Month: August 2020

  • Quba sakinindən qanunsuz silah götürüldü

    Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

    Bildirilib ki, şöbə əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Cimi kənd sakini Qaflan Mirzəyevdən bir ədəd müvafiq sənədləri olmayan “Bum” markalı ov tüfəngi aşkar edilərək götürüblər.

    Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

  • Balakəndə dəhşətli qəza: Ana öldü, qızları xəstəxanalıq oldu – VİDEO

    Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Baku TV xəbər verir ki, hadisə axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Xalatala kənd sakini, 60 yaşlı İbrahim Mehdiyevin idarə etdiyi minik maşını ilə rayon sakini, 26 yaşlı Ömər Əlibəyevin idarə etdiyi nəqliyyat vasitəsi toqquşub.

    Qəza zamanı “VAZ 21099” markalı avtomobildə olan sərnişin – rayonun Xalatala kənd sakini, 71 yaşlı Həvva Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

    Sürücü İ.Mehdiyev və digər sərnişinlər, qəza zamanı ölən H.Məmmədovanın qızları – 37 yaşlı Xanım Məmmədova və 49 yaşlı Mehriban Burbaşova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

    Yaralılardan İ.Mehdiyevin müalicəsi davam etdirilir. Digər yaralıların vəziyyəti yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

    Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • В Минкультуры произведено кадровое изменение

    В Министерстве культуры произведено кадровое изменение.

    Приказом временно исполняющего обязанности министра Анара Керимова Васиф Эйваззаде назначен главой аппарата ведомства.

    Ранее он занимал должность замглавы аппарата – заведующего отделом международного сотрудничества и инновационного развития Минкультуры.

  • Azərbaycanda nazirlikdə yüksək vəzifəyə TƏYİNAT

    Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.

    Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovun müvafiq əmri ilə Vasif Eyvazzadə Aparat rəhbəri təyin edilib.

    Xatırladaq ki, Vasif Eyvazzadə bu vəzifədən əvvəl nazirliyin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri vəzifəsində çalışırdı.

  • Dördayaqlı dostlarımız kabusumuza çevriləndə… – VİDEOREPORTAJ

    İtlər vəfalı dostlarımızdır. Ancaq baxımsız və sahibsiz qaldıqları zaman həmin dostlarımız bir çoxlarının qorxulu kabusuna çevrilir. Hava qaralar-qaralmaz bu sahibsiz heyvanları sürü şəklində paytaxtın küçə və prospektlərində görmək mümkündür.

    Baku TV Nizami rayonu, Asif Məhərrəmov küçəsində çəkilişdə olarkən bu mənzərənin şahidi olub.

    Gecə itlərin sürü şəklində gəzməsi sakinləri qorxuya salır. Küçələrin qaranlıq olması isə bu qorxunu kabusa çevirir.

    Sakinlərin sözlərinə görə, ac qalmiş sahibsiz itlər bəzən insanlara hücum edir. Təbii ki, mövcud vəziyyəti paytaxtın digər rayonlarında da görmək mümkündür.

    Ətraflı süjeti təqdim edirik:

  • Yer üzündə 87 ildən sonra ən yüksək temperatur qeydə alındı

    ABŞ-ın Kaliforniya ştatındakı Ölüm Vadisində (Death Valley) 87 ildən sonra dünyanın ən yüksək temperaturu qeydə alınıb.

    “HaberGlobal” məlumat verir ki, vadidə temperatur 54,4 dərəcə təşkil edib.

    Bundan əvvəl vadidə 1913-cü ildə 56,7 dərəcə temperatur dünyada ən yüksək temperatur kimi qeydə alınıb.

    Yüksək temperaturun ABŞ-ın qərb sahillərinə təsirinin yaxın günlərdə də davam edəcəyi bildirilir.

    Mövcud istilik dalğası Arizonadan Vaşinqton ştatına qədər uzanacaq. Kaliforniya, Nevada, Arizona və Yuta ştatlarının sakinlərinə açıq havada daha az vaxt keçirmələri barədə xəbərdarlıq edilib.

    Ümumdünya Meteoroloji Təşkilatı iyul ayının Şimali yarımkürədə “ən isti ay” olaraq qeyd olunduğunu və Arktikadakı dəniz buzlarının “ən aşağı səviyyəyə” düşdüyünü bildirib.

  • Президент Ильхам Алиев выделил средства на бурение субартезианских скважин в Загатальском районе

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о дополнительных мерах по улучшению обеспечения посевных площадей Загатальского района оросительной водой и удовлетворению потребностей населения в питьевой воде.

    Согласно распоряжению, с целью проектирования и бурения 18 субартезианских скважин в 17 населенных пунктах Загатальского района с численностью населения 62 916 человек из средств, предусмотренных в госбюджете на 2020 год в рамках государственных капвложений, ОАО “Мелиорация и водное хозяйство Азербайджана” выделяется 1 260 000 манатов.

    Министерству финансов поручено обеспечить финансирование в сумме, указанной в распоряжении, а Кабинету министров – решить вытекающие из него вопросы.

  • İlham Əliyevdən 18 subartezian quyusunun qazılması ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Zaqatala rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Zaqatala rayonunun əhalisi 62916 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon (bir milyon iki yüz altmış min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • В Азербайджане отметят 100-летний юбилей Гасана Сеидбейли – РАСПОРЯЖЕНИЕ

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о проведении 100-летнего юбилея Гасана Сеидбейли.

    Согласно документу, Министерству культуры поручено с учетом предложений Союза кинематографистов Азербайджанской Республики и Союза писателей Азербайджана подготовить и реализовать план мероприятий, посвященных 100-летнему юбилею народного артиста Г.Сеидбейли.

    Кабинету министров поручено решить вопросы, вытекающие из данного распоряжения.

    Отметим, что в декабре 2020 года исполняется 100 лет со дня рождения видного представителя азербайджанской культуры, кинодраматурга, режиссера и сценариста, народного артиста Гасана Мехди оглу Сеидбейли.

  • Həsən Seyidbəylinin 100 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Kinematoqrafçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq artisti Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Qeyd edək ki, 2020-ci ilin dekabr ayında Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur.

    Həsən Seyidbəyli ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi yüksək bədii keyfiyyətə malik, eləcə də ifadə vasitələrinin rəngarəngliyi və süjet xəttinin dolğunluğu baxımından seçilən filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə yeni səhifələr yazıb.

    Onun həyat həqiqətlərinə sədaqətlə yaradılan və mənəvi zənginlik, əxlaqi saflıq, dərin zövq aşılayan uğurlu ekran əsərləri, xüsusilə “Nəsimi” tarixi bədii filmi milli kinematoqrafiyanın nailiyyətləri sırasında özünəməxsus layiqli yer tutur.

    Həsən Seyidbəyli Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik etdiyi uzun illər ərzində dünya kinosunun qabaqcıl təcrübəsindən lazımınca bəhrələnməklə respublikada kinematoqrafiya fəaliyyətinin təşkilinə və kino sənətinin inkişafına əhəmiyyətli töhfələr verib.

    Meydana gətirdiyi sanballı nəsr nümunələri Həsən Seyidbəyliyə ədəbiyyat aləmində geniş şöhrət qazandırıb.