Month: July 2020

  • Азербайджан прощается с шехидом Эльчином Мустафазаде – ФОТО/ВИДЕО

    В Азербайджане проходит церемония прощания с солдатом-сверхсрочником Эльчином Ариф оглу Мустафазаде, который погиб в боях на участке госграницы с Арменией в Товузском районе.

    Его тело доставлено в село Гасансу Агстафинского района.

    В церемонии участвуют глава ИВ Агстафинского района Сеймур Оруджев, представители других госструктур.

    12 июля подразделения ВС Армении предприняли попытку атаковать позиции азербайджанской армии в Товузском районе, подвергнув их обстрелу из артиллерийских установок.

    В ходе предотвращения вражеской атаки шехидами стали военнослужащие ВС Азербайджана – сержант Садыгов Вугар Латиф оглу, ефрейтор Мамедов Эльшад Донмез оглу, старший лейтенант Махмудов Рашад Рашид оглу, рядовой Дашдемиров Хайям Мухаммед оглу.

    Во время вчерашних боев погибли и стали шехидами генерал-майор азербайджанской армии Гашимов Полад Исраил оглу, полковник Мирзоев Ильгар Анзор оглу, майор Ахмедов Намиг Хаджан оглу, майор Новрузов Анар Гюльверди оглу, прапорщик Зейналлы Ильгар Аяз оглу, прапорщик Бабаев Яшар Васиф оглу и солдат-сверхсрочник Мустафазаде Эльчин Ариф оглу.

  • Azərbaycan şəhidi ilə vidalaşır – FOTO/VİDEO

    Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu ilə vida mərasimi keçirilir.

    Şəhidin nəşi Ağstafa rayonu Həsənsu kəndindəki evlərinə gətirilib.

    Dəfn mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və digər dövlət qurumlarının rəsmiləri iştirak edir.

    Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

    Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

    Ötən gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, Mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, Gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

  • Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

    1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçu və daxili işlər orqanları əməkdaşlarından ibarət daha 51 şəhidin 75 vərəsəsinə də yaxın günlərdə birdəfəlik ödəmə (11 min manat) veriləcək.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya bununla əlaqədar qərar qəbul edib.

    Nazirlikdən verilən məlumata görə, birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

    Ümumilikdə, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçu və daxili işlər orqanları əməkdaşlarından ibarət 12 281 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib.

    Onlardan artıq 12 mindən çox şəhidin 18 mindən çox vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib.

    Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 99 faiz icra olunub.

  • Завтра в Азербайджане будет ветрено и дождливо

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 15 июля.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, ночью и утром местами грозы, дожди, порывистый северо-западный ветер.

    Температура воздуха на Абшероне составит ночью 22-25, днем – 29-32, в Баку ночью – 23-25, днем – 30-32 градуса тепла.

    Атмосферное давление повысится с 755 до 758 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 45-50%.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 24-25, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 25-26 градусов тепла.

    В районах Азербайджана завтра прогнозируются грозы, дожди, местами ливни, град, порывистый западный ветер.

    Температура воздуха составит ночью 20-25, днем – 31-36, в горах ночью – 10-15, днем – 20-25 градусов тепла.

  • Sabah havanın hərarəti 36 dərəcəyə qədər yüksələcək

    İyulun 15-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-32, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoz iyulun 15-də Abşeron yarımadasında arabir güclənən xəzri fonunda iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Azərbaycan Ordusu daha yeddi şəhid verdi – SİYAHI

    İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində şiddətli döyüşlər davam edib.

    Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

    Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub.

    Düşmən hücumunun qarşısını alardən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olub.

    Polkovnik Mirzəyev İlqar Anzor oğlu

    Mayor Əhmədov Namiq Hajan oğlu

    Mayor Novruzov Anar Gülverdi oğlu

    Gizir Zeynallı İlqar Ayaz oğlu

    Gizir Babayev Yaşar Vasif oğlu

    Müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.

    Düşmənin aktiv fəaliyyətnin qarşısının alınması məqsədi ilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliklərindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.

    Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrini də atəşə tutur.

    Düşmənə qarşı həyata keçirilən cavab tədbirləıri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

    Allah rəhmət eləsin!

  • Hakerlər Paşinyanın saytını dağıdaraq, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını yüklədilər – FOTO

    Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi saytı щдфт www.primeminister.am haker hücumuna məruz qalıb.

    Bu barədə “Sputnik” xəbər yayıb.

    Məlumata görə, hökumət başçısının saytına Azərbaycan Prezidenti İlham Əliyevin “Valday-2019” forumunda çıxışı zamanı çəkilən video yerləşdirilib.

    Eyni zamanda, gov.am və e-gov.am sındırılıb.



  • Artur Rasizadə: “Mənim anamın milliyəti belədir, bəzilərinin anasının heç kimliyi bilinmir” – FOTO

    Uzun müddət Azərbaycanın dövlət orqanlarında yüksək vəzifələr tutmuş, 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləmiş Artur Rasizadə Modern.az saytının suallarını cavablandırıb.

    Qeyd edək ki, bu, 2017-ci ildə Baş nazir vəzifəsindən təqaüdə göndərilmiş Artur Rasizadənin mətbuata ilk geniş müsahibəsidir. Onunla maraqlı söhbəti təqdim edirik:

    – Artur müəllim, karantin günlərində əhvalınız necədir? Ümumiyyətlə, koronavirusla bağlı nə düşünürsüz?

    – Vəziyyətin daha da çətin olduğunu deyə bilərəm. Havaya da çıxmaq olmur. Evdə oturmuşuq. Ancaq başqa yolumuz da yoxdur. Çünki virus qorxulu hal alıb. Etinasız yanaşsaq, axırımız yaxşı olmaz. Ona görə də hər birimiz qaydalara əməl etməliyik. Dünya mətbuatını izləyirəm və bir çox tibb sahəsində çalışan alimlərin fikirləri ilə tanış oluram. Bəzi alimlərin əsas tövsiyəsi budur. Əllərini yu, tibbi maskadan istifadə elə, sosial məsafəni saxla…

    – Dediyimiz kimi, insanların heç də hamısı evə qapanmaqdan məmnun deyil. Təhlükə olsa da, kimi dənizə, kimi rayona, kimi ölkə xaricinə getmək istəyir. Siz də həmişə aktiv siyasətlə məşğul olmusuz. Bu situasiyada darıxmaq hissi varmı? Xüsusilə də keçmişə baxanda…

    – Təbii darıxmaq var. Əgər kiminsə həyatının 60 ildən çoxu dövlət işində keçibsə, o mütləq darıxacaq. Bu təbiidir. Birmənalı olaraq  darıxıram.

    – Maşallah, bu arada səsiniz çox yaxşı gəlir. Gümrah insan təsiri bağışlayırsız.

    – Elə bircə səsim gümrah qalıb. Qalan orqanlarım çürüyüb (gülür). Ümumiyyətlə, insan həyatının bir mərhələsi olur ki, yaş orada öz sözünü deyir. Həyatın elə qaydaları var ki, onu dəyişmək olmur.

    – Yaşlı insanları təsəlli etmək üçün belə fikir səsləndirirlər: “Karantin dövründə nəvələrlə vaxt keçirin”. Hardadır, nəvələr?

    – İndiki halda nəvələr belə yoxdur. Təbii, nəvələrim böyükdür artıq. Azyaşlı deyillər. Koronavirusa görə görüşlərə icazə verilmir. Çünki yoluxma ola bilər. O səbəbdən də karantin müddətində nəvələrimlə də görüşmürəm.

    – Nəvələrlə də görüşə bilmirsiz. Bəs evəqapadılma vəziyyətində gününüzü necə keçirirsiz?

    – Kitab oxuyuram, internetdə informasiyaları izləyirəm. Ancaq televiziyaya baxmıram. Bir az da istirahət edirəm, vaxt keçir.

