Month: July 2020

  • ABŞ “TikTok”u bloklamağa hazırlaşır

    ABŞ hakimiyyəti “TikTok” sosial şəbəkəsinin ölkə ərazisində bloklanması məsələsini nəzərdən keçirir.

    Bunu “Fox News”a Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeo deyib.

    ABŞ hakimiyyətinin bu addımına səbəb sosial şəbəkənin istifadəçilərin məlumatlarını Çin hökumətinə ötürməsi ehtimalıdır.

    “Smartfonlarda quraşdırılmış Çin tətbiqlərinə gəldikdə isə, sizi əmin edirəm ki, ABŞ lazımi tədbirləri görəcək”, – deyə M.Pompeo bildirib.

  • В Азербайджане завкафедрой вуза скончалась от коронавируса – ФОТО

    Заведующая кафедрой русского языка Бакинского славянского университета, доцент Кенуль Гасымова скончалась от коронавирусной инфекции (COVID-19).

    Об этом сообщила проректор вуза Ханым Султанова.

  • Azərbaycanda kafedra müdiri koronavirusdan öldü – FOTO

    Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib.

    Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova COVID-19-dan ölüb.

    Universitetin prorektoru Xanım Sultanova bildirib ki, koronovirus BSU-dan da yan keçməyib:

    “BSU-nun rus dili kafedrasının müdiri, dosent Könül Qasımovanı itirdik. Hamı kədər içindədir. Çox ağır dərddir. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun! Sözün bitdiyi yer! Özümə yer tapa bilmirəm!”

  • В бакинской больнице COVID-19 заразились десятки медработников

    За весь период пандемии коронавирусной инфекцией заразились 33 медработника Учебно-хирургической клиники Азербайджанского медицинского университета.


    Как передаёт Median.Az, об этом oxu.az заявила глава пресс-службы вуза Гюнель Асланова.

    “Шесть инфицированных вылечились и выписаны из больницы. Остальные 27, в том числе 21 работник реанимации Учебно-хирургической клиники, продолжают проходить лечение”, – сказала она.

    Г.Асланова также отметила, что состояние шести медработников клиники оценивается как тяжелое, 15 – средней степени тяжести.

  • Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu

    Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının koronavirusa yoluxan tibb işçilərinin sayı məlum olub.

    ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, koronavirusla mübarizə dövründə Tədris-Cərrahiyyə Klinikasında 33 tibb işçisi COVID-19-a yoluxub:

    “Onlardan altısı sağalaraq evə yazılıb. Hazırda 27 tibb işçisi müalicəsini davam etdirir. Həmin şəxslərin 21-i xəstəxananın reanimasiya şöbəsinin əməkdaşlarıdır. Səkkizi həkim və ya həkim-rezident, 13 nəfəri isə orta personaldır”.

    G.Aslanova qeyd edib ki, hazırda müalicə alan tibb işçilərindən altısının vəziyyəti ağırdır:

    “İşçilərdən 15-nin vəziyyəti orta ağır, altısının vəziyyəti isə yüngüldür”.

  • Azərbaycanda təcili yardım avtomobili ağır qəza törətdi – VİDEO

    Zaqatalada təcili tibbi yardıma məxsus avtomobilin qəzaya uğramasının görüntüləri yayılıb.

    İyulun 4-də baş verən qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.

    Hadisəyə təcili yardım avtomobilinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Belə ki, sayrışan işıqlardan istifadə etməyən TTY avtomobili dönən zaman qarşıdan gələn “VAZ 2109” markalı maşına yol verməyib və nəticədə toqquşma baş verib.

    Qəza nəticəsində yaralıların olduğu bildirilib.

    Həmin görüntüləri təqdim edirik:

  • Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı ETSN-dən AÇIQLAMA – YENİLƏNİB

    Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

    Bu barədə Oxu.Az-ın soğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, iy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdılığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.

    Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.

  • Azərbaycanda onlarla ana və uşağı koronavirusa yoluxdu

    “Əgər bir körpə koronavirusa yoluxubsa, uşaqlar üçün ayrılan xəstəxanada ananın müşahidəsi ilə müalicə aparılır. Əksi baş verərsə və ya ana ilə övladı eyni anda yoluxubsa hər ikisinin müalicəsi digər tibb müəssisəsində bir palatada həyata keçirilir”.

    Median.Az xəbər verir ki, bunu Yeni Klinika Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.

    O bildirib ki, bu gün ölkədə belə xəstələrin sayı 10-larladır: “Söhbət 16 yaşa qədər olan yeniyetmələrdən söhbət gedir”.

    P.Abbasov qeyd edib ki, hazırda klinikada 50 yaşın üzərində olan xəstələr üstünlük təşkil edir: “Bu da xəstələrin 70%-i deməkdir. Yaşından asılı olaraq müalicə protokolları dəyişir. Gedişat da xəstəliyin mərhələsindən asılıdır. Ümumi protokol isə eynidir. Ağırlaşmaya görə müalicə həkimin rəyindən asılıdır. Fərqlilik reanimasiya şəraitində olan xəstələrə görədir”.

  • 190 manatın verilməsinə başlanıldı – BU QAYDALARLA VERİLƏCƏK

    Ölkədə sərt karantin rejimi tətbiq edilən ərazilərdə işsizlərə və pandemiya dövründə işini işini itirən vətəndaşlara növbəti dəfə 190 manatlıq birdəfəlik maddi yardımın verilməsinə başlanılıb.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov deyib.

    Onun sözlərinə görə, artıq sərt karantin elan olunan Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda olan sakinlərə həmin müavinətin verilməsinə başlanılıb:

    “İlk olaraq bu rayonlardan başlanıb. daha sonra isə bu həftə ərzində sonradan karantin elan olunan Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında olan vətəndaşlara həmin müavinətlər veriləcək. Bu həftənin sonuna kimi bütün karantin elan olunan ərazilərdəki vətəndaşlara 190 manatın verilməsi prosesi başa çatacaq. Karantin elan olunan ərazilərdə yaşayan, aprel və may aylarında 190 manat müavinət alan şəxslərə artıq banklar tərəfindən smslə bildiriş göndərilib. Həmin şəxslər sms icazə ilə evlərini tərk edərək həmin vəsaitləri ala bilərlər”.

    F. Talıbov qeyd edib ki, əvvəlki ayları alan vətəndaş pul köçürüləcək kartını itiribsə, həmin şəxs müavinət kartını aldığı banka müraciət etməklə iyun ayının müavinətini də ala bilərlər”

  • Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

    Əhali arasında koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması və vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycanda xüsusi karantin rejimi, bir sıra şəhər və rayonlarda isə sərtləşdirilmiş karantin rejimi tətbiq edilir.

    “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə vətəndaşların hərəkətinə, habelə ölkə ərazisində iş və xidmət sahələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib.

    Həmin Qərardan irəli gələrək nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. İcazələr Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən, fəaliyyət sahələri üzrə işçi sayına məhdudiyyət tələbləri nəzərə alınmaqla verilir.

    Sahibkarlıq subyektləri tərəfindən icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşlarımızın infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə öncədən xəbərdarlıq edildiyi kimi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) tərəfindən iyulun 5-dən etibarən Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə işə çıxarılmasına olan tələblərə əsaslanaraq, bu həddi keçən qurumlar üzrə icazələrin bir hissəsi ləğv edilib.

    Bununla əlaqədar, fəaliyyətinə icazə verilən sahələrdə çalışan hüquqi və fiziki şəxslər “icaze.e-gov.az” portalına daxil olmaqla işçi heyətinin qeydiyyatı ilə bağlı məsələləri müəyyən edilmiş qaydalar çərçivəsində yenidən tənzimləməli olublar.

    İqtisadiyyat Nazirliyi bildirir ki, fəaliyyətinə icazə verilmiş sahələr barədə məlumat vergi ödəyicilərinin internet vergi idarəsindəki şəxsi elektron kabinetinə göndərilir.

    Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri aşağıdakı vasitələrlə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər:

    – Yazılı şəkildə (kağız daşıyıcısında);

    – Onlayn kargüzarlıq (e-taxes.gov.az saytındakı elektron kabinet vasitəsilə);

    – “195-1” Çağrı Mərkəzi.

    Daxil olan müraciətlər Dövlət Vergi Xidmətinin vahid məlumat bazasına yönəldilir və yerli vergi orqanları tərəfindən təxirə salınmadan araşdırılır. Müraciətin araşdırılması zamanı vergi ödəyicisinin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə siyahısı təsdiq edilmiş fəaliyyətinə icazə verilən sahələrə aid olub-olmadığı yoxlanılır. Müraciət əsaslı olarsa, həmin vergi ödəyicisinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat dərhal “ASAN xidmət”ə göndərilir.

    Vergi ödəyicilərindən daxil olan müraciətlərin araşdırılması zamanı ən çox rast gəlinən hallardan biri də vergi ödəyicilərinin real fəaliyyət sahəsi təsnifat kodu üzrə əsas fəaliyyət sahəsinə uyğun gəlməməsi və ya vergi orqanlarına fəaliyyət sahələri üzrə təqdim olunan məlumatlarda uyğunsuzluqların müşahidə edilməsidir ki, bu da icazələrin aktivləşdirilməsində çətinliklər yaradır. Vergi sisteminin məlumat bazasında əvvəllər icazəsi olmuş, hazırda isə icazələrin verilməsi məhdudlaşdırılmış bu cür bir sıra hüquqi və fiziki şəxs vardır. Belə hallar zamanı hüquqi və fiziki şəxslərdən öz şəxsi məlumatlarına bir daha baxılması və fəaliyyət istiqamətlərini dəqiqləşdirməsi tövsiyə edilir. Hazırda həmin hüquqi və fiziki şəxslərlə bağlı məsələlər araşdırılır və fəaliyyəti zəruri olan vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə bərabər şəraitin yaradılması, sahibkarların maliyyə zərərlərinə məruz qalmaması üçün qısa müddətdə onların işçilərinin sayına uyğun olaraq məhdud sayda icazələrin aktivləşdirilməsi nəzərdə tutulur.

    Fəaliyyətinə icazə verilməyən, lakin fəaliyyətinin dayandırılması mümkün olmayan zəruri sahələrlə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyəti üzrə əlavə müraciət ediləcəkdir. Dövlət qurumları isə işçi heyətin sayına əlavə ehtiyaclar yaranacağı təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməlidirlər.

    İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, hüquqi və fiziki şəxslərə icazələr Nazirlər Kabinetinın qəbul etdiyi müvafiq qərara əsasən fəaliyyətinə icazə verilən sahələr üzrə aktivləşdirilir, yeni icazələrin alınması ilə bağlı yaranan məsələlərin həlli real vaxt rejimində aparılır və hazırda sistemin aktiv fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə iş aparılır. 6 iyul saat 14.00-a olan məlumata görə, artıq “icaze.e-gov.az” portalında 24.862 işəgötürən tərəfindən 552.616 işçiyə icazə alınıb.

    İqtisadi fəallığın saxlanmasında bilavasitə maraqlı olan İqtisadiyyat Nazirliyi sahibkarları ölkədə yaranmış sanitar-epidemioloji duruma həssaslıqla yanaşmağa çağırır. Hazırda nazirliyin bütün strukturları fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan vergi ödəyicilərinin qarşılaşdığı çətinlikləri həll etmək üçün səfərbər olunub.

    İqtisadiyyat Nazirliyi Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrin fəaliyyət kodlarını təqdim edir. Hüquqi və fiziki şəxslər fəaliyyətinə icazə verilən sahələr, habelə işçi sayına tətbiq edilən məhdudiyyətlər barədə məlumatı aşağıdakı link vasitəsilə dəqiqləşdirə bilərlər:

    https://www.economy.gov.az/article/bildirish/31033