Month: July 2020

  • Lənkəranda iki nəfər bıçaqlandı

    İyulun 19-da, saat 1 radələrində Lənkəran şəhər sakinləri 1998-ci il təvəllüdlü Ruslan Rahmanov və 2000-ci il təvəllüdlü Məhərrəməli Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmələri barədə məlumat daxil olub.

    Bu barədə Lənkəran Rayon Prokurorluğu məlumat yayıb.

    Daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, o cümlədən, digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

    İlkin araşdırmalarla 1992-ci il təvəllüdlü Murad Əsədzadənin Lənkəran şəhəri, Sahil küçəsində şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı üzərində olan bıçaqla Ruslan Rahmanovu qəsdən öldürməyə cəhd etməsinə, onları ayırmağa çalışan Məhərrəməli Məmmədova isə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən olunub.

    Murad Əsədzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

  • Житель Астары нарушил карантин, организовав застолье

    Сотрудники Астаринского районного управления полиции на основе поступившей информации выявили нарушителя карантинного режима.

    Как говорится в сообщении лянкяранской региональной группы пресс-службы МВД, житель села Марзасай Ш.Алиев организовал в доме своего сына застолье с участием 40 человек.

    Сотрудники полиции предотвратили проведение мероприятия и скопление большого числа людей.

    Собранные в отношении Ш.Алиева материалы направлены в районный суд.

  • Astara sakini karantinə rəğmən 40 nəfərlik məclis təşkil etdi – VİDEO

    Astara Rayon Polis Şöbəsinə rayonun Marzəsəy kənd sakini olan Ş.Əliyevin karantin rejimi qaydalarını pozaraq, məclis təşkil etməsi barədə məlumat daxil olub.

    DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və məlum olub ki, kənd sakini Ş.Əliyev oğlu üçün tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil edib.

    Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.

    Karantin rejimi qaydalarını pozan Ş.Əliyevin barəsində toplanılmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.

  • Roza Zərgərli koronavirusa yoluxdu

    Müğənni Roza Zərgərli koronavirusa yoluxub.

    Axşam.az xəbər verir ki, sənətçi bir aydan çoxdur evində müalicə alır.

    O bildirib ki, hazırda səhhəti yaxşıdır:

    “Virusa yoluxduğumdan xəbərsiz idim. Bir gün əlamətlərini hiss etdim. Gedib test verdim, neqativ çıxdı. Evə gəldim, inanmadım. Yenidən getdim, bu dəfə ciyərlərimdə “buzlu şüşə” göründü. Evə qayıdıb, özümü müalicə etdim.

    Həkim dedi ki, məndə virus çoxdan var imiş, sağalandan sonra əlamətlərini hiss etmişəm. Həkim tərəfindən yazılan dərmanlarla yanaşı, internetdə oxuduğum türkəçarələri etdim. Çoxlu sarımsaq, C vitaminli qidalar yedim. Maraqlısı odur ki, bütün ailə üzvləri bir evdə qalırıq. Heç kimdə virus çıxmadı, bircə məndə oldu.

    İndi yaxşıyam, dadbilməm də yerinə gəlib”.

  • ВС Армении нарушили режим прекращения огня 60 раз за сутки – ВИДЕО

    Подразделения вооруженных сил Армении, используя крупнокалиберные пулеметы и снайперские винтовки, в течение суток нарушили режим прекращения огня в различных направлениях фронта 60 раз.

    С позиций в селе Чинари Бердского и на безымянных высотах на территории Чамбаракского районов Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Коханеби, Асрик Джырдахан Товузского, в селе Заманлы и на безымянных высотах на территории Гедабейского районов.

    Оборонное ведомство отмечает, что обстрел велся и с позиций, расположенных близ оккупированных сел Гейарх – Тертерского, Юсифджанлы, Мерзили – Агдамского, Куропаткино – Ходжавендского, Ашагы Вейселли, Гараханбейли, Ашагы Сейидахмедли, Горган, Кюрдляр, Горадиз – Физулинского, Нюзгяр – Джебраильского районов, а также с безымянных высот на территории Тертерского, Агдамского, Ходжавендского и Физулинского районов.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı – VİDEO

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 60 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Attraksion xarab oldu, insanlar başıaşağı, havada asılı vəziyyətdə qaldılar – VİDEO

    Karusel öz sərnişinlərini yuxarı qaldırıb, lakin çevrilərkən nasazlıq yaranıb. Nəticədə, insanlar havada başıaşağı vəziyyətdə qalıb.

    “Mash” “Telegram” kanalı Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində baş verən hadisənin görüntülərini paylaşıb.

    Məlumata görə, sərnişinlər səkkiz dəqiqə belə vəziyyətdə qaldıqdan sonra onları endirmək mümkün olub.

    Xoşbəxtlikdən, hadisə qurbansız ötüşüb. İnsanlar təhlükəsizlik kəmərlərini bağlayıblar və müstəqil şəkildə azad olmağa cəhd etməyiblər.

  • В Баку двоюродные братья при неизвестных обстоятельствах получили травмы

    В Бинагадинском районе Баку двоюродные братья Шами (1996 г.р.) и Сяма (1997 г.р.) Насибли при неизвестных обстоятельствах получили удары тупым предметом по голове.

    Как передает АПА, молодые люди госпитализированы.

    По данному факту проводится расследование.

  • Bakıda iki əmioğlu küt alətlə döyüldü

    Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə “DSK yolu” kimi tanınan ərazidə qeydə alınıb.

    1996-cı il təvəllüdlü Nəsibli Şəmi Elxan oğlu və 1997-ci il təvəllüdlü Nəsibli Səma Eldar oğlu naməlum şəraitdə döyülüblər.

    Onların hər ikisinin baş nahiyəsinə küt alətlə vurulub.

    Yaralılar xəstəxanaya yerləşdirilib.

  • Обнародована последняя мировая статистика по COVID-19

    Число инфицированных коронавирусом в мире достигло 14 645 947.

    От COVID-19 в мире скончались 608 942 человека, выздоровел – 8 736 951.

    В первую тройку стран по выявленным случаям инфицирования входят США (3 898 550), Бразилия (2 099 896) и Индия (1 118 107).

    Соседняя с Азербайджаном Россия по данному показателю находится на четвертом месте (771 546).

    В Иране число заразившихся достигло 273 788 человек, в Турции – 219 641, в Армении – 33 877, в Грузии – 1 028.

    В Азербайджане на сегодняшний день выявлен 27 521 случай инфицирования коронавирусом, 18 967 человек выздоровели, 354 – скончались.