Month: July 2020

  • ABŞ səfiri Los-Anceles polisinə görə Azərbaycandan üzr istədi

    Xarici İşlər nazirinin müavini Xələf Xələfovla Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Örl Litzenberqerq arasında 23 iyulda keçirilən görüşdə müzakirə olunan məsələlərin detalları açıqlanıb.

    Bu barədə Xarici İşlər Nazirliyindən daxil olan məlumatda qeyd edilir.

    Bildirilib ki, görüşdə X.Xələfov ilk olaraq Ermənistanın Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi hərbi təxribat ilə bağlı qarşı tərəfə məlumat verib.

    Nazir müavini dünyanın müxtəlif ölkələrinin əsasən ermənilərin daha sıx məskunlaşdığı şəhərlərində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı hücum və təxribatlara əl atdığını diqqətə çatdırıb.

    X.Xələfov bildirib ki, belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib.

    21 iyulda Azərbaycanın Vaşinqtonda yerləşən səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni media, mətbuat vasitələrində nümayiş etdirilib.

    Nazir müavini ermənilərin daha bir təxribat və hücum əməlinin Los-Anceles şəhərində baş verdiyini deyib.

    O, erməni radikal qruplarının Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq Azərbaycana qarşı aqressiv formada təxribatçı şüarlarla müşayiət olunan etiraz aksiyası keçirdiyini bildirib.

    Aqressiv erməni nümayişçilərin Baş Konsulluğun önündə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan Azərbaycan icması üzvlərinə hücum etdiyi və biri qadın olmaqla yeddi nəfər Azərbaycanlının müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub.

    X.Xələfov qeyd edib ki, Baş Konsulluq qarşısında dinc aksiya üçün yığışmış Azərbaycan icması nümayəndələrinə aqressiv erməni kütləsi tərəfindən edilən hücumun ABŞ polisi tərəfindən qarşısının alınmaması məyusedici haldır.

    Nazir müavini əlavə edib ki, milli mənsubiyyətinə görə günahsız vətənpərvər Azərbaycanlılara erməni radikal qrupları tərəfindən polis qüvvələrinin gözü qarşısında hücum edilərək xəsarət yetirilməsi ABŞ-ın nüfuzuna xələl gətirir.

    Azərbaycan tərəfinin buna qəti etirazını bildirdiyini və öz qanuni vəzifələrini yerinə yetirməyənləri qınadığını deyən X.Xələfov, ABŞ hökumətindən bu cinayətləri törətmiş erməni radikal birləşmələrinin məsuliyyətə cəlb edilməsinin və bu təxribat hadisələrinə hüquqi qiymət verilməsinin tələb edildiyini diqqətə çatdırıb.

    X.Xələfov səfirlik və Baş Konsulluğumuzun toxunulmazlığı və fəaliyyətinin təhlükəsizliyinin pozulması ilə müşayiət olunan hadisələrin araşdırılmalı olduğunu və təxribat törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıb.

    ABŞ səfiri Örl Litzenberqer qeyd edilən məsələlərlə bağlı məlumatlı olduğunu, baş verən hadisələrdən dolayı dərin təəssüf hissi keçirdiyini bildirib.

    Los-Ancelesdə baş verən təxribatla bağlı danışan səfir, bunun bilavasitə aqressiv erməni nümayişçilər tərəfindən həyata keçirildiyinə dair təkzibedilməz sübutların mövcud olduğunu və dinc aksiya üçün oraya yığışmış azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmağın mümkünsüzlüyünü diqqətə çatdırıb.

    Örl Litzenberqer ölkəsində dinc şəkildə söz azadlığı hüququnun dəstəkləndiyini, lakin ermənilərin Los-Ancelesdə həyata keçirdiyi aksiyanın qaragüruhdan ibarət olduğunu qeyd edib. Səfir, bunun qəbuledilməz və ABŞ ərazisində baş verməməli bir hal olduğunu ifadə edib.

    Səfir Los-Ancelesin yerli hüquq mühafizə orqanları rəhbərliyinin baş vermiş erməni təxribatı və onun qarşısının alına bilməməsindən dolayı üzrxahlıq etdiyini, məsələ ilə bağlı araşdırmaların aparılacağını və müvafiq tədbirlərin görüləcəyini qeyd edib.

    Sonda Örl Litzenberqer görüşdə qaldırılan məsələlərin, o cümlədən, Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məsələsinin rəsmi Vaşinqton qarşısında qaldıracağını ifadə edib.

  • Erməni qız xalqı adından həmvətənlərinin döydüyü azərbaycanlıdan üzr istədi – FOTO

    “Facebook”un Lusine Yan adlı istifadəçisi öz səhifəsində Brüsseldə erməni təxribatçıları tərəfindən döyülən azərbaycanlıdan öz xalqı adından üzr istəyib.

    Xatırladaq ki, bir qədər əvvəl sosial şəbəkədə azərbaycanlı Rizvan Aslanovun bir neçə erməni radikal tərəfindən döyüldüyü barədə məlumat yayılıb.

    Həmvətənimiz ermənilərin təzyiqlərinə və döyülməyinə baxmayaraq, sınmayıb və “onların kişi kimi davranmadığını” bildirib.

  • Azərbaycanda COVID-19-la bağlı müraciət sayı 25% azalıb – RƏSMİ

    “Səhiyyə Nazirliyi nəzdində olan işçi qrupu tərəfindən Bakı şəhərində 87 tibb müəssisəni əhatə edən 39 tibb məntəqəsi yaradılıb. Məntəqələrin iş vaxtı səhər saat 08:00-dan axşam saat 20:00-dəkdir. Axşam saat 20:00-dan sonra isə 103 nömrəsinə zəng etmək lazımdır”.

    Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova “AzTV” telekanalının “Hədəf” verilişində bu fikirləri səsləndirib.

    N.Veysova bildirib ki, xəstənin stasionar müalicəsinə göstəriş olan təqdirdə o, mütləq hospitalizasiya olunmalıdır. Hər bir məntəqədə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təlim keçən 11 nəfər tibbi işçi çalışır.

    O qeyd edib ki, hər məntəqə fəaliyyətinin Çağrı Mərkəzindən müraciətlərin qəbulu, dislokasiyaları üzrə müəssisələrə ötürülməsi və vətəndaşların sahə həkimi ilə əlaqəsinin yaradılmasından ibarət olduğunu qeyd edib:

    “Artıq istifadəyə verilmiş 40 avtomobil vasitəsilə hər gün saat 08:00-dan 12:00-dək evdə olan xəstələrdən test yaxmaları götürülür, məntəqələrə gətirilir, orada barkodlaşdırılıb, laboratoriyalara çatdırılır, dərman preparatları xəstələrə təqdim olunur. Testləri müsbət çıxan xəstələr isə evdə dərman preparatları ilə təmin olunurlar.

    Müsbət nəticə kimi Təcili Tibbi Yardım xidmətinin COVID-19-la bağlı müraciət sayının 25%-ə qədər, ağır xəstələrin müraciət sayının isə 30 %-ə qədər azalmasını qeyd edə bilərəm”.

  • Bərdədə gənc iynədən şoka düşüb öldü – AÇIQLAMA

    Xəbər saytlarında Bərdə rayonunda gəncin iynənin şokundan ölməsi barədə məlumat yayılıb.

    İddia edilir ki, Quliyev Cahangir Vəli oğluna anası həkim məsləhəti olmadan iynə vurub və bundan sonra onun halı pisləşib. Xəstə dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.

    Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehtizadə Oxu.Az-a açıqlamasında bildirib ki, mərhum xəstəxanada vəfat etməyib:

    “Təcili Tibbi Yardım maşını onu xəstəxanaya gətirən zaman yolda ölüb. Məsələ barədə aidiyyəti qurumlara məlumat verilib. Necə ölməsi və nədən ölməsi barədə hüquq-mühafizə orqanları araşdırma aparır”.

  • Президент Ильхам Алиев подписал распоряжение о финансировании льгот производителям сельхозпродукции

    Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb.

    “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Qeyd edək ki, vəsait kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə ayrılıb.

  • Prezidentdən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlərlə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb.

    “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Qeyd edək ki, vəsait kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə ayrılıb.

  • “WhatsApp”dan iki maraqlı YENİLİK

    “WhatsApp” messenceri yaxın günlərdə istifadəçilərin eyni anda dörd qurğudan istifadə etməsinə imkan verəcək.

    Gözlənilən yenilik barədə “WABetaInfo” xəbər yayıb.

    Bildirilir ki, tətbiqin interfeysinə yeni məntəqə – “Linked Devices” əlavə olunacaq. Bunun köməyilə profili digər smartfon və ya kompüterlərə bağlamaq mümkün olacaq.

    Bundan başqa, axtarış sisteminin təkmilləşdirilməsi işi də aparılır. Belə ki, axtarış zamanı ismarıcın tipini (foto, video, link, GIF fayl, audio və sənəd) filtrdən keçirmək mümkün olacaq.

  • В Азербайджане банк списал долги шехидов

    Майор ВС Азербайджана Анар Новрузов (1976 г.р.), который героически погиб в ходе пресечения вражеской провокации на товузском направлении госграницы, действительно имел задолженность по кредиту перед Kapital Bank. Банк полностью списал этот долг.

    Об этом Oxu.Az заявил завотделом Kapital Bank по связям с общественностью Парвиз Садраддинов.

    “Посредством вашего сайта хочу сообщить, что банк также списал задолженности и других погибших на товузском направлении госграницы военнослужащих. Да упокоит Аллах душу всех наших шехидов”, – сказал П.Садраддинов.

  • Azərbaycanda bank şəhid hərbçilərin borclarını sildi

    “Azərbaycan – Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun, həqiqətən, “Kapital Bank”a kredit borcu olduğu müəyyən olunub və bu borc tam olaraq “Kapital Bank” tərəfindən silinib”.

    Bunu Oxu.Az-a açıqlamasında “Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

    Onun sözlərinə görə, banka borcu olan digər hərbi qulluqçuların da borcları silinib:

    “Bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərin də nağd pul, avans krediti və “BirKart”larına borclarının olduğu üzə çıxıb.

    Saytınız vasitəsilə bildirmək istərdik ki, həmin borclar da “Kapital Bank” tərəfindən tam olaraq silinəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

  • Azərbaycanda “Mercedes” 38 yaşlı velosipedçini vurub öldürdü

    Masallıda maşın 38 yaşlı velosipedçini vuraraq öldürüb.

    Hadisə dünən axşam saatlarında rayonun Boradigah qəsəbəsində qeydə alınıb.

    24 yaşlı Mahir Vəlizadənin idarə etdiyi “Mercedes” markalı avtomobil yolun kənarında olan velosipedçi, 38 yaşlı Elnur Zülfüqarovu vurub. Yaralı ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılan zaman yolda ölüb.

    Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.