Month: August 2020

  • Армяне продолжают нарушать режим прекращения огня

    Подразделения вооруженных сил Армении, используя крупнокалиберные пулеметы и снайперские винтовки, в течение суток нарушили режим прекращения огня в различных направлениях фронта 30 раз.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций в селе Чинари Бердского района Армении подверглись обстрелу расположения азербайджанской армии в селе Агдам Товузского района.

    Оборонное ведомство отмечает, что обстрел также велся с позиций на безымянных высотах и близ оккупированных сел Гейарх, Чилябюрт, Ярымджа – Тертерского, Мерзили – Агдамского, Куропаткино – Ходжавендского, Ашагы Вейселли, Горган, Горадиз – Физулинского районов.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Bakıda ikimərtəbəli evdə yanğın

    Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 140 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları 70 kvadrat metr sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov söndürülüb.

  • Число инфицированных коронавирусом в мире превысило 22 000 000 – СТАТИСТИКА

    Число инфицированных коронавирусом в мире достигло 22 049 457.

    От COVID-19 умерли 777 440 человек, выздоровели – 14 791 869.

    В первую тройку по числу инфицированных входят США (5 612 027), Бразилия (3 363 235) и Индия (2 701 604).

    Россия по этому показателю находится на 4-м месте (927 745 заразившихся), Иран – на 11-м (345 450).

    В Турции зарегистрированы 250 542 случая заражения, в Армении – 41 701, в Грузии – 1 341.

    В Азербайджане на сегодня коронавирусом заразились 34 343 человека, 32 042 из которых излечились, 508 – скончались.

  • Dünyada koronavirusa yoluxanların sayı 22 milyonu keçdi – STATİSTİKA

    Dünyada 22 049 457 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxan 777 440 xəstənin öldüyü, 14 791 869 nəfərin sağaldığı məlumdur.

    Koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında ilk üçlüyə 5 612 027 yoluxma ilə ABŞ, 3 363 235 yoluxma ilə Braziliya, 2 701 604 yoluxma ilə Hindistan daxildir.

    Azərbaycanın sərhəd qonşularından Rusiya 927 745 yoluxma ilə dördüncü, İran 345 450 yoluxma ilə 11-cidir.

    Türkiyədə 250 542, Ermənistanda 41 701, Gürcüstanda 1 341 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

    Azərbaycanda bu zamana qədər 34 343 nəfərdə koronavirus müəyyən edilib. Virusa yoluxanların 32 042 nəfəri sağalıb, 508-i ölüb.

  • Когда отремонтируют проезжую часть “безымянной” улицы в Баку? – ВИДЕОРЕПОРТАЖ

    Проезжая часть улицы без названия в поселке Бина Хазарского района Баку находится в аварийном состоянии.

    Жалобы местных жителей по этому поводу в Исполнительную власть района остаются без ответа.

    В Государственном агентстве автомобильных дорог Азербайджана заявили, что проинформированы о состоянии дорог на указанной территории, и в соответствии с распоряжением главы государства до 2023 года эта проблема будет решена.

    Подробнее – в видеосюжете Baku TV.

  • Bakıda “adsızlıq” dərdi – VİDEOREPORTAJ

    Xəzər rayonunun Binə qəsəbəsində adsız küçənin yolları bərbad vəziyyətdədir.

    Sakinlər dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, şikayətlərinə əhəmiyyət verən olmayıb.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən həmin ərazi barədə məlumatlı olduqları və ölkə başçısının sərəncamına uyğun olaraq 2023-cü ilə qədər problemin aradan qaldırılacağı bildirilib.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Alimlər COVID-19-u zərərsizləşdirən parça növünü açıqladılar

    SARS-Cov-2 virusu 100 faizlik pambıq parça üzərində bir sutkadan daha tez məhv olur.

    “İzvestiya” agentliyi xəbər verir ki, bu Kanadanın Manitoba Universitetinin və Kanada Xalq Sağlamlığı Agentliyinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub.

    Qeyd olunur ki, üçqat təmiz pambıqdan olan köynək həkimlərin virusdan qorunmaq üçün istifadə etdiyi geyimlər qədər təhlükəsizdir.

    Buna baxmayaraq, qeyd olunur ki, tibbi maska insanı pambıqdan hazırlanmış maskadan daha yaxşı qoruyur.

  • Asiyada koronavirusun daha yoluxucu ştammı tapıldı

    Filippində yeni növ koronavirus infeksiyası – SARS-CoV-2-nin mutasiyaya uğramış ştammı tapılıb.

    “The Straits Times” xəbər verir ki, həkimlər bu ştammın virusun orijinal versiyasından daha yoluxucu olduğunu deyirlər.

    Filippin Genom Tədqiqatları Mərkəzinin işçilərinin bildirdiyinə görə, yeni G614 ştammı iyunda ortaya çıxıb, eyni zamanda, mutasiyanın izləri Malayziyada da aşkarlanıb.

    Virusun bu variantının daha ağır xəstəliklərə səbəb olacağı bildirilir.

  • Sumqayıtda dənizdən qadın meyiti tapılıb – VİDEO

    Sumqayıt bulvarı ərazisində dənizdən 30-35 yaşlarında qadın meyiti tapılıb.

    Bu barədə “Sumqayıt gəncləri” adlı “Facebook” səhifəsi məlumat yayıb.

    Bildirilir ki, meyitin üzərində sənəd olmadığından şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.