Month: August 2020

  • Bu məhsul böyrəklər üçün zərərlidir

    “Xörək duzu ən sağlam böyrəklərin belə düşmənidir”.

    Median.Az “Qovorit Moskva”ya istinadən xəbər verir ki, bunu radiostansiyanın canlı efirində həkim-nefroloq Lyudmila Artyuxina deyib.

    Uzman çağdaş dönəmdə xörək duzunun fəstfud, yarımfabrikat və digər qida məhsullarında həddindən artıq istifadəsinə diqqət yetirib.

    “Üstəlik, insanlarda duzun istehlak həddi də yüksəkdir”, – L.Artyuxina vurğulayıb.

    Onun sözlərinə görə, problemli böyrəklərdə, adətən, ağrılı əlamətlər gözə dəymir, bu səbəbdən pasiyentlər tez-tez xəstəliyin ağır mərhələsində xəstəxanaya düşürlər: “Bəzən elə simptomlar olur ki, xəstəlik subklinik keçir. Bu, mülayim olsa da, özünü zəiflik, yorğunluq, gəzinti zamanı şişkinlik formasında büruzə verir. Arterial hipertenziya ortaya çıxa bilər. Böyrəklərin xəstəliyi özünü həmçinin arterial hipertoniya şəklində də göstərə bilər”.

    Nefroloq qeyd edib ki, arterial təzyiq problemi halında mütləq müayinədən keçmək lazımdır.

    Həkimin fikrincə, böyrəklərin normal fəaliyyəti üçün sağlam yaşam tərzini gözləmək vacibdir.

  • UEFA-dan azərbaycanlı hakimə təyinat

    UEFA azərbaycanlı hakim Rəhim Həsənova təyinat verib.

    “Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Lüksemburq “Proqress”inin Avropa Liqasının I təsnifat mərhələsində “Enqrodan” (Andorra) – “Zeta” (Monteneqro) cütünün qalibi ilə keçirəcəyi görüş FIFA referisinə həvalə edilib.

    Matçın yan xətt hakimləri Mübariz Haşımov və Pərvin Talıbov olacaq. 4-cü hakim vəzifəsini isə Elçin Məsiyev yerinə yetirəcək.

    Qeyd edək ki, qarşılaşma avqustun 26-da oynanılacaq.

  • Yeni Təhsil nazirindən kadr təyinatları

    Təhsil Nazirliyində yeni kadr təyinatları olub.

    “Report”un məlumatına görə, Təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmrlər imzalayıb.

    Əmrə əsasən, Simuzər Feyzullayeva nazirin müşaviri, Nərminə Hüseynova isə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin edilib.

  • В России почтили память Муслима Магомаева

    В Москве состоялось мероприятие, посвященное памяти легендарного певца и композитора Муслима Магомаева.

    Как сообщает Report, в Вознесенском переулке столицы России традиционно собрались многочисленные поклонники творчества великого исполнителя, друзья и близкие, вдова Муслима Магометовича Тамара Синявская и учредитель Фонда культурно-музыкального наследия Муслима Магомаева Араз Агаларов.

    Муслим Магомаев родился 17 августа 1942 года. Сегодня ему исполнилось бы 78 лет.

    Память Муслима Магомаева многонациональна. Выдающийся артист, один из лучших баритонов мира, он еще при жизни получил самую ценную награду – преданную любовь слушателей всего мира. В репертуаре маэстро более 600 произведений, но оценить весь вклад Муслима Магометовича в искусство невозможно – наследие музыканта навеки останется бесценным даром последующим поколениям.

  • Müslüm Maqomayevin xatirəsi Rusiyada anıldı

    Moskva şəhərində görkəmli müğənni, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

    “Report” xəbər verir ki, ənənəyə uyğun olaraq böyük ifaçının pərəstişkarları, yaxınları, dostları, habelə həyat yoldaşı Tamara Sinyavskaya, Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun təsisçisi Araz Ağalarov görkəmli musiqi xadiminin vaxtilə yaşadığı ünvanda toplaşıblar.

    Xatırladaq ki, 1942-ci il avqustun 17-də anadan olan dünya şöhrətli sənətkarımız Müslüm Maqomayevin repertuarında 600-dən artıq musiqi əsəri olub.

