Month: July 2020

  • В ВОЗ рассказали, когда люди начнут получать вакцину от коронавируса

    Директор программы ВОЗ по чрезвычайным ситуациям в области здравоохранения Майкл Райан заявил, что люди начнут получать вакцину против коронавируса не раньше начала 2021 года.

    Как передает Report, об этом сообщает РИА Новости.

    По словам Райана, несмотря на прогресс в разработке вакцины против COVID-19, необходимо быть реалистичными относительно сроков ее получения.

    “При реалистичном сценарии, люди начнут получать вакцину не раньше первой половины следующего года”, – сказал Райан в ходе выступления, которое транслировалось в Twitter ВОЗ.

    Он также отметил, что ВОЗ работает над обеспечением всеобщего доступа к вакцине.

    “Вакцины от этой пандемии не для богатых, не для бедных, они для всех”, – сказал Райан.

  • Koronavirusa qarşı vaksinin hazırlanacağı vaxt məlum oldu – RƏSMİ

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan insanların 2021-ci ilin əvvəlindən tez olmayaraq koronavirusa qarşı vaksini almağa başlayacaqlarını bildirib.

    Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

    Rayanın sözlərinə görə, COVID-19-a qarşı vaksinin hazırlanmasında irəliləyişə baxmayaraq, onun alınmasının müddəti ilə bağlı realist olmaq lazımdır.

    “Real ssenari ilə insanlar vaksini növbəti ilin birinci yarısından tez olmayaraq almağa başlayacaqlar”, – Rayan “Twitter”də yayımlanan çıxışının gedişatında deyib.

    O, həmçinin qeyd edib ki, ÜST vaksinin hamı üçün əlçatan olmasının təminatı üzərində işləyir.

    “Bu pandemiyadan vaksinlər zənginlər, kasıblar üçün deyil, onlar hamı üçündür”, – Rayan əlavə edib.

    Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində yayılıb. Dünyada 15 milyondan çox insan bu virusun daşıyıcısı kimi qeydə alınıb. Bununla yanaşı, 622,5 mindən çox insan virusdan ölüb.

  • Gəncədə ildırım vuran gənc öldü

    Gəncə şəhərində gənc oğlanı ildırım vurub.

    Report-un məlumatına görə, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Azər Novruzovu ildırım vurub.
    Nəticədə o, dünyasını dəyişib.

    Qeyd edək ki, Gəncə şəhərində bir müddət hava şəraiti yağıntılı olub.

  • İyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırıldı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

    ƏƏSMN-dən verilən məlumata görə, qeyd edilən sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

    Bundan əvvəl iyulun 15-dək isə bu ayın bütün pensiyaları, o cümlədən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiyaları ödənilib.

    Pensiya vəsaitləri kimi, müavinət, təqaüd və kompensasiyalarını da vətəndaşlar istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur.

    Yaxın günlərdə isə iyul ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

  • Belçikada ermənilərdən azərbaycanlıya qarşı vəhşilik – VİDEO/18+

    Belçikada yaşayan ermənilər qrup halında gəzərək, oradakı azərbaycanlılara qarşı vəhşiliklər törədirlər.

    Bununla bağlı görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.

    Bildirilib ki, son günlər azərbaycanlıların Ermənistanın Azərbaycana qarşı təxribatı cəhdlərinə qarşı fəallaşmasından qorxuya düşən ermənilər həmyerlilərimizin evlərinə basqın edir, onları döyür, ağır bədən xəsarətləri yetirirlər.

    Təqdim etdiyimiz videoya ürəyi zəif insanların baxmaması tövsiyə edilir:

  • Верховный представитель ЕС провел переговоры с главами МИД Азербайджана и Армении

    22 июля Верховный представитель Евросоюза (ЕС) по внешней политике и безопасности Жозеф Боррель провел трехсторонние телефонные переговоры с главами МИД Азербайджана и Армении Джейхуном Байрамовым и Зограбом Мнацаканяном.

    Как сообщает официальный сайт ЕС, в рамках переговоров была обсуждена провокация Армении, осуществленная на армяно-азербайджанской государственной границе в товузском направлении.

    Выразив соболезнования семьям погибших, Ж.Боррель пожелал скорейшего выздоровления раненым.

    Он также призвал стороны остановить вооруженную конфронтацию, а также воздержаться от действий и риторики, способных привести к эскалации напряженности в регионе.

    Верховный представитель ЕС подчеркнул, что все актеры в регионе должны вносить свой вклад ради достижения данной цели.

    “Призываю стороны еще раз подтвердить свою приверженность прекращению огня и принять незамедлительные меры в целях предотвращения роста напряженности. Для этого обе страны должны использовать механизм прямых коммуникаций, а также формат, установленный под эгидой сопредседателей ОБСЕ, а также личного представителя действующего председателя ОБСЕ”, – сказал Ж.Боррель

    Наряду с этим, он подчеркнул важность возобновления проведения мониторингов ОБСЕ как только позволят условия.

  • Aİ rəsmisi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında üçtərəfli telefon danışığı oldu

    Bu gün Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi və Komissiya rəhbəri Cozep Borrell ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli telefon danışığı olub.

    Bununla bağlı Avropa İttifaqının rəsmi saytında məlumat yerləşdirilib.

    Bildirilib ki, tərəflər son günlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarını müzakirə ediblər.

    C.Borrell həlak olanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

    Müzakirələr zamanı Borrell hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa və gərginliyə səbəb olan hərəkət və ritorikalardan, eləcə də gələcək təhdidlərdən çəkinməyə çağırıb.

    Ali nümayəndə tərəfləri atəşkəsə sadiq olduğunu təsdiqləməyə və gərginliyin daha da artmaması üçün təcili tədbirlər görməyə çağırıb. O bildirib ki, bu kontekstdə Ermənistan və Azərbaycan birbaşa ünsiyyət mexanizmindən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi müəyyən edilmiş formatdan istifadə etməlidirlər.

  • TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı son sutkaya olan statistik göstəriciləri açıqlayıb.

    Məlumatda bildirilir ki, hazırda ölkədə 7805 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 322 nəfər reanimasiyada, 65 nəfər isə süni tənəffüs cihazındadır.

    Qeyd olunub ki, bu gün 8221 test edilib. Edilən ümumi test sayı 649 953-ə çatıb.

  • BNA küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib

    Müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar S.Əsgərova küçəsində yol kənarındakı ağac aşıb.

    Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbər görə, nəticədə yolda nəqliyyat vasitələrinin hərəkətində mane yaranıb.

    Vətəndaşların nəzərinə çatdırılıb ki, küləkli hava şəraitində avtomobilləri ağacların altında park etməsinlər.

  • Xaçmazda avtomobil ahıl kişini vuraraq ağır xəsarət yetirib

    Xaçmazda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

    Axşam saatlarında yolu keçmək istəyən piyada, Xaçmaz şəhər sakini 1959-cu il təvəllüdlü Məhəmməd Hüseyn oğlu Mahmudovu avtomobil vurub. Ağır xəsarətlər alan M.Mahmudov hadisəni törədən sürücü tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ağır qapalı kəllə-beyin travması, baş-beyinin əziyi, kəllə sümüklərinin sınığı, eləcə də digər diaqnozlar qoyulub və o reanimasiyaya yerləşdirilib.

    Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirir.

    Faktla bağlı araşdırma aparılır.