Month: June 2020

  • DOST mərkəzlərində vətəndaşların qəbulu məhdudlaşdırıldı

    Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 21 iyun – 5 iyul tarixlərində xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, DOST mərkəzlərində vətəndaşların qəbulu növbəti iki həftə ərzində məhdudlaşdırılıb.

    Mərkəzdən verilən məlumata görə, vətəndaşların müraciətlərinə yalnız elektron poçt və 142 Çağrı Mərkəzi vasitəsilə baxılacaq. Müraciətlər aşağıda qeyd olunan e-poçt ünvanları vasitəsilə cavablandırılacaq:

    1 saylı Bakı DOST Mərkəzi

    Pensiya üzrə müraciətlər: dost1_pensiya@sosial.gov.az

    Müavinətlər üzrə müraciətlər: dost1_muavinat@sosial.gov.az

    Təqaüdlər üzrə müraciətlər: dost1_taqaud@sosial.gov.az

    Məşğulluq üzrə müraciətlər: dost1_mashgullug@sosial.gov.az

    Ümumi məsələlər üzrə müraciətlər: dost1@sosial.gov.az

    2 saylı Bakı DOST Mərkəzi

    Pensiya üzrə müraciətlər: dost2_pensiya@sosial.gov.az

    Müavinətlər üzrə müraciətlər: dost2_muavinat@sosial.gov.az

    Təqaüdlər üzrə müraciətlər: dost2_taqaud@sosial.gov.az

    Məşğulluq üzrə müraciətlər: dost2_mashgullug@sosial.gov.az

    Ümumi məsələlər üzrə müraciətlər: dost2@sosial.gov.az

    3 saylı Bakı DOST Mərkəzi

    Pensiya üzrə müraciətlər: dost3_pensiya@sosial.gov.az

    Müavinətlər üzrə müraciətlər: dost3_muavinat@sosial.gov.az

    Təqaüdlər üzrə müraciətlər: dost3_taqaud@sosial.gov.az

    Məşğulluq üzrə müraciətlər: dost3_mashgullug@sosial.gov.az

    Ümumi məsələlər üzrə müraciətlər: dost3@sosial.gov.az

    DOST mərkəzləri və 142 Çağrı Mərkəzi şənbə və bazar günləri fəaliyyət göstərməyəcək.

    Vətəndaşlar həmçinin e-sosial.az portalının e-Xidmətlər bölməsində və ya e-gov.az portalının “Bütün xidmətlər” bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını seçməklə göstərilən elektron xidmətlərdən istifadə edə bilərlər.

  • Sabirabadda azyaşlını avtomobil vurub

    Saatlı sakini, Həsənov Rafiq Allahşükür oğlu idarə etdiyi “Daewoo Gentra” markalı avtomobillə yolu keçən Sabirabad rayonunun Qalağayın kənd sakini, 2014-cü il təvəllüdlü Həsənov Xeyrulla Vəli oğlunu vurub.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 6 yaşlı uşaq ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Rəşad Sadıqov karyerasını bitirdi – RƏSMİ

    “Qarabağ”ın kapitanı və millimizin sabiq üzvü Rəşad Sadıqov karyerasını bitirib.

    AzxeberSport futbolçunun rəsmi “İnstagram” hesabına istinadən xəbər veirr ki, oyunçu ardıcıl 7-ci çempionluqdan sonra karyerasını başa vurduğunu kubokla şəkil paylaşaraq açıqlayıb:

    “Futbolçu kimi 9-cu və sonuncu Azərbaycan çempionluğum”.

  • ÜST: Son sutkada dünyada koronavirusa 138 mindən çox yoluxma aşkarlanıb

    Dünyada koronavirusa yoluxanların sayı 8,5 milyon nəfəri ötüb.

    Median.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

    ÜST-ün məlumatına görə, son sutkada dünyada koronavirusa 138 mindən çox yoluxma aşkar edilib.

    Təşkilat qeyd edib ki, ötən gün dünyada daha 6 271 nəfər COVID-19-dan ölüb. Koronavirusdan ölmüş pasiyentlərin ümumi sayı 456 973 nəfər təşkil edir. Təhlükəli virusun aşkarlandığı 213 ölkə və bölgədə COVID-19-a 8 525 042 nəfər yoluxub.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Koronavirus mutasiya edə bilər – Rusiyalı alimdən açıqlama

    “Koronavirus mutasiya edə bilər və dəyişikliklər nəticəsində onun daha aqressiv formaları meydana çıxa bilər”.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu barədə Moskva Dövlət Universitetinin İmmunologiya və Molekulyar Biotibb Mərkəzinin direktoru Mixail Paltsev məlumat verib.

    Onun sözlərinə görə, mutasiya iki səbəbdən baş verir. Birinci səbəb kollektiv immunitetin yaranması və virusun buna uyğunlaşmağa başlamasıdır: “İkinci səbəb isə isti hava şəraitidir. Yayda, bir qayda olaraq, insanlarda immunitet yüksəlir və hava-damcı infeksiyalarına yoluxma azalır. Bu halda mutasiya virusun RNK-sında deyil, onun zülal reseptorunda baş verir. Bu isə hazırlanmaqda olan vaksinlərin effektivliyini şübhə altına alır”.

    M.Paltsev, həmçinin qeyd edib ki, koronavirusun ikinci dalğası gözlənilir. Bunun səbəbi istənilən epidemiyanın, xüsusilə, pandemiyanın bir ildən üç ilə qədər davam etməsidir.

  • Feysbuk seçkiləri nəzarətdə saxlayacaq

    Feysbuk Amerika vətəndaşlarını ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqəli xəbərdar etmək üçün bir sıra yeniliklərə imza atıb.

    Median.Az
    ted.az-a istinadən bildirir ki, şirkət xüsusi kampaniya ilə yanaşı, siyasi reklamların söndürülməsi üçün funksiyanı tətbiq edəcək

    Şirkət rəhbəri Mark Zukerberq kampaniyanın 4 milyon insanın səsvermə zamanı qeydiyyatdan keçməsini təmin etmək məqsədi ilə yaradıldığını deyib.

    O bildirib ki, Feysbuk xüsusi məlumat mərkəzi yaradaraq istifadəçilərə tam həqiqəti əks etdirəcək informasiyanı təqdim edəcək. Məlumat mərkəzi onlara nə vaxt və necə səs verə biləcəkləri barədə məlumat verəcək.

    Qeyd edək ki, yeni funksiya Feysbuk və İnstaqramda əsas səhifənin üzərində yerləşəcək.

  • Bakıda ahıl kişini motosiklet vurdu

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

    Belə ki, yolu keçən 1960-cı il təvəllüdlü Məmmədov Valeh Əzim oğlunu motosiklet vurub. O, müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Поножовщина в Шамкире, ранен подросток

    В Шамкирском районе произошла поножовщина.

    Как передает Report, подросток 15-16 лет (личность устанавливается) получил ножевое ранение.

    Пострадавший госпитализирован в тяжелом состоянии. Его планируют отправить в одну из гянджинских больниц.

    Расследуются подробности произошедшего.

  • Şəmkirdə gənc oğlan bıçaqlanıb

    Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, 15-16 yaşlı gənc oğlan (şəxsiyyəti müəyyənləşdirilir-red) bıçaq xəsarəti alıb.

    O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralının Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulur.

    Hadisənin təfərrüatları araşdırılır.

  • Türkiyədə COVID-19-a yoluxanların sayı 186,5 minə çatır

    Bu gün Türkiyədə daha 22 nəfər koronavirusdan ölüb.

    Median.Az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

    O, qeyd edib ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 927 nəfərə çatıb.

    Son bir gündə Türkiyədə koronavirusa daha 1 248 yoluxma qeydə alınıb. Hazırda koronavirus xəstələrinin ümumi sayı 186 493 nəfərdir.

    Nazir bildirib ki, son sutkada 1 312 koronavirus xəstəsi sağalıb. Beləliklə, ölkədə koronavirusdan sağalanların ümumi sayı 158 828 nəfərə çatıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.