Month: July 2020

  • Xüsusi karantin rejiminin tətbiq olunduğu yerlərdə məhkəmələr təxirə salındı

    Azərbaycanda Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərara əsasən, xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda məhkəmələr təxirə salınıb.

    Bu barədə Ali Məhkəmədən məlumat verilib.

    Məlumatda bildirilir ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 3 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilib:

    1. Xüsusi karantin rejiminin sərtləşdirildiyinin davam etdirildiyi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Goranboy, Göygöl, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə:

    1.1 Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirləri ilə bağlı məsələlər, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;

    1.2 Həbsdə olan şəxslər barəsində apelyasiya instansiyası məhkəmələrinin icraatında olan cinayət işlərinə və digər materiallara baxılması təmin edilsin;

    1.3 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin;

    1.4 Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin;

    1.5 Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin;

    1.6 Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;

    1.7 Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Məhkəmələr fiziki və hüquqi şəxslərin ərizələrinin, o cümlədən apelyasiya və kassasiya şikayətlərinin yalnız poçt vasitəsilə və ya elektron şəkildə qəbulunu təmin etsinlər.

  • Şamaxı Rəsədxanası: “Planetlərin paradı” başlayır

    Sabah, 4 iyul 2020-ci il tarixində Günəş sistemindəki bütün planetlər Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzüləcək. “Planetlərin paradı” adlanan bu düzülüş olduqca maraqlı və bir o qədər də valehedici astronomik hadisədir.

    Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, “Planetlərin paradı” Günəş sistemində iki formada olur: Kiçik planetlərin paradı – bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir; Böyük planetlərin paradı – bu hadisə isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə yaşanır. Lakin bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu, “Planetlərin tam paradı” adlanır.

    Cırtdan planet olaraq təsnif edilən Pluton və Günəş sistemində olan 8 planetin hamısı iyul ayının 4-də bir düz xətt halında olacaq. Lakin iyul ayı boyunca davam edəcək “Planetlərin paradı” tam şəkildə görünməyəcək. Belə ki, Uran, Neptun və Pluton çox uzaq olduqları üçün adi gözlə görünmürlər. Mars, Yupiter, Saturn gecə vaxtı, Venera səhər saatlarında görünəcək, Merkuri isə Günəşə yaxın olduğu üçün müşahidə olunmayacaq.

    Bu astronomik hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Hansı ki, bu zaman Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür. Digər tərəfdən isə planetlərin özündə tektonik fəaliyyətlər yaşana bilər. Bununla belə, “Planetlərin paradı”nın bizim planetimiz və üzərindəki canlılara heç bir mənfi təsiri olmayacaq.

    Sonuncu dəfə bu nadir astronomik hadisə 10 mart 1982-ci ildə baş vermişdi ki, həmin vaxt Günəş sistemindəki bütün planetlər Günəşdən eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıblar.

    Qeyd edək ki, növbəti belə “Tam Planetlər Paradı”nın 2161 və 2492-ci ildə olacağı proqnozlaşdırılır.

  • Bakıda koronavirus xəstəsi mağazada tutuldu – VİDEO

    Paytaxtın Səbail rayonunda ictimai yerdə Covid-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq, yaşadığı ünvana yerləşdirilməklə, xəbərdarlıq edilib.

    Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, rayonun Rəsul Rza küçəsində qeydiyyatda olan 1946-cı il təvəllüdlü İsrafil Musayevə Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

    Səbail RPİ əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə İ.Musayev vətəndaşların intensiv hərəkət etdiyi mağazada aşkar olunub. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb, qonşuluqda yaşayan vətəndaşlara onunla təmasda olmaması üçün tövsiyələr verilib.

    Polis əməkdaşları tərəfindən həmin ünvan üzrə ərazidə dezinfeksiya işlərinin aparılması təmin olunub.

    Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması halları həyat və sağlamlıq üçün real təhlükə mənbəyidir.

    Bunu nəzərə alaraq, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

  • Bütün dünyada ərzaq məhsulları bahalaşdı

    Dünyada qida qiymətləri ilin əvvəlindən bəri ilk dəfə bahalaşıb.

    Lenta.ru-nun məlumatına görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.

