Month: August 2020

  • Bahh Tee сыграл роскошную свадьбу – ВИДЕО

    Проживающий в России артист азербайджанского происхождения Бахтияр Алиев (Bahh Tee) сыграл роскошную свадьбу.

    На свадьбе, которая состоялась в одном из ресторанов Москвы, присутствовали представители российского шоу-бизнеса, известные лица.

  • Azərbaycanlı müğənni özünə dəbdəbəli toy etdi – VİDEO

    Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı müğənni Bəxtiyar Əliyev (Bahh Tee) özünə dəbdəbəli toy edib.

    Moskvanın restoranlarından birində baş tutan toyda Rusiyanın şou-biznes nümayəndələri, məşhur simalar iştirak edib.

  • Xətai rayonundakı yeni layihə yol iştirakçılarının həyatı bahasına başa gəlir – VİDEO

    Bakı Nəqliyyat Agentliyi istədi göz düzəltsin, vurdu, qaşı da çıxardı. Xətai rayonunda bəzi yolların yenidən bərpasına dair elə bir layihə verilib ki, gəl görəsən. Gələn maşın gedənə dəyir, gedən də beton səddə çıxır. Yaranan vəziyyət həm sürücüləri, həm də yol kənarında yerləşən obyekt sahiblərini lap cana yığıb.

    Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Baku.tv-yə bildirib ki, bu layihə beynəlxalq standartlara uyğundur və piyadaların normal hərəkətinə hesablanıb.

    Görünən dağa nə bələdçi? Bu məsəl lap yerinə düşür. Layihənin nə dərəcədə uğurlu və ya uğursuz olmasının bariz nümunəsi gün ərzində həmin küçədə baş verən qəzaların sayıdır. Əgər piyadaların sağlamlığına hesablanan bu səkilərdə gün ərzində qəzalar baş verib, insanlar xəsarət alırsa… Biz deməyə söz tapmırıq…

  • Wi-Fi-ı yataq otağından kənarda tutmaq lazımdır

    “Elektromaqnit şüanın qaynaqlandığı digər elektroavadanlıqlar kimi, routeri də yataq otağından kənarda tutmaq və ya gecə söndürmək lazımdır”.

    Median.Az ted.az-a istinadən bildirir ki, bunu “Sinergiya” Universiteti nəzdindəki İnformasiya Texnologiyaları İnstitutunun direktoru Stanislav Kosarev deyib.

    “Bununla belə, hazırda araşdırmalar Wi-Fi-ların insan sağlamlığına vurduğu ziyanı təsdiqləməyib. Eyni zamanda, elektromaqnit şüası internet paylayan routerdən qaynaqlanır. Ancaq bu şüa istifadə etdiyimiz istənilən elektrik avadanlıqdan qaynaqlanır. Axı biz elektrik çaydandan gələn dalğadan narahat deyilik”, – o vurğulayıb.

  • Daha 400 Azərbaycan vətəndaşı Rusiyadan Vətənə qayıdıb

    Bu gün daha 400 Azərbaycan vətəndaşının Rusiyanın Dağıstan Respublikasından Azərbaycana təxliyəsi həyata keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov məlumat verib.

    Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə 400 Azərbaycan vətəndaşının vətənə qayıdışı təmin olunub.

    Qeyd edək ki, koronavirus pandemiyasına görə Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb.

  • “Peşə Təhsilinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb

    Nazirlər Kabineti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması haqqında “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qərar qəbul edib.

    Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Qərarda deyilir:

    1. “Peşə Təhsilinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılsın.

    2. “Peşə Təhsilinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

    3. Peşə Təhsilinin İnkişafı Fondunun (bundan sonra – Fond) işçilərinin say həddi doqquz ştat vahidi müəyyən edilsin.

    4. Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

    4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

    4.1.1. Fondun nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

    4.1.2. idarəetmə orqanlarının yaradılması;

    4.1.3. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

    4.1.4. Fondun yenidən təşkili və ləğv edilməsi;

    4.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə:

    4.2.1. bu Qərarın 3-cü hissəsində və 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində public hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

    5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi peşə təhsili müəssisələrinin gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını və onlar arasında ədalətli bölgüsünü təmin etmək üçün onların maliyyə vəziyyəti nəzərə alınmaqla əldə etdikləri büdcədənkənar vəsaitdən Peşə Təhsilinin İnkişafı Fonduna ayırmaların məbləğini müəyyən etsin.

