Month: July 2020

  • Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı

    Bakıda itkin düşən qadın tapılıb.

    Trend-in məlumatına görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

    Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Salatın Qaryağdılı iyulun 10-da evdən çıxıb və bir daha geri qayıtmayib.

    Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qadın iyulun 10-da Türkiyəyə gedib.

  • Bakıda iki yaşlı uşaq evin balkonundan yıxılıb öldü

    Bakıda azyaşlı uşaq evin balkonundan yıxılaraq ölüb.

    Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, L.İmanov küçəsində baş verib.

    Sözügedən küçədə mənzillərdən birində yaşayan 2018-ci il təvəllüdlü Murad Muradov yaşadığı mənzilin balkonundan yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq orada həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • ВИДЕОРЕПОРТАЖ из села Агдам Товузского района, где идут ожесточенные бои

    В настоящее время на линии фронта идут ожесточенные бои.

    Baku TV выходит в прямой эфир из села Агдам Товузского района Азербайджана, которое подверглось вражескому артобстрелу.

    Азербайджанская армия принимает адекватные ответные меры.

    Оперативная обстановка находится под контролем ВС Азербайджана.

  • Qızğın döyüşlərin getdiyi Ağdam kəndindən VİDEOREPORTAJ

    Hazırda qızğın döyüşlərin getdiyi cəbhə xəttində atəş səsləri intensivləşib.

    Baku TV Tovuzun düşmənin artilleriya hücumlarına məruz qalan Ağdam kəndindən canlı yayımdadır.

    Azərbaycan ordusunun adekvat cavab atəşinin səsləri gəlməkdədir.

    Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır.

  • Bakıda qapı-pəncərə sexində yanğın

    Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 160 kvadrat metr olan qapı-pəncərə sexinin dam örtüyünün yanar konstruksiyaları beş kvadrat metr sahədə və içərisində taxta tullantıları 20 kvadrat metr sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov söndürülüb.

  • ВС Армении обстреляли азербайджанское село Дондар Гушчу – ОФИЦИАЛЬНО

    Подразделения ВС Армении 14 июля обстреляли село Дондар Гушчу Товузского района Азербайджана из крупнокалиберного оружия и артиллерийских установок.

    Об этом сообщил глава пресс-службы Минобороны АР полковник Вагиф Даргяхлы.

    По его словам, местные жители в результате артобстрела не пострадали.

  • Düşmən Dondar Quşçu kəndini yenidən atəşə tutdu – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

    Bunu Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

    Onun sözlərinə görə, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

  • Zaqataladakı olimpiya kompleksinin yararsız vəziyyətdə olmasına səbəb nədir? – RƏSMİ AÇIQLAMA

    Sosial şəbəkələrdə Zaqatala Olimpiya İdman Kompleksinin təmirdən qısa müddət sonra yararsız vəziyyətə düşməsi barədə görüntülər paylaşılıb. Bildirilir ki, olimpiya kompleksi hazırda istifadəsiz, baxımsız qalıb.

    Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi ilə əlaqə saxladıq.

    Qurumun Mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, Zaqatala Olimpiya İdman Kompleksi Gənclər və İdman Nazirliyi tərəfindən inşa edilməyib:

    “Zaqatala Olimpik” MMC adı ilə 2006-ci ildə 3 500 nəfər tamaşaçı yerli əsas stadion, 2008-ci ildə isə köməkçi stadion tikilərək istifadəyə verilib. “Zaqatala Olimpik” MMC 2015-ci ildə “Aqrarkredit” bank olmayan kredit təşkilatının balansına verilib. Tikildiyi dövrdən kompleksdə əsaslı təmir işləri görülməyib. 2012-ci ildə təmirə başlanılıb, lakin işlər yarımçıq qalıb. “Zaqatala Olimpik” MMC 2017-ci ilin iyul ayından Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib və “Zaqatala Olimpiya İdman Kompleksi” MMC kimi fəaliyyətə başlayıb. Kompleks 2017-ci ildə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə görüntülərdə nümayiş etdirilən vəziyyətdə Nazirliyin balansına verilib”.

    “Təhvil alındıqdan sonra Nazirlik obyektin əsaslı təmirə ehtiyacı olduğunu nəzərə alaraq, müvafiq qurumlara bununla bağlı təkliflər göndərib. Müvafiq qərar təsdiq edildikdən sonra nazirlik tərəfindən əsaslı təmir işlərinə başlanılacaq.

    Məlumat üçün bildirək ki, Zaqatala OİK təsərrüfat hesablı olduğu üçün onun yalnız qismən saxlanılması (cari xərclər) dövlət tərəfindən idman qurğularının saxlanılması üçün nazirliyə ayrılan vəsait hesabına aparılır. Əlavə olaraq bildirilməlidir ki, olimpiya idman növləri üzrə məşqlər qurğuda pulsuz şəkildə aparılır”, – deyə, S.Məmmədova vurğulayıb.

  • На передовой не смолкает артиллерийская канонада – ВИДЕО

    На линии фронта в Товузском районе не смолкает артиллерийская канонада.

    Как передаёт Median.Az со ссылкой на oxu.az,, оперативная обстановка находится под контролем азербайджанской армии.

    С утра 14 июля подразделения ВС Армении обстреливают села Агдам и Алибейли Товузского района Азербайджана из крупнокалиберного оружия и артиллерийских установок.

  • Cəbhədə atəş səsləri – VİDEO

    Hazırda qızğın döyüşlərin getdiyi cəbhə xəttində atəş səsləri eşidilməkdədir.

    Oxu.Az-ın əməkdaşlarının sözlərinə görə, düşmənin artilleriya atəşləri, eləcə də, Azərbaycan ordusunun adekvat cavab atəşinin səsləri yayılmaqdadır.

    Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır.

    Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq, Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.