    – Artur müəllim, sizinlə bir qədər açıq danışmaq istəyirəm. Bu günə qədər haqqınızda dolaşan bəzi məsələlər var ki, cavabsız qalır. Məsələn, birmənalı olaraq ananızın erməni olduğu iddia olunur. Ancaq bu barədə heç vaxt danışmamısız. Əsl gerçəkləri sizin dilinizdən eşitmək istəyirik.  

    – Yazılanlardan məlumatım var. Rəhmətlik anamın pasportu hələ də məndədir. Sovet dövründə pasportda saxta nəsə etmək olmazdı. Ona görə də erməni məsələsi boş söhbətlərdir. Ümumiyyətlə, heç bir insan valideynlərini özü seçmir. Digər tərəfdən isə kiminsə anasının, ya da, atasının hansısa millətdən olması hardasa maraq kəsb edə bilər. Düşünürəm ki, əsas məsələ bu deyil. Əsas məsələ xalqına, dövlətinə qarşı millətçilik ruhunun güclü olmasıdır. Xalqın mənafeyi naminə çalışmaq, işğal olunmuş torpaqların necə azad edilməsi barədə düşünmək vacib məsələlərdir. Rəhmətlik anamın atası belçikalı olub. Anamın atası çar dövründə Rusiyanın Rostov şəhərinə gəlib. Rostovda balaca müəssisə yaratmışdı və ayaqqabı tikişində istifadə olunan mis istehsal edirdi. Rəhmətlik nənəmlə orada tanış olublar. Nənəm yarırus, yarıpolyak olub. Orada da ailə qurublar.

    Anamın 6 yaşı olanda atası rəhmətə gedib. Anam öz atasını heç tanımayıb. Çünki kiçik yaşlı olub. Rostovda vəziyyət gərginləşəndə anamgil indiki Gəncə şəhərinə köçüblər. O zaman Gəncə Kirovabad adlanırdı. Kirovabadda da anam rəhmətlik atamla tanış olub evləniblər. Vəssalam, şüt tamam!

    Söhbət açılmışkən bir hadisəni danışım. Günlərin birində xarici nümayəndələri qəbul edirdim. Söhbət bir qədər uzananda siyasi məhbus məsələsini dilə gətirdirlər. Bizdə siyasi məhbus olmadığını bildirdim. Cavab olaraq “bəzi müxalifət qəzetlərində yazırlar ki, sizin ananız ermənidir. Bu doğrudur?!”,-deyə soruşdular.  Birmənalı olaraq “yalandı!” dedim. Onları niyə məhkəməyə vermədiyimi soruşdular. “Yazırlar, qoy yazsınlar. Əgər lazım olsa anamın məndə olan pasportunu göstərərəm. Anamın erməni olmadığı bəlli olacaq. Mənim sübutum da var” dedim. İndi mənim anamın milliyəti belədir, bəzilərinin isə heç anasının kimliyi bilinmir.


    – Ananızla bağlı yazılanlara susduqca, həyat yoldaşınız barədə də erməni söhbəti gündəmə gəlib. Hətta gəlininiz haqqında da yazılıb. Bu barədə nə deyə bilərsiz?

    – Yoldaşımın taleyi mənim taleyimlə oxşar olub. Mən də “xalq düşməni” ailəsinin üzvü olmuşam, o da. Görkəmli ədib Hüseyn Cavid sürgün olunanda bizə “xalq düşməni”nin qohumları deyirdilər (Artur Rasizadə Hüseyn Cavidin qardaşı nəvəsidir-müəllif). Yoldaşımın atası İbrahim Zeynalov da 1937-ci ildə “xalq düşməni” damğası ilə həbs olunaraq güllələnib. İxtisasca mühəndis olub. Neft şirkətində müavin işləyirdi. Sizə sənədlərlə danışıram. Hamısı arxivdə durur.

    Həyat yoldaşımın atası Moskvada oxuyanda rus mənşəli qızla tanış olub evləniblər. Yoldaşımın atası azərbaycanlı, anası isə rus olub. Atasını güllələyiblər, anasını isə Qazaxıstana sürgün ediblər. Həyat yoldaşım 9 yaşında ata-anasız qalıb. Bibisi onu böyüdüb.

