Month: July 2020

  • ВС Армении нарушили режим прекращения огня 74 раза за сутки

    С целью обострения ситуации подразделения вооруженных сил Армении, используя крупнокалиберные пулеметы, гранатометы, снайперские винтовки, 60-, 82- и 120-миллиметровые минометы и другие артиллерийские установки, в течение суток 74 раза нарушили режим прекращения огня в различных направлениях фронта.

    Об этом 14 июля сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций в селах Айгепар, Мосесгех, Чинари Бердского района, в селе Джил и на безымянных высотах в Чамбаракском районе Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Алибейли, Агдам Товузского района и на безымянных высотах в Гедабейском районе.

    Оборонное ведомство отмечает, что обстрел также велся с позиций близ оккупированных сел Гейарх – Тертерского, Юсифджанлы, Мерзили – Агдамского, Куропаткино – Ходжавендского, Ашагы Вейселли, Карвенд, Гараханбейли, Ашагы Сейидахмедли, Горган, Кюрдляр, Горадиз – Физулинского районов, а также с безымянных высот в Тертерском и Ходжавендском районах.

    Обстрел противника был подавлен ответным огнем, азербайджанские подразделения полностью контролируют оперативную обстановку.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 74 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 14 июля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 13 240 427.

    За весь период пандемии скончался 575 601 человек, выздоровели – 7 707 190.

    Больше всего инфицированных в США (3 479 483). На 2-м месте – Бразилия (1 887 959), на 3-м – Индия (907 645). В первую пятерку также входят Россия (733 699) и Перу (330 123).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 138 247, вылечились 1 549 469 человек.

    Соседний Иран с 259 652 заболевшими занимает 11-е место, Турция (214 001) – 15-е.

    В Армении коронавирусом заразился 32 151 человек, в Грузии – 995.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 13 032 летальных исхода.

    На сегодняшний день в Азербайджане подтверждены 24 570 случаев инфицирования коронавирусом, 15 640 человек вылечились, 313 – скончались.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada koronavirusa yoluxanların sayı 13 240 427 nəfərə çatıb.

    Virusdan 575 601 nəfər ölüb, 7 707 190 xəstə sağalıb.

    Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (4 075 594), ölkə isə ABŞ-dır (3 479 483 nəfər).

    Azərbaycanın sərhəd qonşusu Rusiya yoluxma sayına görə dünya ölkələrinin sıralamasında dördüncü yerdə qərarlaşıb. RF-də koronavirusa yoluxan 733 699 nəfərin 11 439-u ölüb.

    Digər qonşularımızdan İranda 259 652, Türkiyədə 214 001, Ermənistanda 32 151, Gürcüstanda 995 yoluxma müşahidə edilib.

    Azərbaycanda koronavirus 24 570 nəfərdə aşkarlanıb. Virusa yoluxanlardan 313 nəfəri həyatını itirib, 15 640 xəstə sağalıb.

  • Düşmən Tovuzu yenidən atəşə tutdu – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq, Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

    Bununla bağlı Oxu.Az-ın sorğusunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı cavablandırıb.

    O bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

  • COVID-19-a qarşı dünyada ilk peyvəndin sınaqları başa çatıb

    Seçenov adına Moskva Dövlət Tibb Universiteti könüllülər üzərində dünyada ilk koronavirus peyvəndinin sınaqlarını başa çatdırıb. Tədqiqat zamanı preparatın insanlar üçün təhlükəsizliyini sübut etmək mümkün olub.

    Bu barədə “Poisknews” nəşri xəbər yayıb.

    Peyvənd N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzi tərəfindən hazırlanıb. Qeyd olunur ki, vaksin süni şəkildə yaradılıb və tərkibində koronavirus hissələri yoxdur.

    “Preparat, əslində, cansız olan və süni şəkildə yaradılan, rekombinant adenoviral peyvənddir. Faktiki olaraq, onda koronavirusun hissələri yoxdur, lakin fəaliyyət prinsipi elədir ki, koronavirusda yaranan immun cavabına bənzər immunitetə səbəb olmalıdır”, – deyə, tədqiqatçılar bildirib.

    Sınaqlarda 38 könüllü iştirak edib. Onlar iki qrupa ayrılıb. Birincilər peyvəndin bir dozasını, ikincilər isə iki dozasını alıb. Peyvənddən dərhal sonra temperaturun yüksəlməsi də daxil olmaqla, heç bir mənfi reaksiya olmayıb.

    Tədqiqat iştirakçılarının yaxın günlərdə evə buraxılması planlaşdırılır. Həkimlər onların vəziyyətlərini izləməkdə davam edəcəklər.

  • FHN-dən Şəmkirdə yağışın yaratdığı fəsadlarla bağlı AÇIQLAMA

    Bu gün səhər saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Şəmkir rayonunun Yuxarı Seyfəli və Abbaslı kəndlərində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub.

    FHN-dən daxil olan məlumatda deyilir ki, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, habelə Şəmkir Rayon İcra Hakimiyyətinin xüsusi texnikaları yağış sularının dolduğu ərazilərdə suçəkmə işlərinə cəlb olunub.

    Hazırda suçəkmə işləri davam etdirilir və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

  • Bakıda gənc qız küçədə oğlanı vəhşicəsinə döydü — VİDEO

    Bakının mərkəzində gənc qızla oğlan arasında əlbəyaxa dava baş verib.

    “Ölkə.Az” bildirir ki, hadisə paytaxtın mərkəzi küçələrindən birində qeydə alınıb. Şahidlərin sözlərinə görə, oğlan küçədə qaçaraq idman edən qıza sataşıb. Onun bu hərəkəti cavabsız qalmayıb. hdxeber.com

    Daha ətraflı videodan izləyin:

  • Ermənilərin atdığı top mərmisi bu evə düşüb

    Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub.

    Top mərmilərindən biri kəndin Mahir adlı sakininin evinə düşüb. Nəticədə ev yararsız hala düşüb.

    Xoşbəxtlikdən ev sakinləri evdə olmayıb

  • Xınalığa sel gəldi, yol bağlandı – VİDEO

    Bu gün Quba rayonunun Xınalıq kəndinə yağan güclü leysan yağışları rayonla kəndi birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub.

    Leysan yağışları rayonun Bostankeş və Qala-Xudat kəndlərində də evlərə, fərdi təsərrüfatlara və yol təsərrüfatına ciddi ziyan vurub.

    Selin görüntülərini təqdim edirik: