Month: July 2020

  • Bakı metropoliteni iyulun 4-dən 20-dək işləməyəcək – RƏSMİ

    2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

    Bu barədə Oxu.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Qeyd edilib ki, ölkədəki mövcud epidemik şəraitlə əlaqədar sərt karantin rejimi tətbiq olunduğu üçün bu tarixlərdə Bakı metropoliteni də işləməyəcək.

  • Sərt karantin rejimi iyulun 20-dək uzadıldı – RƏSMİ

    Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilmişdir.

    COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

    2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

    Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

    4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

    11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

    18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

    Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

    Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir:

    – nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

    – ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

    – muzey və sərgi zallarının fəaliyyəti;

    – bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

    – təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

    – açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

    – Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

    – təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

    – ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

    – yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə)

    – Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS – məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS – məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

    – Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər.

    – Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.

    – Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

    – Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

    – Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmaqdan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Bu müddətdə yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmaq zəruridir.

  • Sumqayıt xəstəxanasının daha dörd işçisi koronavirusa yoluxdu

    Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının daha dörd əməkdaşında koronavirusa yoluxma halı aşkar edilib. Bununla da xəstəxanada COVID-19-a yoluxanların sayı 12 nəfərə çatıb.

    Bu barədə Azvision.az-a açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib.

    Onun sözlərinə görə, koronavirusa yoluxmuş tibb işçiləri xəstəxananın müxtəlif şöbələrində çalışırlar.

    “Neyrocərrahiyə, reanimasiya, travmatologiya və başqa şöbələrin işçiləri arasında yoluxma var. Lakin kütləvi yoluxmadan söhbət gedə bilməz. Bura koronavirusla işləməyən xəstəxanadır və xəstələr müxtəlif travmalarla gəlir, onlara təcili yardım edilir.

    Həkimlərimizi maksimum dərəcədə qorumağa çalışırıq, maska taxırlar, əlcək geyinirlər. Lakin kombinezon geyinib travmalı xəstələrə baxmaq mümkün olmur. Koronaviruslu xəstələrlə işləyən xəstəxanada tam qorunan, kombinezon geyinən həkimlər də virusa yoluxur. Yəni belə xəstələrlə gündəlik işləməyənlər də yoluxa bilər. Bu normaldır. Yoluxanlar arasında ağır vəziyyətdə olanlar yoxdur”.

    R.Sadıxov qeyd edib ki, xəstəxananın tibb heyəti mütəmadi olaraq testlərdən keçirilir:

    “Yoluxmaların çoxu təmas nəticəsində baş verib. Xəstə gəlir, koronavirus olduğu bilinir, biz onu başqa xəstəxanaya göndəririk. Onunla kimlər təmasda olursa, həmin şəxsləri potensial daşıyıcı kimi qəbul edirik və analiz edilir. Həkimlər arasında evdə ailə üzvlərindən yoluxanlar da var. Yoluxma hər yerdə ola bilər”.

  • Koronavirusa yoluxan Nursultan Nazarbayev sağalıb

    Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə sabiq Prezidentin mətbuat katibi öz “Twitter” səhifəsində yazıb.

    Məlumata əsasən, N.Nazarbayevin təkrar verdiyi test mənfi nəticələnib. Həkimlərin tövsiyəsinə əsasən o, özünütəcrid rejimini davam etdirəcək.

    Qeyd edək ki, N.Nazarbayev iyunun 18-də koronavirusa yoluxmuşdu. Onun xəstəliyinin simptomsuz keçdiyi məlumat verilmişdi. Bu müddət ərzində o, həkimlərin nəzarətində olub.

  • Manatın sabaha MƏZƏNNƏSİ

    Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 03.07.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

  • Azərbaycanda 8 mindən çox aktiv koronavirus xəstəsi var

    Azərbaycanda bu gün daha 572 nəfərdə koronavirus aşkarlanıb.

    Bununla da ölkədə Covid-19-a yoluxanların sayı 18 684-ə çatıb.

    Onlardann 10425-i sağalıb. Aktiv xəstələrin sayı isə 8031-dir.

  • Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü – 572 yeni yoluxma

    Bu gün Azərbaycanda daha 572 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Bildirilib ki, daha əvvəl yoluxmuş 364 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

  • Tibbi maska sentyabrın 1-dək gömrük rüsumundan azad edildi

    Azərbaycana xaricdən idxal olunan baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların gömrük rüsumundan azad olunması müddəti uzadılıb.

    Bununla bağlı Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.

    Azərbaycana xaricdən idxal olunduğu nəzərə alınaraq bu qərara əsasən baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı cari ilin sentyabrın 1-dək idxal gömrük rüsumundan azad olunub

  • Baş epidemioloqdan AÇIQLAMA: “Heç nədən də xəbərim yoxdur, kənddə oturmuşam” (SƏS YAZISI)

    Ölkənin koronavirus pandemiyası ilə mübarizə apardığı zamanda Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev jurnalistlərin suallarını cavabsız qoyur.

    Unikal.org-un əməkdaşı növbəti dəfə baş epidemioloqla əlaqə saxlamağa çalışıb.

    İ.Ağayev hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib:

    “Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.

  • Россия продлила запрет на международные полеты

    Федеральное агентство воздушного транспорта РФ (Росавиация) разослало аэропортам телеграмму, в которой говорится о продлении запрета на въезд в страну иностранных граждан. Об этом 2 июля сообщает РБК со ссылкой на информацию ведомства.

    “До 23:59 по местному времени 31 июля 2020 года действует временное ограничение на въезд в Российскую Федерацию иностранных граждан и лиц без гражданства”, – говорится в документе.

    Запрет также распространяется на выезд россиян за границу.

    Такие телеграммы ведомство направляет в воздушные гавани каждый месяц с момента приостановки правительством международных регулярных и чартерных авиарейсов на фоне распространения коронавирусной инфекции.

    Представитель Росавиации отметил, что, если решение об открытии международного авиасообщения будет принято досрочно, авиакомпании и аэропорты страны получат соответствующую телеграмму.

    Россия полностью приостановила международное авиасообщение с 4 апреля.