Month: July 2020

  • Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi – FOTO

    Azərbaycanda daha bir həkim koronavirusdan ölüb.

    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı həkim-bronxoloqu, bu tibbi müəssisənin sabiq direktoru Faiq Ağayev ötən gecə koronavirusa görə müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında vəfat edib.

    ATU-dan saytımıza məlumatı təsdiqləyiblər.

    Bildirilib ki, Ağayev Faiq Firuddin oğlu klinikaya 26 iyunda daxil olmuşdu:

    “Xəstə 3 iyul, saat 03:00-da vəfat edib. Xəstənin COVID-19, ikitərəfli pnevmoniya, eyni zamanda, kəskin ürək-ağciyər çatışmazlığı, ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı, hipertoniya xəstəlikləri olub”.
    //oxu.az

  • Ряд подразделений ВС Азербайджана контролируют соблюдение карантинного режима – ОФИЦИАЛЬНО

    Ряд подразделений ВС Азербайджана контролируют соблюдение особого карантинного режима, объявленного на территории страны соответствующим решением оперативного штаба при Кабинете министров.

    Как сообщили в Минобороны, с этой целью, а также для содействия сотрудникам МВД некоторые армейские подразделения привлечены к патрулированию.

    Отмечается, что военные несут службу на территориях, где объявлен жесткий карантинный режим.

  • Azərbaycan ordusunun bəzi bölmələri karantinə nəzarətə cəlb edildi – RƏSMİ

    Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb ediləcək.

    Bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub.

    Qeyd edilib ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər.

  • Saatlı sakinlərindən su problemi ilə bağlı etiraza İcra Hakimiyyətindən cavab – VİDEO

    Saatlı rayonu ərazisində kənd sakinləri etiraz aksiyası keçirib.

    Sakinləri narahat edən su problemidir.

    Onlar içməli suyun olmamasının, əkin sahələrinin suvarılmamasının ciddi problemlərə yol açdığını deyirlər.

    Məsələ ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətinin başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədli Oxu.Az-a açıqlamasında kənd ərazisində içməli su ilə bağlı problemin olmadığını deyir:

    “Söhbət rayonun Nabatkənd kəndindən gedir. Problem əkin sahələrinin suvarılması ilə bağlıdır. Kürün vəziyyəti ilə əlaqədar əkin sahələrinin suvarılması üçün yetəri qədər su yoxdur. Amma bu, tək Saatlıda deyil, bir çox rayonlarda yaşanan problemdir. Əraziyə icra hakimiyyətinin nümayəndələri gedib.

    Sakinlərlə görüşülüb, danışılıb. Vəziyyət izah edilib. Aidiyyəti qurumlar tərəfindən də mümkün çərçivədə kömək göstərilməsinə çalışılır. Suvarma məsələsinə yardım məqsədilə texnikalar cəlb edilir. Kənd əhalisinin suvarma suyu ilə təmin olunması üçün tədbirlər görülür. Hazırda hər şey qaydasındadır, heç bir problem, etiraz yoxdur”.

  • Премьер Франции ушел в отставку

    Премьер-министр Франции Эдуар Филипп подал президенту страны Эммануэлю Макрону прошение об отставке, глава государства его одобрил, говорится в распространенном 3 июля коммюнике Елисейского дворца, пишет РИА Новости.

    “Эдуар Филипп сегодня подал в отставку с поста главы правительства, президент принял (прошение)”, – написано в заявлении.

    Там отмечается, что Филипп продолжит “вместе с членами правительства вести текущие дела до назначения нового правительства”.

  • Fransanın baş naziri istefa verdi

    Fransanın Baş naziri Eduard Flipp istefa verib.

    TASS bu barədə Yelisey sarayından verilən məlumata istinadla xəbər yayıb.

    Xatırladaq ki, hökumət başçısı bir neçə gün əvvəl Fransanın Qavr şəhərinin meri seçilmişdi.

  • 17 yaşlı oğlan Kürdə batdı

    17 yaşlı oğlan Kürdə batıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlu batıb.

    Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

  • Qubada “Son zəng” şənliyi təşkil etdilər – FOTO

    Qubada istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq, rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər.

    Şöbə əməkdaşları tərəfindən rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.



  • Bakıda kafenin eyvanından dibçək oğurlandı – VİDEO

    Bakıda kafelərin birinin qarşısından dibçək oğurlanıb.

    Bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.

    Kişi və qadın kafeyə yaxınlaşaraq, kənardan diqqət çəkmədən dibçəyi götürüb.

    Həmin görüntüləri təqdim edirik:

  • Səkkiz SMS göndərdi, cavab gəlməsə də, evdən çıxdı, həbs edildi – VİDEO

    Cəlilabadın Əliqasımlı kənd sakini Tural Mehdiyev karantin qaydalarını pozduğu üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Müəyyən edilib ki, o, həmin gün aldığı icazənin müddəti bitdikdən sonra yenidən dəfələrlə 8103-ə SMS göndərib.

    Səkkiz dəfə ardıcıl göndərdiyi SMS-ə cavab gəlməməsinə rəğmən, Tural Mehdiyev yaşadığı yeri tərk edib və buna görə saxlanılıb.

    Onun barəsində toplanılmış materiallar rayon məhkəməsinə göndərilib və T.Mehdiyev 10 sutka inzibati qaydada həbs edilib.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik: