
Portuqaliyanın mərkəzi regionunda sürət qatarı idarəetmədən çıxıb.
Median.Az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 50-dən çox insan isə xəsarət alıb.
Qəzanın səbəbləri barədə hələ ki, açıqlama verilməyib.

Portuqaliyanın mərkəzi regionunda sürət qatarı idarəetmədən çıxıb.
Median.Az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 50-dən çox insan isə xəsarət alıb.
Qəzanın səbəbləri barədə hələ ki, açıqlama verilməyib.
Qurban bayramı ilə əlaqədar rayonlardan Bakıya qurbanlıq heyvanlar gətirilir. Maraqlıdır, təsərrüfatlarda vəziyyət necədir?
Qurbanlıq heyvanların satışını həyata keçirən, Maştağada təsərrüfatla məşğul olan Aqil İbrahimov Sputnik Azərbaycan-a mövcud durumu şərh edib:
“Keçən illə müqayisədə satdığımız qurbanlıq ətin qiymətində dəyişiklik var. Belə ki, ötən il qurbanlıq ətin kiloqramı 6-6.5 manata təklif edilirdisə, bu il 5.5-6 manata təklif edilir. Diri heyvanların qiyməti isə 170 manatdan başlayır. Bunlar 6 ayını tamamlayan qoçlardır”.
Heyvanların gigiyenik şəraitdə kəsilərək təhvil verildiyini deyən həmsöhbətimiz alıcılıq qabiliyyətinin ötən illə müqayisədə zəiflədiyini söyləyir. Həmsöhbətimiz bunun səbəbini mövcud vəziyyətlə izah edir: “Ötən ilə nisbətən alıcılıq qabiliyyətinin çox aşağı olmasının səbəbi pandemiya ilə əlaqədardır. İnsanlar icazə ilə evdən çıxırlar. Onların əksəriyyəti işləmir, maddi sıxıntı yaşayırlar. Ötən il bazarda 10 nəfərdən təxminən 6-7-si qurbanlıq alırdısa, indi 2 nəfəri alır, ya almır”.
Təsərrüfat rəhbərinin bazarda təklif etdiyi qiymətə isə ət kəsimi və qablaşdırılması daxildir: “Amma bəzi yerlərdə bunu da pulla edirlər. Təbii ki, burada da hər şey satıcının insafına bağlıdır. Satıcı var ki, Allah rizası üçün bunu pulsuz edir, satıcı da var ki, 5-10 manatın qarşılığında bu işi edir”.
“Alıcılar arasında onlayn sifariş edənlər də var. Lakin onlayn satış üçün kifayət qədər müştəri kontingenti yoxdur, müştərilər bu sahədə yenidirlər deyə satış hələ ki, zəifdir”, – deyə həmsöhbətimiz əlavə edib.
Təsərrüfatda saxlanılan heyvanlar isə əsasən İmişli, Ağcabədi, Bərdə, Beyləqan və Şamaxıdan gətirilib. Cinslər arasında Şamaxı quzuları, qaradolaq, tatarlar, eyvazlılar da var. Lakin onlar arasında əsasən Qarabağ quzuları üstünlük təşkil edir.//sputnik.az
Göyçayda yanğın hadisəsi baş verib.
Baku TV xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində şəxsi evdə qeydə alınıb.
Kənd sakini, 79 yaşlı Malikə Qarayevaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli ev anidən alovlanıb. Dərhal, baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı ev tamamilə yanaraq külə dönüb. Evinin yandığını görən sahibə Malikə Qarayeva qorxu və həyəcan keçirdiyi üçün ürək tutması səbəbindən dünyasını dəyişib.
Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
İspaniyalı alimlər ağız ətrafında püskürdülərkən koronavirusun yayılmasının qarşısını almağa qadir sprey hazırlayırlar.
Median.Az bildirir ki, bu barədə Elmi Tədqiqatlar üzrə Ali Şura (CSIC) bildirib.
Spreyin polisaxarid əsaslı molekullarının infeksiyanı effektiv şəkildə saxladığı təsdiq olunduğu təqdirdə onu vrusun başqa növlərinə qarşı da istifadə edəcəklər. Çünki onlar bir çox mikroorqanizmlərin hüceyrələrə daxil olmaq üçün istifadə etdiyi mexanizmə təsir edir.
“Hazırda hesab olunur ki, infeksiya ağız boşluğu-udlaqda başlayır, ona görə spreyin müəyyən molekul bazalı dərman forması virusun hissəciklərinin keçə bilməyəcəyi maneə yaradacaq və virusun təsirlərini öldürəcək”, – araşdırmanın müəlliflərindən biri, Ümumi Üzvi Kimya İnstitutunda (IQOG) işləyən Xulia Revuelta izah edib.
Onun sözlərinə görə, əgər infeksiya başlasa belə, sprey yoluxmuş hüceyrələrdəki replikasiya nəticəsində yaranan virus hissəciklərini ilkin mərhələdə neytrallaşdıracaq və infeksiyanın ağciyər zonasına yayılmasının qarşısını alacaq. Bununla da xəstəliyin ağırlığını azaldacaq.
“Əgər biz bu molekulların infeksiyanı effektiv şəkildə qarşısını aldığını sübut etsək, o zaman genişspektrli virusəleyhinə vasitə əldə edəcəyik. Ona görə də nəticə digər viruslara qarşı da istifadə oluna, hətta gələcək pandemiyalardan müdafiə rolunu oynaya bilər”, – X.Revuelta əlavə edib.
Read more: https://sputnik.az/world/20200731/424579903/ispan-alimler-koronavirusa-qarshi-sprey-icad-edirler.html
Yaponiyada artıq üçüncü gündür ki, son sutka ərzində koronavirusa rekord sayda – 1 579 yoluxma qeydə alınıb.
Median.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan əvvəl, rekord yoluxma 1 301 nəfər olub.
Ölkədə koronavirusa yoluxanların sayının 37 100 nəfərə çatdığı bildirilir. Bu virusun yaradığı xəstəlik nəticəsində isə 1 024 nəfər həyatını itirib. Daha 87 nəfərin vəziyyətinin çox ağır olduğu bildirilir.
Eyni zamanda, qeyd edilir ki, üç prefekturada rekord sayda koronavirusa yeni yoluxma halı qeydə alınıb.
“Apple” yeni “iPhone” modellərini hər il sentyabr ayında təqdim etsə də, mövcud koronavirus pandemiyası səbəbindən “iPhone 12” modelinin təqdimatı ilə bağlı gecikmənin baş verəcəyi iddia edilirdi.
“Haber Global”ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən “Apple”ın maliyyə işləri üzrə direktoru Luka Maestri təqdimat mərasiminin sentyabrda olmayacağını bildirib.
2020-ci ilin üçüncü rübünün maliyyə hesabatlarından sonra danışan Maestri qısaca olaraq təqdimatın sentyabr baş tutmayacağını deyib.
Vəziyyətlə bağlı bütün modellərinmi, yoxsa sadəcə yeni modellərinmi təxirə salınacağı ilə bağlı isə şirkətdən bir açıqlama gəlməyib.
Digər tərəfdən bu, “Apple”da ilk belə gecikma halı deyil. “iPhone X” modeli 2017-ci ilin sentyabr ayında “iPhone 8” ilə birlikdə elan olunsa da, bəzi istehsal xətaları səbəbindən satışa noyabr ayından sonra çıxmışdı. “iPhone XR” modeli isə 2018-ci ilin sentyabrında təqdim olunmuş, amma LCD ekrandakı problemlərlə əlaqədar kütləvi istehsalı gecikmişdi.
ABŞ-da yeddi yaşlı alman çoban iti koronavirusdan ölüb.
Bu barədə “Hürriyet” məlumat yayıb.
“Buddy” adlı itin sahibi Robert Mahoni bildirib ki, it aprel ayında nəfəs almaqda çətinlik çəkib və bundan sonra aparılan testdə koronavirusa yoluxduğu üzə çıxıb.
“Buddy” müalicə edilməsinə baxmayaraq, iyulun 11-də ölüb.
Avropa Həndbol Konfederasiyası (EHF) ölkələrin yeni klub reytinqini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, cədvəl 2017/18, 2018/19 və 2019/20 mövsümlərinin nəticələrinə əsasən tərtib olunub.
Bu cədvəl avrokubokların 2021/22 mövsümündəki klub bölgüsünə xidmət edir. Azərbaycan ümumilikdə 7 komanda ilə təmsil olunmaq hüququ qazanıb.
Kişilərin reytinq siyahısında Azərbaycan 0,67 xala malikdir. Bir pillə geriləyərək, Farer adalarından geri düşən ölkəmiz Estoniya ilə 42-43-cü yerləri bölüşür.
Bu göstərici Azərbaycana yalnız EHF kubokunda təmsil olunmağa, bu yarışa üç komanda sifariş etməyə hüquq var. 2020/21 mövsümündə də eyni hüquqa malik olsaq da, təmsilçilərimiz qitə kuboklarına qatılmayıb.
Qadınların siyahısında isə 2,75 xala malik Azərbaycan 25-ci pilləyə yuvarlanıb. Bir pillə geriləyən ölkəmiz Yunanıstanı önə buraxıb.
Bu, Azərbaycana qarşıdakı mövsümdəki kimi 4 komanda ilə təmsil olunmaq hüququ verir ki, bunlardan biri Avropa Liqası, üçü EHF kubokunda çıxış edə bilər. Lakin Azərbaycan Həndbol Federasiyası növbəti mövsüm üçün yalnız bir komandanı – “Azəryol”u EHF kubokuna sifariş edib.
