Month: June 2020

  • Tovuzda güclü külək fəsadlar yaradıb

    Tovuz rayonunda güclü külək müşahidə olunub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, külək Tovuz şəhərində bir sıra fəsadlar törədib.

    Belə ki, şəhərdəki bəzi binaların dam örtükləri dağılıb. Bununla yanaşı, ağaclar küləyin təsirindən aşıb, habelə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

  • Nura Suri: “Keçmiş ərim ərəb yox, iranlıdır” – VİDEO

    “Bir çox insanlar elə zənn edirlər ki, həyat yoldaşım ərəb olub. Bu, əsla belə deyil. Həyat yoldaşım iranlı olub. Həm anam, həm də atam yarı iranlıdır. Haqqımda gəzən şayiələrə inanmayın. Mənim barədə doğru məlumatı almaq istəsəniz, sosial şəbəkə səhifələrimə baxın. Orda keçmişim, nənəm, babam, anam, atam, uşaqlığım, həyat yoldaşlarımın şəkilləri var (gülür)”.

    Median.Az xəbər verir ki, bu sözləri məşhur müğənni Nura Suri “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramına verdiyi müsahibəsində deyib.

    Sənətçi bu yaxınlarda nənə olacağı barədə gəzən xəbərlərə də aydınlıq gətirib:

    “Verilişlərin birində zarafat elədim. Bu söhbəti insanlar ciddi qəbul etdilər. Oğullarımın sevdikləri qızlar var. Bu, normaldır. Hər gəncin sevgilisi olmalıdır. Toy etsəm, bunu gizli şəkildə, qapalı edən deyiləm”.

    Qeyd edək ki, müğənni N.Surinin Xosrov, Möhsen və David adlı üç övladı var.

  • В море утонул банковский служащий – ВИДЕО

    На горячую линию “112” Министерства по чрезвычайным ситуациям Азербайджана поступила информация о том, что в море (на неконтролируемом участке) на территории Хазарского района Баку утонул Мамедов Юсиф Исак оглу (1980 года рождения).

    В результате мер, принятых водолазно-поисковой группой Госслужбы по контролю за маломерными судами и спасению на водах МЧС Азербайджана, тело Ю.Мамедова было извлечено из воды и передано в соответствующие структуры.

    Как сообщили Oxu.Az в Госслужбе, утонувший мужчина являлся сотрудником банка.

    Отмечается, что инцидент произошел на неконтролируемом участке приблизительно в трех километрах от Мардаканского пункта спасения на водах.

    “Эта достаточно опасная территория. Канал здесь соединяется непосредственно с морем. Пляж состоит из возвышенностей и скал”, – сказали в ведомстве в связи с произошедшим инцидентом.

  • Xəzərdə batan şəxs bank işçisi imiş – YENİLƏNİB+VİDEO

    Bakıda suda boğulan 40 yaşlı kişi bank işçisi imiş.

    Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən məlumata verilib.

    Bildirilib ki, hadisə Mərdəkan sularda Xilasetmə məntəqəsindən təxminən üç kilometr aralıda, nəzarətsiz ərazidə baş verib:

    “Ərazi kifayət qədər təhlükəlidir. Kanal birbaşa dənizə axır. Çimərlik dağlardan və qayalıqlardan ibarətdir”.

  • Дым от сжигаемых отходов окутал поселок Гюнешли – ВИДЕО

    На территории кирпичного завода, расположенного напротив массива AB в поселке Ени Гюнешли Сураханского района Баку, занимаются сжиганием отходов производства.

    Как передает 365.az, в результате этого с раннего утра на территории столичных поселков Кохне и Ени Гюнешли наблюдается густой дым.

    Ниже мы предоставляем вниманию читателей снятые в Гюнешли видеокадры.

  • Yandırılan tullantılar Günəşlini tüstüyə qərq etdi – VİDEO

    Suraxanı rayonu, Yeni Günəşli AB massivi ilə üzbə üz kərpic zavod ərazisində tullantılar yandırılır.

    365.az xəbər verir ki, bunun nəticəsində Köhnə və Yeni Günəşli ərazisi səhər bəri tüstü içərisində qalıb.

    Bununla bağlı paylaşılan videolardan da görünür ki, tüstü qatı və çoxdur.

    Sözügedən görüntüləri diqqətinizə çatdırırıq:

  • “Азеригаз” обвинил компанию-подрядчика в халатности в связи с взрывом газопровода в Товузском районе

    В субботу днем в Товузском районе в процессе строительства дороги произошел взрыв газопроводной трубы.

    Как сообщили Oxu.Az в Производственном объединении “Азеригаз”, инцидент не имеет никакого отношения к ПО.

    “Так, рядом с селом Хатынлы ведутся работы по расширению дороги. Занимающийся реализацией этого проекта подрядчик вечером 19 июня заменил существовавший газопровод на новый и передал его в Шамкирское региональное управление по эксплуатации газа ПО “Азеригаз”. Однако после подключения трубы подача топлива в трубе оказалась недостаточной, в связи с чем местные жители пожаловались на слабый напор газа в домах. Поэтому подрядчику было предложено повторно осмотреть замененную часть газопровода и осуществить его сдачу на следующей неделе.

    В связи с этим примерно в 9 часов утра 20 июня подача газа была приостановлена. Позднее, в районе 16:00, подрядчик выполнил некоторые работы на месте подключения, не поставив об этом в известность Шамкирское региональное управление по эксплуатации газа. В результате, из-за халатности подрядчика произошел взрыв.

    Отметим, что компания-подрядчик должна была заменить полиэтиленовой трубой участок в 500 метров газопровода диаметром 159 мм. Эта линия предназначена для снабжения газом около двух тысяч абонентов в селах Хатынлы, Гараханлы и Джиловдарлы Товузского района.

    В настоящее время в связи с тем, что подрядчик не может сдать газопровод полностью, Шамкирское региональное управление эксплуатации газа занимается поставкой газа путем восстановления старой линии”, – отметили в ведомстве.

    В Товузском районе в субботу в результате взрыва газопроводной трубы, произошедшего рядом с селом Хатынлы, пострадали два человека, сообщило агентство АПА.

    Оба были госпитализированы. Состояние одного из пострадавших оценивается как тяжелое, другого – как средней степени тяжести.

  • “Azəriqaz”dan Tovuzdakı partlayışla bağlı AÇIQLAMA: “Podratçı şirkətin səhlankarlığı…”

    Bu gün günorta saatlarında Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusunun partlaması barədə xəbər yayılıb.

    “Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a bildirilib ki, sözügedən partlayışın Birliklə hər hansı əlaqəsi yoxdur:

    “Belə ki, rayonun Xatınlı kəndinin yaxınlığında yol genişləndirilməsi işləri aparılır. Bu işlə məşğul olan podratçı təşkilat dünən axşam saatlarında mövcud qaz xəttini yenisi ilə əvəzləyib, “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinə təhvil verib. Lakin qoşmadan sonra qaz axını yaxşı baş tutmayıb, yerli sakinlər qazın zəifliyindən şikayətləniblər. Ona görə də podratçı təşkilatdan qaz xəttinin dəyişdirilmiş hissəsinin yenidən yoxlanılılaraq gələn həftə təhvil verilməsi tələb olunub. Bundan sonra isə iyunun 20-də səhər saat 09:00 radələrində qaz təchizatı dayandırlıb. Podratçı təşkilat isə elə bu gün saat 16:00 radələrində “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinə hər hansı məlumat vermədən, qoşma aparılan hissədə özbaşına hansısa işləri icra edib. Ona görə də səhlənkarlıq ucbatından partlayış qeydə alınıb.

    Qeyd edək ki, diametri 159 mm olan qaz xəttinin təqribən 500 metrlik hissəsi yol tikintisi ilə məşğul olan podratçı təşkilat tərəfindən polietilen boru ilə əvəzlənəcəkdi. Bu xətt Tovuz rayonunun Xatınlı, Qaraxanlı və Cilovdarlı kəndlərinin iki minə yaxın abonentinin qaz təchizatı üçün nəzərdə tutulub. Hazırda podratçı təşkilat qaz xəttini tam təhvil verə bilmədiyindən, Şəmkir Regional qaz istismarı İdarəsi köhnə xətti bərpa etməklə qaz təchizatının həyata keçirilməsi ilə məşğuldur”.

  • Xalq artisti: “Bəhram yüksək səslə danışdığı üçün səs tellərini zədələmişdi” – VİDEO

    “Bəhramla əlaqə yaratmağa çalışdım, amma ondan cavab gəlmədi. Nigaran qaldım. Sonra “Instagram”da baxıb bildim ki, xoşagəlməz hadisə ilə üzləşib. Bəhramın səhhəti ilə bağlı xəbər almaq üçün dostum Cabir İmanovla danışdım. Biz bilirdik ki, onun səsində problem var idi. O, səhnədə yüksək səslə danışdığı üçün səs tellərini zədələmişdi. Amma Bəhramın bu dərəcədə xəstələnəcəyi ağlımıza gəlməzdi”.

    Median.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramına verdiyi müsahibəsində deyib.

    Əməkdar artist B. Bağırzadənin insanlara müsbət enerji bəxş etdiyini söyləyən sənətçi onunla sosial şəbəkədə hər gün ünsiyyət qurduğunu vurğulayıb:

    “Bəhram hər zaman qarşısındakı şəxsləri sevindirən, təbəssüm bəxş edən insandır. O, hər gün “What’sApp”ıma üç-dörd gülüş doğuran videolar, yazılar yollayırdı. Amma birdən-birə xəstələnməsi bizi çox sarsıtdı.

    Bəhram heç zaman xəstəliyini mənlə bölüşməyib. Əsl sənət insanları heç zaman boş şeylər üzərində piar qurmurlar. Onlar insanlara yalnız müsbət əhval-ruhiyyə bəxş edib və sevincini bölüşmək istəyirlər. Kədərlərini isə təklikdə yaşayırlar. Lakin zaman göstərir ki, bu düzgün addım deyil. Şəxsən mən görürəm ki, insanlarla sevincini bölüşdüyün kimi kədərini də bölüşməlisən”.//oxu.az

  • Gəncədə bacanaq bacanağı bıçaqlayıb

    Gəncə şəhərində bacanaq bacanağı bıçaqlayıb.

    Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1987-ci il təvəllüdlü Fərhad Qurbanov bud nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən F. Qurbanovun vəziyyətinin ağır olduğu bildirilir.

    Məlumata görə F. Qurbanov ailə münaqişəsi zəminində bacanağı tərəfindən bıçaqlanıb.

    Faktla bağlı araşdırma aparılır.