qələbəsini” çoxdan elan etmiş Çin, Cənubi Koreya, Yeni Zelandiyada “ikinci dalğa”, yaxud xəstəliyin yenidən görünməsi risk və təhlükəni daha da artırır.

    Dünya tibbi isə hələlik bu xəstəliyin yayılmamasına qarşı karantin və təcriddən başqa effektli mübarizə vasitəsi tapa bilməyib. Koronavirusun ortaya çıxdığı Çin, o cümlədən Çinin ardınca ən çox yoluxmanın qeydə alındığı Cənubi Koreya yalnız sərt təcrid və karantin rejimi sayəsində xəstəliyin yayılmasına mane oldu. 1,4 milyardlıq Çində 100 mindən az yoluxma oldu, 51 milyon əhalisi olan Cənubi Koreyada isə 12 min nəfər koronavirusa yoluxdu. Halbuki bunlar virusla qarşılaşan ilk ölkələr idi. Ancaq sərt və intizamlı karantin rejimi nəticəsində Koreya yoluxmanı nəzarət altında saxlaya bildi.

    İndi isə Azərbaycan tibbi 14 günlük növbəti karantin təklifi edir. Artıq rəsmi qərar qəbul olunub. Ümid edək ki, bu dəfə iki həftəlik sərt karantin öz nəticəsini verər və xəstəliyin yayılması tempi düşər, virus nəzarət altına alınar. Araşdırmalar onu deməyə əsas verir ki, yaxın dövrdə dünyanın bu xəstəlikdən tamamilə qurtulması mümkün deyil. Xəstəlik hələ uzun zaman davam edəcək, bir çox insanlar yoluxacaq. Artıq doqquz milyondan çox insan bu xəstəliyə yoluxub və hər gün orta hesabla 30 minə yaxın yeni yoluxmanın olması onu deməyə əsas verir ki, tezliklə koronavirusun aşkarlandığı insanların sayı 10 milyonu ötəcək. Və bu proses uzun zaman davam edə bilər. Buna görə də xəstəliyə qarşı effektiv müalicə forması və peyvəndin tapılıb vurulmasına qədər dünya ölkələri qarşısında dayanan əsas vəzifə məhdudlaşdırıcı tədbirlər vasitəsi ilə xəstəliyin sürətli yayılmasının qarşısını almaq və xüsusən də risk qrupunda olanları yoluxmadan qorumaqdır. Bu isə yuxarıda da qeyd olunduğu kimi, yalnız karantin və təcrid tədbirləri ilə mümkündür.

    Əlbəttə, hökumətin rəsmi qərarları, sərt rejimlər yalnız müəyyən həddə qədər effektiv ola bilər. Ən ciddi effekt isə vətəndaşların özlərinin məsuliyyətli davranmaları, gigiyena, özünüqoruma, maska, sosial məsafə kimi təcrid qaydalarına əməl etməsidir. Təhlükə əslində sovuşmayıb, sadəcə pandemiya dövrünün uzanması insanlarda laqeydlik və arxayınlığa səbəb olur. Bu isə ən təhlükəli tendensiyadır. Çünki ən gözlənilməz zərbələr arxayınlıq zamanı endirilir.

  • Azərbaycana yağış yağıb, dolu düşüb – FAKTİKİ HAVA

    Ölkə ərazisindəki faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 22-də səhərədək şimal və qərb rayonlarında hava şəraiti qeyri-sabit olub.

    Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Tərtər, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Xınalıq, Şahdağ, Balakən, Qəbələ, Yevlax, Cəfərxan, Kişçayda şimşək çaxıb, yağış yağıb.

    Düşən yağışın miqdarı Gədəbəydə 16 mm, Xınalıqda 10 mm, Kişçay (Şəki), Daşkəsəndə 8 mm, Şahdağ, Sarıbaşda (Qax) 7 mm, Zaqatala, Qrızda 6 mm, Sabirabadda 4 mm, Şəki, Ordubadda 3 mm, Lerikdə 2 mm, Naxçıvan, Göygöl, Gəncə, Balakən, Qəbələ, İsmayıllı, Xaltan, İmişli, Kürdəmir, Cəfərxan, Biləsuvar, Yardımlı, Bakı, Zabrat, Maştağada 1 mm olub.

    İyunun 21-də Zaqatala rayonunun Yuxarı Tala kəndinə saat 18:00 radələrində, Gədəbəy rayonunun Arıxdam, Marif, Qaradağ kəndlərinə saat 14:43-15:05 radələrində, Qəbələyə saat 18:55-19:00 radələrində xırda dənəli dolu düşüb.

    Şimal küləyi arabir Daşkəsəndə 25 m/s, Gəncə, Naftalanda 24 m/s, Ağstafada 22 m/s, Göygöl, Şabran, Tərtərdə 16 m/s, Şəmkirdə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda 15-20 m/s, arabir 28 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4 metrə çatıb.

    Temperatur iqlim normasından 4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, Aran rayonlarında 32-39, dağlıq rayonlarda 24-27, Naxçıvan MR-da 29-36 dərəcə isti olub.

  • Заразившийся COVID-19 депутат ММ госпитализирован

    Заразившийся коронавирусом (COVID-19) депутат Милли Меджлиса (парламента) Азербайджана Сахиб Алиев госпитализирован.

    Как передает Report, в настоящее время он проходит лечение в Yeni Klinika.

    20 июня парламентарий сообщил, что инфицирован коронавирусом.

  • Koronavirusa yoluxan deputat xəstəxanaya yerləşdirildi

    Milli Məclisin koronavirusa yoluxan deputatı xəstəxanaya yerləşdirilib.

    Report-un məlumatına görə, deputat Sahib Alıyev hazırda “Yeni Klinika”da müalicə alır.

    Qeyd edək ki, deputat koronavirusa yoluxduğunu özü bildirmişdi:

    “Təəssüf ki, testin nəticəsi pozitiv çıxıb. Özümdə koronavirus pandemiyasının simptomlarını hiss etdiyim üçün test vermişdim. Nəticə müsbət oldu”.

  • Президент Ильхам Алиев принял участие в открытии нового надземного пешеходного перехода в Баку – ФОТО

    Президент Азербайджана Ильхам Алиев 22 июня принял участие в открытии нового надземного пешеходного перехода на Неапольской улице в Хатаинском районе Баку.

    Как сообщает АЗЕРТАДЖ, председатель правления Государственного агентства автомобильных дорог Азербайджана Салех Мамедов проинформировал главу государства о проделанной здесь работе.










  • İlham Əliyev Bakıda açılışda – FOTO

    Prezident İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.