Month: July 2020

  • Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

    Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

    Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bu gün 8532 koronavirus testi edilib. Onlardan 339-u pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 717 164-ə çatıb.

    Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 275 nəfərdir. Onlardan 69 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

    Hazırda ölkədə 5951 nəfər aktiv koronavirus xəstəsi var.

  • Avqustda gözlənilən hava proqnozu

    Avqust ayına olan hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2 dərəcə aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Avqust ayının birinci ongünlüyünün birinci yarısında respublikanın bəzi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, arabir güclənən şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

    Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Gecələr havanın temperaturu 21-26, gündüzlər 29-34, bəzi günlərdə 36-38 dərəcə isti olacaq.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-8 mm) gözlənilir.

    Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Gecələr havanın temperaturu 18-23, gündüzlər 28-33, bəzi günlərdə 36-40 dərəcə isti olacaq.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-10 mm) gözlənilir.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 13-18, gündüzlər 19-24, bəzi günlərdə 27-29 dərəcə isti olacaq.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 32-55 mm) gözlənilir.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 19-24, gündüzlər 28-33 dərəcə isti olacaq, bəzi günlərdə 35-37 dərəcəyədək yüksələcək.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 15-27 mm) gözlənilir.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 20-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 16-21, gündüzlər 22-27, bəzi günlərdə 30-34 dərəcə isti olacaq.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 13-116 mm) gözlənilir.

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 20-25, gündüzlər 30-35, bəzi günlərdə 37-40 dərəcə isti olacaq.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-22 mm) gözlənilir.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 20-25, gündüzlər 25-30, bəzi günlərdə 35 dərəcə isti olacaq.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 13-83 mm) gözlənilir.

  • DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi

    Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.

    DTX-dən verilən məlumata görə, müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilmiş gizli görüşlərdə verilmiş tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər.

    Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Bayram günlərində rayona getmək istəyənlərə xəbərdarlıq

    Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərini rayonlarda keçirmək istəyən Bakı, Sumqayıt və Abşeron sakinlərinə xəbərdarlıq edilib.

    Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Azvision.az -a açıqlamasında bildirib ki, rayon qeydiyyatı olan vətəndaşlar bölgələrə gedərlərsə, onlar yenidən Bakıya buraxılmayacaq.

    “İnsanların sağlamlığı təhlükə altında ola bilər. Kimsə olduğu yerdədirsə, həmin şəxs bilməlidir ki, işi bağlanırsa, uzun müddət işləməyəcəksə və rayona gedərsə, artıq bayramdan sonra geri qayıda bilməyəcək. Söhbət rayon qeydiyyatında olanlardan gedir. Bakı qeydiyyatında olanlar ümumiyyətlə rayonlara gedə bilməz. Onlar postlardan geri qaytarılacaq”, – deyə K.Əliyev xəbərdarlıq edib.

  • Ağdaşda qadın azyaşlı övladları ilə birlikdə itkin düşüb – FOTO

    Ağdaş rayonunun Aşağı Ağcayazı kənd sakini, 1987-ci il təvəllüdlü Ülkər Abdullayeva iyun ayının 17-də iki yaşlı oğlu ilə birlikdə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

    Ü.Abdullayevanın əlamətləri belədir: boyu 165 sm, dolu bədən quruluşlu, qısa qara saçlı, gözlərinin rəngi qaradır.

    Evdən çıxarkən əynində ağ köynək, qara şalvar və qəhvəyi rəngdə ayaqqabı olub.

    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Ağdaş Rayon Polis Şöbəsinin 020-235-51-81 şəhər və 050-233-06-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • AQTA 70 müəssisədə nöqsan aşkarladı – SİYAHI

    Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 43-ü ictimai iaşə obyekti, 180-i ərzaq satışı mağazası olmaqla, ümumilikdə 223 müəssisədə reyd keçirilib.

    Agentlikdən verilən məlumata görə, reyd keçirilən obyektlərdən 70-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

    Bakı şəhəri üzrə:

    “Real”, “Nərgiz”, “Ekonom”, “Hədiyyəli”, “A plus store”, “Əvoa” MMC-yə məxsus marketlər, Məmmədova Əntiqə Sevindik qızına, İsmayılov Fərhad İdayət oğluna, Səfərova Təranə Hüseyn qızına məxsus ərzaq mağazaları;

    Digər şəhər və rayonlar üzrə:

    Xaçmaz rayonunda Səfərəliyev Ziyafəddin Eynulla oğluna, Ağayev Rifaq Sabir oğluna məxsus ət satışı mağazaları;

    Quba rayonunda Talıbov Elnur Məhərrəm oğluna məxsus ərzaq satışı mağazası;

    İsmayıllı rayonunda “Dost”, “Rahat”, “Mustafa”, “Xəyal”, “Kənan”, “Halal”, “UEFA” marketləri, Şıxalıyev İxtiyar Umud oğluna, Kərimli Elxan Yavər oğluna, Abbasov Füzuli Dadaş oğluna məxsus yeməkxanalar, Babayev Röyal Vahid oğluna məxsus kafe;

    Göyçay rayonunda İsayev Natiq Paşa oğluna, Mustafayeva Firuzə Əli qızına, Yusifov Ağasəlim Qulu oğluna, Yusifova Mədinə Məhəmməd qızına məxsus marketlər;

    Şirvan şəhərində Mirzəyev Elçin Vahid oğluna məxsus ərzaq mağazası, “Dəniz” kafesi;

    Neftçala rayonunda Ağayev Ayaz Abuzər oğluna məxsus ərzaq mağazası;

    Salyan rayonunda Həsənov Ülvi Əli oğluna və Quliyev Əvəz Əfsər oğluna məxsus ərzaq mağazaları;

    Migəçevir şəhərində “Səbinə”, “Anar”, “Tacir”, “İdeal” marketləri, Quliyeva İlahə Sabir qızına məxsus şirniyyat mağazası, Qarabəyli Abbas Daşdəmir oğluna məxsus ət satışı mağazası;

    Cəlilabad rayonunda Əliyev Hikmət Məhərrəm oğluna, Quliyev İlqar Söhbət oğluna, Abdıyev Famil İslam oğluna məxsus ət satışı mağazaları;

    Masallı rayonunda “Qəriblər” marketi;

    Gəncə şəhərində Məmmədov Eltac Çapay oğluna, Qafarov Mehman Rəşid oğluna məxsus ərzaq mağazaları, “Tüfər” marketi;

    Göygöl rayonunda “Malikoğlu” marketi;

    Tovuz rayonunda “Turan”, “Elçin”, “Uğur” kafeləri, “Hunan” və “Nuran” ərzaq mağazaları, Məmmədov İsaq Hidayət oğluna, Qasımov Eyvaz Teyyub oğluna, Əliyev Səmral Vilayət oğluna, Mehdiyev Ramin Rza oğluna məxsus ət satışı mağazaları;

    Qazax rayonunda Kazımov Ramiz Rasim oğluna, Məcidov Qəməd İsa oğluna, Əfəndiyev Mahir Sədi oğluna məxsus ət satışı mağzaları;

    Ağstafa rayonunda Qafarov Famil İbad oğluna, Abutalıbov İlham Vidadi oğluna məxsus ət satışı mağazaları;

    Şəmkir rayonunda Hadıyev Elşən Yusif oğluna, Cəfərov Nizami Həbib oğluna məxsus ət satışı mağazaları;

    Gədəbəy rayonunda “Sərin”, “Əkbər” kafeləri, “Nadir”, “Çempion”, “Fəqan” ərzaq mağazaları, Səlimov Rövşən Kamil oğluna, Cavadov Xanəli Əfqan oğluna, Əliyev Ruslan Aslan oğluna məxsus ət satışı mağazaları.

    Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

  • “Sədərək” ticarət mərkəzi açılır? – VİDEO

    Pandemiya səbəbindən fəaliyyətini müvəqqəti dayandıran iri ticarət mərkəzləri yaxın günlərdə fəaliyyətini bərpa edə bilər.

    Baku TV xəbər verir ki, “Sədərək” ticarət mərkəzində artıq təmir-bərpa işlərinə də başlanılıb. Lakin mağazalar açılsa belə, ticarət mərkəzlərində ümumi karantin rejimi qaydalarına əməl edilməsinə aidiyyəti qurumlar tərəfindən nəzarət olunacağı da gözləniləndir.

