Month: August 2020

  • В отношении главы ИВ Кюрдамира избрана мера пресечения в виде ареста – ОБНОВЛЕНО + ФОТО/ВИДЕО

    В отношении главы ИВ Кюрдамирского района Джейхуна Джафарова избрана мера пресечения в виде ареста.

    Как сообщает АПА, сегодня в Бинагадинском районном суде было рассмотрено представление следственного органа по избранию в отношении него меры пресечения.

    Суд удовлетворил это ходатайство.

    * * * * *

    Глава Исполнительной власти (ИВ) Кюрдамирского района Джейхун Джафаров доставлен в Бинагадинский районный суд.

    Как сообщает АПА, сегодня здесь будет рассмотрено представление по избранию ему меры пресечения в виде ареста.

    * * * * *

    Стало известно, по каким статьям выдвинуты обвинения против главы Исполнительной власти (ИВ) Кюрдамирского района Джейхуна Джафарова, задержанного в ходе операции, проведенной 19 августа в ИВ Главным управлением по борьбе с коррупцией при генеральном прокуроре.

    Как сообщает Report, это – статьи 308.2 (злоупотребление должностными полномочиями), 311.3.1 (получение взятки группой лиц по предварительному сговору или организованной группой), 311.3.2 (получение взятки неоднократно) и 311.3.3 (получение взятки в крупном размере).

    В ходе операции также были задержаны первый заместитель главы ИВ района Таджеддин Новрузов, заведующий отделом территориального управления Натиг Керимов.



  • Kürdəmirin icra başçısı həbs edildi – YENİLƏNİB + FOTO/VİDEO

    Kürdəmirin icra başçısı Ceyhun Cəfərovla birgə saxlanılan icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.

    APA-nın məlumatına görə, Binəqədi rayon Məhkəməsində onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb. Təqdimat təmin edilib və təqsirləndirilən şəxslərin hər ikisi barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    * * * * *

    Kürdəmirin icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

    APA-nın məlumatına görə, Binəqədi rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.

    Məhkəmə təqdimatı təmin edərək təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    * * * * *

    Kürdəmirin icra başçısı Ceyhun Cəfərov məhkəməyə gətirilib.

    APA-nın məlumatına görə, bu gün Binəqədi rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılacaq.

    * * * * *

    Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərova irəli sürülən ittihamlar məlum olub.

    “Report” xəbər verir ki, C.Cəfərov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.

    Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

    Əməliyyat zamanı icra başçısı ilə yanaşı, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanıldığı bildirilir.



  • Meksikada Ermənistanın son hərbi təxribatı işıqlandırıldı – VİDEO

    Azərbaycanın Meksikadakı səfiri Tovuz döyüşləri barəsində əcnəbi ictimaiyyətini məlumatlandırıb.

    Belə ki, Meksikadakı səfirimiz Məmməd Talıbovun bu ölkənin “ADR Networks” internet televiziyasının “Hoy en el mundo para ti” (Dünyada bu gün baş verənləri sənə çatdırırıq) verilişində efirə getmiş müsahibəsi və “ContraRéplica” gündəlik qəzetində dərc olunmuş “Azərbaycana qarşı təcavüz davam edir” başlıqlı məqaləsində Ermənistanın son hərbi təxribatı barədə məlumat verilib.

    Səfir, hər iki media orqanı vasitəsilə Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixindən etibarən Tovuz istiqamətində növbəti dəfə atəşkəs rejimini pozduğunu, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları sabotaj etmək istəyən Ermənistanın rəhbərliyinin məqsədinin xalqın diqqətini bu ölkədə mövcud olan ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmaq olduğunu bildirib.

    Azərbaycanın daim beynəlxalq hüquq və sülh mövqeyindən çıxış etdiyini, regional və beynəlxalq əməkdaşlığa can atdığını deyən diplomat, Azərbaycanın inkişaf etmiş, güclü, sivil və demokratik bir ölkə kimi öz ərazisində başqa dövlətin silahlı qüvvələrinin olmasına tamaşaçı qalmayacağını və beynəlxalq ictimaiyyətin Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağı qəti şəkildə tələb etməsinin vaxtı çatdığını bir daha diqqətə çatdırıb. Səfir, Azərbaycan xalqının, işğal olunmuş ərazilərdən qovulmuş insanlarımızın beynəlxalq ictimaiyyətdən doğma torpaqlarına qayıtmağı tələb etdiyini bildirib.