    6. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər”.

  • Göz dəyməsinin qarşısını necə almaq olar?

    Hələ qədim zamandan bəri insanların diqqətini cəlb edən mövzulardan biri sehr və cadu olmuşdur. Bu gün də onun təsirlərini hiss edənlər vardır. Həmçinin bu gün göz dəymək və onun qarşısını necə almaq kimi nigarançılıqlar cəmiyyətdə yayılmaqdır.

    Bəli, dinimiz də sehrin, cadunun və göz dəyməsinin mövcud olmasını təsdiqləyir. “(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə – Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki o ikisi “biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)” deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!”.

    Lakin onlar o iki mələk vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər.

    Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!”. (“Bəqərə” 102).

    “Həqiqətən, kafir olanlar bu zikri (Qur’anı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Qur’anı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: “Həqiqətən, o, bir divanədir!””. (“Qələm” 51).

    Alimlərin nəzərinə görə, bəzi insanların gözündə xüsusu enerji vardır ki, başqa əşyalara və insanlara mənfi təsir göstərir. El arasında ona “göz dəymək” deyirlər. (Həvzəh)

    Məsumların (ə) göz dəyməyin qarşısını almaqla bağlı tövsiyələrinə nəzər salaq:

    1. İmam Sadiq (ə) buyurur: “(Göz dəyməsinin qarşısını almaq üçün) 3 dəfə de:

    ما شاء الله لا قوه الا بالله العلی العظیم

    “Maşəallah lə quvvətə illə billəhil-aliyyil-azim”

    2. “Qələm” surəsinin 51-ci ayəsini oxumaq.

    3. Əllərinizi üzünüzün qarşısında qərar verin və “Həmd” (“Fatihə”), “Tövhid” (İxlas), “Nas”, “Fələq” surələrini oxuyun və əlinizi üzünüzə çəkin.

    4. “Nas” və “Fələq” surələrini oxumaq.

    5. Həzrət Peyğəmbərin (s) İmam Həsən (ə) və İmam Hüseyn (ə) üçün oxuduğu duanı oxumaq:

    “اللهم یا ذا السلطان العظیم و المن القدیم و الوجه الکریم ذا الکلمات
    التامات و الدعوات المستجابات عاف فلانا من انفس الجن و اعین الانس.”

    (Filan yerinə həmin şəxsin adını çəkin).

  • Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR

    Nazirlər Kabineti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən qərar qəbul edib.

    Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 487) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın “2.Humanitar və sosial ixtisaslar qrupu” hissəsinə “Hüquq mühafizə fəaliyyəti” əlavə edib.

    Bu Qərar 2020-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.

  • Məşqçilik kursları “Zoom”la həyata keçiriləcək

    AFFA məşqçi kurslarını onlayn şəkildə həyata keçirəcək.

    Avqustun 24-dən 26-dək AFFA tərəfindən “Zoom” proqramı vasitəsilə Bakı şəhərində UEFA-nın “B” və AFFA-nın “C” kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək.

    Qeyd edək ki, kursda iştirak etmək üçün C lisenziyasına görə 100, B lisenziyasına görə 300 manat tələb olunur. Ödəniş nağd və ya köçürmə yolu ilə həyata keçirilə bilər.

  • Gürcüstandan daha 119 Azərbaycan vətəndaşı təxliyə ediləcək

    Sabah Gürcüstandan daha 320 nəfər Azərbaycana təxliyə ediləcək.

    Azərbaycanın Gürcüstandakı səfirliyindən BAKU.WS-ə verilən məlumata görə, təxliyə edilənlərdən 119-u Azərbaycan, qalanları isə Azərbaycanda daimi və müvəqqəti yaşayış icazəsi olan Gürcüstan və Rusiya vətəndaşlarıdır.

    Təxliyə edilənlər avqustun 18-də Tbilisidə COVID-19 testindən keçiriliblər və nəticələr gün ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək.

    Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar avqustun 19-da saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi ayrılmış avtobuslarla “Sınıq Körpü” sərhəd keçid məntəqəsinə yola salınacaqlar. Təxliyə edilənlər Azərbaycanda karantinə alınmayacaqlar.