    “Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimin sözlərinə görə, koronavirusa yoluxanların sayında son zamanlar azalmanın müşahidə olunması iri ticarət mərkəzlərinin açılacağına səbəb ola bilər:

    “Bildiyiniz kimi, ölkəmizdə koronavirs pandemiyası ilə əlaqədar iri ticarət mərkəzləri bağlanıb. Lakin son vaxtlar virusa yoluxanların sayında azalmanın müşahidə olunması səbəbindən ticarət mərkəzləri, o cümlədən “Sədərək” ticarət mərkəzi açıla bilər. Hamımızın gözlədiyi bir haldır ki, mağazalar tezliklə açılsın. Çünki burada on minlərlə dükan və 30-40 minə qədər iş yeri var. Amma yenə də hər şey Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərərgahın qərarından asılıdır”.

    Xatırladaq ki, avqustun 5-də 14 şəhər və rayonda sərt karantin rejimi başa çatır. Bu tarixdən hansı xidmət sahələrinə işləmək icazəsi veriləcəyi isə hələlik açıqlanmayıb.

  • Dostunu öldürüb xarici ölkəyə qaçdı – VİDEO

    Baku TV daha bir dəhşətli cinayətin təfərrüatını təqdim edir.

    2017-ci il iyulun 15-də Kliniki Tibbi Mərkəzdən Səbail RPİ 8-ci PB-nə Bayıl qəsəbəsindən deşilmiş-kəsilmiş xəsarətlərlə daxil olan Bakı şəhər sakini Nail Abdulrəhmanovun vəfat etməsi ilə bağlı məlumat verilib.

    Araşdırma zamanı hadisənin F.Qurbanov küçəsi, 158/159 ünvanında baş verməsi, N.Abdulrəhmanova bıçaqla xəsarətlər yetirən şəxsin qəsəbə sakini Əli Nağıyev olması məlum olub.

    Barəsində axtarış elan olunmuş Ə.Nağıyev Azərbaycan sərhədini qanunsuz yolla keçərək Gürcüstanda gizlənib və həmin ölkənin mobil operatorlarından istifadə edərək, ailə üzvləri ilə əlaqə saxlayıb. 2017-ci il oktyabrın 2-də o, Gürcüstan ərazisində tutulub və təxminən doqquz aydan sonra Azərbaycana ekstradisiya edilib.

    İstintaqla müəyyən edilib ki, Ə.Nağıyev tanışı N.Abdurəhmanovun ondan dəfələrlə pul tələb etməsi, ona məxsus telefonu girov qoyması, onu döyməsi, axırıncı dəfə isə Bayıl qəsəbəsində, onun vasitəsilə tanışı Telman Məmmədovdan icarəyə götürdüyü avtomobilin icarə pulunu ödəməməsi ilə bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb.

    Əli Nağıyev N.Abdurəhmanovun ünvanına söyüşlər söyməsi və sinəsinə yumruqla vurması, habelə əvvəllər də ona qarşı etdiyi bu kimi hərəkətlərdən əsəbiləşərək, üzərində gəzdirdiyi bıçaqla ürək və qarın nahiyəsinə iki dəfə zərbə vuraraq, onu qəsdən öldürüb.

    Ə.Nağıyev ifadəsində bildirib ki, Bayıl qəsəbəsində yerləşən aptekdə kirayə yer götürüb, optika işi ilə məşğul olub. Nail Abdurəhmanovu 2017-ci ilin aprel ayından, cəzaçəkmə müəssisəsindən çıxan zaman tanıyıb, ilk vaxtlar aralarında çox yaxşı münasibətlər olub. Lakin sonra Nail onu sıxışdırmağa başlayıb, tez-tez pul istəyib və həmin məbləğlərə narkotik vasitələr alıb. May ayında Telman adlı tanışından taksi sürücülüyü ilə məşğul olmaq üçün aylıq 200 manat olmaqla kirayə “Tofaş” markalı avtomobil götürüb. Nail maşını ona verməsini xahiş edib, 50 manat pul verərək, yerdə qalan məbləği qısa müddət ərzində ödəyəcəyini bildirib. Nailin təkidi ilə Telmanla danışıb. Sonuncudan Abdulrəhmanova etibarnamə verməsini xahiş edərək, bundan sonra maşının aylıq kirayə haqqını onun verəcəyini deyib. Amma Nail taksi fəaliyyəti ilə məşğul olacağını söyləsə də, bu işlə məşğul olmayıb, narkotik vasitə qəbul edib, tüfeyli həyat tərzi keçirib. İyul ayının əvvəllərində avtomobillə qəza törədib. Maşını təmir etdirməyib, həmçinin Telman Məmmədovun aylıq pulunu da ödəməyib. İyulun 11-də Nail növbəti dəfə pul istədikdə, Əli pulu olmadığını bildirib. Buna görə aralarında mübahisə olub. Ayın 15-də axşam işlədiyi aptekin qarşısında dayananda Nail gəlib, bir az qəsəbədə gəzməyi təklif edib. Marketin yanındakı taksi sürücüləri ilə görüşdükdən sonra, ara küçə ilə 203 saylı orta məktəbə doğru gediblər. Həmin vaxt Telman Əlinin telefonuna zəng edib, cavab verəndə tanışı sərt şəkildə Nailin avtomobilin pulunu ödəmədiyini, ya pulu, ya da avtomobili verməsini, əks təqdirdə, başqa cür danışacağını bildirib. O, ya pulu verməsini, ya da maşını qaytarmasını söyləyəndə Abdulrəhmanov qəzəblənib, ona deyib ki, maşını heç kimə verməyəcək. Yaranmış mübahisə zamanı bir-birini yumruqla vurublar. Nailin əlindən aldığı bıçağın onun bədəninə sirayət etdiyini hiss edib, lakin ərazi qaranlıq olduğundan hansı nahiyəsini deşdiyini görməyib. Bıçağı hadisə yerində ataraq qaçıb. Tanışından borc pul alaraq, taksi ilə “Qırmızı Körpü” sərhəd keçid məntəqəsinə gedib. Ancaq buradan Gürcüstana keçə bilməyib. Rusiyada yaşayan atasına zəng edib, adam bıçaqladığını və Gürcüstana keçmək üçün ona kömək etməsini istəyib. 10 dəqiqədən sonra atası geri zəng edib, Zaqatala rayonuna getməsini tapşırıb. Həmin rayonun giriş hissəsində, yolun kənarında dayanmasını, bir nəfərin gəlib, onu Gürcüstana keçirəcəyini deyib. İyulun 17-də gecə saat 1 radələrində təxminən 40 yaşlarında olan «Qoca» adı ilə tanıdığı Gürcüstan vətəndaşı gəlib, onu qanunsuz, meşə və dağ yolları ilə ölkəyə keçirib. Gürcüstan ərazisində onun avtomobili ilə atasının Musa adlı dostunun evinə gediblər. Orada yaşayıb. Həmin ilin oktyabr ayında yerli polis əməkdaşları tərəfindən “Yormuğanlı” kəndində tutulub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Nağıyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 13 il müddətinə azadlıqdan məhrum olunub.

  • В Баку похищена девочка-подросток

    В Баку похитили 15-летнюю девочку. Инцидент произошел на территории Сабунчинского района.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    29 июля в 12-е отделение полиции обратился Т.Эйвазлы. Мужчина заявил, что накануне некто Мурад с целью женитьбы похитил его 15-летнюю дочь (имя не называется по этическим соображениям).

    В настоящее время оперативники заняты поиском похищенной.

  • Bakıda yeniyetmə qızı qaçırdılar

    Bakıda 15 yaşlı qız qaçırılıb. Hadisə Sabunçu rayonunun ərazisində baş verib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    İyulun 29-da T. Eyvazlı 12-ci Polis Bölməsinə müraciət edib. O bildirib ki, bir gün əvvəl Murad adlı şəxs onun 15 yaşlı qızını evlənmək məqsədilə qaçırıb (etik səbəblərə görə qızın adını qeyd etmirik).

    Hazırda əməliyyatçılar qaçırılan qızı axtarır.