    İyun ayında ərzaq qiymətlərinin indeksi orta hesabla 93,2 bənd təşkil edib ki, bu da əvvəlki aya nisbətən 2,4 faiz yüksəkdir. Bitki yağının qiyməti ardıcıl dörd ay azaldıqdan sonra qəflətən 11,3 faiz artıb. Şəkər 10,6 faiz, süd məhsulları isə 4 faiz bahalaşıb.

    Bununla belə, taxılın və ətin qiyməti may ayı ilə müqayisədə 0,6 faiz ucuzlaşıb.

    Hesabata görə, qlobal taxıl istehsalının 2020-ci ildə yeni rekord səviyyəyə (2,7 milyard ton) çatacağı gözlənilir. Hindistan və Rusiya üçün buğda istehsalının proqnozları artırılıb.

  • Tələbələrin köçürülməsi üzrə qeydiyyat təxirə salınır

    Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarına əsasən, bəzi şəhər və rayonlarda xüsusi karantin rejiminin iyulun 20-dək uzadılması ilə bağlı tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu prosesi müvəqqəti təxirə salınır.

    Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

    Prosesin təxirə salınması bu müddət ərzində tələb olunan bəzi sənədlərin tələbələr tərəfindən əldə edilməsində yaranacaq çətinliklərlə bağlıdır.

    Tələbələrin köçürülməsi üzrə yeni qeydiyyat tarixlərinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

  • В Баку возобновляются пассажироперевозки по экспресс-маршрутам – ФОТО

    В связи с приостановкой работы бакинского метрополитена с 6 июля возобновляются перевозки по семи экспресс-маршрутам (M1, M2, M3, M4, M5, M6 и M7), введенным в эксплуатацию в связи с усилением особого карантинного режима.

    Как сообщили в Бакинском транспортном агентстве, время работы этих автобусов – с 07:00 до 20:00.

    Интервал движения экспресс-маршрутов будет регулироваться в соответствии с пассажиропотоком.

  • Bakıda ekspress xətlərin fəaliyyəti bərpa olunur – FOTO

    Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından iyulun 6-dan M1, M2, M3, M4, M5, M6 və M7 ekspress xətlərinin fəaliyyəti bərpa olunur.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, bütün ekspress xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib.

    Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.

  • Bakıda 15 yaşlı oğlan hovuzda boğuldu

    Bakıda 15 yaşlı oğlan faciəli şəkildə ölüb.

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonunda bir nəfərin naməlum şəraitdə dərinliyi təqribən üç metr olan su hovuzuna düşməsi barədə məlumat daxil olub.

    Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 2005-ci il təvəllüdlü Quliyev Rza Qurban oğlunun meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Zəbt olunmuş ərazidə tikilmiş ev neft borusundakı qəzanın aradan qaldırılmasına mane oldu – VİDEO

    Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin əməkdaşları 700 mm-lik Böyükşor-Sumqayıt neft boru kəmərinin Sumqayıt şəhəri, Yeni Yaşayış Massivi, BTZ bağlarından keçən 31,8-ci kilometrliyində sızma aşkar edib.

    Əraziyə dərhal şirkətin Neft Kəmərləri İdarəsinin “Abşeron” İstehsalat Bölümünün qəza-bərpa briqadası cəlb edilib. Buraya baxış keçirilən zaman boru kəmərinin sızma baş verən hissəsinin vətəndaş Nəsibov Ehtiram Qənimət oğlu tərəfindən zəbt olunduğu müəyyənləşdirilib. Boru kəmərinə cəmi 1-2 metr məsafədə tikilən ev qəzanın aradan qaldırıması zamanı xüsusi texnikanın işləməsini xeyli çətinləşdirib. Bununla belə, həyətyanı sahəyə axan neft sızıntısının toplanması üçün çuxur qazılıb, xüsusi vakuumlu avtomobil vasitəsilə neft bu çuxurdan götürülüb. Daha sonra borunun qəza baş verən hissəsi müəyyənləşdirilərək təmir olunub.

    Ev sahibi (1993-cü ildə Laçın rayonundan məcburi köçkün düşmüş) Nəsibov Ehtiram Qənimət oğlu açıqlamasında bildirib ki, evi 1994-cü ildə tikib və ərazidən neft kəmərinin keçməsindən xəbərsiz olub: “Bu ərazini mənə kimsə satmayıb, özüm qaçqın kimi yerləşmişəm”.

