Month: August 2020

  • Yorğunluqdan tunelə yıxılan kişinin möcüzəvi xilas anı – VİDEO

    Polis yorğunluqdan tunelə yıxılan şəxsi son anda ölümdən xilas edib.

    “Baza” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiya paytaxtında Moskva Metropolitenində baş verib.

    Asayiş keşikçisi hadisəyə ildırım sürəti ilə reaksiya verib: o maşinistə işarə verib və yıxılan gənci çıxarıb.

    Gəncin sözlərinə görə, o, ağır iş rejimi ilə əlaqədar bir neçə gündür ki, yatmır.

  • В ИВ еще одного района Азербайджана проводится операция – ОБНОВЛЕНО + ВИДЕО

    Генеральная прокуратура прокомментировала информацию об оперативных мероприятиях в Исполнительной власти (ИВ) Кюрдамирского района.

    Как сообщили в пресс-службе надзорного ведомства, общественность будет дополнительно проинформирована о проводимой Главным управлением по борьбе с коррупцией при генпрокуроре операции в районной ИВ.

    * * * * *

    Главное управление по борьбе с коррупцией при генпрокуроре проводит операцию в Исполнительной власти (ИВ) Кюрдамирского района.

    Она инициирована на основании жалоб граждан.

    Сообщается о наличии задержанных.

    Операция также проводится и в ряде госструктур района.

  • Azərbaycanda daha bir icra hakimiyyətində əməliyyat keçirilir – YENİLƏNİB + RƏSMİ/VİDEO

    Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyata münasibət bildirib.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

    * * * * *

    Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

    Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır.

    Saxlanılanların olduğu bildirilir.

    Bundan başqa, qeyd edilir ki, icra hakimiyyəti ilə yanaşı, bir neçə dövlət qurumunda da əməliyyat keçirilir.

  • İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu

    “Tesla” səhmləri tarixi rekord təşkil edib. Bazar ertəsi hərraclarında şirkətin səhm qiyməti 1836 dollara yaxınlaşıb.

    “Bloomberg” xəbər verir ki, bununla da “Tesla”nın rəhbəri İlon Mask dünyanın ən varlı insanları arasında dördüncü yerə yüksəlib.

    Onun bu mövqeyi qoruyub-qorumayacağını söyləmək çətindir.

    ABŞ şirkəti təkcə yüksəlişləri ilə məşhur deyil. Qeyd edək ki, keçən il bu şirkətin 775 milyon dollar zərəri olub.

  • “Onun intihar edəcəyini deyirdilər” – DİN-dən AÇIQLAMA

    Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə gənc yazar Kəramət Böyükçölün respublikanın rəhbər şəxsləri barəsində səsləndirdiyi xoşagəlməz ifadələrə görə saxlanılması barədə yayılan məlumatlara münasibət bildirib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır:

    “Xəbər verildiyi kimi, Kəramət Böyükçöl qonşularının və kirayədə qaldığı evin sahibinin şikayətləri əsasında saxlanılıb. Həmçinin Kəramət Böyükçölün saxlanılması həm də onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır. Belə ki, son günlər Kəramət Böyükçölün sosial şəbəkələrdə sərxoş vəziyyətdə özünü aparması izləyiciləri və yaxın ətrafında onun sonda intihar edəcəyi fikri yaradıb. Sosial şəbəkələrdə bununla bağlı şərhlərə də rast gəlmək mümkündür. Dostları və izləyiciləri onun intihar edəcəyi ilə bağlı həyəcan təbili çalırdı. Ona kömək edilməsi ilə bağlı çağırışlar edilirdi. Bu baxımdan Kəramət Böyükçölün saxlanılmasının səbəbi, haqqında olunan şikayətlərdən başqa, həm də onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır”.

  • Rusiyada həkimlər sağ qadını morqa qoydular

    Rusiyanın Kursk vilayətində Qorşeçenski Mərkəzi Regional Xəstəxanasının həkimləri səhvən sağ adamı morqa qoyublar.

    Mk.ru xəbər verir ki, qadın qarın ağrısı şikayətləri ilə tibb müəssisəsinə müraciət edib.

