Month: July 2020

  • Селевые потоки вызвали ряд негативных последствий в Геранбойском районе – ВИДЕО

    Селевые потоки вызвали ряд негативных последствий в поселке Ашагы Агджакенд Геранбойского района.

    Как передает АПА, происшествие зарегистрировано прошлой ночью.

    Начавшиеся проливные дожди привели к затоплению жилых домов и приусадебных участков в указанном поселке.

    Исполнительный представитель поселка Ашагы Агджакенд Зохраб Велиев сказал, что это второе стихийное бедствие в поселке за последний месяц.

    “Ранее в результате проливных дождей были затоплены несколько домов. Теперь серьезно пострадали 3-4 хозяйства. Соответствующие органы уже проинформированы об этом”, – отметил З.Велиев.

  • Bu binalara “kupça” verilməsinə başlanır — ŞAD XƏBƏR

    Sənədsiz evlərin qeydiyyat problemi hələ də çözümünü tapmır. Son 15 ildə Bakıda və Abşeronda sürətlə fərdi mənzillərin tikintisi sənədsiz evlərin sayının artmasına səbəb olub. Hazırda hələ də çoxlu sayda çıxarışı olmayan (“kupça”) evlər var və onların qeydiyyata alnıması prosesi illərdir uzanır.
    Sənədsiz evlərin olması həm fərdi şəxslər, həm də bələdiyyələr üçün problemlər yaradır. Sənəd olmadıqda mənzil sahibi və onun ailə üzvləri həmin evə qeydiyyata düşmək imkanından məhrum olur. Eyni zamanda mənzilin sənədi olmadığına görə bələdiyyələr onların sahibdindən daşınmaz əmlak vergisini ala bilmir.

    Bəs, bu məsələlər necə həllini tapmalıdır?

    Ötən gün Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə Azərbaycan Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının tələblərinə əsaslanaraq və mənafelərinə toxunan tərəfin vətəndaşlar olduğunu nəzərə alaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə MTK-lar kimi mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınıb. Bu qərar 16 595 mənzilə mülkiyyət sənədlərinin verilməsinə şərait yaradacaq.

    Əmlak üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin ”Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanın imzalandığı gündən indiyədək istismarına icazə verilmiş, müxtəlif mənzil-tikinti kooperativlərinin (MTK) inşa etdiyi 279 yaşayış binasında 22 322 mənzil elektron çıxarışla təmin olunub.

    ” Artıq 20 ildən çoxdur ki Azərbaycanda tikinti sektoru çox sürətlə inkişaf edir. Bu sahəyə marağın böyük olmasına səbəb həm iqtisadi baxımdan ölkə vətəndaşlarının gəlirlərinin çox olması həm də insanlarımızda mülkə yurd-yuvaya məhəbbət hissindən irəli gəlir. Digər səbəb də odur ki, daşınmaz əmlak sahəsi kapitalın etibarlı qorunması ücün ən əlverişli vasitədir. Paytaxtımızda uzun illər öncə tikilmiş yüzlərlə çoxmənzilli yaşayış binaları var idi ki, onlar çıxarışla təmin olunmurdular. Hər bir çoxmənzilli bina inşa olunmazdan əvvəl aidiyyatı olan bütün qurumlardan sərəncamlar və lazımi sənədlər toplanılır və daha sonra inşaata başlanılır. Görünən odur ki, tikilmiş bütün çoxmənzilli binaların ilkin razılıq və icazə sənədləri var. Buna baxmayaraq bu cür binaların böyük əksəriyyətində yaşayan sakinlərə çıxarış verilməməsi səbəbindən vətəndaş öz evinə qeydiyyata düşə bilmirdi, öz evini banka qoyub hər hansısa bank krediti əldə edə bilmirdi, öz evini ipoteka krediti ilə sata bilmirdi, öz evini öz yaxınlarına hədiyyə edə bilmirdi, qeydiyyat olmadığına görə öz övladlarını yaşadıqları ərazilərdə orta məktəblərə yerləşdirməkdə problemlər yaşanırdı və çıxarışın olmaması səbəbindən sadalamaqla bitməyən problemlər yaşanırdı.Qismən də olsa yaxın günlərdə bu məsələ öz həllini tapacaq.”

    Elnur Fərzəliyev bildirdi ki, statistikaya nəzər salsaq isə görərik ki, hər il minlərlə çıxarışsız mənzillərin alqı-satqı əməliyyatları baş tutur. Bu isə hər il büdcənin milyonlarla manat əmlakdan gələn vergilərdən məhrum edir.
    ”Ölkəmizdə də sərt karantin rejiminin tətbiqi səbəbindən rayon qeydiyyatında olan vətəndaşların paytaxta girişi qadağan olunub. Lakin rayon qeydiyyatı olan əksər vətəndaşların demək olar ki, paytaxtda çoxmənzilli binalarda və yaxud fərdi həyət evlərində çıxarışsız mənzilləri var. Elə çıxarışın olmaması səbəbindən bugün əksər paytaxt sakinləri bölgələrdən öz evlərinə geri dönə bilmirlər. Problemin haradan qaynaqlandığına nəzər salsaq görə bilirik ki, bu gün ölkəmizdə bu sahə bir qurum tərəfindən idarə olunmur. Tikintiyə icazəni verən bir qurum, sərəncamı verən digər qurum, tikintiyə nəzarət edən tamam başqa bir qurum sonda tikintiyə çıxarış verən isə fərqli bir qurumun səlahiyyətindədir. Bu gün bu tip halların olması vətəndaşlarla bərabər tikinti şirkətlərinidə ciddi problemlər yaşadır.

    Ötən il cənab prezident İlham Əliyev tərəfindən 400 yeni tikili çoxmənzilli binanın çıxarışla təmin olunmasına tapşırığ verildi. 2019-cu ildə 350-dən çox yeni tikili binalar çıxarışla təmin olundu. Bu il isə növbəti binalara çıxarışların verilmə prosesi artıq başlanılır. Binaların sadələşdirilmiş şəkildə istismara qəbulu ilə bağlı dövlət başçısının Fərmanının tələblərinə əsaslanaraq və mənafelərinə toxunan tərəfin vətəndaşlar olduğunu nəzərə alaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə MTK-lar kimi mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınmışdır.”

    Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən məlumata görə Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstloy küçəsi, 124 ünvanında ”Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində 2020-ci il iyulun 24-də saat 11:00-dan 17:00-dək həyata keçiriləcəkdir. Növbəti sənəd qəbulu isə iyulun 25-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti , 990 ünvanında saat 11:00-dan 17:00-dək həyata keçiriləcəkdir.

    Bakıda istismarına icazə verilən yeni binalardakı mənzillər çıxarışla təmin olunduqdan sonra isə proses Xırdalan, Yevlax və Gəncə şəhərlərində davam etdiriləcək. Hazırda burada istismarına icazə verilmiş, lakin mənzilləri mülkiyyət hüququnu təsdiq edən sənədlə təmin edilməyən 4 yaşayış binası mövcuddur. Qeyd edilən binalardakı mənzillərin çıxarışla təmin edilməsinin bu ilin sonunadək tam başa çatdırılması planlaşdırılır. Bunun üçün həmin binalarda mənzil mülkiyyətçilərindən müvafiq sənədlər toplusunu əvvəlcədən elan olunacaq tarixlərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xüsusi avtobuslarda binaların yerləşdiyi ərazidə fəaliyyət göstərəcək mobil ofislərinə təqdim etməsi xahiş olunur. Pandemiya şəraitini nəzərə almaqla prosesin daha çevik və vətəndaşlar üçün rahat formada keçirilməsi məqsədi ilə həftədə iki dəfə olmaqla əvvəlcədən elan olunmuş ünvanlarda, müəyyən edilən qrafik üzrə sənədlərin səyyar qəbulu keçiriləcəkdir.

  • TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb

    İyulun 23-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 658 782-yə çatıb.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 7 615-ə bərabərdir. Xəstələrdən 330 nəfəri reanimasiyadadır ki, onlardan da 66-sı süni tənəffüs cihazına qoşulub.

    Xatırladaq ki, iyulun 23-də Azərbaycanda koronavirus infeksiyasına daha 347 yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

  • Ağciyəri təmizləmək üçün ən yaxşı 7 ÜSUL

    Siqaret çəkmək ağciyərin sağlamlığına ziyan vuran ən ciddi amildir. Siqaret tüstüsü nəfəsalma sisteminin selikli qişasını zədələyir, kiçik bronxlar tutulur, ağciyərdə selik yığılır, nəfəsalma çətinləşir, xroniki öskürək, təngənəfəslik əmələ gəlir.

    Statistika göstərir ki, 5 ildən çox siqaret çəkən insanların 80%-də xroniki bronxit inkişaf edir. Həmçinin bu pis vərdiş ağciyər xərçənginin əsas səbəbidir.

    Median.Az xarici KİV-lərə istinadla xəbər verir ki, koronavirus epidemiyası zamanı dünyada siqaretdən imtina edən insanların sayı xeyli artıb. Bunun səbəbi banal qorxudur. Müşahidələr göstərir ki, siqaret çəkən insanlar koronavirus infeksiyasını daha ağır keçirir və bu infeksiyadan daha tez-tez ölürlər.

    Siqaretdən imtina edən insan bilməlidir ki, zədələnmiş ağciyəri normal vəziyyətə qaytarmaq üçün çox vaxt tələb olunur. Bu prosesi müəyyən dərəcədə sürətləndirmək olar. Bunun üçün mütəxəssislərin bəzi tövsiyələrinə əməl etmək lazımdır:

    1. Nəfəsalma gimnastikası. Bu üsul ağciyərin fəaliyyətini stimullaşdırır və orqan ziyanlı maddələr və selikdən daha tez təmizlənir.

    2. Açıq havada gəzintilər. Xüsusilə iynəyarpaqlı ağaclar (şam, küknar, ağ şam və s.) olan yerlərdə gəzmək faydalıdır. Bu ağaclar nəfəsalma sisteminə çox müsbət təsir edən fitonsidlər ifraz edir.

    3. Hamam və sauna. Ağciyəri təmizləyən ən yaxşı vasitələrdən biridir.

    4. İnhalyasiyalar. Bu məqsədlə ağ şam və sidr ağaclarının iynəyarpağı, evkalipt, nanə, cökə bitkilərindən dəmləmələr istifadə olunur.

    5. Üzgüçülük, fitnes, orta tempdə qaçış.

    6. Qida. Bəzi qida məhsulları ağciyərin təmizlənməsi proseslərini sürətləndirir, ağciyərdə iltihabı azaldır. Bu məhsullar arasında:

    – Kalsiumla zəngin olan qida məhsulları – ilk növbədə süd məhsulları (kəsmik, qatıq, kefir, xama), şokolad, kakao, göyərti.

    – Kələmin bütün növləri (ağ, qırmızı, gül kələmi, brokkoli və s.). Kələmin tərkibində olan faydalı maddələr və xüsusilə nadir sulforafan maddəsi ağciyəri təmizləyir, ağciyərdə fibrozun qarşısını alır.

    – Limon, itburnu, moruq, qara qarağat. Bu məhsullar nəfəs yollarına müsbət təsir edən C vitamini ilə zəngindir.

    – Kərə yağı, qaraciyər, yumurta. Bu məhsulla A vitamini ilə zəngindir. A vitamini ağciyərin sağlamlığında olduqca böyük rol oynayır.

    – Zəncəfil və sarıkök. Bu ədviyyatlar ağciyərdə iltihabları azaldır, nəfəsalmanı yaxşılaşdırır. Zəncəfili çay kimi dəmləyib içə bilərsiniz. Sarıkökü 1/3 ç.q olmaqla suya qarışdırıb içmək olar.

    7. Su. Bu ən yaxşı detoks vasitəsidir. Suyun qəbulunu artırın. Gün ərzində ən azı 1-1,5 l su için.

  • Bakıda 24 yaşlı gənc özünü bıçaqladı

    Bakıda intihara cəhd hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

    Belə ki, 1996-cı il təvəllüdlü Səfərov Elvin Elçin oğlu özünə bıçaqla xəsarət yetirib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Müayinə zamanı ona sağ bud nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralı əməliyyat olunub.

  • Полиция провела рейд в Национальном приморском парке – ФОТО

    Сотрудники Сабаильского районного управления полиции провели в Национальном приморском парке рейд в целях регулирования передвижения велосипедистов.

    Как передает Report со ссылкой на МВД, с лицами, не соблюдающими правила, несмотря на наличие соответствующих мест для движения велосипедов, были проведены профилактические беседы, даны рекомендации.

    Было отмечено, что на территории Национального приморского парка, где отдыхает население, нанесены знаки, регулирующие движение велосипедов, и каждый велосипедист должен соблюдать соответствующие правила.

    В связи с этим, за исключением центральных частей Национального приморского парка, на “Новом бульваре” и “Баиловском бульваре” выделены специальные полосы, по которым разрешается движение велосипедов. Велосипедистам рекомендуется соблюдать действующие на территории правила и уважать права других лиц.

    В ходе рейдов в отношении не соблюдающих правила лиц были приняты соответствующие меры, составлены протоколы.

  • Belçikada azərbaycanlılara hücum edən 17 erməni saxlanılıb

    Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi Brüsseldə ermənilərin azərbaycanlılara qarşı təxribaxt xarakterli hücumu ilə bağlı bəyanat yayıb.

    Bəyanatda deyilir:

    “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 23 iyul 2020-ci il tarixli Bəyanatını rəhbər tutaraq bildiririk:

    İyulun 12-dən etibarən işğalçı erməni qüvvələri tərəfindən başladılmış və Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vemiş hərbi toqquşmalar fonunda məğlub və aciz vəziyyətdə olan erməni diasporu dünyanın bir sıra ölkələrində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı, terrror xarakterli hücumlara cəhd edir. Xarici ölkələrdəki azərbaycanlı icma üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc həmvətənlilərimizə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribat əməlləri, təcavüz aktları və vandalizm törədilir.

    Bu xüsusda, 2020-ci ilin 22 iyul tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kəskin vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayiş keçirilib.

    Azərbaycanın Belçika və Lüksemburqda yaşayan və tərkibində yaşlıların və mərd qadınlarımızın təmsil olunduğu yüzlərlə icma nümayəndələri, eləcə də həmsərhəd Niderland, Fransa və Almaniyada yaşayan soydaşlarımız dövlətimizin və xalqımızın mənafeyinin qorunmasına naminə yüksək həmrəylik göstərərək diplomatik missiyanın ərazisinə toplaşıb, mənfur ermənilərin nümayiş cəhdini iflasa uğradıblar.

    Şərəfli Azərbaycan bayrağının himayəsi altında qürurla birləşmiş həmvətənlilərimiz dövlətçiliyimizin müdafiəsinə sipər olublar.

    Onlar iyul 12-dən etibarən təcavüzkar erməni qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilmiş hərbi təxribatları ifşa edən, eləcə də Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının azad edilməsini tələb edən şüarlar səsləndirib və plakatlar nümayiş etdiriblər. Soydaşlarımız “Yaşasın Azərbaycan!”, “Yaşasın dövlətimiz!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Qarabağ Azərbaycandır”, “Xocalıya Ədalət”, “Erməni işğalına son” şüarlarını səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstək olduqlarını bir daha bəyan edib və Ali Baş Komandanın əmrini səbirsizliklə gözlədiklərini bildiriblər. Aksiyaya toplaşanlar Azərbaycanın dövlət himnini, hərbi marş və digər vətənpənvər mahnıları yüksək həvəs və sevgi ilə ifa edərək, təxribatçıların səslərini boğmağa nail olub, erməni təxribatçılarına lazımı cavabı veriblər.

    Nümayiş zamanı Ermənistanın onilliklərdir Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətini ifşa edən müvafiq beynəlxalq təşkilatların sənədləri səsləndirilib. Belçikada yaşayan bəzi türk və gürcü dostlar da azərbaycanlı aksiyaçılarımıza dəstək göstəriblər.

    Məğlub və aqressiv erməni radikalları diplomatik missiyanın inzibati həyətində toplanmış və vətəninin müdafiəsinə qalxmış dinc həmvətənlilərimizə və diplomatik missiyamıza qarşı kütləvi vəhşiliklər törədiblər. Erməni təcavüzkarlarının daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücumu nəticəsində Azərbaycan diaspor nümayəndələrindən altı nəfər, eləcə də REAL TV-nin Avropa bürosunun müxbiri Xatirə Sərdarqızı yaralanıb və onlara tibbi yardım göstərilib; diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, missiyanın inzibati binası dağıtılara məruz qalıb, şüşələri sındırılb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobili yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.

    Hadisələri çoxsaylı quru və hava qüvvələri ilə tənzimləyən Belçika polisi xain düşmənin təxribatlarının qarşısını alıb, onları su şırnaqları vasitəsilə bölgədən uzaqlaşdırıb, müvafiq dağıntı və təcavüz faktları polis tərəfindən qeydə alınıb. Hazırda məlumata əsasən, hüquq-mühafizə orqanları tərəfindən 17 erməni təxribatçısı saxlanılıb.

    Ümumilkdə, baş vermiş hadisələrlə bağlı ətraflı hesabat və protokollar tərtib edilərək Belçika Krallığının Xarici İşlər Nazirliyinə nota və digər aidiyyəti qurumlarına rəsmi müraciət göndərilib, erməni cinayətkarlarının cəzalandırılması tələb edilib.

    Bütün bunlara baxmayaraq, yüksək vətənpərlik ruhunda olan, sülhsevər və cəsur azərbaycanlılarımız öz şüarları və bəyanatları ilə yaramaz erməni aksiyaçılarını susdurmağa nail olublar.

    Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi olaraq, bütün həmvətənlilərimizə təşəkkür edir və bildiririk ki, Azərbaycanımızın müdafiəsi naminə birlik olan həmvətənlilərimizlə qürur duyuruq.

    Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır!”

  • Araz Ağalarova məxsus Rusiyadakı ticarət mərkəzləri erməni məhsullarından imtina edib

    Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan RBK-ya açıqlamasında “Sənin evin” ticarət mərkəzlərinin rəflərindən Ermənistan istehsalı olan konservləşdirilmiş qida, mineral su və spirtli içkilərin çıxarıldığını deyib.

    O deyib:

    “Səhər saatlarında böyük erməni ixracatçıları bizimlə əlaqə saxladılar. Araz Ağalarova və qonşu ölkədən olan digər insanlara məxsus bütün “Sənin evin” şəbəkəsinin ticarət mərkəzlərindən Ermənistan istehsalı olan bütün məhsulların çıxarıldığını dedilər”.

    “Bu gün merçendayzerlərimiz məhsullarını göstərmək üçün şəbəkəyə daxil olan ticarət mərkəzlərinə gediblər və məhsullarımızın – mürəbbələrin, cemlərin, kompot və digər konserv məhsullarının rəflərdə olmadığını anlayıblar. Beləliklə, şəbəkənin bütün altı mağazasında olduq – hər yeri gəzdik. Heç bir yerdə, heç bir mağazada mal yoxdur. Dərhal mineral su, alkoqol satan bütün tərəfdaşları soraqladıq – oxşar vəziyyətin olduğunu, yük maşınlarının geri qaytarıldığını, malların qəbul edilmədiyini dedilər” – bu sözləri isə “Armtorq”un baş direktoru Alexander Babayan RBK-ya bildirib.

  • Состоялась церемония увольнения в запас военнослужащих – ФОТО

    Во исполнение Распоряжения Президента Азербайджанской Республики “O призыве с 1 по 30 июля 2020 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы” в соответствии с приказом Министра обороны проведена церемония увольнения в запас матросов, завершивших службу в Военно-морских силах.

    Об этом сообщили в пресс-службе Министерства обороны Азербайджана.

    В ходе мероприятия военнослужащим, отличившимся и добившимся успеха в период прохождения военной службы, были вручены награды.

  • Buraxılış imtahanlarında 4 nəfər ən yüksək bal topladı

    Buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

    Dövlət İmtahan Mərkəzindən (DİM) “Report”a verilən məlumata görə, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 291.8 bal toplayan Naxçıvan şəhəri, Heydər Əliyev adına məktəbin məzunu göstərib.

    İkinci ən yüksək nəticəni 286 bal toplayan Ağcabədi rayonu, 11 saylı şəhər tam orta məktəbin məzunu göstərib.

    Naxçıvan MR Babək rayonu, Güznüt kənd tam orta məktəbin və Şirvan şəhəri, 16 saylı şəhər tam orta məktəbin məzunları isə hər biri 285.3 bal toplayıb.