Month: July 2020

  • İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”

    Azərbaycanda koronavirus infeksiyası ilə mübarizə davam edir. Təəssüf ki, həkimlərin və hökumətin səylərinə baxmayaraq, yoluxanların sayı hər gün 500 nəfərdən çox təşkil edir. 5 iyul 2020-ci il tarixinə olan məlumata görə, Azərbaycanda 20 324 nəfərdə COVID-19 infeksiyası təsdiqlənib. İndiyə qədər 11 742 nəfər sağalıb, 250 nəfər ölüb, 8 332 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə alır.

    Media.Az V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Parazitar Xəstəliklər Klinikasının baş həkimi, klinik ordinator Afət Əkbərova ilə söhbət edib.

    Onun sözlərinə görə, tədqiqat institutunun həkimləri ilk günlərdən Azərbaycanda koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə iştirak ediblər.

    “Əməkdaşlarımız ilk cavab verənlərdən oldu; əvvəlcə könüllü olaraq karantində olan xəstələr arasında maarifləndirmə işləri apardılar və sonradan birbaşa koronavirus xəstələrinin müalicəsində iştirak etdilər. Şəxsən mənə gəlincə, martın 1-də Yoluxucu Xəstəliklər Klinikasının baş həkimi Nərgiz Əliyeva ilə Cəlilabad şəhərinə göndərildim. Sonra Qobustan Mərkəzi Rayon Xəstəxanasına uzun ezamiyyət oldu, hazırda Mərkəzi Gömrük Hospitalında çalışıram. Bu tibb müəssisəsi, bildiyiniz kimi, yaxın dövrlərdən xüsusi rejimli xəstəxanaya çevrilib. Ancaq biz – müxtəlif ixtisaslardan yüksək peşəkarlığa malik həkimlərdən ibarət qrup – artıq bir çox sağalmış insanı evinə yola salmışıq”.

    Onun sözlərinə görə, epidemiya davam etdiyi üçün boşalmış çarpayılar yeni gələn xəstələrlə dolur:

    “Hazırda heç bir yaş fərqi yoxdur. Hər şey komorbid fondan, yəni müxtəlif yanaşı xəstəliklərin mövcudluğundan, xəstəliyin müddətindən və xəstənin həkimlərin tövsiyələrinə nə dərəcədə riayət etməsindən asılıdır”.

    Virusun bu dövrdə mutasiyaya uğrayıb-uğramadığı barədə suala cavab olaraq, o, xəstəliyin davam etdiyini və əvvəlki aylarla müqayisədə daha ağır şəkildə olduğunu əminliklə söyləyib.

    “Bu, mutasiyaya uğramış virusun aqressivliyi ilə izah olunur”, – deyə, A.Əkbərova sözlərini yekunlaşdırıb.

  • Bakının müxtəlif ərazilərində havadan üfunət iyi gəlir

    Hazırda Bakının bəzi ərazilərində havadan üfunət iyi gəlir.

    Oxu.Az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə də geniş müzakirələr gedir.

    Müxtəlif istifadəçilərin bildirdiklərinə görə, qoxu daha çox 3, 6, 7, 8, 9-cu mikrorayonlar, Dərnəgül, Nərimanov metrostansiyaları ətrafında, eləcə də şəhərin digər ərazilərində hiss olunur.

    Qoxunun səbəbi haqda açıqlama verilməyib.

  • Dövlət başçısı: “Kifayət qədər boş çarpayılarımız var”

    “Bildiyiniz kimi, modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi”.

    Median.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

    Dövlət başçısı bildirib ki, bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı: “Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq. Əslində, modul tipli bu on xəstəxananın tikintisi ilə bağlı qərarı biz o vaxt vermişdik ki, xəstəliyin yayılması o qədər də geniş vüsət almamışdı”.

    Azərbaycan Prezidentinin sözlərinə görə, həmin qərar aprel ayında verilmişdi, o vaxt gündə təqribən 30, 40, 50, 60 insan xəstələnirdi: “Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək. Lakin ehtimal var idi və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda biz çıxılmaz vəziyyətdə qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi. Bu gün yenə də modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərar gələcəyə hesablanır”.

    Ölkə başçısı qeyd edib ki, ümumiyyətlə hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar: “Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq”.

    Prezident İlham Əliyev əlavə edib ki, bu il istifadəyə verilmiş “Yeni klinika”da hazırda 350 xəstə müalicə alır: “Biz qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdıracağıq. Ona görə hesablamaq çətin deyil ki, əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik – yəni, xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, “Yeni klinika”da əlavə 350”.

  • Xüsusi karantin rejim qaydalarına əməl etməyən 7 nəfər saxlanılıb

    Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.

    APA-nın məlumatına görə, Xətai RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Sadıqcan küçəsində yerləşən “Dost qapısı” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarını pozan şəxslər saxlanılıblar.

    Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi A.Novruzov 2000 manat, digərləri 200 manat cərimə olunublar.

  • Türkiyədə koronavirusdan daha 16 nəfər ölüb

    Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 16 nəfər ölüb.

    APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

    Nazir yazıb ki, son 24 saatda 52 193 şübhəli koronavirus testindən keçib, onlardan 1086-nın cavabı pozitiv çıxıb. Bu gün daha 2315 xəstə sağalıb.

