Month: July 2020

  • Azərbaycanda növbəti həftəsonu məhdudiyyətləri: İctimai nəqliyyatın fəaliyyəti dayandırıldı – VİDEO

    Ötən gecədən etibarən xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

    Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

    Bununla əlaqədar bu gün saat 00:00-dan 13 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

    İlk belə məhdudiyyət ötən həftəsonu, yəni 4 iyul, saat 00:00-dan 6 iyul saat 06:00-dək tətbiq edilib. Növbəti məhdudiyyət isə gələn həftəsonu, yəni 18 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək nəzərdə tutulub.

    Qeyd edək ki, operativ qərargahın qərarı ilə sözügedən şəhər və rayonlarda xüsusi karantin rejimi 5 iyul, saat 06:00-dan 20 iyul, saat 06:00-dək uzadılıb.

    Bununla əlaqədar Bakı metrosunun fəaliyyəti də 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək dayandırılıb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • 16-летняя жительница Сабирабада покончила с собой

    Жительница села Шахрияр Сабирабадского района Малейка Алиева (2004 г.р.) покончила с собой.

    Как передает АПА, она повесилась на дереве во дворе своего дома.

    Причины суицида пока не установлены.

    По данному факту в районной прокуратуре проводится расследование.

  • Sabirabadda 16 yaşlı qız intihar etdi

    Sabirabadda intihar hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Şəhriyar kəndində qeydə alınıb.

    Kənd sakini, 2004-cü il təvəllüdlü Əliyeva Məleykə Elşən qızı yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar edib.

    İntiharın səbəbləri məlum deyil.

    Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 11 июля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 12 630 872.

    За весь период пандемии скончались 562 888 человек, выздоровели – 7 366 488.

    Больше всего инфицированных в США (3 291 786). На 2-м месте – Бразилия (1 804 338), на 3-м – Индия (822 603). В первую пятерку также входят Россия (713 936) и Перу (319 646).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 136 671, вылечились 1 460 495 человек.

    Соседний Иран с 252 720 заболевшими занимает 10-е место, Турция (210 965) – 15-е.

    В Армении коронавирусом заразились 30 903 человека, в Грузии – 973.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 12 447 летальных исходов.

    На сегодняшний день в Азербайджане подтверждены 22 990 случаев инфицирования коронавирусом, 14 093 человека вылечились, 292 – скончались.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 12 630 872 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 562 888 nəfər ölüb, 7 366 488 xəstə sağalıb.

    Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (3 858 268), ölkə isə ABŞ-dır (3 291 786 nəfər).

    Azərbaycanın sərhəd qonşusu Rusiya yoluxma sayına görə dünya ölkələrinin sıralamasında dördüncü yerdə qərarlaşıb. RF-də koronavirusa yoluxan 713 936 nəfərin 11 017-si ölüb.

    Digər qonşularımızdan İranda 252 720, Türkiyədə 210 965, Ermənistanda 30 903, Gürcüstanda 973 yoluxma müşahidə edilir.

    Azərbaycanda koronavirus 22 990 nəfərdə aşkarlanıb. Virusa yoluxanlardan 292 nəfəri həyatını itirib, 14 093 xəstə sağalıb.

  • İtlər koronavirusun aşkar edilməsinə cəlb olunacaq

    Avropanın bir neçə ölkəsində itlərə COVID-19-u aşkarlaya bilmək istiqamətində təlimlər keçirilir.

    Tədqiqatlara görə, itlər virusun mövcudluğunu 80-90 faiz təyin edə bilir.

    Finlandiyalı alimlər payıza qədər sərhəd nəzarət məntəqələrində koronavirusa yoluxmuş insanları aşkarlaya biləcək itlərin xidmətə tam hazır olacağını ehtimal edirlər.

    “Hamımız virusun hava limanlarında, təlim və tibb müəssisələrində dərhal aşkar edilməsinə ehtiyac duyuruq. Təcrübəmiz göstərir ki, itlər buna qadirdirlər, buna görə Xarici İşlər Nazirliyi və sərhəd xidmətlərinin nümayəndələri ilə əlaqə saxlayırıq”, – deyə “İzvestiya” nəşrinə açıqlamasında Finlandiyanın “DogRisk” tədqiqat qrupunun rəhbəri Anna Helm-Berkman bildirib.

    Qeyd olunur ki, mövcud eksperiment Almaniya Silahlı Qüvvələri tərəfindən də aparılır.

  • Bakıda eşidilməyən səs, tapılmayan çarə: Üfunət qoxulu yollardan keçmək macəraya çevrilib – VİDEOREPORTAJ

    Bir yaşayış massivi düşünün, yolları keçilməzdir. Sanki alınmaz bir qalaya doğru gedirsən. Bir yaşayış massivi düşünün, üfunət qoxusundan ətrafda dayanmaq belə olmur. Əlindəki məişət tullantısını atmaq üçün zibil qutusu belə tapılmayan yaşayış massivi..

    Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsinin sakinlərini qəhrəman adlandırmaq olar. Çünki uzun müddətdir ki, sadaladığım problemlərə dözərək yaşayırlar.

    Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara yazılı və şifahi olaraq müraciətlər ediblər. Ancaq nə onların yazdıqlarına baxan olub, nə də dediklərinə qulaq asan..

    Biz də problemlə bağlı Maştağa qəsəbə nümayəndəliyinə getsək də, özünü təqdim etməyə lüzum görməyən bir xanım idarədə heç kimin olmadığını dedi.

    Məsələ ilə bağlı müraciətimiz əsasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Müslüm Mahmudov şifahi olaraq bildirdi ki, ərazi üzrə nümayəndə çəkiliş qrupu ilə bərabər problemə yerində baxış keçirə bilər.

    Biz də əməkdaşla birlikdə yenidən Nizami küçəsinə qayıtdıq.

    Bir az əvvəl yerində tapılmayan nümayəndəliyin əməkdaşının sakinlərlə söhbətindən belə başa düşmək olar ki, bu günə kimi aidiyyəti qurumun problemdən, ümumiyyətlə, xəbəri olmayıb.

    Sakinlərin şikayət məktublarının üzü açılmayıb…

    Nümayəndəliyin mühəndisi danışdıqca, sakinlərin üzündə yenə bir inamsızlıq var idi. Onlar da problemlərin bu tezliklə həll olunmayacağını yaxşı bilirdilər. Ancaq yenə də gözləməyə, bu çirkabın, üfunətin içində yaşamağa məcburdurlar.

    Baku TV məsələni diqqətdə saxlayacaq.

    Ətraflı süjeti təqdim edirik:

  • Koronavirusdan ölümə bu amillər səbəb ola bilər – ARAŞDIRMA

    Böyük Britaniyanın Oksford Universitetinin alimləri koronavirusa yoluxduqda ölüm riskini artıran əsas amillər barədə məlumat veriblər.

    Bu haqda “Nature” jurnalında məqalə dərc olunub.

    Tədqiqatçılar Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin bütün pasiyentlərin 40 faizini təşkil edən 17 milyondan çox yetkin insanın məlumatlarını və 10 926 ölüm faktını təhlil ediblər.

    Araşdırma zamanı COVİD-19-dan kişilərin, yaşlı insanların və tənha yaşayanların digərlərinə nisbətdə ölmə ehtimalının 1,59 dəfə daha yüksək olduğu təsbit edilib.

    Bundan əlavə, Afrika və Asiya mənşəli olanlar digərlərinə nisbətən daha çox risk qrupundadırlar.

    80 yaşdan yuxarı insanlarda koronavirus infeksiyası nəticəsində ölüm riski 50-59 yaş arası insanlara nisbətən 20 dəfə yüksəkdir.

    Təhlükəli amillərə həmçinin piylənmə, diabet, ağır astma və digər tənəffüs xəstəlikləri, ürək, qaraciyər, nevroloji və autoimmun xəstəliklərin xroniki halı daxildir.

  • Bakıda həkimin çantasından oğurluq edən şəxs kameraya düşdü – VİDEO

    Bakıda özəl klinikalardan birində həkimin xidməti otağından edilən oğurluq təhlükəsizlik kameralarına düşüb.

    Hadisə Nərimanov rayonunda yerləşən özəl klinikalardan birində olub.

    Naməlum şəxs həkimin xidməti otağında olmadığı vaxtdan istifadə edərək otağa daxil olur. Bu zaman həmin qadın həkimə məxsus çantadan pul qabını oğurlayaraq xəstəxanadan uzaqlaşıb.

    Məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə məlumat verilib. Polis təhlükəsizlik görüntülərinə əsasən, oğurluğu törədən qadının şəxsiyyətinin müəyyənləşdirilərək tapılması istiqamətində iş aparır.

    Qadını tanıyanlardan və ya görənlərdən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət etmələri xahiş olunur.

  • Bakıda yol polisi də dayanma-durmaya görə cərimə yazacaq – RƏSMİ

    Daxili İşlər Nazirliyinə (DİN) dayanma-durma tələblərinin pozulmasına görə cərimə yazmaq səlahiyyəti verilib.

    Bununla bağlı Prezident İlham Əliyev iyulun 10-da fərman imzalayıb.

    Yeni fərmanla Prezidentin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanı dəyişdirilib.

    Əvvəlki fərmanın 4.52-ci maddəsinə əsasən, Bakı şəhərinin inzibati ərazisində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallara münasibətdə isə Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur.

    Yeni fərmanla isə DİN-ə də bu səlahiyyət verilib. Bu o deməkdir ki, DİN-də Bakı ərazisində dayanma-durma qaydalarının pozulmasına görə cərimə yaza biləcək.

    Fərmanda DİN və BNA-ya şəxsin dayanma-durma qaydalarının pozulması ilə əlaqədar törətdiyi eyni inzibati xətaya görə təkrar inzibati məsuliyyətə cəlb edilməməsi üçün tədbirlər görmək tapşırılıb.