Month: August 2020

  • Bakı Polisindən bu gündən fəaliyyətini bərpa edən kafe-restoranlarla bağlı XƏBƏRDARLIQ

    Nazirlər Kabinetini yanında operativ qərargahın qərarına əsasən, bu gündən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

    Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər gücləndirilib.

    İstehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində naryad qrupları təlimatlandırılıb.

    İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət həyata keçirilir.

    İdarənin məlumatında qeyd edilir ki, paytaxt sakinlərinin diqqətinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur.

    Mövcud qayda və tələblərə əməl etməyən, fəaliyyətinə icazə verilən sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

  • Şöbə müdirinin 3 illik pensiya köçürmələri yoxa çıxıb

    Sumqayıtda bələdiyyənin şöbə müdirinin üç illik pensiya köçürmələri yoxa çıxıb.

    Vətəndaş Elton Hacıyev Qafqazinfo-ya müraciətində bildirib ki, 15 ildən artıqdır ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsində ümumi şöbənin mütəxəssisi və şöbə müdiri vəzifəsində işləyib.

    Qəsəbə bələdiyyəsinin baş mühasibi Novruzov Teyyub Qələmhüseyn oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun 2014-2016-cı illər üzrə əmək haqqısından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəniş tutsa da, vəsaiti Fondun hesabına köçürməyib.

    Teyyub Novruzov isə sayta açıqlamasında bildirib ki, burada problem DSMF-dən qaynaqlanır, o ödənişləri etsə də, sistemdə qeydə alınmayıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, məsələ araşdırılarkən müəyyən olunub ki, Hacı Zeynalabdin bələdiyyəsi tərəfindən təqdim olunan “Məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat”da (Forma B1) 2014, 2015, 2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilməyib. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna əsasən sığortaedənin vəzifəsi – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən orqana sığortaolunanlar haqqında bu qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etməkdir.

    Hacı Zeynalabdin bələdiyyəsi 2014-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilməsi üçün “Elektron Hökumət Portalında” (e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərində qeyd olunmuş “Məcburi dövlət sosial sığorta üzrə hesabatların təqdim edilməsi” bölməsinə daxil olaraq təqdim edə bilər.

    Qeyd olunan illər üzrə hesabat təqdim edildikdən sonra hesablanmış məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar sığortaolunanların fərdi şəxsi hesabında əks olunacaq.

  • Meşə fonduna ziyan vuran şəxs cəzalandırıldı

    Quba rayonunun Tülər kəndi ərazisində kömür hazırlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

    Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, kəndin ərazisinə keçirilən baxış zamanı Tülər kənd sakini Yasər Baxışova məxsus həyətyanı torpaq sahəsində qanunsuz yeşik hazırlayan sexin fəaliyyət göstərdiyi və meşə materialından kömür hazırlandığı məlum olub:

    “Araşdırma zamanı sexdə qanunsuz yolla əldə olunmuş işlik meşə materialı, yeşik taxtası, kömür tədarükü məqsədilə hazırlanmış odun və kömür kisələri aşkar edilib. Meşə fonduna 7452,65 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu Y.Baxışov barəsində akt tərtib edilib”.

    R.Bağırov qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Quba Rayon Prokurorluğuna göndərilib.

  • В Азербайджане продолжают тестировать учителей для трудоустройства

    В Азербайджане продолжается тестовый этап конкурса по приему на работу учителей.

    Как сообщили в Министерстве образования, 18 августа пройдут экзамены по азербайджанскому языку и литературе, а также изобразительному искусству.

    Ожидается, что в них примут участие 3 523 кандидата.

    Тестирование проходит в 17 городах и районах республики.

    Участники должны будут выполнить 40 заданий по специальности и 20 – по стратегии обучения и методике.

  • Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanlar keçirilir

    Bu gün Azərbaycan dili və ədəbiyyat, təsviri sənət fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, imtahanlarda 3523 namizədin iştirakı nəzərdə tutulub.

    İmtahanlar təxminən 18 gün davam edəcək.

    Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla, ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir.

    Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

  • Yaponiya dörd koronavirus peyvəndini sınaqdan keçirir

    Yapon şirkətləri hazırda yeni koronavirus üçün dörd peyvəndin preklinik sınaqlarını keçirirlər.

    Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qərbi Sakit Okean bölgəsindəki nümayəndəsi doktor Sokorro Eskalante onlayn mətbuat konfransı zamanı açıqlayıb.

    Eskalante Avstraliya, Çin, Sinqapur və Yaponiya da daxil olmaqla, bir sıra ölkələrin istehsal gücü çatmadığı təqdirdə dünyanın bu hissəsindəki digər ölkələrə kömək etmək istədiklərini bildirib.

    ÜST-ün məlumatına görə, hazırda dünyada 26 peyvənd klinik sınaqlardan keçir.

  • Нефть незначительно подешевела

    Мировые цены на нефть снижаются в ходе торгов 18 августа, передает RT.

    Сентябрьские фьючерсы на сорт WTI понизились на 0,35%, составив 42,74 доллара за баррель.

    Фьючерсы на нефть Brent с поставкой в октябре подешевели на 0,24% – до 45,26 доллара за баррель.

  • Neftin qiyməti düşür

    Dünya birjalarında neftin qiymətinin düşdüyü müşahidə olunur.

    RT xəbər verir ki, avqustun 18-də WTI markalı neftin sentyabr fyuçersləri 0,35% ucuzlaşaraq bir bareli 42,74 dollar olub.

    “Brent” markalı neftin oktyabr fyuçersləri 0,24% azalaraq bir bareli 45,26 dollara düşüb.

  • Какие абитуриенты не смогут повторно сдать вступительные экзамены? – ВИДЕОРЕПОРТАЖ

    Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана внес определенные изменения в процесс сдачи экзаменов в 2020 году в связи с пандемией коронавируса.

    Как передает Baku TV, некоторые абитуриенты заразились COVID-19 перед поступлением в вузы.

    В ГЭЦ заявили, что около 40 человек не были допущены ко вступительным экзаменам из-за повышенной температуры, и для них экзамены были проведены позже.

    Однако для абитуриентов, инфицированных коронавирусом COVID-19, которые не смогли сдать вступительные экзамены, повторные в этом году организованы не будут.

    Подробнее об этом – в видеосюжете Baku TV.

  • Koronavirusa yoluxan abituriyentlərin arzuları ürəklərində qaldı – VİDEO

    Dövlət İmtahan Mərkəzi koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il imtahan prosesində müəyyən dəyişikliklər etdi.

    Baku TV xəbər verir ki, bəzi abituriyentlər virusa həyatlarının ən önəmli zamanında – tələbə olmaq arzusunu gerçəkləşdirəcəkləri bir ərəfədə yoluxdular.

    DİM-dən Baku TV-yə verilən məlumata görə, hərarət səbəbindən təxminən 40-a yaxın abituriyent imtahana buraxılmayıb. Onlar üçün imtahan yenidən təşkil edilib. Amma bu il qəbul imtahanında iştirak edə bilməyən COVID-19 xəstələri üçün yenidən imtahan təşkil olunmayacaq.

    Ətraflı süjeti təqdim edirik: