Month: July 2020

  • 85 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin olunub

    Ötən dövrdə 85 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin olunub.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyalar, ötən ilin son aylarında isə müavinət və təqaüdlər üzrə elektron təyinat sistemi (ümumilikdə 21 e-təyinat sistemi) işə salınıb.

    Cari ilin 1 iyul tarixinə olan məlumata əsasən, həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 85 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Onlardan 25 100 nəfərə e-qaydada pensiya, 60 min şəxsə e-qaydada müavinət və təqaüd təyin olunub.

    Qeyd edilən e-təyinat sistemləri vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman onlara proaktiv qaydada xidmət göstərməyə imkan yaradıb. Nəticədə, həmin şəxslər hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan onlara müvafiq sosial təminat növləri üzrə e-təyinatlar həyata keçirilir.

  • İqtisadiyyat Nazirliyindən icazələrin aktivləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

    Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələr üzrə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir.

    Dövlət Vergi Xidmətinə daxil olan müraciətlər təxirə salınmadan araşdırılır və əsaslı müraciətlər üzrə vergi ödəyicilərinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat dərhal Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”ə) göndərilir.

    Aparılmış araşdırmalar nəticəsində əvvəllər icazəsi olmuş, sonradan isə icazələrin verilməsi məhdudlaşdırılmış bir sıra hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onların vergi orqanlarının məlumat bazasında olan fəaliyyət istiqamətləri və təsnifat kodları ilə bağlı məlumatları yenidən dəqiqləşdirilib, uçot baza məlumatları yenidən işlənib, belə işəgötürənlərin və əlavə fəaliyyət istiqamətləri icazə verilən sahələrə daxil olan bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib.

    Bununla əlaqədar, hüquqi və fiziki şəxslərdən “icaze.e-gov.az” portalında icazələrinin aktivləşdirilməsini yenidən yoxlaması tövsiyə olunur.

    Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

    İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, hüquqi və fiziki şəxslərə icazələr Nazirlər Kabinetinın qəbul etdiyi müvafiq qərara əsasən fəaliyyətinə icazə verilən sahələr üzrə aktivləşdirilir, yeni icazələrin alınması ilə bağlı yaranan məsələlərin həlli real vaxt rejimində aparılır və hazırda sistemin aktiv fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə iş aparılır.

  • Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

    Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

    Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polkovnik-leytenant Vilayət Allahverdiyev Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarış İdarəsinin rəisi təyin edilib.

    O, bundan əvvəl baş idarədə xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

    Nazirin digər əmri ilə, Cabir Ələsgərov Qazax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin olunub.

    Qeyd edək ki, C.Ələsgərov Ağstafa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışıb. RPŞ-nin bütün rəhbər heyəti iyunun 11-də işdən çıxarılmışdı.

  • Çində son sutka ərzində COVID-19-a yalnız səkkiz yeni yoluxma aşkarlanıb

    Ötən sutka ərzində Çində COVID-19 infeksiyasına səkkiz yeni yoluxma halı qeydə alınıb.

    Bu barədə TASS Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinə istinadən məlumat yayıb.

    Komitədən yeni halların heç birinin daxili yoluxma olmadığı qeyd edilib.

    Bildirilir ki, hazırda Çin xəstəxanalarında COVID-19 diaqnozu qoyulan cəmi 403 nəfər müalicə alır.

  • Прошло 27 лет со дня оккупации Агдере

    7 июля исполняется 27 лет с момента оккупации вооруженными силами Армении города Агдере Тертерского района Азербайджана и соседних сел.

    До начала вооруженной агрессии со стороны Армении Агдере являлся административным центром одного из пяти районов бывшей Нагорно-Карабахской области (НКАО) Азербайджанской ССР. Согласно данным последней советской переписи населения 1989 года, в 14 селах района проживало более 14 000 азербайджанцев, что делало его по численности азербайджанского населения вторым после Шушинского района бывшей НКАО. На этой территории имеются богатые залежи каменного угля, известняка, месторождения золота и меди, свинца, цинка, а также водохранилище Сарсангского гидроузла с ГЭС на реке Тертер. 75 059 гектаров (44% территории района) были покрыты лесами, в том числе редких и ценных пород.

    Сопровождавшаяся тотальной этнической чисткой оккупация Агдере привела к изгнанию оттуда всего азербайджанского населения, разграблению культурного наследия, фальсификации его облика и разрушению инфраструктуры. Так, в числе прочих был подвергнут искажающей реставрации с целью искусственной арменизации шедевр албанского христианского наследия – храмовый комплекс ХIII в. Гянджасар.

