Month: July 2020

  • Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ

    Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

    Müraciət Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Arxiyepiskop Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev və Alban-udin xristian dini icmasının sədri Robert Mobilin adından yayılıb.

    Müraciət mətnində yazılıb:

    “Biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatı, dinc əhalini, yaşayış yerlərini, dini məbədləri davamlı atəşə tutmasını qətiyyətlə pisləyir və dünya ictimaiyyətini, dini liderləri və beynəlxalq təşkilatları bu hadisəyə biganə qalmamağa, müvafiq mövqe nümayiş etdirməyə çağırırıq.

    Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq səyləri dəstəkləyirik və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, ATƏT-in Minsk qrupunu mülki şəxsləri hədəf seçən bu cinayəti törədənlərə qarşı adekvat münasibət göstərilməsi istiqamətində səylərini birləşdirməyə çağırırıq.

    İndiyədək qoşunların təmas xəttində və hal-hazırda Ermənistan-Azərbaycan sərhəddində çoxsaylı insan tələfatları səbəbindən Azərbaycan xalqının, xüsusən gənclərin dövlət başçısının ətrafında sıx birləşərək kütləvi şəkildə orduya səfərbər olunub cəbhə xəttinə yollanmaq istəyi qürurverici vətənpərvərlik nümunəsidir, lakin biz din xadimlərini narahat edən Ermənistan tərəfindən hərbi təxribatlar davam edərsə münaqişənin alovlanaraq böyük müharibəyə çevrilmə ehtimalıdır.

    Bu reallıq 30 ildən artıq davam edən, dondurulmuş münaqişənin həlli ilə məşğul olan tərəflərin nəzərə almalı olduğu mühüm məqamdır. Bəzən işğalçı ilə işğala məruz qalan tərəfin eyniləşdirilməsi münaqişənin həllinə xidmət edə bilməz. Beynəlxalq hüquq və normalara riayət, istisnasız olaraq, hamının borcudur.

    Dinc əhaliyə qarşı silah işlədilməsi Ermənistan dövlətinin davamlı hərbi təcavüzünün, Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə və terror aktlarının davamıdir. Atəşkəs elan edilməsinə rəğmən mülki əhalinin mütəmadi atəşə tutulması, qətlə yetirilməsi, ölüm təhlükəsi altında yaşamağa məcbur qoyulması, dini məbədlərin dağıdılması beynəlxalq müstəvidə təcavüzkara qarşı münasibəti kökündən dəyişməyin, növbətçi açıqlamalardan qətiyyətli addımlar atmaq mərhələsinə keçməyin vaxtının çoxdan çatdığını bir daha sübuta yetirir.

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin böyüyərək dünyanın müxtəlif qitələrinə, o cümlədən, Avropa, Amerika müstəvisinə keçməsi, xarici ölkələrdə yaşayan azərbaycanlılar və ermənilər arasında etnik zəmində qarşıdurma hallarının yaşanması olduqca böyük təhlükənin göstəricisidir.

    Bu, separatizm, terror dalğası üzərində yaranmış, uzun müddət dondurularaq ədalətli həllini tapmayan regional konfliktin qlobal miqyas kəsb etməsinin acı təzahürüdür. Ermənilərin xaricdəki Azərbaycan diasporasını və diplomatik nümayəndəliklərimizi hədəf alması, üzərinə hücum etməsi həll olunmamış konfliktin fəsadlarıdır və dünya ictimaiyyəti buna biganə qalmamalıdır.

    Birləşmiş Millətlər Təşkilatı bugünədək beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində ardıcıl duran beynəlmiləl qurumdur. Bu il yaranmasının 75-ci ildönümü tamam olan BMT kimi mötəbər beynəlxalq strukturun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnaməsinin tələbləri Ermənistan tərəfindən bugünədək yerinə yetirilmir. Bu qətnamələrin reallaşmasını təmin edəcək addımların düşünülməsi BMT-nin şanlı yubileyi ərəfəsində nüfuz və dəyərinin daha da artmasına xidmət edən məqam olardı.