    Övladlarıma gəlincə, heç nəyə yox, gəlinimin erməni olmasına həmişə ürəkdən gülmüşəm. Arada zarafatla deyirdim: “Kaş gəlinim erməni olaydı, ona görə ki o zaman oğlum da olardı”. Tale elə gətirib ki, mənim yeganə övladım var, o da qızdır. Demək gəlinim heç vaxt ola bilməz.

    – Yoldaşınız öz seçiminiz olub, yoxsa, ailələriniz sizi tanışdırıb?

    – Yoldaşımla eşq yaşamışam. Dərin bir eşq! Bəli, eşq! Ailə qurmağımızda kimsənin müdaxiləsi olmayıb…

     – Bir məsələdə də adınız çəkilir. 20 yanvar qətliamı baş verməzdən öncə Sovet qoşunlarını Azərbaycana dəvət etdiyiniz iddia olunur. Maraqlıdır ki, xalqın taleyinə bağlı olan məsələdə də susmusuz. Sizin iştirakınızla belə bir hadisə baş veribmi?

    – Bu barədə də xəbərim var. Amma Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?! Respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?! Əlbəttə yalandır…

    – Ananızın erməni olması barədə yazılanlardan tutmuş, xalqın taleyində mühüm rol oynayan 20 Yanvar hadisələrinə qədər susmusuz. Susmağınıza nə səbəb olub?

    – Hər yazılana cavab versəydim, gərək işləməyəydim. 22 il Baş nazir, 6 il Baş nazirin birinci müavini, 4 il Mərkəzi Komitənin Maşınqayırma şöbəsinin rəisi və sairə vəzifələrdə işləmişəm. Ulu öndər Heydər Əliyev həmişə deyirdi. “Yalan informasiyalar yazılanda baş qoşma”. Mən də həmişə elə düşünmüşəm. Yalan yayanlar vicdanını qarşısına qoyub özünə sual versin ki, “bu qədər yalanlarla nəyi sübut etmək istəyirəm?!”.

    – Artur müəllim, bayaq oğul məsələsində fərqli danışdız. Deyəsən oğlunuzun olmasını çox arzulamısız?

    – Bir qızım var. Oğlum olmayıbsa, bu da Allahın işidir. Mən nə deyə bilərəm ki!

    – Ancaq qız övladı ataya daha yaxın olur. Razısız?

    – Əlbəttə razıyam. Hətta qızım mənə daha çox oxşayır. Yoldaşım 2013-cü ildə dünyasını dəyişəndən sonra qızım baxır mənə.

    – Taleyinizin keşməkeşli olduğunu dediniz. Bu tanınmış nəslin övladı olmağınızdan irəli gəlir, yoxsa, necə?

    – Təvazökarlıq kimi çıxmasın. Bir dönəm olub ki, əziyyət çəkmişik. Orta məktəbi Lənkəranda bitirib Bakıya gəldik. İçərişəhərdə 6 kvadrat metrlik evdə yaşayırdıq. Evin pəncərəsi də yox idi. Müharibə zamanının övladlarıyıq. Atamı xatırlamıram. 6 yaşım olanda müharibəyə gedib və geri qayıtmayıb. Anam rus ola-ola bizi tək böyüdüb. Bir bacı, bir qardaş olmuşuq.

    – Kiçik yaşlarınızda atanızı itirmisiz.  Maraqlıdır, milliyyətcə rus olan ananız sizi Azərbaycan ruhunda necə tərbiyə edib?

    – Anam həmişə mənə danışırdı ki, atan müharibəyə gedəndə bir xahişi olub. “Oğlum azərbaycanlılığını itirməsin”. Çünki biz Hüseyn Cavidin ailəsi ilə sıx əlaqədə idik. Qohum kimi gedib-gəlirdik. Mənim Azərbaycan ruhunda böyüməməyim qeyri-mümkün idi. Mən kiçik olanda valideynlərim tez-tez Bakıya gəlib-gedirlərmiş. Həmişə də Hüseyn Cavidin evində qalardıq. Xatırlayıram ki, anam Cavid həbs olunmazdan qabaq Bakıya gəldiyimizi danışıb. 2 ay Cavidin evində qalmışdıq. Cavid bizi teatra piyada aparırdı. Qabağına çıxan xanımlar, bəylər “Cavid əfəndi, salam” deyib keçirdilər.