    Türkiyədə indiyədək 206 844 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5241 nəfər ölüb, 182 995 nəfər müalicə olunaraq evə buraxılıb.

  • Restoran və kafelərdə sıxlıq norması təsdiqləndi – YENİ QAYDALAR

    Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərar verib.

    APA-nın məlumatına görə, qərara əsasən, “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilib.

    Müəyyən edilib ki:

    – koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır;

    – qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır;

    – hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir.

    Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.

  • Ucarda 2 uşaq anası özünü asıb

    Ucar sakini intihar edib.

    APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Pirkənd kənd sakini, 1986-cı il təvəllüdlü, 2 uşaq anası Güllü Bahadur qızı Həşimova yaşadığı evin həyətində özünü asaraq intihar edib.

    Qonşuların dediyinə görə, ailədə heç vaxtı söz-söhbət, dava olmayıb.

    İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • AZAL выполнит еще один дополнительный специальный рейс в Стамбул

    На этой неделе, 9 июля, Национальный перевозчик Азербайджана выполнит еще один специальный рейс по маршруту Баку-Стамбул-Баку.

    Как передает Report, об этом сообщили в пресс-службе ЗАО “Азербайджанских Авиалиний”.

    Продажа авиабилетов открыта на официальном сайте авиакомпании www.azal.az.

    Тарифы аналогичны ранее открытым для продажи специальным рейсам, которые запланированы до конца августа.

    Студенты могут воспользоваться 30 процентной скидкой при покупке авиабилета. Для этого после оформления брони на сайте необходимо отправить сканированную копию иммиграционного документа и паспорта в колцентр авиакомпании через форму обратной связи на сайте или посредством мессенджера WhatsApp. Подробная видеоинструкция по оформлению скидочного авиабилета представлена по ссылке: https://youtu.be/HylsY0m9cEM

    Согласно новым правилам, к полетам будут допускаться только пассажиры, прошедшие тестирование на коронавирус (COVID-19). В связи с этим расширился список лабораторий, аккредитованных Объединением по управлению медицинскими территориальными подразделениями (TƏBİB), в которых пассажиры могут провериться на COVID-19 без направления врача. С данным списком можно ознакомиться ниже:

    – Лаборатория Referans;

    – Клиника Leyla;

    – Клиника Memorial

    – Больница Bona Dea;

    – Лаборатория İnci;

    – Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

    – Kaspian Hospital;

    – UltraLab.

    Как сообщалось ранее, при вылете из Стамбула в аэропорту на стойке регистрации необходимо будет показать справку о негативном результате на COVID-19, предоставленную одной из клиник “Memorial Sağlık Grubu” или других клиник из списка на сайте министерства здравоохранения Турции: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.

    Пассажиры, возвращающиеся из других стран через Стамбул, могут предоставить справку о тестировании из лаборатории, сертифицированной министерством здравоохранения (или другим компетентным органом) этой страны, либо пройдя тестирование в одной из турецких клиник из списка, предоставленного выше.

    Справку с негативным тестом на COVID-19 пассажир должен получить в течение 48 часов до вылета рейса.

    В соответствии с решением Кабинета Министров Азербайджана все прибывшие этими рейсами в Баку пассажиры в течение двух недель должны будут находиться на самоизоляции. С этой целью во время полета они должны будут заполнить декларацию с указанием адреса проживания, где они смогут самоизолироваться. Разрешения, выдаваемые посредством SMS-8103 не будут распространяться на этих лиц.

    Напомним, что на выполняемых в период пандемии COVID-19 рейсах, будут применяться специальные правила как в аэропортах вылета и прилета, так и на борту воздушного судна. “Азербайджанскими Авиалиниями” была подготовлена видеоинструкция: https://youtu.be/AFFKE0yX0nE

  • AZAL bu həftə İstanbula daha bir xüsusi reys yerinə yetirəcək

    Bu həftə, iyul ayının 9-da Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul-Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək.

    AZAL-dan “Report”a verilən məlumata görə, aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanmışdır.

    Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.

    Tələbələr aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM.

    Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənmişdir. Həmin siyahı ilə aşağıda tanış ola bilərsiniz:

    – Referans laboratoriyası;

    – Leyla klinikası;

    – Memorial klinikası

    – Bona Dea xəstəxanası;

    – İnci laboratoriyası;

    – Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

    – Kaspian Hospital

    – UltraLab.

    Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən “Memorial Sağlık Grubu” klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.

    İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqanı) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçməsi barədə arayış təqdim edə bilər.

    COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 əvvəl almalıdır.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.

    Xatırladırıq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. “Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://m.youtube.com/watch?v=-s-0s4o1L2M

  • В Шеки мужчина погиб в результате несчастного случая

    В Шеки мужчина погиб от удара током.

    Как передает АПА, инцидент произошел около 19:00 на улице Г.Сарабского.
    Мастера – жителя Шеки Наримана Мустафаева, устанавливавшего каменное покрытие частного жилого дома, ударило током.

    От полученных травм мужчина скончался на месте происшествия.

    В настоящее время сотрудники правоохранительных органов проводят расследование в связи с данным фактом.