Month: June 2020

  • Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq

    Bakıda və Abşeron yarımadasında iyunun 23-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan aşağı – 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

    Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə təşkil edəcək.

    23 iyunda Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir.

    Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 23-24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

  • TƏBİB “Semaşko” ilə bağlı araşdırma aparır – RƏSMİ

    “Kliniki Tibbi Mərkəzlə (“Semaşko”) bağlı sosial şəbəkələrdə yayılan fikirlər və videomateriallarla bağlı bildiririk ki, xəstəxanada mövcud vəziyyət və çatışmazlıqlar barədə TƏBİB məlumatlıdır və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində fasiləsiz işlər görülür”.

    Bu barədə TƏBİB-dən verilən məlumatda deyilir:

    “Sosial şəbəkələrdə yayılan videomaterialla bağlı qeyd edək ki, pasiyetin “Çin dərmanı” adlandırdığı dərman preparatı “Favipiravir”dir. “Favipiravir” müxtəlif növ RNT-virusları, o cümlədən, koronovirus SARS-CoV-2 əleyhinə dərman vasitəsi kimi istifadə olunan kimyəvi tərkibdir.

    Dərman vasitəsi ilk dəfə qrip əleyhinə müalicə vasitəsi kimi Yaponiyada istehsal olunub və qripdən əlavə, ağır viruslu infeksiyaların müalicəsi üçün təsdiqlənib. Yaponiyada “Favipiravir” tərkibli dərman vasitəsinin ticarət adı “Aviqan”dır.

    “Favipiravir”in koronavirus aleyhinə effektivliyi 2020-ci ilin mart ayında Çinin Uhan və Şençjen şəhərlərində aparılmış kliniki tədqiqatlar nəticəsində sübut olunub. Müayinənin nəticələri göstərib ki, “Favipiravir”in təsiri altında koronovirusun insan orqanizmində mövcudluğu 11 gündən dörd günə qədər azalır və 91% xəstələrin virusla zədələnmiş ağciyərlərində vəziyyətin yaxşılaşması müşahidə olunur.

    Halbuki “Favipiravir”i qəbul etməyən kontrol qrupda vəziyyəti yaxşılaşan xəstələrin sayı 62% təşkil edib. “Favipiravir” preparatının özəlliyi ondan ibarətdir ki, onun təsirinə dözən virus hələlik aşkarlanmayıb. Həmin dərman vasitəsi pandemiya boyunca öz effektivliyini saxlamaqdadır.

    Hazırda bütün dünya üzrə həmin dərman vasitəsi ilə bağlı geniş kliniki tədqiqatlar aparılır. O cümlədən, qeyd edək ki, ölkəmizdə mövcud olan xüsusi rejimli xəstəxanalar dünyada COVID-19 infeksiyasının müalicəsində istifadə edilən bütün dərman preparatları ilə təmin edilib.

    Digər preparat olan “Paracetamol” – qızdırmasalıcı və ağrıkəsici effektə malik olan dərman vasitəsidir. Dərman vasitəsini müxtəlif növ ağrıların ( baş, diş, nevralgiya, əzələ, revmatik, menstrual, yanıq zamanı olan, travmalarda müşahidə olan ağrıların və s.) aradan qaldırılması üçün, eləcə də iltihablı proseslərdə müşahidə olunan qızdırma və hərarəti salmaq üçün istifadə edilir.

    Digər iddiaya görə, həkim-infeksionistlərlərin çatışmazlığı müşahidə edilir və digər ixtisasdan olan həkimlərin pasiyentlərə qulluq göstərməsindən narazılıq edilir. Qeyd edək ki, bütün dünyada koronavirus pandemiyasına qarşı mübarizəyə tək həkim-infeksionistlər deyil, müxtəlif ixtisaslı həkimlər cəlb edilib.

    Eləcə də, Azərbaycanda bütün ixtisasdan olan həkimlər ayrı-ayrı pandemiya xəstəxanalarında pasiyentlərə xidmət göstərir. Lakin bu o demək deyil ki, xüsusi rejimli xəstəxanalarda müalicələr özbaşına və heç bir əsası olmadan aparılır.

    Bütün tibb müəssisələrində müalicə TƏBİB tərəfindən tərtib olunmuş “COVID-19 – Tibb işçiləri üçün müvəqqəti rəhbərlik” əsasında müvafiq protokollarla aparılır. Eyni zamanda, hər bir xəstəxana həkim-infeksionist tərəfindən koordinasiya olunur.

    Bir daha bildiririk ki, Kliniki Tibbi Mərkəzlə bağlı araşdırma davam etdirilir və pasiyentlərin müraciətləri və şikayətləri nəzərə alınaraq, tez bir zamanda mövcud çatışmazlıqlar aradan qaldırılacaq”.

  • Bakı sakinləri zibil qutularının çox olmasından şikayətlənirlər – VİDEO

    Adətən insanları yaşadıqları ərazidə zibil qutularının olmaması narahat edir.

    Nə qədər qəribə səslənsə də, Xətai rayonundakı Araz Novruzov küçəsində yaşayanlar zibil qutularının çox olmasından şikayətçidirlər.

    Bəziləri bildirir ki, zibil qutuları pəncərəsinin qarşısına qoyulub, kimisi də konteynerin düz qapısında olmasından narahatdır.