  • Из-за ДТП на проспекте Зии Буниятова в Баку образовалась пробка

    На проспекте Зии Буниятова в Баку произошло ДТП.

    Как передает Oxu.Az, в настоящее время в данном направлении наблюдается затор.

    Это, в свою очередь, также повлияло на интервал общественного транспорта.

  • Bakının Ziya Bünyadov prospektində baş verən qəza tıxac yaradıb

    Bakının Ziya Bünyadov prospektində (Çerment körpüsünün üstündə) yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az xəbər verir ki, hazırda həmin istiqamətdə ciddi sıxlıq müşahidə olunur.

    Sıxlıq avtobusların intervalının da uzanmasına səbəb olub.

  • Təhsil Nazirliyinin rəsmisi təhsilin ənənəvi formada təşkili üçün lazım olan şərti açıqladı

    Təhsil Nazirliyinin rəsmi “Facebook” hesabında yeni tədris ilinin necə təşkil olunacağı ilə bağlı müzakirə canlı yayımda izləyicilərə təqdim olunur.

    Müzakirədə iştirak edən Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu ənənəvi təhsil formasının indiki şərtlər daxilində mümkün olmadığını dilə gətirib:

    “Hazırda ölkə “sarı” və “narıncı” zonadan ibarətdir. Bizdə “yaşıl” zona yoxdur. Təhsilin əvvəlki formada təşkili isə yalnız “yaşıl” zonada mümkündür”.

  • Bakıda qanunsuz tikilən obyekt sökülüb – VİDEO

    Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman vətəndaş Kazımov Firdovsi Alməmməd oğlu tərəfindən kənd təsürrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq təyinatı məlum olmayan obyektin tikinti işlərinin aparıldığı aşkar edilib.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tikinti işlərinin dayandırılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, fiziki şəxs Kazımov Firdovsi Alməmməd oğlu tərəfindən bu işlər davam etdirilib.

    Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1 və 95.2-ci maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində tikinti işləri aparıldığına və xəbərdarlıqlara baxmayaraq tikinti işləri davam etdirildiyinə görə tikintisi başa çatmamış qanunsuz tikilinin sökülməsi barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 15 iyul 2020-ci il tarixində müvafiq rəsmi qərar verilib.

    Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 3.12-ci bəndinə əsasən, sökülməsi barədə qərar qəbul edilmiş tikilinin sahibi tikinti obyektinin sökülməsini bir ay müddətinə təmin etməlidir. Həmin müddət ərzində tikilinin sahibi Kazımov Firdovsi Alməmməd oğlu tərəfindən obyektin sökülməsi təmin edilmədiyindən obyekt Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə 15 avqust 2020-ci il tarixində sökülüb.

    Bir daha, tikinti işləri ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək qanunvericiliyə əməl edilməsinin tələb olunduğunu xatırladırıq.

  • Bağlanmış banklarda əmanəti olanlarla bağlı Fonddan AÇIQLAMA

    Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarları ilə ləğv prosesində olan “Amrahbank” ASC, “NBC Bank” ASC, “Atabank” ASC və “AG Bank” ASC-yə qarşı kreditor tələblərinin qeydiyyat müddəti 30 gün uzadılıb.

    Əmanətlərin Sığortalanması Fondundan Oxu.Az-a bildiriblər ki, kreditor tələblərinin qeydiyyatı 14 sentyabr 2020-ci il tarixədək aparılacaq.

    Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

    – kreditorun adı və ünvanı;

    – tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

    – tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

    Kreditorlardan xahiş olunur ki, kreditor tələbinin qeydiyyata alınması üçün hər bir bank üzrə aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

    Ləğv prosesində olan “Amrahbank” ASC üzrə – Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.

    Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.

    Ləğv prosesində olan “NBC Bank” ASC üzrə – Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.

    Əlavə məlumat üçün əlaqə nömrəsi: 932

    Ləğv prosesində olan “Atabank” ASC üzrə – Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.

    Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00; Qaynar xətt – 136.

    Ləğv prosesində olan “AG Bank” ASC üzrə – Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.

    Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010)

    Qaynar xətt: 135