    – Hüseyn Cavidin ailəsi ilə sıx təmasda olsanız da, sizin Azərbaycan dilinizdə yaxşı danışa bilməməyiniz həmişə müzakirə mövzusu olub. Haqqınızda “Ana dilini bilməyən vəzifəsini də icra edə bilməz” deyiblər.

    – O qədər ata-anası azərbaycanlı olub yarıtmaz işlərlə məşğul olanlar var ki! Onda nə ilə məşğul olurdular, yaxud da indi nə ilə məşğul olurlar!… Düzdür, çox xoşbəxt olardım ki bəziləri kimi Azərbaycan dilində danışa bilim. Həyat elə gətirib ki, rus dilində oxumalı olmuşuq. Buna baxmayaraq, danışanda Azərbaycan dilində rahat danışıram, danışanı da 100 faiz başa düşürəm. Ancaq latın qrafikasının hərflərini oxuyanda çətinlik çəkirəm. Baş nazir olanda nə qədər sənədlərə imza atmışam. Heç bir sənədi oxumamış imza atmamışam. Bu ola da bilməzdi.

    Sizə bir sirr açım: mənim bir gözüm görmür. Bu, çoxdan belədir. O zaman çıxıb deməli idim ki, gözümün biri görmür?!

    – Qayıdaq Hüseyn Cavidin evində keçirdiyiniz illərə. Cavidin bütün yaradıcılığı ilə tanış olduğunuzu söyləmək olarmı?

    – Əlbəttə. Bir çox şeirlərini əzbər də bilirəm. Siz də Cavidin əsərlərini bəyənməmiş olmazsız.

    “Turan qılıncından dar kəskin ulu qüvvət

    Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”


    – Bəlkə sizin də gizli şairlik istedadınız var, biz bilmirik!

    – Heç vaxt şeir yazmaq istedadım olmayıb. Mən mühəndisliyi sevib-seçdim. Ancaq atam şeirlər yazıb. Dəftərləri hələ də qalır. Cavidin bütün əsərlərini çox sevirəm.

    – Artur müəllim, son vaxtlarda ölkədə prezident tərəfindən köklü kadr islahatları aparılır. Siz bu barədə nə deyə bilərsiniz?

    – Cənab prezidentin apardığı islahatları yaxından izləyirəm. Birmənalı olaraq çox yüksək qiymətləndirirəm. Cənab İlham Əliyevə təşəkkür edirəm ki, bu cür işlər görür.

    – Ard-arda işdən çıxarılıb həbs edilən icra başçıları arasında korrupsiya və rüşvətxor əməllər törədənlər, dövləti çapıb-talayanların kimliyini hər kəs bildi. Niyə icraedici orqanlarda çalışanlar bu cür hərəkətlər edirlər?

    – Düzü, bilmirəm bu onların təbiətindən, yoxsa, savadsızlığından irəli gəlir?! Ağlıma gətirə bilmirəm ki, insanlar bu qədər rüşvəti nə edirlər?! Ancaq faktlar heç nəyi dəyişmir. Fakt faktdır.

    – Uzun müddət eyni komandada təmsil olunduğunuz Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev də bir müddət öncə postundan kənarlaşdırıldı. Ramiz Mehdiyevin Administrasiyadakı fəaliyyəti haqda birmənalı fikirlər yoxdur. Elə vaxtilə   hakimiyyətdə birlikdə çalışdığınız bəzi tanınmış şəxslər Ramiz Mehdiyevi hakimiyyət daxilində klan yaratmaqda, intriqa ilə məşğul olmaqda, rüşvətxor məmurları vəzifəyə təyin etməkdə və başqa bu kimi “qara işlər”də ittiham ediblər. Siz bu barədə nə deyə bilərsiniz?

    – Bunlardan məlumatım var. Bilmirəm, bunlar nəyə lazımdır?! Ancaq bunun iki yolu var. Ya gərək haqqında yazılanlarla bağlı məhkəməyə müraciət edəsən, ya da çıxıb birbaşa reaksiya verəsən. Başqa yolu yoxdur. Biri var deyəsən ki, filankəsin anası ermənidir, biri də var deyəsən ki, filankəs dövləti talayıb. Bunlar fərqli məsələlərdir.

    – Ümumiyyətlə, ikiniz də eyni vaxtlarda hakimiyyətin əsas simaları olmusuz. Bu gün Ramiz müəllimlə zəngləşib dərdləşirsizmi?

    – Əlaqə saxlamırıq. 2018-ci ilin aprelində istefaya göndərildim. Bir dəfə Ramiz müəllimlə telefon əlaqəmiz olub. O vaxtdan bu günə kimi əlaqəmiz olmayıb. Həm də mən vəzifədən gedəndə Ramiz müəllim hələ Administrasiyanın rəhbərliyində qalırdı, məndən çox sonralar getdi… Sonra görünür, daha mənimlə işləri olmayıb deyə axtarılmadım. Bu da normaldır.

    –  Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla münasibətləriniz necədir?

    – Zamanında vəzifə icra etmişik deyə normal əlaqələrimiz olub. Bütün icra aparatlarında çalışanlarla aram normal olub.

    – Bu gün nə Oqtay Əsədov, nə də siz yüksək vəzifə tutursuz. Ancaq Oqtay Əsədov sizdən fərqli olaraq incik təsiri bağışlayır. Sanki yenidən Milli Məclisin sədri olmamağını həzm edə bilmir, sıravi deputatlığa alışmır. Bu cür hallar nə dərəcədə doğrudur?

    – Nəinki vəzifə, heç ömür belə əbədi deyil. Bu dünyada daimi heç nə yoxdur. Hesab edirəm ki, hər birimiz bu gün burda, sabah başqa yerdə olduğumuzu qəbul etməliyik. Eyni zamanda, dövr dəyişir axı! Yeni nəsil gəlməlidir, gənclər vəzifələrdə təmsil olunmalıdır. Artıq XXI əsrdir. Dünyada gedən prosesləri izləyirəm. İnternet üzərindən dünyanın o başından xəbər tuturuq…

    – Bəs Allahşükür Paşazadə ilə münasibətləriniz necədir?

    – Şeyx həzrətlərini soruşursuz?

    – Bəli

    – Çox yaxşı münasibətlərimiz var. Arada zəngləşirik. O mənim xətrimi çox istəyir, mən də onun xətrini çox istəyirəm.

    – Şeyx haqqında da çox şayiələr gəzir, ya da yazırlar. Nə dərəcədə doğrudur?

    – Yazırlar da. Mən söhbətə başlasam, kitab yazmaq olar.


    – Yeri gəlmişkən, nə əcəb, memuar yazmaq haqqında düşünmürsüz?

    – Bunun 2 səbəbi var. Birinci səbəb Hüseyn Cavidin həyat yoldaşı Müşgünaz xanım və qızı Turan xanımla bir vaxtlar daimi sıx əlaqədə olmağımızla bağlıdır. Anam Cavidin yoldaşını və qızını bütün qohumlarından üstün tuturdu. Cavidə görə evi gəlib yoxlayırdılar. Əlyazmaları-filan götürüb aparırdılar. O zamandan beynimdə qalıb ki, sənədləri saxlamaq doğru deyil. Ələ keçən yazışmalardan hansısa mənalarda istifadə edə bilərlər. İkinci səbəb isə tarixlə bağlıdır. Gərək tarixə 50 ildən sonra qayıdasan. Çünki indi yaszam, kiminsə xoşuna gəlməyəcək, yazmasam da…. Bu da adamın özünə əziyyət olmayacaq.

    – Haqqınızda neqativ xəbərlərlə yanaşı, müsbət fikirlər də səslənir. Bəziləri sizi xalq və dövlət üçün gərəkli şəxs adlandırır. Bu barədə də danışa bilərsiz?

