Month: August 2020

  • İlham Əliyev Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO

    Prezident İlham Əliyev avqustun 18-də Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanovun etimadnaməsini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.



  • Bağlanmış bankın əmanətçiləri etiraz edir

    Ləğv prosesində olan “Amrahbank” ASC-nin əmanətçiləri Milli Bankın qarşısına yığışaraq etiraz ediblər.

    Onlar əmanətlərinin qaytarılması prosesinin sürətləndirilməsini istəyirlər.

    Qeyd edək ki, banklar üzrə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb. Bu günə qədər “Amrahbank” ASC-nin 5,2 min əmanətçisinə 124,6 milyon manat kompensasiya ödənilib.

  • Koronavirus vaksinini sınaqdan keçirən “Putinin qızı” danışdı – VİDEO

    “CNBC Arabia” telekanalı koronavirus peyvəndini sınaqdan keçirən gənc xanımın Rusiya Prezidenti Vladimir Putinin qızı olduğu barədə məlumat yayıb.

    RT-nin məlumatına görə, telekanal bu xəbəri özünün “Twitter” səhifəsində paylaşıb.

    “Rusiya prezidentinin qızı Vladimir Putinin bütün dünyada ilk peyvənd olaraq elan etdiyi vaksini vurdurur”, – deyə koronavirus peyvəndinin tədqiqatları barədə videonun şərhində bildirilib.

    Qeyd edək ki, videoda sözügedən qız – Natalya Vasiyarova sadəcə könüllüdür. O, RF Hərbi Tibb Akademiyasının kursantıdır.

    “Ruptly”nin məlumatına görə, Natalya özünün Putinin qızı kimi təqdim olunmasından təəccübləndiyini bildirib və “CNBC” kanalına informasiyanı diqqətlə araşdırdıqdan sonra təqdim etməsi barədə tövsiyə verib.

  • ABŞ döyüşçüsü UFC-nin çempionluq titulundan imtina etdi

    Orta ağır çəkidə UFC çempionu olmuş amerikalı idmançı Con Cons çempionluq titulundan imtina etdiyini açıqlayıb.

    İdmançı bu barədə öz “Twitter” hesabında məlumat yayıb.

    “Bu gün UFC rəhbərliyi ilə telefon danışığımız oldu və rəsmi olaraq bildirirəm ki, orta ağır çəkidə qazandığım tituldan imtina edirəm. Bu, inanılmaz səyahət idi, bütün fanatlarıma səmimi qəlbdən təşəkkür edirəm”, – C.Cons sosial şəbəkə hesabında yazdığı açıqlamada bildirib.

    Qeyd edək ki, bir müddət əvvəl C.Consla UFC-nin prezidenti Dana Uayt arasında problem yaranıb.

    Belə ki, C.Cons ağır çəkidə reytinq ikincisi olan Fransis Nqannu ilə döyüşmək istəsə də, UFC rəhbəri bu qarşılaşmanı təşkil etməkdən boyun qaçırıb.

    D.Uaytın sözlərinə görə, C.Cons həmin döyüş üçün UFC-dən 30 milyon dollar qonorar tələb edib.

  • Azərbaycanda polis iş başında bıçaqlandı

    Avqustun 17-də, saat 03:00 radələrində Astara rayonu ərazisində polis əməkdaşı Xanlar Hüseynovun xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Astara Rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Araşdırmalarla Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən Astara rayonu, Şahağacı kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri ilə əlaqədar kənd sakini Seyhun Məmmədovun şəxsi avtomobilinə baxış keçirilərkən onun polis əməkdaşı Xanlar Hüseynovun xidməti vəzifəsini yerinə yetirməsinin qarşısını almaq məqsədilə sonuncunun döş qəfəsi nahiyəsinə bıçaqla zərbə vurub öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Həmçinin, hal şahidlərinin və müdafiəçinin iştirakı şəxsi axtarış aparılarkən Seyhun Məmmədovun üzərində və avtomobilində narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülüb.

    Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

    Seyhun Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda cinayət işi üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

  • Вражеская провокация в Товузе: село Агдам подверглось обстрелу – ВИДЕОРЕПОРТАЖ

    Армянская армия, для которой не стали уроком адекватные меры ВС Азербайджана в ответ на совершенную 12 июля провокацию, вновь прибегли к ней в направлении Товузского района на границе с Арменией.

    Как передает Baku TV, в селе Агдам подверглись артиллерийскому обстрелу мирные жители и их дома.

    Крупнокалиберные снаряды нанесли строениям серьезный ущерб.

    Больше всего пострадал дом Минаи Гасымовой.

    Кроме того, утром 17 августа вооруженные силы Армении обстреляли жителей села, которые занимались сельхозработами.

    Вражеский обстрел был подавлен ответным огнем.

    ВС Азербайджана контролируют оперативную обстановку в прифронтовой зоне.

  • Tovuzda düşmən təxribatı: Ağdam kəndi atəşə tutuldu – VİDEOREPORTAJ

    12 iyul təxribatı zamanı adekvat cavab tədbirlərindən dərs çıxarmayan düşmən silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti dəfə təxribata əl atıb.

    Baku TV xəbər verir ki, Ağdam kəndində dinc sakinlər və yaşayış məntəqələri atəşə tutulub.

    İriçaplı silahlardan atılan mərmilər evlərə ciddi ziyan vurub.

    Kənd sakini Minayə Qasımovanın evi davamlı atəşə tutulduğundan daha çox ziyan çəkib.

    Erməni silahlı birləşmələri avqustun 17-də, səhər saatlarında da təsərrüfat işləri ilə məşğul olan kənd sakinlərini atəşə tutub.

    Ordumuz düşmənə adekvat cavab verib və cəza tədbirləri görülüb. Düşmənin atəş nöqtələri susdurulub.

    Ümumilikdə cəbhəboyu ərazilərdə əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.

  • Ölkəyə gələnlərin iki həftəlik izolyasiyaya cəlb olunmasına ehtiyac yoxdur

    “COVID-19” pandemiyası zamanı Azərbaycandan yerinə yetirilən reyslərin sərnişinlərindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditasiya olunmuş laboratoriyalarda icbari qaydada testdən keçmək tələb olunur. Həmçinin digər ölkələrdən Azərbaycana uçuş zamanı koronavirus testinin mənfi nəticəsini təsdiq edən arayış təqdim etmək lazımdır (yalnız “PCR”-testlər qəbul olunur).

    Rəsmi məlumata görə, koronavirus testinin keçirilməsini təsdiq edən arayış reysin uçuşundan ən gec 48 saat əvvəl alınmalıdır. Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılır. Buna görə də, icbari testdən keçməyən və uçuş hava limanında arayış təqdim etməyən sərnişinlər reysə buraxılmır. Eyni zamanda, COVID-19 əlamətləri olan və ya analizin cavabı müsbət olan sərnişinlər aerovağzal kompleksinin binasına buraxılmır və reysə qəbul edilmir.

    Eyni zamanda, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən “Memorial Sağlık Grubu” klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.

    Bununla yanaşı, İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan, yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində “PCR”-testininin keçirilməsi barədə arayış təqdim edə bilər. Bütün hallarda testin nəticəsi reysdən əvvəl 48 saat ərzində alınmalıdır.

    Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər.

    Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev “Report”a bildirib ki, ölkəyə gələn vətəndaşların uçuşdan ən geci 48 saat əvvəl test verməsi vacibdir:

    “Düşünürəm ki, ölkəmizə gələn vətəndaşlar hava limanında yenidən test verməlidirlər. Bu, həmin vətəndaşların virusa yoluxub-yoluxmamalarını dəqiqləşdirmək üçün vacib amillərdən biridir. Çünki vətəndaşlar ölkəmizə səfər etməzdən əvvəl olduqları ölkədə test verdikdən sonra COVID-19-a yoluxa bilərlər. Kimsə bundan sığortalanmayıb. Ona görə də Azərbaycana gələn şəxsin ölkəmizin hava limanında verdiyi testin nəticəsi neqativ çıxarsa, bu zaman onun iki həftəlik izolyasiyaya cəlb olunmasına ehtiyac yoxdur. Bununla yanaşı hava limanında verilən testin nəticələri çıxanadək həmin şəxslər izolyasiya olunmalıdırlar.

    Təbii ki, burada testlərin nəticələrinin etibarlılığı çox vacibdir, daha doğrusu tətbiq edilən və cavabı qısa müddətə çıxan testlərin nəticələrinin elmi olaraq doğruluq faizinə baxılmalıdır. Əgər bunlar çox aşağıdırsa, doğruluq faizi yüksək olan testlərdən istifadə vacibdir və hava limanında verilən testin nəticələri çıxanadək həmin şəxslər karantinə alınmalıdırlar”.

  • Bakıda anbar yanıb

    Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 650 kvadrat metr olan, anbar kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları 150 kvadrat metr sahədə yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

    Alov söndürülüb.

  • Mingəçevirdə qaydaları pozan velosipedçilərə qarşı reyd keçirilib – FOTO

    Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən qaydaları pozan velosipedçilərə qarşı reyd keçirilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, avtomobil yollarında hərəkət edərək, həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradan velosipedçilər saxlanılıb.

    Onlarla profilaktik söhbətlər aparılıb, velosipedi digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan daha təhlükəsiz yerlərdə idarə etmələrinin vacibliyi izah olunub.

    Reyd zamanı qaydaları pozan 15 velosipedçi barəsində inzibati tədbir görülüb.