Month: July 2020

  • İsmayıllıda karantin qaydalarını pozan icarədar və müştərilər cərimələndi

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən respublikada elan edilmiş karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları şəhər ərazisində xidmət aparan zaman karantin qaydalarının pozulduğu oyun zalı aşkar ediblər.

    İçərilərində azyaşlılar da olmaqla, 20-yə yaxın şəxsin “PlayStation” zalında tibbi maskadan istifadə etmədən, eləcə də, ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən olunub. Obyekti işlədən şəxsə və müştərilərə öz sağlamlıqlarını qorumaları üçün qaydalara riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.

    İcarədar və on beş müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

  • В AzTV прокомментировали состояние сотрудников, инфицированных COVID-19

    В настоящее время пять сотрудников ЗАО “Азербайджанское телевидение и радиовещание” (AzTV) проходят лечение от коронавируса в больнице.

    Как сообщили в AzTV, еще один инфицированный работник уже выписан.

    “Осложнений у госпитализированных нет.

    Для предотвращения распространения заболевания среди сотрудников в компании проводится дезинфекция. Из 3 000 из них на работу выходит только 1 000. Остальные работают дистанционно”, – отметили в ЗАО.

    Напомним, за последние два дня от коронавируса скончались два работника AzTV – режиссер Самир Нематзаде и главный редактор редакции кинопрограмм и дубляжа Этибар Бабаев.

  • AzTV-dən koronavirusa yoluxmuş əməkdaşlarının son vəziyyəti ilə bağlı AÇIQLAMA

    “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hazırda beş əməkdaşı xəstəxanada koronavirusdan müalicə alır.

    Bununla bağlı AzTV məlumat yayıb.

    Bildirilib ki, koronavirusa yoluxmuş bir nəfər isə evə buraxılıb:

    “Hazırda koronavirusa yoluxmuş əməkdaşlarımızın səhhətində hər hansı ağırlaşma yoxdur.

    Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində gücləndirilmiş dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır.

    Ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız 1000 nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir”.

    Qeyd edək ki, son iki gündə AzTV-nin koronavirusa yoluxmuş iki əməkdaşı – rejissor Samir Nemətzadə və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru Etibar Babayev vəfat edib.

  • Daha bir ölkədə karantin yenidən sərtləşdirildi

    İsrailin Baş naziri Binyamin Netanyahu elan edib ki, koronavirus pandemiyasının yayılma sürətini nəzərə alaraq, ölkə yenidən karantin rejiminin sərtləşdirilməsinə gedir.

    Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

    B.Netanyahu əlavə edib ki, ölkədə koronavirusa yoluxan ağır xəstələrin sayı çoxdur:

    “Ağır xəstələrin sayını azaltmaq üçün məhdudiyyətlər siyasətinə qayıtmağa məcburuq”.

  • Karantinə rəğmən işləyən kafe və çayxana aşkarlandı: Sahibkarlar və müştərilər cəzalandırıldı – FOTO/VİDEO

    Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində Masallı şəhəri ərazisində yerləşən bir kafe və bir çayxananın sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

    Obyektlərə baxış zamanı orada olan kafenin sahibi Ramiz Abıyev və üç nəfər müştərinin, çayxananın sahibi olan Səfər Əlizadə və səkkiz nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

    Həmin şəxslər Masallı RPŞ-ə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


  • Samuxda yerin dərinliyindən çıxan ilıq möcüzə – VİDEO

    Bura el arasında Sərkar və ya Sarvan bulağı kimi tanınır. Artıq uzun illərdir ki, Samux rayonunun kiçik bir kəndindən çıxan bu su Qərb bölgəsində olduqca məşhurdur.

    Buna səbəb suyun müalicəvi xarakterli olmasıdır. Azərbaycanın unikal təbii sərvətlərindən sayılan Sarvan suyu mədə, böyrək və digər xəstəliklərin müalicəsində əhəmiyyətli dərəcədə effektivdir.

    Bu suyun ən önəmli özəlliklərindən biri də soyuq olmamasıdır. İllərdir, Gəncə və ətraf rayonların sakinləri bu sudan istifadə etmək üçün Sərkar kəndinə gəlirlər.

    Yerin altından çıxan möcüzəvi suyun tarixi İkinci Dünya Müharibəsindən sonrakı illərə təsadüf edir. O zamanlar bu ərazi geoloqların marağını cəlb edib. Sovet geoloqları burada neft çıxarmaq ümidilə axtarış və qazıntılara başlayıb. Ancaq torpağın dərin qatlarından “qara qızıl” əvəzinə ilıq su qaynayıb.

    Məhz o illərdən dövrümüzə qədər dayanmadan axan bu su uzun müddət ehsan kimi insanlara paylanılıb. 1998-ci ildə isə burada bulaq yaradılıb.

    Hazırda gün ərzində bulaq suyundan minə yaxın sakin istifadə edir.

    Əhali bulaqdan suyu doldurub Gəncədən kənarda yerləşən rayonlara da apararaq istifadə edir.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Qəribə qonaqlıq: Virusa yoluxanlara pul verdilər

    ABŞ-ın Alabama ştatında qəribə “party” təşkil edilib.

    “HaberGlobal”ln məlumatına görə, bir qrup gənc koronavirus testi müsbət çıxan şəxsi qonaqlığa çağırıblar və ilk virusa yoluxana pul mükafatı verməyi planlaşdırıblar.

    Qonaqlıqdan sonra bütün iştirakçılar koronavirusa görə test verib. Test nəticəsi müsbət çıxan şəxsə (şəxslərə) digər iştirakçıların yığdığı pul təqdim olunub.

    Məlum olub ki, bu tip qonaqlıqlar əyalətdə dəfələrlə keçirilib.

    Alabama ştatında ümumilikdə 39 minə yaxın şəxsin koronavirusa yoluxduğu bildirilir.

  • Bakıda 150 kiloqram kəsilmiş at əti aşkarlandı – VİDEO

    Bakının Qaradağ rayonunda atların kəsimi ilə məşğul olan şəxsin qanunsuz əməlinin qarşısı alınıb.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Lökbatan massivində yerləşən fermalardan birinin həyətində atların kəsilməsi ilə məşğul olan şəxsi ifşa edib.

    Agentliyin Bakı Regional Şöbəsinin və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları fermaya baxış keçirib. Axtarış zamanı müəyyən edilib ki, 38 yaşlı Babayev Füzuli Hidayət oğlu uzun müddətdir, atları burada saxlamaqla qanunsuz olaraq antisanitar şəraitdə onların kəsimi ilə məşğul olub.

    Qurum əməkdaşları kəsim üçün saxlanılan beş atı və kəsilərək hazır vəziyyətə gətirilən 150 kiloqrama yaxın at ətini müsadirə ediblər. Eyni zamanda, fermanın xüsusi olaraq hazırlanmış otaqlarından kəsilmiş atlara məxsus içalatlar da aşkarlanıb.

    AQTA-nın Bakı Regional Şöbəsinin rəis müavini Elxan Əhmədov bildirib ki, artıq ətlərdən nümunələr götürülərək, ekspertizaya göndərilib. Qurum rəsmisinin sözlərinə görə, bu cür halların qarşısını almaq üçün reydlər davam etdiriləcək.

  • Xaçmaz məktəbində yanğın

    Xaçmaz rayonunda yanğın olub.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, rayonun Palçıqoba kəndində ümumi sahəsi 550 kvadrat metr olan birmərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 330 kvadrat metr sahədə və bir otağının yanar konstruksiyaları 47 kvadrat metr sahədə yanıb.

    Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • За сутки оштрафованы 824 нарушителя карантина

    За нарушение правил жесткого карантинного режима, введенного на территории Баку, Сумгайыта, Гянджи, Лянкярана, Евлаха, Масаллы, Джалилабада и Абшеронского района, за минувшие сутки к ответственности привлечены 824 участника дорожного движения.

    Об этом говорится в сообщении Главного управления Государственной дорожной полиции.

    Отмечается, что 717 человек, находившихся в транспортных средствах, были привлечены к ответственности по статье 211.1 Кодекса об административных проступках, 106 человек – за неиспользование средств индивидуальной защиты в такси и автобусах, один человек – за повторное правонарушение (по той же статье).

    За сутки в результате проверок на постах развернули обратно 320 автомобилей, движущихся в направлении Баку, и 380 машин, пытавшихся выехать из столицы.