    Məsələ ilə bağlı Report-a açıqlama verən Azərbaycan Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin “Abşeron” İstehsalat Bölməsinin rəisi Nizami Qafarov bildirib ki, sözügedən kəmər Bakının Dübəndi qəsəbəsinə qədər uzanır, bir çox yerlərdə, o cümlədən Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində fərdi yaşayış evləri ilə əhatə olunub. Nəticədə, təhlükəsizlik işçiləri kəmərin vəziyyətinə vaxtlı-vaxtında yoxlaya bilmir.

    SOCAR-ın Təhlükəsizlik İdarəsi rəisinin müşaviri Səbuhi Şəldiyev isə deyib ki, qəzanın baş verdiyi ərazi Böyükşor-Sumqayıt neft boru kəmərinin 38-ci km-liyidir və hazırda hadisənin başvermə səbəbi araşdırılır: “İlkin ehtimallara görə, kəmər uzun müddət istismarda olduğuna və mühafizə zolağının zəbt edilməsi ilə əlaqədar nəzarət tədbirlərindən kənarda qaldığına görə qəza baş verib. Bu isə vətəndaşlar üçün çox böyük təhlükə yaradır. Nəzərə almaq lazımdır ki, boru xəttində baş verən qəza yanğına, partlayışa səbəb ola, nəticədə, vətəndaşların özlərinə və ailə üzvlərinə xəsarət yetirilə bilər”.

    Məsələni şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, mühafizə zonasına düşən ərazilərdə yaşayış məskənlərinin salınması yolverilməzdir.

    Onun sözlərinə görə, SOCAR-ın vətəndaşlara, bu cür ərazilərdə yaşayış evlərinin tikintisini biznesə çevirən işbazlara müraciətlərinə baxmayaraq, belə hallar hələ də yaşanmaqdadır: “Boru kəmərlərinin mühafizə zonalarına düşən ərazilərdə fərdi ev tikənlər bilməlidilər ki, bu, tamamilə qanunsuz əməldir. Belə zonalarda tikinti işlərinin və digər işlərin aparılması qadağan edilir. Hər hansı tikintinin aparılmasına kəmərin hər tərəfindən 50 metr məsafə saxlanılmaqla icazə verilir. İndiki halda isə söhbət kəmərin 1-2 metrliyindəki tikilidən gedir. Onlar ilk növbədə öz həyatlarını çox böyük təhlükəyə atmış olurlar. Digər tərəfdən, sabah kəmərdə hər hansı səbəbdən partlama və müvafiq olaraq, yanğın baş verərsə, əraziyə xüsusi texnikanın daxil olması mümkünsüz olacaq. Belə olan halda bu cür tikililərin sahibləri həm də onların həyatını qurtaran və öz peşə borcunu yerinə yetirən onlarla insanın həyatı ilə oynayırlar”.

    Qeyd edək ki, boru kəmərlərinin mühafizə zonasının müəyyən edilməsinə dair Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli qərarı mövcuddur. Bu qərara əsasən, boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə mühafizə zonası 25 metr götürülür. Mühafizə zonasında tikinti işlərinin və digər işlərin aparılması qadağan edilir. Neft və qaz kəmərlərinin mühafizə zolağında evlərin tikilməsi bu kəmərlərə zəruri hallarda texniki xidmətin göstərilməsi, o cümlədən qəza hallarında operativ müdaxilənin və təmir-bərpa işlərinin aparılmasına ciddi şəkildə maneə yaradır. Bundan başqa, neft-qaz sızması nəticəsində partlayışlar baş verə bilər ki, bu da həmin ərazidə yaşayan insanların həyatı üçün təhlükə yaradır.

  • СГБ проводит операцию в МИД Азербайджана – ОФИЦИАЛЬНО

    На основании информации, поступившей в Службу государственной безопасности (СГБ) в связи с тем, что некоторые должностные лица МИД Азербайджана, используя свои полномочия в личных интересах, допустили многочисленные незаконные действия, наносящие значительный ущерб охраняемым законом интересам общества и государства, проводятся следственно-оперативные мероприятия.

    Об этом сообщает пресс-служба СГБ.

    Отмечается, что дополнительная информация о проведенном расследовании, лицах, подозреваемых в совершении преступлений, будет предоставлена общественности позже.