  • Али Гасанов рассказал о своем самочувствии – ОБНОВЛЕНО

    Сейчас я нахожусь в Турции, в больнице. Я прибыл сюда вчера, обследование продолжается, будет проведено стентирование коронарных сосудов.

    Об этом Publika.az сказал бывший помощник Президента Азербайджана по общественно-политическим вопросам Али Гасанов.

    “После определения причин аритмии и сердечной недостаточности будет принято решение о проведении новой операции на открытом сердце или необходимости вмешательства в работу его клапанов. Также имеется серьезная проблема с венами”, – сказал А.Гасанов.

    * * * * *

    У бывшего помощника Президента Азербайджана по общественно-политическим вопросам Али Гасанова в последние несколько недель возникли серьезные проблемы с сердечно-сосудистой системой.

    По словам членов семьи экс-помощника Президента, ранее он получал лечение дома.

    Накануне вечером из-за внезапного ухудшения состояния здоровья А.Гасанов был отправлен в Турцию, где его госпитализировали.

    Сообщается, что у него острая сердечная недостаточность, аритмия и проблемы с сосудами.

    Отметим, что А.Гасанов был срочно отправлен в Германию после перенесенного инфаркта в 2013 году и перенес две операции на сердце.

    Vətəninfo.com

  • Əli Həsənov səhhətindən danışdı – YENİLƏNİB

    “Hazırda Türkiyədə xəstəxanadayam. Dünən gəlmişəm, müayinələr davam edir, bu gün və sabah anju və testlər ediləcək”.

    Bunu Publika.az-a açıqlamasında Prezidentin keçmiş köməkçisi Əli Həsənov səhhəti ilə bağlı danışarkən deyib.

    Əli Həsənov bildirib ki, bundan sonra 72 saatlıq ürək döyüntü testi ilə yoxlama olacaq və tam qərar veriləcək: “Kəskin aritmiyanın və ürək çatışmazlığının səbəbi dəqiq müəyyən ediləndən sonra yeni bir açıq ürək əməliyyatının, yaxud klapanlara hansısa müdaxilənin olub-olmamasına qərar veriləcək. Həm də boyun damarlarında ciddi problem aşkarlanıb”.

    * * * * *

    Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və təcili olaraq Türkiyəyə yola salınıb.

    Ailə üzvlərinin verdiyi məlumata görə, son bir neçə həftə ərzində Ə.Həsənovun ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlamış və ev şəraitində müalicə almışdı.

    Dünən gecə isə səhhəti qəflətən pisləşdiyinə görə Türkiyəyə yola salınıb və xəstəxanaya yerləşdirilib.

    Məlumata görə, Ə.Həsənov ciddi ürək çatışmazlığından, kəskin aritmiya və damar keçirməzliyindən əziyyət çəkir.

    Qeyd edək ki, Ə.Həsənov 2013-cü ildə infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılıb və bir ayın içərisində iki dəfə açıq ürək əməliyyatı edilib.

    (Vətəninfo.com)

  • Bakıda qamışlıq və məişət tullantılarının olduğu ərazidə yanğın baş verdi

    Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində qamışlıq və məişət tullantılarının olduğu ərazidə yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb ediliblər.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.

  • УМК: В месяц Мухаррам в мечетях и святилищах траурные церемонии проводиться не будут

    В этом году день Ашура приходится на период коронавирусной пандемии.

    Как сообщает АПА, об этом говорится в обращении Управления мусульман Кавказа (УМК).

    “Обязательные ограничительные меры во время пандемии связаны с риском роста инфицирования. Временный запрет на совершение хаджа, а также других священных обрядов уже является реальностью нашего времени.

