Month: July 2020

  • DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir – RƏSMİ

    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

    Bununla bağlı DTX məlumat yayıb.

    Bildirilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

  • Cəlilabadda narkotik satan dəstə üzvləri tutuldu

    Cəlilabadda ümumi çəkisi üç kiloqramdan artıq olan narkotik və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Qarazəncir kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “VAZ-21015” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini S.Əliyev və sərnişinləri – Yevlax rayon sakinləri R.Quluoğlu, əvvəllər məhkum olunmuş N.Novruzov və Ağdaş rayon sakini O.Mehdizadə saxlanılıblar.

    Belə ki, S.Əliyevə məxsus avtomobilə baxış zamanı oradan 1 kiloqram 935 qram heroin, 462 qrama yaxın tiryək və 985 qram metamfetamin aşkar edilərək götürülüb.

  • Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı

    “Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində müsbət dinamika var”.

    Bunu Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

    O bildirib ki, Bəhram Bağırzadənin səhhətində dünəndən bu günə ciddi dəyişiklik yoxdur:

    “Qeyd etdiyimiz kimi, səhhətində müsbət dinamika davam edir”.

  • Azərbaycanda daha bir kanalın əməkdaşlarında koronavirus aşkarlandı

    “ARB24” telekanalının dörd əməkdaşında koronavirus aşkarlanıb.

    Telekanaldan verilən məlumata görə, ilk testi pozitiv çıxan iki əməkdaşın karantin şəraitində bir həftə saxlanıldıqdan sonra verdiyi növbəti testin nəticəsi neqativ çıxıb və onlar artıq evə buraxılıblar. Bir əməkdaş isə xəstəxana şəraitində həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb, müalicəsi ev şəraitində davam etdirilir. Hazırda bir nəfərin müalicəsi xəstəxana şəraitində davam etdirilir. O, özünü yaxşı hiss edir, səhhətində ciddi ağırlaşma yoxdur.

    Bildirilib ki, Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra “ARB Media” qrupda ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Telekanalın əsas binasına, eləcə də kənardakı çəkiliş studiyalarına daxil olan bütün əməkdaşların və qonaqların hərarəti yoxlanılır.

    Qızdırması yüksək olanlar içəri buraxılmır, evə göndərilərək, qızdırma davamlı olduğu halda COVID-19 testi verməsi tələb olunur. Binanın girişində, eləcə də bütün mərtəbələrdə əllərin spirtlə dezinfeksiya edilməsi üçün xüsusi qablar qoyulub. Telekanal binasındakı bütün otaqlar hər gecə ultrabənövşəyi şüa vasitəsilə dezinfeksiya edilir.

    Əməkdaşlar birmənalı olaraq şirkət daxilində və çəkilişlərdə qoruyucu maskalardan istifadə edirlər, otaqlarda sosial məsafənin qorunması ciddi nəzarətdə saxlanılır. Virusa yoluxma ilə bağlı ilk fakt aşkarlandıqdan sonra telekanalın binasında bir neçə dəfə dezinfeksiya işləri aparılıb.

    Bundan başqa, sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib, əməkdaşlar iki qrupa bölünərək işləyirlər. Müvəqqəti olaraq, “ARB24” telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayım verilişlərin sayı azaldılıb.

  • В E-TƏBİB возникают проблемы с информированием о результатах тестов на COVİD-19

    С получением результатов тестов на COVİD-19 посредством программы E-TƏBİB возникают проблемы: ответы либо не приходят, либо поступает информация о том, что гражданин не проходил тестирование.

    Руководитель проекта E-TƏBİB Фуад Нифталиев подтвердил эту информацию Trend.

    По его словам, в настоящее время идет работа над устранением проблемы.

    “Но она не зависит от E-TƏBİB, просто лаборатории, которые делают анализы, не успевают вовремя отправлять результаты, поэтому они не загружаются в базу и граждане получают неправильные ответы. Лабораториям поручено, чтобы они сразу загружали в базу результаты положительных тестов, и в данный момент это происходит. У тех граждан, которые не получили ответ или им сообщили, что они не прошли тест, скорее всего, результаты отрицательные. Опоздания с загрузкой в базу негативных результатов пока есть, но мы стараемся быстро устранить эту проблему”, – сказал Ф.Нифталиев.

    Он также добавил, что лица, которым не сообщено о результатах тестов, пока, до решения проблемы, могут связаться с теми лабораториями, где сдавали анализ.

  • COVID-19 testinin cavabı gecikən şəxslər nə etməlidir? – RƏSMİ AÇIQLAMA

    COVID-19-la bağlı test verən şəxslərin analizlərinin “E-TƏBİB” proqramı vasitəsilə alınmasında problem yaşanıb. Test edilən şəxslərə analizlərin cavabı gəlmir və ya onların test olunmadığı məlumatı gəlir. Bu cür hallar vətəndaşlar arasında çaşqınlıq yaradır.

    “E-TƏBİB” layihəsinin rəhbəri Fuad Niftəliyev Trend-ə açıqlamasında faktı təsdiqləyib.

    O bildirib ki, hazırda problemin həlli istiqamətində işlər görülür:

    “Əslində bu problem “E-TƏBİB”dən asılı olmayan məsələdir. Yəni analizlərin cavablarını test götürən laboratoriyalar vaxtında çatdıra bilmirlər. Ona görə də həmin cavablar “E-TƏBİB”in bazasına yüklənmədiyindən vətəndaşlara yanlış cavablar verilir.

    Artıq bu problemin aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görülür. Laboratoriyalara tapşırıqlar verilib ki, əsasən pozitiv çıxan cavablar dərhal bazaya göndərilsin və vətəndaşa məlumat verilsin. Hazırda pozitiv cavablar dərhal bazaya yüklənilir və vətəndaşa bu barədə məlumat verilir. Cavab gəlməyən və ya testdən keçmədiyi deyilən şəxslərin isə çox güman ki, test cavabları neqativdir. Neqativ cavabların bazaya yüklənməsində gecikmələr davam edir. Çalışırıq ki, qısa zamanda bu problemi də aradan qaldıraq”.

    F. Niftəliyev bildirib ki, test cavabları gəlməyən şəxslər hələlik problem həll olunana qədər analiz verdikləri laboratoriyalarla əlaqə saxlaya bilərlər.

  • Зарезавший 41-летнего мужчину житель Баку объявлен в розыск в Украине

    2 июля, в 23:00, на территории Сураханского района Баку был убит ранее судимый Маил Мустафаев (1979 г.р.). Мужчине было нанесено проникающее ножевое ранение в область груди, а также изрезано лицо.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    По данному факту прокуратурой района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК АР.

    В ходе следствия установлено, что к убийству причастен Аслан Садыгов (1989 г.р.). Последний продолжает скрываться от следствия. В настоящее время оперативники уголовного розыска Сураханского РУП проводят мероприятия по его поимке и задержанию.

    Известно, что А.Садыгов объявлен в международный розыск правоохранительными органами Украины. Здесь он также обвиняется в убийстве. Оба участника преступления были вхожи в преступные кланы.

    По предварительным данным, конфликт между ними возник из-за денег.

  • Suraxanıda 41 yaşlı kişini öldürən şəxs axtarılır

    İyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayev bıçaqlanaraq öldürülüb.

    Suraxanı Rayon Prokurorluğundan Qafqazinfo-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

    Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinə başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

    İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Hazırda Aslan Sadıqovun yerinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Bakıdakı Qazaxıstan vətəndaşları ölkələrinə yola salındı

    COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 14 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 11 həmvətənimiz və bir Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

    Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.

    Qeyd olunub ki, yola salınan vətəndaşlar hər zaman olduğu kimi, ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı testdən keçiriliblər və nəticə bütün sərnişinlərdə neqativ çıxıb.

    Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son iki ay ərzində ümumilikdə 109 Qazaxıstan vətəndaşı və 67 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

  • В Азербайджане от коронавируса скончался еще один врач – ФОТО

    70-летний врач-бронхолог и бывший директор Научно-исследовательского института легочных заболеваний Фаиг Агаев скончался сегодня ночью от коронавирусной инфекции.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, он проходил лечение в Учебно-хирургической клинике Азербайджанского медицинского университета (АМУ).

    В вузе подтвердили эту информацию.

    “Фаиг Агаев поступил в клинику 26 июня. Пациент скончался 3 июля, в 03:00. У него была диагностирована двусторонняя пневмония, вызванная COVID-19, а также острая сердечно-легочная недостаточность, ишемическая болезнь сердца и гипертония”, – сказали в АМУ.