Qeyd edək ki, reytinq siyahılarında kişilərdə Almaniya (133,67), qadınlarda Macarıstan (158,33) 1-ci pillədədir.
Rusiyalı virusoloq, tibb elmləri doktoru, Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin professoru Anatoli Altşteyn koronavirusa qarşı hazırlanan peyvəndlərin əhəmiyyəti və təsiri barədə vacib faktları açıqlayıb.
Median.Az professorun bu barədə müsahibəsini təqdim edir.
– Alimlər qeyd edir ki, koronavirusa yoluxan hər kəsdə virusa qarşı qazanılmış antikorlar zamanla yox olur. Bu, o deməkdir ki, COVID-19-a qarşı effektiv peyvənd yaratmaq mümkün deyil?
– Effektiv peyvəndin yaradılması mümkündür. Lakin koronavirusa qarşı effektiv peyvənd haqqında danışmaq üçün hələ tezdir. Peyvənd sınaqları bütün mərhələlərdən keçdikdən və etibarlı nəticə əldə etdikdən sonra bu barədə dəqiq fikir söyləmək mümkün olacaq. Əlavə edim ki, Rusiyada hazırlanan COVID-19 əleyhinə peyvəndlərin təsirli olacağına inam böyükdür.
Qamaleya adına Araşdırma Mərkəzimizdə hazırlanan peyvəndlər artıq insanlar üzərində sınaqdan keçirilib. Peyvəndin istifadəsini yolverilməz hala gətirən heç bir açıq əks təsir yoxdur, könüllülərdə antikorlar yaranıb. Ancaq bu antikorların insanları nə qədər qoruduğu sınaqların yalnız sonrakı mərhələlərində müəyyən olunacaq. Bu peyvəndin geniş istifadəsinə sentyabr ayında başlayacaqlar, sonra minlərlə insana tətbiq ediləcək. Və yalnız bundan sonra peyvəndin nə qədər təsirli olduğu aydın olacaq.
– Yəqin ki, 2009-cu ildə donuz qripi adı ilə tanınan H1N1 peyvəndi haqqında xəbəriniz var. Virusa qarşı peyvənd hazırlandı və Almaniya hökuməti tərəfindən alındı, peyvənddə 50 milyona qədər insanın iştirak edəcəyi güman edilirdi. Şimali Reyn-Vestfaliya Səhiyyə Nazirliyinin sonrakı hesablamalarına görə, bir milyona yaxın sakin “donuz qripi”nə qarşı peyvənd edildi. Lakin hakimiyyət tərəfindən satın alınan 7,4 milyon dozadan 6,4 milyonu istifadə edilməmiş qaldı. Nəticədə tələb olunmamış vaksinin alınmasına AFR-in bütün federativ əyalətlərinin ümumi xərci 27,6 milyon avro təşkil etdi. Eyni ssenari Rusiyada təkrarlana bilərmi?
– Rusiyada da əhalinin önyarğısı böyük rol oynaya bilər. Ancaq əminəm ki, peyvəndlənmək istəyən həssas insanlar çox olacaq – xüsusən də peyvəndlər pulsuz olarsa. Peyvəndin insanlara fəsadları ola bilməz, yenə təkrar edirəm, onun təsirli olacağına ümid böyükdür.
– Ümumdünya Səhiyyə Təşkilatı peyvənd və ya dərman vasitəsi ilə pandemiyanı dayandırmağın mümkünlüyü barədə fikrində haqlıdırmı?
– ÜST demək olar ki, haqlıdır, ancaq başa düşməliyik ki, virus dəyişir, zəifləyə də bilər. Koronavirus artıq bu zarafatı insanlığa iki dəfə edib.
2002-2003-cü illərdə Vyetnamda və Çində SARS epidemiyası yayılmışdı, çox ağır idi, bir neçə min insan virusa yoluxmuşdu, ancaq aralarında ölüm nisbəti təqribən 10% idi. Alimlər SARS əleyhinə peyvəndlər hazırlasa da, onlara tələbat olmadı, çünki virus dəyişdi və praktik olaraq yox oldu.
Başqa bir hekayə 2012-ci ildə oxşar epidemiyanın başlandığı Yaxın Şərqdə baş verdi – törədici indiki ilə çox oxşar idi. Cəmi 2-3 min yoluxma var idi, lakin yoluxanların demək olar ki, 30%-i öldü. Bu koronavirusa da qarşı peyvənd hazırlandı, amma istifadə edilmədi. Virus sanki ərimişdi – onun ştammları ifraz olunur, ancaq ölümcüllük baxımından eyni deyildi.
Odur ki, mövcud koronavirusun da dəyişəcəyinə və ölüm hallarının azalacağına ümid edirik. Bir sıra ölkələrdə ölüm nisbəti artıq 1-2%-dir. İnanmaq istəyirəm ki, bundan sonra virusun yalnız zəif forması yayılacaq, epidemiyalar da onların nəticəsi olacaq.
Təkamül yolu göstərir ki, virus zaman keçdikcə çoxalmağa doğru gedir və daha az patologiya meydana gətirir. Bir virusun çoxalması, lakin ölüm riskinin aşağı olması “daha sərfəlidir”. İnsan virusun ağır formasına yoluxduqda və öldükdə çox sayda viral maddə yox olur, virusun yayılması zəifləyir. Ancaq yumşaq formalarda virus yaxşı yayılır – odur ki, təkamül bu istiqamətdə gedir.
– İsraildə COVID-19-un ikinci dalğası müşahidə olunur?
– Xeyr, bu ilk dalğanın davamıdır. İsraildə həqiqətən yoluxma artdı, sonra demək olar ki, zəiflədi. Bu ikinci dalğa kimi görünür, amma bir şeyi unutmamalıyıq. İsraildə yumşalmadan sonra kifayət qədər insan yoluxmuşdu, karantin tədbirləri zəiflədikcə yoluxma sayı yenidən artmışdı. Ancaq Qərbi Avropa ölkələri və Amerikanın bəzi ştatları ilə müqayisədə İsraildə ölüm səviyyəsi aşağıdır.
– Koronavirusa qarşı vaksin hazır olarsa, əhalinin kütləvi peyvəndlənməsinə ehtiyac varmı?
– Məncə, kütləvi peyvəndlənmə lazımdır. Virus çox yoluxucudur, görünən odur ki, onun bizdən “əl çəkmək” fikri yoxdur. Həm bu il, həm də 2021-ci ildə və bəlkə də 2022-ci ildə onun təzyiqi, təsiri altında yaşayacağıq. Odur ki, kütləvi peyvənd çox arzuolunan olardı. Ancaq bunu həyata keçirmək çətindir – çox miqdarda peyvənd tələb olunur.
Səhiyyə Nazirliyi aparılan araşdırmaların nəticələrini təsdiqləyərsə, peyvəndlər Rusiyada avqust ayında artıq təqdim olunacaq. Sözsüz ki, peyvəndin yaranmasından tutmuş geniş yayılmasına qədər uzun müddət lazım olacaq: çox miqdarda vaksin istehsal etmək o qədər də asan deyil. Düşünürəm ki, rusiyalı alimlər peyvəndi qışa qədər ala bilməyəcək. //publika.az
Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycanın ucqar yaşayış məntəqələrində alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində görülən işlərin əsas hissəsi layihələrin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasıdır.
Median.Az xəbər verir ki, bu barədə Trend-ə Agentliyin sədr müavini Cəmil Məlikov deyib.
Onun sözlərinə görə, ucqar yaşayış məntəqələrini enerji mənbələri, eləcə də lazımi avadanlıqlarla təmin etmək üçün lazım olan maliyyə vəsaitlərinin miqdarını müəyyənləşdirmək lazımdır.
“Əlbəttə ki, nəticədə, enerji təchizatı baxımından çətin şəraitdə əhalimizin sosial məmnuniyyət səviyyəsinin artacağına və bununla da ucqar yaşayış məntəqələrinin sakinlərinin həyat səviyyəsinin yaxşılaşmasına öz töhfəmizi verəcəyik”, – C.Məlikov deyib.
Qeyd edək ki, bu il Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi ucqar yaşayış məntəqələrində, kəndlərdə və yerlərdə alternativ enerji təchizatı yaradılması layihəsi çərçivəsində üç istiqamətdə layihə hazırlayır.
Xatırladaq ki, bu il Dövlət Agentliyinin ən vacib işlərindən biri ucqar qəsəbələrdə, kəndlərdə və yerlərdə alternativ enerji təchizatı yaradılması olub. Agentlik bu istiqamətdə ölkənin müxtəlif bölgələrindəki kəndlərdə (Lənkəran, Quba, Şəki-Zaqatala, Samux-Şəmkir) 12 pilot layihə seçib. Bu layihələr üzrə agentlik alternativ enerji mənbələrindən istifadə imkanları barədə təkliflər hazırlayır.
Hazırda Azərbaycanda alternativ energetikanın inkişafı üçün ardıcıl addımlar atılır. Bu məqsədlə Çin, BƏƏ, ABŞ və AB ölkələrin şirkətləri də daxil olmaqla xarici şirkətlər və investorlarla danışıqlar aparılır.
Alternativ enerji mənbələri, yandırıldıqda atmosferə karbon qazını atmosferə burazaraq istixana effektinin artmasına və qlobal istiləşməyə töhfə verən ənənəvi mənbələri əvəz edən, bərpa olunan bir mənbədir.