    Эти незаконные действия явились продолжением политики фальсификации исторических реалий и изменения этнического состава Карабахского региона. Одним из наглядных примеров данного процесса служит тот факт, что в 1978 году в селе Шихарх был установлен памятник “Марага – 150” в ознаменование 150-летия переселения туда 200 армянских семей из города Марага в Иране. Однако после начала агрессии Армении этот монумент в честь относительно недавнего появления армян на этих землях был уничтожен.

    Республика Армения и марионеточный режим, созданный на оккупированных территориях Азербайджана, на протяжении 27 лет осуществляют незаконную деятельность по разграблению богатств Агдере, истощению его природных ресурсов варварскими методами, в том числе путем противоправного привлечения иностранных физических и юридических лиц.

    При этом Армения не уделяет внимания обеспечению безопасности сооружений Сарсангского гидроузла, что создает серьезную угрозу многочисленным азербайджанским населенным пунктам, расположенным вниз по течению реки Тертер. Обеспокоенность сложившейся ситуацией была однозначно выражена в резолюции ПАСЕ №2085 (2016 год). Хотя Сарсангское водохранилище было сооружено в 1976 году для обеспечения жителей окрестных районов оросительной водой, после оккупации этих земель Армения превратила его в средство гуманитарного и экологического террора. Так, армянская сторона, преднамеренно открывая створы водостоков в зимние месяцы, создает условия для подтопления населенных азербайджанцами территорий в нижнем течении Тертера, а в жаркие летние месяцы, когда ощущается потребность в воде, не позволяет пользоваться ею. В результате возникают серьезные угрозы обеспечению водой населения, сельскохозяйственной деятельности, поддержанию биоразнообразия территорий и создаются предпосылки для изменения структуры почв.

    Армянская сторона совершает эти действия, несмотря на то, что Женевские конвенции и дополнительные протоколы к ним, международные пакты “О гражданских и политических правах” (1966 год), “Об экономических, социальных и культурных правах” (1966 год), резолюция Генассамблеи ООН 64/292 от 28 июля 2010 года и другие международные документы закрепляют водопользование как составную часть прав человека.

    Международное сообщество осуждает оккупацию территорий Азербайджана и призывает к незамедлительному, полному и безоговорочному выводу армянских вооруженных сил, что закреплено в резолюциях Совета безопасности ООН № №822 (1993 год), 853 (1993 год), 874 (1993 год), 884 (1993 год). Лишь безотлагательные шаги в этом направлении способны создать базу для начала политического урегулирования армяно-азербайджанского конфликта и условия для возвращения азербайджанских вынужденных переселенцев на родные земли, в том числе в Агдере и соседние села.

  • Ağdərənin işğalından 27 il ötür

    Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümüdür.

    Rayon 8 avqust 1930-cu ildə təşkil edilib.

    10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb.

    İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon – Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünüb.

    Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Rayon Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir.

    1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Bir il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir.

    7 iyul 1993-cü ildə Ağdərə şəhəri və rayonun bir çox kəndləri işğal edilir.

    Qeyd edək ki, hazırda keçmiş Ağdərə rayonunun bir neçə kəndi Azərbaycan Respublikasının nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla ərazilərinin çox hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır.

    Ağdərə rayonu ləğv edildikdən sonra Tərtər rayonu inzibati ərazisinə daxil edilən Talış, Seysulan və Madaqiz kəndləri Azərbaycan Ordusu tərəfindən 2017-ci il aprel döyüşləri zamanı işğaldan azad olunub.

  • Azərbaycanda minlərlə sahibkarlıq subyektində sanitar-epidemioloji tələblər pozuldu – SİYAHI

    Mayın 22-dən iyulun 6-dək 11 291 sahibkarlıq subyektində monitorinq keçirilib və 5 336 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

    Bununla bağlı İqtisadiyyat Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə 4-5 iyul tarixlərində keçirilən monitorinqlərdə Binəqədi rayonunda “Bizim market”də, “Sev al market”də, “Tayqa mağazası”nda, “Aptek-Azeri Med”də, Xətai rayonunda “Nur market”də, “İslam market”də, “Bazarstore”da, “Sevimli dad” mağazasında, “Bumbuz pivə” ictimai iaşə obyektində, Xəzər rayonunda “Elit market”də, “Elvin Market”də, “Araz Market”də, “Rahat Market”də, “Mərdəkan market”də, “Sərfəli market”də, “Gəncə təndiri” ictimai-iaşə obyektində, Nəsimi rayonunda “Alvadı market”də, “Sünbül market”də, “Zeytun Aptek”də, Səbail rayonunda “Cadoro shop” mağazasında, “Billur market”də, “Continental market”də, “AL market”də, “Express market”də, “Bolmart”da, Yasamal rayonunda “Laləli market”də, “Fuad market”də, “Ləzzət şirniyyat” mağazasında, “32 çeşid ət mağazası”nda, “Əmi oğlanları” meyvə-tərəvəz dükanında, “Köz döner”, “Pakdad dönər” və “Nənəmin təndiri” ictimai-iaşə obyektlərində, “N.MED Center klinika”da, Suraxanı rayonunda “Ballı market”də, meyvə-tərəvəz bazarında, Sabunçu rayonunda “Super market”də, “Seyid market”də, “Kanal market”də, Nərimanov rayonunda “Araz market”də, “Dolu market”də, “İstanbul market”də, “Xəzər market”də, “Metromart” mağazasında, Nizami rayonunda “Grandmart” və “Az Qranata” mağazalarında, “Happy market” və “Oba Market”də, “Dokta Aptek”də, “Zeytun Aptek”də, Qaradağ rayonunda “Turan market”də, Gəncə şəhərində “AL market” və “Oba market”də, Abşeron rayonunda “Zeynəb market”də, “Saf market”də, “Ailə market”də, “El market”də, “Şok market”də, “Gənclik market”də, Şamaxı rayonunda Mehman Eyyubova məxsus “Market”də, Vidadi Qocayevə və Elçin Rəhimova məxsus ət dükanlarında, Elşad Nəcəfova məxsus məişət avadanlıqlarının təmiri xidmət obyektində, Rəvan Qəhrəmanova məxsus “Rose Park Ailəvi Məkan” ictimai-iaşə obyektində, Füzuli rayonunda “Əli Market”də, “Sədərək Ucuzluq” mağazasında, Bərdə rayonunda “Neptun 16” mağazasında, Orxan Bəxtiyarova məxsus ət dükanında, Ramin Cəfərova və İsmayıl İsmayılova məxsus meyvə-tərəvəz dükanlarında, Mübariz Alıyevə məxsus “Yem satışı” mağazasında, Xaçmaz rayonunda “Relax” xidmət obyektində, “Qlobus” məktəb ləvazimatlarının satışı mağazasında, ümumilikdə, monitorinq aparılmış 743 obyektin 277-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

    Nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

  • В Астаре оштрафовали гостей свадьбы – ФОТО

    В Астаре оштрафовали гостей свадьбы.

    Как сообщили в лянкяранской региональной группе пресс-службы МВД, в Астаринское РУП поступила информация о том, что житель города Эльчин Шириев хочет сыграть свадьбу сына. Сотрудники полиции незамедлительно отправились по указанному адресу и не допустили проведения торжества.

    Жених Азад Ширизаде и гости были задержаны и доставлены в отделение полиции. С ними провели профилактическую беседу.

    Материалы на Э.Шириева направлены в суд, семь человек оштрафованы.




  • Astarada toy mərasimi təşkil etdilər: Bəy polisə aparıldı, məhkəməlik oldu – FOTO

    Astarada toy mərasimi təşkil etmək istəyən şəxslər cərimələnib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Astara Rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gələrək, toy mərasimini dayandırıblar.

    Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah olunub.

    E.Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün yeddi nəfər barəsində isə protokol tərtib edilərək cərimə olunublar.




  • Xırdalan sakinləri karantin qaydalarına məhəl qoymur – VİDEO

    Xırdalandakı parklardan birində insanlar xüsusi karantin rejimi qaydalarına əməl etmir.

    Bununla bağlı oxu.az-ın redaksiyasına video göndərilib.

    Videonu göndərən şəxs dünən axşam saatlarında parkda insanların sosial ara məsafəsi gözləmədiyini və maskadan istifadə etmədiyini bildirib.

    O qeyd edib ki, ərazidə xidmət aparmalı olan polis əməkdaşları da nəzərə çarpmayıb.

    Həmin görüntüləri təqdim edirik: