Month: July 2020

  • Atasının ölümünə dözməyən Nurməhəmmədov karyerasını bitirir?

    Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovun atasının ölümündən sonra karyerasını bitirməsi ilə bağlı şayiələr yayılıb.

    “Vestnik Kafkaza” xəbər verir ki, məsələyə Nurməhəmmədovun agenti Əli Əbdül-Əziz aydınlıq gətirib.

    O bildirib ki, Həbib karyerasını bitirmək niyyətində deyil:

    “Həbib amerikalı Castin Qetji ilə ilin sonuna kimi görüşəcək”.

  • Rüşvət almasın, öz işiylə məşğul olsun… — Tanınmış aktyordan xanım icra başçısının orduya YAZILMASINA REAKSİYA – FOTO

    Aktyor Midhat Aydın Abşeron Rayon İcra başçısı İradə Gülməmmədovanın xidmət üçün orduya könüllü yazılmasına maraqlı reaksiya verib.

    “Ölkə.Az” xəbər verir ki, aktyor sosial şəbəkədə bunları yazıb:

    “Qadın icra başçısı öz işi ilə dürüst məşğul olsa, o elə bir əsgərdir. Hələlik rüşvət almasın, camaatın yanında olsun”.

  • Tovuzda kişi qohumunu qətlə yetirdi

    İyulun 17-də saat 20:30 radələrində Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini Mahmud Əsgərovun qətlə yetirilməsi barədə məlumat daxil olub. Bu barədə Tovuz Rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

    İstintaqla hadisənin zərərçəkmişin qohumu Vüqar Səfərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
    Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Bakı sakinindən şikayət: Nazirlik hüquq mühafizə orqanlarına müraciət edəcək

    Sosial şəbəkə səhifələrinin birində Bakı şəhəri, Binəqədi rayon sakini Natəvan Xəlilovanın guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işə göndəriş verilməsi, bir günlük əmək müqaviləsi bağlanılması və bunun birdəfəlik ödəmə almasını məhdudlaşdırılması məqsədilə edildiyi barədə şikayəti yayılıb.

    Məsələ ƏƏSMN tərəfindən dərhal araşdırılıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, əmək müqaviləsi bildirişi altsistemi vasitəsilə aparılan araşdırma zamanı məlum oldu ki, Natəvan Xəlilova ilə fiziki şəxs Həbibov Mehman Cabir oğlu (qeydiyyat ünvanı Quba) arasında 16.05.2020 tarixdə əmək müqaviləsi imzalanıb (məşğulluq təsnifatı – təkər düzəldən) və elə həmin tarixdə də müqaviləyə xitam verilib.

    O qeyd edib ki, işəgötürənlə bu barədə söhbətdə bundan xəbərsiz olduğunu, mühasibi tərəfindən qanunsuz hərəkət edildiyini qeyd edib:

    “Natəvan Xəlilovaya məsələ ilə bağlı ətraflı məlumat verildi. Nazirlik tərəfindən vətəndaşın adına hər hansı bir iş üçün göndəriş verilmədiyi və əmək müqaviləsi imzalanmadığı izah edilib.

    Nazirlik bu məsələyə hüquqi qiymət verilməsi məqsədilə hüquq mühafizə orqanlarına müraciət edəcək”.

  • Koronavirusa qarşı peyvəndin sınaqları müvəffəqiyyətlə keçdi

    Oksford Universitetində Böyük Britaniya-İsveç əczaçılıq şirkəti – “AstraZeneca”nın dəstəyi ilə dövlət vəsaiti hesabına hazırlanmış COVID-19 virusuna qarşı peyvəndin sınaqlarında müsbət nəticələr əldə edilib.

    Median.Az medicina.az-a istinadən bildirir ki, yeni dərmanın immun gücünü artırdığı məlum olub.
    Mötəbər mənbənin dediyinə görə, bu dərmanın səmərəsi bir çox digərlərindən fərqli olaraq anticisimlərin və limfositlərin (T-hüceyrələrinin) təsir gücünə əsaslanır. Bununla belə immun gücünün artırılması baxımdan məhz limfositlərin daha çox əhəmiyyət daşıdığı bildirilir.

    Yeni dərmanın nə qədər səmərəli olduğu hazırda koronavirusun daha çox vüsət aldığı Braziliyada keçirilən üçüncü mərhələ sınaqlarında bəlli olacaq. Sınaqlar uğurla başa çatarsa, dərmanın sentyabr ayından kütləvi istehsalına başlana biləcəyi qeyd olunur.

  • Şefik Caferoviç: Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regional sülhə ciddi təhdid yaradır

    Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ağır fəsadları ilə regional sülhə ciddi təhdid yaradır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.

    Məktubda Rəyasət Heyətinin Sədri Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya hücumu nəticəsində həlak olanların ailələrinə dərin başsağlığını çatdırmağı dövlətimizin başçısı İlham Əliyevdən xahiş edib.

    O, ümidvar olduğunu bildirib ki, vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun surətdə sülh yolu ilə davamlı həllinə nail olunacaq.

  • Ermənistan ordusunun daha bir əsgəri öldü

    Ermənistan silahlı bölməsinin əsgəri ölüb.

    “Sputnik Ermənistan” xəbər verir ki, bununla bağlı Ermənitsan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu gün günorta saatlarında 2000-ci il təvəllüdlü Alik Manukyan naməlum şəraitdə güllə yarası alıb.

    O, xəstəxanaya aparılarkən yolda ölüb.

  • Эмин Агаларов поблагодарил проживающих в России известных азербайджанцев – ВИДЕО

    Последние дни мы все следим за новостями, и ситуация на границе Азербайджана вызывает у нас огромные переживания.

    Об этом на своей странице в Instagram написал народный артист Азербайджана Эмин Агаларов.

    “Вместе с ребятами, артистами и блоггерами азербайджанского происхождения, живущими в России, мы выразили свою поддержку любимой Родине и решили сделать это одновременно.

    Отвечу сразу всем, кто переживал, что мы так долго молчим, что мы “не патриоты” и т.д. Именно я просил выждать паузу каждого артиста, так как посчитал правильным, что для нашей аудитории (а это около 100 млн человек) нужно выступить с одним основным и главным посылом.

    Было важно послушать выступление президента и понять намеченный курс страны. И именно после того, когда удалось понять и подготовить правильный посыл и получить его одобрение, то тогда мы все вместе выложили свои посты.

    Спасибо, ребята. Вы азербайджанцы по крови и духу и самые настоящие патриоты!”, – написал Э.Агаларов.

    Отметим, что два дня назад Эмин Агаларов, блогер Гусейн Гасанов, певцы Джахид Гусейнли (Jony), Эмиль Кадыров, Рауф и Фаик Мирзоевы, Бахтияр Мамедов (Jah Khalib), Вилаят Нифталиев (Weel), Эльвин Алиев (Ellai), Бабек Мамедрзаев, Бахтияр Алиев (Bahh Tee), рэперы Александр Алиев, Наваи Бекиров (Navai), народный артист Эльчин Азизов продемонстрировали свою поддержку Азербайджану.

  • Emin Ağalarovdan Rusiyada yaşayan məşhur azərbaycanlılara təşəkkür – VİDEO

    “Son günlər Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı xəbərləri izləyir və narahatlıq keçiririk”.

    Bunu “Instagram” hesabında Xalq artisti Emin Ağalarov deyib.

    O bildirib ki, Rusiyada yaşayan, azərbaycanlı artistlər və bloqerlərlə birlikdə sevimli Vətənimizə dəstəyimizi göstərdik və bunu eyni anda etmək qərarını verdik:

    “Kimlərlə bizim susmağımızdan narahat oldular. Ancaq bu fasiləni mən xahiş etdim, çünki 100 milyonlarla auditoriyamız qarşısında birlikdə çıxmağımız düzgün idi.

    Prezidentin çıxışına qulaq asmaq və ölkənin siyasi kursunu başa düşmək vacib idi. Lazımı çıxış hazırlandıqdan sonra biz hamımız öz paylaşımlarımızı etdik.

    Dostlar, təşəkkür edirəm. Siz qanınızla və ruhunuzla azərbaycanlısınız və əsl vətənpərvərsiniz!”

    Xatırladaq ki, iki gün öncə Emin Ağalarovla yanaşı, bloqer Hüseyn Həsənov, müğənnilər Jony kimi tanınan Cahid Hüseynli, Emil Kadırov, Rauf və Faiq Mirzoyev, Bəxtiyar Məmmədov (Jah Khalib), “Weel” ləqəbli Vilayət Niftalıyev, “Ellai” kimi tanınan Elvin Əliyev, Babək Məmmədrzayev, Bəxtiyar Əliyev (Bahh Tee), repçilər Aleksandr Əliyev, “Navai” təxəllüsü ilə tanınan Nəvai Bəkirov, Xalq artisti Elçin Əzizov Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

  • Tülkü əvəzinə iki çobanı vurdu – Goranboyda qəribə hadisə

    Goranboyda açılan atəş nəticəsində iki nəfər xəsarət alıb.

    Qafqazinfo-nun məlumatına görə, hadisə Ağcakənd qəsəbəsi ərazisində baş verib.

    Belə ki, yaylaqda saxladığı ev quşlarının arasına tülkünün girdiyini görən çoban – Kəlbəcər rayonundan məcburi köçkün, 1984-cü il təvəllüdlü Afət Həsənquliyev ona ov tüfəngindən atəş açıb. Atəş nəticəsində yaxınlıqdakı iki çoban – Telman Quliyev gözündən, İslam Əliyev isə bədəninin müxtəlif hissələrindən xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

    Faktla bağlı araşdırma aparılır.