    Учитывая это, Совет газиев и уполномоченные представители Управления мусульман Кавказа объявили, что в соответствии с решением оперативного штаба, в этом году в мечетях и святилищах не будут проводиться траурные церемонии. Уполномоченные УМК, имамы должны довести эти рекомендации до сведения верующих”, – отмечается в обращении.

  • QMİ Məhərrəmliklə bağlı qərar verdi

    Məhərrəm ayının 10-u Aşura günü bu il avqust ayının 30-na təsadüf edir. Koronavirus pandemiyası ilə əlaqədar məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məhərrəm ayının başlaması ilə bağlı müraciətində bildirilir.

    “Aylardır, koronavirus pandemiyası bütün dünyanı cənginə alıb, yüz minlərlə insan bu qorxunc bəla üzündən həyatını itirib, milyonlarla insan xəstəxanalarda ölümlə həyat arasında mübarizə aparmaqdadır. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan, hələ də səngiməyən bu bəlanın aradan qaldırılması yönündə dünya birliyi böyük səylə çalışır.

    Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görülür, insanlarımız diqqət və qayğı ilə əhatə olunmuşlar. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti sayəsində vətəndaşlarımızın sağlamlığı üçün önləyici tədbirlər görülür, həm Bakıda, həm də ayrı-ayrı bölgələrimizdə modul tipli xəstəxanalar istifadəyə verilir. Xəstəliklə mübarizədə yerli həkimlər fədakarlıq nümayiş etdirirlər, əcnəbi həkimlər də prosesə cəlb olunur, Nazirlər Kabineti yanında Operativ Qərargah xəstəliyin miqyasının genişlənməməsi, əhalinin sağlamlığının qorunması məqsədi ilə lazımı tədbirlər həyata keçirir, müvafiq tövsiyələrini verir”, – müraciətdə qeyd olunur.

    Qafqaz Müsəlmanları İdarəsi ölkəmizdə karantinin gündəmə gələn ilk günlərdən Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verib: “Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır.

    Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Dünyanın bütün nöqtələrində bu və ya digər şəkildə təcridolunma həyata keçirildiyi, İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə digər dinlərin müqəddəs ayinlərinin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir. Böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan Aşura mərasimi insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edir ki, Operativ Qərargahın qərarına əsasən bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək. QMİ-nin yerlərdəki qazı, səlahiyyətli nümayəndə və imamları bu tövsiyələri dindarlara çatdırmalıdırlar.

    Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, pandemiya səbəbindən məscidlərdə deyil, ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilib”, – deyə müraciətdə vurğulanır.

  • Синоптики предупредили о резком ухудшении погоды в Азербайджане – ОБНОВЛЕНО

    С вечера 21-го до 24 августа в Баку и на Абшеронском полуострове ожидается ухудшение погодных условий, скорость северо-восточного ветра достигнет 18-23 м/с, вечером 22 августа – 25-30 м/с, ночью 23-го – 32-35 м/с.

    Температура воздуха понизится на 8-10 градусов.

    В районах Азербайджана прогнозируется нестабильная погода, ливни, грозы, град, западный ветер усилится до 15-20 м/с, порывами до 30-35 м/с, температура воздуха понизится на 5-10 градусов, возможны наводнения и сели.

    * * * * *

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 21 августа.

    Как передает Oxu.Az, в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, порывистый северо-западный ветер.

    Температура воздуха на Абшероне составит ночью 19-22, днем – 32-35, в Баку ночью – 21-23, днем – 32-34 градуса тепла.

    Атмосферное давление – 751 мм ртутного столба, относительная влажность ночью – 65-75%, днем – 40-50%.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 23-24, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 24-25 градусов тепла.

    Завтра вечером в некоторых горных районах Азербайджана ожидаются грозы, местами дожди, град, порывистый восточный ветер.

    Температура воздуха составит ночью 18-23, днем – 32-37, в горах ночью – 9-14, днем – 16-21 градус тепла.

  • Dənizə getmək istəyənlərin nəzərinə – HAVA PROQNOZU

    Azərbaycanda 21 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 32-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.