Month: August 2020

  • МИД Азербайджана отреагировал на обвинения Армении в адрес Турции

    Азербайджан решительно поддерживает все шаги братской Турции, исторически сыгравшей важную роль в развитии и прогрессе Средиземноморского региона, и выражает надежду на скорую разрядку существующей напряженности.

    Об этом заявила глава пресс-службы азербайджанского МИД Лейла Абдуллаева, отвечая на вопрос СМИ о деятельности Турции в Восточном Средиземноморье и заявлении МИД Армении по этому поводу.

    Попытки третьих сторон использовать ситуацию для враждебного и предвзятого подхода к государствам региона должны быть решительно отвергнуты, отметила Л.Абдуллаева.

    Она считает, что необходимо осудить безосновательные заявления Армении в адрес Турции как попытку использовать непростую ситуацию в Средиземноморье в своих политических интересах.

  • Azərbaycan XİN-dən Ermənistanın Türkiyə ilə bağlı ittihamlarına REAKSİYA

    Azərbaycan tərəfi tarixən Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində mühüm rol oynamış qardaş Türkiyənin bölgədə sülh və sabitliyin təmin edilməsinə yönəlmiş beynəlxalq hüquqa söykənən bütün addımlarını qətiyyətlə dəstəkləyir və mövcud gərginliyin tezliklə həllini tapacağına ümidini ifadə edir.

    Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mətbuatın Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyəti və bu xüsusda Ermənistan XİN-in açıqlamasına münasibət bildirərkən deyib.

    XİN rəsmisinin sözlərinə görə, bu xüsusda, üçüncü tərəflərin vəziyyətdən özlərinin bölgə dövlətlərinə olan ədavət və qərəzli yanaşması üçün fürsət kimi istifadə etməsi cəhdləri qətiyyətlə rədd edilməlidir:

    “Ermənistan tərəfinin Türkiyəyə qarşı əsassız ittihamlar ehtiva edən mövqeyi və bəyanatları Aralıq dənizi hövzəsində müşahidə olunan həssas vəziyyətdən özünün dar siyasi maraqları üçün sui-istifadə etmək cəhdi kimi pislənilməli və rədd edilməlidir”.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 40 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Şıxlar, Acarlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Нефть вновь дешевеет

    Мировые цены на нефть снижаются в ходе торгов 19 августа, передает RT.

    Сентябрьские фьючерсы на нефть WTI снизились на 0,61%, составив 42,63 доллара за баррель.

    Фьючерсы на нефть Brent с поставкой в октябре подешевели на 0,73% – до 45,13 доллара за баррель.

  • Neft ucuzlaşır

    Dünya bazarında neftin qiyməti düşməyə davam edir.

    RT xəbər verir ki, avqustun 19- da WTI markalı neftin sentyabr fyuçersləri 0,61 faiz ucuzlaşaraq, bir bareli 42,63 dollar olub.

    Oktyabr ayı üçün “Brent” markalı neft fyuçersləri 0,73 faiz ucuzlaşaraq, bir bareli 45,13 dollar təşkil edib.

  • Число выздоровевших от коронавируса в мире превысило 15 000 000

    Число инфицированных коронавирусом в мире достигло 22 308 044.

    От COVID-19 в мире умерли 784 365 человек, при этом выздоровели – 15 050 063.

    Больше всего инфицированных в Северной Америке (6 671 983). Среди стран по этому показателю лидируют США (5 655 974).

    За ними следуют Бразилия (3 411 872), Индия (2 767 273) и Россия (932 493).

    В Иране COVID-19 выявлен у 347 835 человек, Турции – 251 805, Армении – 41 846, Грузии – 1 351.

    Китай, ставший первым государством, в котором распространилась коронавирусная инфекция, находится на 34-м месте (84 888).

    В Азербайджане на сегодня коронавирусом заразились 34 474 человека, 32 201 из которых излечился, 509 – скончались.

  • Dünyada koronavirusdan sağalanların sayı 15 milyonu keçdi – STATİSTİKA

    Dünyada 22 308 044 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxan 784 365 xəstə ölüb, 15 050 063 nəfər sağalıb.

    Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (6 671 983 nəfər), ölkə isə ABŞ-dır (5 655 974 nəfər).

    Yoluxma sayına görə öndə olan digər ölkələr 3 411 872 yoluxma ilə Braziliya, 2 767 273 yoluxma ilə Hindistan, 932 493 yoluxma ilə Rusiyadır.

    İranda 347 835, Türkiyədə 251 805, Ermənistanda 41 846, Gürcüstanda 1 351 nəfərdə koronavirus qeydə alınıb.

    Koronavirusun ilk yayıldığı Çin yoluxma sayına görə ölkələr arasında 84 888 nəfərlə 34-cü sıradadır.

    Azərbaycanda koronavirusa yoluxan 34 474 nəfərin 509-u ölüb, 32 201-i sağalıb.

  • На Абшероне устраняют последствия проливных дождей – ВИДЕО

    Проливные дожди, шедшие в Азербайджане в последние дни, нанесли ущерб инфраструктуре села Горадил Абшеронского района.

    Как передает Baku TV, образовавшийся здесь селевой поток размыл дороги, что затруднило движение транспорта, затопил дворы, повредил канализационные линии.

    После обращения местных жителей представители исполнительной власти и муниципалитета осмотрели территорию.

    В настоящее время принимаются меры по устранению последствий проливных дождей.

  • Abşeronda sel suları küçələri basdı: Evlərin həyətini yuyub apardı – VİDEO

    Ölkə ərazisində yağan güclü leysan Abşeron rayonunun Görədil kəndində də bir sıra fəsadlara yol açıb.

    Baku TV xəbər verir ki, sel suları yolları, yaşayış evlərinin həyətlərini yuyaraq aparıb.

    Sel o qədər güclü olub ki, hətta avtomobil yolunu da keçilməz edib.

    Güclü yağış məhəllə arası yollarda kanalizasiya xətlərini də sıradan çıxarıb.

    Məsələ ilə bağlı sakinlərin müraciəti əsasında yerli icra nümayəndəliyi və bələdiyyə əraziyə baxış keçirib.

    Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

  • Qəbələdə evdə yanğın: Xəsarət alan var

    Qəbələ rayonunun Bum qəsəbəsində ümumi sahəsi 90 kvadrat metr olan birmərtəbəli evin çardağının və aynabəndinin yanar konstruksiyaları 21 kvadrat metr sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yüksək temperaturdan iki otağın tavanı 79 kvadrat metr sahədə qarsalanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.