    Sakinlərin sözlərinə görə, başqa küçələrdə zibil qutularının olmaması səbəbindən orada yaşayan sakinlər də məişət tullantılarını məhz bu küçədəki konteynerlərə atırlar.

    Daha ətraflı Baku.TV-nin reportajında:

  • FHN çimərliklərdə nəzarəti gücləndirdi

    Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların çimərliklərdən istifadə qaydalarına əməl etmələrinə nəzarəti gücləndirib.

    Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə respublikanın bir sıra yaşayış məntəqələrində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimi sərtləşdirilib.

    Sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların qaydalara əməl etməsi ilə əlaqədar çimərliklərdən istifadənin qarşısının alınması məqsədilə FHN-nin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi ilə birgə fəaliyyətdə Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu sahili boyu həm quruda, həm də qayıqlarla dənizdə, eləcə də Lənkəran, Masallı və Cəlilabad rayonlarında patrul xidməti aparır.

    Nazirlik vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi riayət etməyə çağırıb.

  • Bakıda hamilə qadın koronavirusa yoluxdu: Vəziyyəti ağırdır

    Bakıda hamilə qadın koronavirusa yoluxub.

    Baku.ws xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

    Bildirilib ki, hamiləliyinin altıncı ayında olan qadının bətnindəki körpə götürülərək, küvəzə yerləşdirilib. Ananın vəziyyətinin ağır olduğu bildirilir.

    Həkimlər körpənin həyatı uğrunda mübarizə aparırlar.

  • Подразделения ВС Азербайджана провели учения в условиях горной местности – ВИДЕО

    В соответствии с утвержденным министром обороны планом боевой подготовки на 2020 год, подразделения азербайджанской армии провели учения, в ходе которых отработали задачи по планированию и проведению наступательных действий в условиях горной местности.

    Об этом передает пресс-служба Минобороны Азербайджана.

    В маневрах было задействовано около 800 военнослужащих, 100 единиц бронетехники, 40 артиллерийских установок разных калибров, шесть боевых и транспортных вертолетов.

    Целью учений стало совершенствование боевых навыков командиров в условиях горной местности, управление подразделениями в ходе наступательных действий, проверка физической выносливости личного состава.

    Военнослужащие, поднятые по тревоге, успешно выполнили задачи по захвату резервного района, горных перевалов и господствующих высот, а также созданию благоприятных условий для наступления основных сил.

    На завершающем этапе маневров были выполнены боевые стрельбы.

  • Azərbaycan Ordusu dağlıq ərazidə təlim keçirdi – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən, dağlıq ərazidə hücumun planlaşdırılması və aparılması tapşırıqlarının icrası üzrə Azərbaycan Ordusu bölmələrinin təlimi keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, təlimə 800 nəfərədək şəxsi heyət, 100-dək zirehli döyüş və avtomobil texnikası, 40-dək müxtəlif çaplı artilleriya qurğusu, altı ədəd döyüş və nəqliyyat helikopterləri cəlb olunub.

    Təlimin məqsədi komandirlərin dağlıq ərazidə döyüş bacarıqlarının təkmilləşdirilməsi, hücum döyüşlərinin aparılması zamanı bölmələrin idarəolunması, şəxsi heyətin fiziki dözümlülüyünün yoxlanılması, eləcə də, bölmələrin qarşılıqlı fəaliyyətinin təşkili olub.

    Həyəcan siqnalı ilə qaldırılan bölmələr ehtiyat rayonunun tutulması, dağ aşırımlarının və hakim yüksəkliklərin ələ keçirilməsi, əsas qüvvələrin hücumu üçün əlverişli şəraitin yaradılması tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.

    Təlimin yekun mərhələsində döyüş atışları icra olunub.

  • Azərbaycanda eks-deputat koronavirusa yoluxdu

    Eks-deputat Mirzəcan Xəlilov koronavirusa yoluxub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, M.Xəlilov hazırda özünü pis hiss edir.

    O, xəstəxanaya yerləşdirilib. M.Xəlilov üç gündür ki, paytaxtdakı xəstəxanalardan birində müalicə alır.

  • Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı həkimdən AÇIQLAMA

    “Bəhram Bağırzadənin vəziyyəti ağır-sabit olaraq qalır”.

    Bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

    O bildirib ki, səhər saatlarına olan nəticələr, təəssüf ki, ürəkaçan deyil:

    “Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində müsbət dəyişikliklər yoxdur. Analizlərin cavabları qənaətbəxşdir. Düşünürəm ki, vaxtın uzanması bu vəziyyətdə bizim üçün qazancdır. Hər birimiz qısa zamanda əməkdar artistin vəziyyəti ilə bağlı xoş xəbərlər paylaşmaq istəyirik. Əfsuslar olsun ki, hələlik buna nail ola bilməmişik”.

    Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. Vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

    Həkimlər B.Bağırzadənin ağciyər toxumasının 90 faizindən çoxunun zədələndiyini bildirərək, onun ECMO cihazına qoşulmasına qərar veriblər. B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

    Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

  • Azərbaycanda icra başçısının müavinləri tutulub? – RƏSMİ AÇIQLAMA

    Bəzi saytlarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Abşeron Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirməsi barədə məlumat yayılıb.

    Qeyd olunub ki, əməliyyat zamanı RİH-in başçısı İradə Gülməmmədovanın bütün müavinləri saxlanılıb.

    Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:

    “İcra başçısının müavinləri hazırda işlərinin başındadır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayıb”.