    – Özüm haqqında necə danışım?! Bu doğru deyil. Jurnalistlərə məsləhət görərdim ki, Arturun işlədiyi yerlərdə əgər kimlərsə qalıbsa, onlardan soruşsunlar. O zaman biləcəklər ki, Artur hansı işləri görüb. Ümumiyyətlə, ailəmiz həmişə təvazökar olub. Özümüz haqqında danışmağı sevməmişik.

    Söhbət açılmışkən bir hadisəni danışım: Baş nazir ola-ola bir gün anam zəng etdi. Soruşdum ki, “ay ana hardasan?!”, cavab verdi ki, “qızımın yanındayam”. Necə getdiyini soruşanda “trolleybusla”dedi. Cavab verdim ki “ay arvad, burda otururamsa, deməli, səni harasa aparmağa,  taksi göndərməyə imkanım var”. Ailəmiz belə olub.

    – Bir övladınız olsa da, onu davamçınız kimi yetişdirmədiniz. Bu gün yeganə övladınız – qızınız hansısa vəzifəni tuta bilərdi.

    – Mənim yaxın ailə üzvlərimin heç biri vəzifədə deyil. Bir hadisə olmuşdu, ad çəkmək istəmirəm. Xahiş etmişdilər ki, “filankəsi vəzifəyə qoyaq”.  “Nə qədər ki mən Baş nazirəm, bu, baş tutmayacaq” demişdim. Xarakterim belə olub. Bu da ailəmdən gələn tərbiyədən asılıdır.

    Dövlət Plan Komitəsinin müavini idim. İsmayıl Əliyev vardı. Allah rəhmət eləsin! Neft Akademiyasının rektoru olub. Bir dəfə kabinetdə oturmuşam. Katibə dedi ki, “İsmayıl müəllim sizinlə danışmaq istəyir”. O zamanlar gənc idim. İsmayıl müəllim yaşca məndən boyük idi. Heç demə o xəbər tutub ki, Nailə Rasizadə mənim qızımdır. Mənə dedi ki, “sənin qızına tələbə vəsiqəsini mən verirəm, ancaq sən bir dəfə də olsun mənə deməmisən ki, qızın burda oxuyur. Qızına nə köməklik lazımdırsa, edərəm”. Cavab olaraq “kömək məsələsi bizlik deyil” dedim.

    – Bəziləri Artur adını eşidən kimi erməni məsələsini gündəmə gətirirlər. Hətta “buna bir Azərbaycan adı tapmadılar ki, gedib erməni adı qoydular?!” deyə söyləyənlər də var. Kim qoyub adınızı?

    – Mən dünyaya gələndə anam ölüm-dirim savaşı aparıb. Məni güclə dünyaya gətirib. Voyniçin “Ovod” əsərini oxumusuz?

    – Əlbəttə. Çox maraqlı əsərdi. Ata-oğul üzə-üzə gəlir…

    – Hə, bax əsərdəki həmin oğul, yəni Artur adını da atam mənə qoyub. Ancaq anam adımın ya Teymur, ya da Tofiq  olmasını çox istəyib. Atam isə əsərdən təsirlənib deyə, adımı Artur qoyub. Savadı olmayanlar da durub deyirlər ki, Artur erməni adıdır. Çünki kitab oxumayanlar belə şeyləri bilməz. Oxusaydılar, rast gəldikləri adları bilərdilər…

  • Azərbaycanda general-mayor və polkovnik şəhid oldu – RƏSMİ

    “İyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlər davam edib. Düşmənə sarsıdıcı zərbələr endirilib, yüzə qədər canlı qüvvəsi, texnikaları məhv edilib”.

    Bunu Müdafiə nazirinin müavini Kərim Vəliyev Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatları barədə keçirdiyi brifinqdə bildirib.

    O qeyd edib ki, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub.

    “Bizim generallar əsgərlə çiyin-çiyinə, cəsarətlə döyüşürlər”.

    K.Vəliyev əlavə edib ki, hazırda döyüşlər davam edir.

  • Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edildi – VİDEO

    İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.