    Dünyanı məhvərindən çıxmaga qoymayan əbədi bəşəri dəyərlərə istinad edən din xadimləri bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış etməlidirlər. Vətənimiz Azərbaycan müxtəlif din ardıcıllarının dinc birgəyaşayışının gündəlik həyati reallıq, multikulturalizmin həyat tərzi olduğu nadir ölkələrdəndir.

    O Bir Olan Yaradanımız qarşısında məsuliyyətimiz biz, dini konfessiya rəhbərlərini sülh və mövcud problemlərin ədalətli həlli naminə səyləri dəstəkləməyə sövq edir. Lakin sülh və anlaşmaya nail olmağın yolu asan deyil və çoxlu zəhmət, güclü iradə, səylərin birləşdirilməsini tələb edir.

    Münaqişə başlayan zamandan etibarən Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderlərinin dəfələrlə sülhməramlı görüşləri baş tutmuşdur. Sülh və dinc yanaşı yaşamağa nail olmaq üçün qarşılıqlı etimadın gücləndirilməsi məqsədilə ünsiyyətlərin nəticəsi olaraq münaqişənin dinlərarası müstəviyə keçməsinin qarşısı alınmışdır.

    Etibarlı sülh yalnız xoş məram və səmimi niyyət olarsa mümkündür. Lakin, təəssüflər olsun ki, erməni tərəfinin təxribatları növbəti dəfə münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesinin pozulmasına gətirib çıxarır. Bu təxribatın bütün siyasi və hüquqi məsuliyyəti Ermənistan tərəfin üzərindədir.

    Bütün səmavi dinlər dinc, günahsız insanların qətlini ən ağır cinayət kimi qiymətləndirir. Biz beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağ, onun ətrafındakı 7 rayonumuzda, həmçinin, hal-hazırda Azərbaycan-Ermənistan sərhəddində törətdiyi hərbi təxribatlar zamanı dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırır, bu kimi halların qarşısının alınması, ədalətli sülhün bərqərarı naminə səyləri birləşdirməyə çağırırıq. Yaradanımız qarşısında, xalqlarımız qarşısında borc və məsuliyyətimiz biz, dini liderləri, sülh, mərhəmət və mövcud problemlərin ədalətli həlli naminə səy göstərməyə məsul edir.

    Bu əsnada, dünya katoliklərinin lideri Roma Papası Zati-müqəddəsləri Fransiskin Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsindən narahatlığını, son döyüşlərdə ölənlərin ailələri üçün dua etməsini yüksək dəyərləndirir, Pontifik həzrətlərinin təbirincə desək, beynəlxalq ictimaiyyətin köməyi ilə «dialoq və tərəflərin xoş istəyi ilə bu sevimli xalqların xeyrinə münaqişənin davamlı sülh ilə həll yolu əldə edilə biləcəyinə” ümidini bölüşürük.

    Ümidvarıq ki, dünya dini liderlərinin, beynəlxalq təşkilatların səyləri və dünya ictimaiyyətinin dəstəyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq norma və prinsipləri əsasında tezliklə öz ədalətli həllini tapacaq. Uca Yaradan Yer üzündə sülhü və əmin-amanlığı bərqərar etsin! Amin!”

  • Karantin rejimini pozan şəxslər cəzalandırıldı

    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində karantin qaydalarını pozaraq, Ağcabədi rayonundan Bərdə rayonunun ərazisinə keçən şəxslər aşkar edilib.

    DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi tədbirlər nəticəsində Ağcabədi rayon sakini S.Səfərov idarə etdiyi avtomaşınla kənd yolları ilə Bərdə rayonu ərazisinə keçərkən, sərnişinləri – M.Quliyev və İ.Heydərovla birgə saxlanılıb.

    Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq olunub.

  • Koronavirusdan ölüm riskini artıran vasitələr açıqlandı

    Amerikalı alimlər koronavirus xəstələrində ölüm riskini artıran vasitələri açıqlayıblar.

    Bu barədə “İzvestiya” xəbər yayıb.

    Mütəxəssislərin fikrincə, xəstələrin vəziyyətini mədə xorası, qastrit və mədə qıcqırması hallarında kömək edən məşhur dərmanlar pisləşdirə bilər. Tədqiqatlar göstərib ki, COVID-19-a yoluxan və bu cür dərmanlar qəbul edən insanlar arasında ölüm halı istifadə etməyənlərlə müqayisədə 2,3 dəfə çoxdur.

    Bundan əlavə, belə xəstələrin ağciyərlərin süni ventilyasiyası cihazına qoşulma riski də 2,5 dəfə artıqdır.

    Rusiyalı qastroenteroloqların fikrincə, buna səbəb belə dərmanların mədə turşuluğunun səviyyəsini aşağı salmasıdır. Bu da öz növbəsində mədənin baryer funksiyasının azalmasına və bağırsaq mikroflorasında dəyişikliklərə səbəb olur. Beləliklə, virus hissəcikləri insan orqanizminə selikli qişa vasitəsilə daha fəal şəkildə nüfuz edir və xəstəliyi ağırlaşdırır.

    Bundan əvvəl koronavirus infeksiyası nəticəsində ölüm riskini artıran vacib amillərdən biri kimi qanda şəkərin artması (hiperglisemiya) göstərilmişdi. Mütəxəssislərin sözlərinə görə, diabet xəstəliyi aşkarlanmayan və koronovirusa yoluxan xəstələrin qanında qlükozanın səviyyəsi ilə ölümləri arasında əlaqə aşkarlanıb.

  • Акция армян перед посольством Азербайджана в Бельгии потерпела крах

    В Бельгии наши соотечественники дали отпор армянам, которые хотели провести пикет перед посольством Азербайджана.

    Как сообщили в Госкомитете по работе с диаспорой, узнав об организации армянами незаконной акции перед дипмиссией АР, азербайджанцы в кратчайший срок собрались перед ее зданием.

    Соотечественники держали в руках плакаты с надписями на английском языке: “Нет оккупационной политике Армении!”, “Справедливость для Ходжалы!”, а также фотографии наших шехидов, которые героически погибли в ходе последней провокации армян, тем самым напомнив им о том, что они являются гражданами страны-агрессора.

    В результате единства азербайджанцев армяне не смогли провести акцию.

  • Azərbaycan səfirliyinin önündə ermənilərin uğursuz aksiyası – RƏSMİ

    Azərbaycanın Belçikadakı səfirliyinin önündə təxribatçı və vandal hərəkətlərini reallaşdırmaq məqsədilə piket keçirmək istəyən ermənilər soydaşlarımızın etiraz aksiyası ilə qarşılaşıblar.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.

    Qeyd olunub ki, ermənilərin səfirliyimizin qarşısında icazəsiz aksiya təşkil edəcəyindən xəbər tutan soydaşlarımız qısa zamanda Azərbaycan səfirliyinə yığışıb.

    Soydaşlarımız səfirliyin qarşısında ingilis dilində yazılmış “Ermənistanın təcavüzkar siyasətinə son!”, “Xocalıya ədalət!” şüarlarını, Ermənistanın son təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini düzməklə ermənilərə təcavüzkar mahiyyətə malik ölkənin vətəndaşları olduqlarını bir daha xatırladıblar.

    Aksiya ərzində Azərbaycanın dövlət himni, vətənpərvərlik marşları və mahnıları, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Vur, keç səngəri, Azərbaycan əsgəri!”, “İşğalçı Ermənistana ar olsun!” kimi ədalətli şüarlar səsləndirilib.

    BMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, ölkəmizin əzəli torpaqları olan Dağlıq Qarabağdakı qeyri-qanuni fəaliyyət göstərən qondarma və cinayətkar rejimi heç bir təşkilatın və ölkənin tanımadığı, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edəcəyi və ərazi bütövlüyünü bərpa edəcəyi erməni piketçilərinin diqqətinə çatdırılıb.

    Soydaşlarımızın birliyi qarşısında ermənilərin aksiyası baş tutmayıb.

  • Los-Anceles polisi: “Ermənilər azərbaycanlılara qarşı nifrət zəminində cinayət törədiblər”

    ABŞ-ın Los-Anceles şəhərinin polisi 23 iyul tarixində məlumat yayaraq, iki gün öncə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu qarşısında baş verən hadisələr zamanı azərbaycanlılara məhz ermənilərin hücum edərək, xəsarət yetirdiyini bildirib.

    Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.

    Qeyd edək ki, hadisə baş verəndən sonra erməni daşnakları və ümumiyyətlə, erməni təbliğatı bütün sosial media platformalarında özlərini qurban kimi təqdim edərək, azərbaycanlıların onlara qarşı aqressiya törətdiklərini deyərək, cinayətlərini ört-basdır etməyə çalışırdılar. Baş Konsulluq isə elə ilk gündən hadisələrə dair obyektiv rəsmi açıqlamanın verilməsində və kimin hücuma məruz qaldığının aydın bəyan edilməsində təkid edirdi.

    Baş Konsulluğun səyləri nəticəsində bu hadisənin məhz erməni daşnakları tərəfindən törədildiyi öz rəsmi təsdiqini tapıb.

    Bundan əlavə, polis bu vəhşilikləri törədən erməni cinayətkarlarına qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəminində törədilən cinayət maddəsi üzrə iş açılacağını bəyan edib.

    Qeyd edək ki, hadisədən dərhal sonra baş konsul Los-Anceles Polis İdarəsinin rəisi Miçel Murla əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verib və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirmişdi. O, öncədən Los-Anceles Polisinin icmamızın keçirəcəyi bu əks-nümayiş barədə xəbərdar olduğunu və Baş Konsulluğa nümayişçilərin təhlükəsizliyinin tam təmin olunacağına zəmanət verdiyini demişdi. M.Mur isə baş konsuldan baş verən hadisəyə görə dəfələrlə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd etmişdi.

    Hazırda bir nəfər erməni saxlanılıb və digərlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması üzrə istintaq prosesi davam edir. Baş Konsulluq sözügedən erməni cinayətkarların tezliklə müəyyən edilib öz cəzalarını almaları üçün bütün lazımi tədbirləri görməkdədir.

  • Генпрокурор Азербайджана обратился к зарубежным коллегам по поводу армянской агрессии

    Генеральный прокурор Азербайджана Кямран Алиев по дипломатическим каналам обратился к своим зарубежным коллегам, в частности Уильяму Барру (США), Ксавье Беккере (штат Калифорния), Реми Хейтцу (Франция) и Йохану Дельмулю (Бельгия).

    Как сообщает пресс-служба надзорного ведомства, официальные обращения направлены в связи с недавними провокациями, совершенными армянскими радикалами против азербайджанцев, которые проводили за рубежом мирные акции протеста в связи с военной провокацией Армении на госгранице с Азербайджаном.

    В них отмечается, что Армения заняла по отношению к Азербайджану агрессивную позицию, не выполняет требования четырех резолюций Совбеза ООН и чинит препятствия процессу мирного урегулирования конфликта.

    “12 июля 2020 года армяне совершили провокацию в Товузском районе, расположенном на границе с Арменией, в том числе подвергли обстрелу населенные пункты, что является проявлением политики террора и противоречит основным нормам и принципам международного права.

    21 и 22 июля многочисленные члены армянской общины, радикального армянского лобби и партии “Дашнакцутюн”, а также идеологические партнеры и последователи группировки АСАЛА, признанной на международной арене террористической, совершили различные акты агрессии перед дипмиссиями АР за рубежом, в результате которых наши соотечественники получили травмы”, – говорится в обращении.

    Генпрокурор призвал зарубежных коллег обеспечить безопасность наших дипломатических представителей и соотечественников, а также выразил надежду на то, что инциденты будут всесторонне, тщательно и объективно расследованы правоохранительными органами указанных стран, а виновные – привлечены к ответственности.

  • Baş prokuror həmvətənlərimizə qarşı erməni vandalizmi ilə bağlı xarici ölkələrdəki həmkarlarına müraciət etdi

    Məlum olduğu kimi, son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də, Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən təxribat xarakterli qanunsuz hərəkətlər törədilib.

    Baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən Amerika Birləşmiş Ştatlarının Baş Prokuroru Vilyam Barr, Kaliforniya Ştatının Baş prokuroru Xavier Beccerra, Fransanın Paris şəhərinin Baş prokuroru Remy Heitz və Belçika krallığının Brüssel şəhərinin Baş prokuroru Johan Delmulleye həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Həmin müraciətlərdə qeyd edilib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzkar mövqeyi ilə BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməyərək münaqişənin sülh yolu ilə həll olunmasına süni əngəllər törədir:

    “Habelə terrorçu siyasətinin təzahürü kimi bu ilin iyulun 12-də ermənilər Azərbaycanla Ermənistanın sərhədində yerləşən Tovuzda təxribat törətmiş, o cümlədən beynəlxalq hüququn əsas norma və prinsiplərinə zidd olaraq mülki dinc əhalinin sıx yaşadığı əraziləri atəşə tutublar.

    Eyni zamanda iyulun 21 və 22-si erməni icmasının çox saylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən, həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törətmişlər, nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”.

    Baş Prokuror diplomatik nümayəndələrimizin və həmsoydaşlarımızın təhlükəsizliklərinin təmin edilməsini xahiş etməklə, baş vermiş hadisələrlə bağlı qeyd edilən ölkələrin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli, tam və obyektiv araşdırmalar aparılacağına və təqsirkar şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb olunacaqlarına ümidvar olduğunu bildirib.

  • Плакат в центре Праги: “Карабах – это Азербайджан!”

    На одном из центральных мостов в столице Чехии Праге появился плакат “Карабах – это Азербайджан!”.

    Эта акция организована по инициативе проживающей в Чехии азербайджанской молодежи.

    Плакат на чешском языке появился на мосту, который ведет к президентскому дворцу, резиденции премьер-министра и административному зданию Кабинета министров Чехии.

    Цель акции – привлечь внимание государственных деятелей страны и местной общественности к тому, что Нагорный Карабах и прилегающие к нему семь районов все еще находятся под оккупацией Армении, несмотря на четыре резолюции СБ ООН, а территориальная целостность Азербайджана не обеспечена.

    Отметим, что в Праге азербайджанские соотечественники проведут акцию протеста с требованием прекращения оккупационной политики и военных провокаций Армении, освобождения азербайджанских земель, обеспечения территориальной целостности страны.

  • Praqanın mərkəzində poster: “Qarabağ Azərbaycandır!”

    Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi körpülərindən birində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış iri poster asılıb.

    Bu aksiya Çexiyada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə gerçəkləşdirilib.

    Çex dilində yazılmış poster Çexiyanın Prezident sarayına, ölkənin Baş nazirinin iqamətgahına və Nazirlər Kabinetinin inzibati binasına aparan yolun üzərindəki körpüdə yerləşdirilib.

    Məqsəd ölkənin dövlət xadimlərinin və yerli ictimaiyyətin diqqətini müstəqil Azərbaycan dövlətinin əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun hələ də Ermənistanın işğalı altında qaldığına, BMT-nin məlum dörd qətnaməsinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmadığına cəlb etməkdir.

    Qeyd edək ki, Praqada soydaşlarımız Ermənistanın işğalçı siyasətinə və hərbi təxribatlarına son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütovlüyünün təmin olunması tələbi ilə etiraz aksiyası keçirəcək.

    Aksiya zamanı dövlətimizə, xalqımıza, ordumuza və xarici ölkələrdə Ermənistanın təcavüzkar siyasətinə etiraz səsini ucaldan dünya azərbaycanlılarına dəstək ifadə olunacaq.