    Əvvəlcə həkimlər bağırsaq keçməzliyindən şübhələniblər, sonra şiş və metastaz tapıblar. Qadın əməliyyat olunub və bu zamanı kliniki ölüm keçirib. 30-40 dəqiqə reanimasiya şöbəsində saxlanılan qadını ölü hesab edərək morqa aparıblar.

    Qeyd olunur ki, yerli həkim qadını sağ vəziyyətdə tapıb.

    Qurumda beyin fəaliyyətini qeyd edən avadanlıqlar olmadığına görə, həkimlər ölüm faktını dəqiq müəyyənləşdirə bilməyiblər.

  • Gözdən əlillər üçün “ağıllı əlcəklər” hazırlanacaq

    Türkiyədə gözdən əlillər üçün “ağıllı əlcəklər” hazırlanacaq.

    “Demokrat” xəbər verir ki, İzmir İqtisad Universitetində başladılan layihə ilə gözdən əlil şəxslər istədikləri rəng və üslubda geyim seçə biləcəklər.

    Universitetdən bildirilib ki, bu əlcəklərin moda ilə əlaqəli bir çox məsələdə gözdən əlillərə kömək edəcəyi gözlənilir.

    Yüngül, antibakterial və yuyula bilən parça ilə istehsal olunmağı hədəfləyən əlcəyin üzərinə kamera yerləşdiriləcək. Minlərlə geyim növü və rənglər haqqında məlumatları müəyyən edən proqram yaradılaraq əlcəkdəki elektron hissəyə qeyd olunacaq.

    Gözdən əlil istifadəçi “ağıllı əlcəklər”lə geyimə toxunduqda kamera paltarın şəklini çəkəcək, onun rəngini və modelini səsləndirəcək. Eyni zamanda, seçilmiş geyimlə hansı modellərin uyğun olacağı ilə bağlı təklifləri də sadalayacaq. Əlcəkdəki elektron hissə asanlıqla çıxarıla, əlcək yuyulduqdan sonra yenidən istifadə edilə bilər.

  • Təkrar istifadə olunan maskaların təhlükəsi – VİDEO

    Koronavirusdan qorunmaq üçün bəzi şirkətlərin və ya fərdi şəxslərin “nano maska” adlandırdıqları və poliester parçadan istifadə edərək hazırladıqları qara maskalardan geniş istifadə olunur.

    Belə maskaların satışına apteklərdən başqa sosial səbəkələrdə də rast gəlirik. Sakinlər bu maskaları uzunömürlü hesab etdikləri üçün dəfələrlə taxdıqlarını deyirlər.

    “ARB xəbər” məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.

  • В Баку будет запущен еще один экспресс-маршрут

    Еще одна из дополнительных пяти экспресс-линий, организованных с целью удовлетворения растущего спроса пассажиров в связи со смягчением особого карантинного режима, M9 начнет функционировать с 19 августа.

    Как сообщили в Бакинском транспортном агентстве, по экспресс-маршруту с 06:30 до 21:00 будут курсировать 12-метровые современные и комфортабельные автобусы ООО BakuBus. В соответствии с ростом пассажиропотока на линию дополнительно будут привлечены 18-метровые пассажирские автобусы.

    С запуском экспресс-линии M9 будет обеспечена прямая связь центра отдыха Sea Breeze и жилых районов в направлении поселков Бильгя, Бузовна, Шаган, Бина со столицей. Это позволит обеспечить комфортное передвижение в центр города и в обратном направлении около 13-14 тысяч пассажиров. В одном направлении по линии определено 13 остановок. В Агентстве отметили, что схема движения автобусов по линии М9 определена от центра отдыха Sea Breeze до станции метро “Нариман Нариманов”.

  • Bakıda daha bir ekspres xətt istifadəyə verilir

    Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan beş sayda əlavə ekspres xətlərdən daha biri, M9 ekspres xətti sabahdan fəaliyyətə başlayır.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspres xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik avtobuslar sərnişinlərin xidmətində olacaq.

    M9 xəttinin istifadəyə verilməsi ilə “Sea Breeze” istirahət mərkəzi, Bilgəh, Buzovna, Şağan, Binə qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik təxminən 13-14 min sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.

    Qeyd edək ki, M9 ekspres xətti üzrə avtobusların hərəkət sxemi “Sea Breeze” istirahət mərkəzi – “Nəriman Nərimanov” metro stansiyası istiqaməti müəyyən edilib.