Month: August 2020

  • С сегодняшнего дня открываются кафе и рестораны на открытом воздухе

    Оперативный штаб при Кабинете министров Азербайджана 15 августа принял решение о внесении изменений в режим ужесточенного карантина, объявленного в Баку, Сумгайыте, Гяндже, Евлахе, Масаллы, Джалилабаде, Мингячевире и Абшеронском, Бардинском, Сальянском, Хачмазском, Геранбойском, Гейгельском районах.

    В соответствии с изменениями, с 18 августа 2020 года разрешено обслуживание клиентов на объектах общественного питания на открытом воздухе.

    Услуги в кафе, ресторанах, чайных домах и других подобных заведениях (на открытом воздухе) в указанных городах и районах будут оказываться с 09:00 до 22:00.

    При этом запрещено использование кальянного оборудования и собираться за одним столом более шести человек.

    Под объектом общественного питания подразумевается пункт производства, переработки, продажи продукции собственного производства, покупных товаров, оказания услуг общественного питания потребителю.

    На входах и выходах таких объектов, а также на кассе должен быть обеспечен доступ к дезинфицирующему раствору.

    Деятельность объектов общественного питания, работа которых разрешается, организуется в соответствии с существующими правилами, санитарными нормами и требованиями методических указаний.

  • Bu gündən açıq havada fəaliyyət göstərən kafe və restoranlar fəaliyyətini bərpa edir

    Bu gündən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

    Avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqqında qərar qəbul edib. Müvafiq qərarla 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

    Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçiriləcək.

    Bu Qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.

    İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur.

    İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.

    Qərara əsasən, fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərinin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunmalıdır.

  • Uşaqları ölümə aparan “məktəb yolu” – VİDEO

    Bakının Nizami rayonu, Əliağa Kürçaylı küçəsində yerləşən 238 saylı məktəbin yolunda səki yoxdur. Ərazidə yaşayan və övladları həmin məktəbdə təhsil alan valideynlərin problemi səki dərdidir.

    Median.Az xəbər verir ki, ARB Xəbər-də məsələ ilə bağlı süjet yayımlanıb.

    Sakin: “Məktəbin darvazaları olan tərəfdən keçmək olurdu. İndi oranı da bağlayıblar”.

    Sakin: “Məcburuq ki, ağacların qırağı ilə keçib gedək. Bu tozun torpağın içi ilə keçirik, bu, düzgün deyil”.

    Sakin: “Uşaq yolla gedir, maşın gəlib vursa yaxşıdır?!”

    Sıxlıq vaxtlarda şagirdlərin maşın yoluna çıxmaqdan başqa çarəsi qalmır. Sakinlər deyirlər ki, 5-6 il əvvələ qədər burada səki olub, amma sonra barı çəkilib. Lakin hasarın yanında piyada səkisi salmaq aidiyyatı qurumların ağlına gəlməyib. Məsələdən xəbərdar olan Nizami Rayon İcra Hakimiyyəti isə insanların, necə deyərlər yollara tökülməsinə səbəb olan səkisizliyi problem kimi görmür.

    Cavid Qafarov – Nizami RİH-in sektor müdiri: “Biz bu məsləyə problem deməyək. Çünki vətəndaşların müraciətlərini nəzərə alaraq başçının səyyar qəbulunda müraciət edilib. Və bunun əsasında aidiyyatı orqanlara müraciət etmişik. Onlardan da müəyyən cavablar almışıq. Həmin cavablar vətəndaşların özünə təqdim olunub. O yol ilk növbədə səkiyə münasib deyil, çox dardır. Səki olduqda nəqliyyatın hərəkəti sıxlaşa bilər. Ona görə, bu məsələ qalıb gələcək planlarda”.

    Deyilən aidiyyatı orqanlardan biri də Bakı Nəqliyyat Agentliyidir. Qurum rəmisi deyir ki, məktəbətrafı səki problemlərinin həlli ilə bağlı agentliyin Təhsil Nazirliyilə birgə layihəsi var.

    Mais Ağayev – BNA-nın mətbuat xidmətinin rəhbəri: “Təhsil Nazirliyi ilə birgə pilot layihələr işlənib hazılanmışdı. Siz qeyd etdiyiniz məktəbin ətrafına da əməkdaşlarımız tərəfindən baxış keçiriləcək, təhlillər aparılacaq, burada da qeyd olunan müəyyən çatışmazlıqlar varsa, təbii ki, məsələnin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə iş aparılacaqdır”.

    Çox gözəl. Amma bu işlərin tətil vaxtı aparılması yəqin ki, həm iş icraçılarının, həm məktəblilərin, həm də yoldan hərəkət etməli olan sürücülərin ürəyincə olar. Dərs ili başladıqdan sonra ərazidə söküntü və tikinti işlərinə start vermək məlum məsələdir ki, hər kəsin narahatlığına səbəb olacaq. İşlərin gələn yaya saxlanılması isə insanların həyatı üçün təhlükəli olan vəziyyətin bir il də uzanması deməkdir. Hər halda vəziyyətdən xəbərsiz olanlar bildi, bilənlərə isə bir daha xatırlatdıq.

  • DİM qəbul imtahanı ilə bağlı abituriyentlərə müraciət etdi

    Dövlət İmtahan Mərkəzi qəbul imtahanı ilə bağlı abituriyentlərə müraciət edib.

    Mərkəzdən bildirilib ki, 20 və ya 21 avqust 2020-ci il tarixlərində keçiriləcək imtahanlarda iştirak edən abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etməlidirlər:

    • cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları;

    • II, III və V ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.

    Qeyd edilib ki, bu gün saat 10-a olan məlumata əsasən, beş minə yaxın abituriyent “İmtahana buraxılış vərəqəsi”ni çap etməyib.

  • Bakıda qanunsuz tikilən obyekt söküldü – Video

    Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman vətəndaş Kazımov Firdovsi Alməmməd oğlu tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq təyinatı məlum olmayan obyektin tikinti işlərinin aparıldığı aşkar edilib.

    Fövqəladə Hallar Nazirliyindən axar.az-a verilən məlumata görə, tikinti işlərinin dayandırılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, fiziki şəxs Kazımov Firdovsi Alməmməd oğlu tərəfindən bu işlər davam etdirilib.

    Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1 və 95.2-ci maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində tikinti işləri aparıldığına və xəbərdarlıqlara baxmayaraq tikinti işləri davam etdirildiyinə görə tikintisi başa çatmamış qanunsuz tikilinin sökülməsi barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 15 iyul 2020-ci il tarixində müvafiq rəsmi qərar verilib. Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 3.12-ci bəndinə əsasən, sökülməsi barədə qərar qəbul edilmiş tikilinin sahibi tikinti obyektinin sökülməsini bir ay müddətinə təmin etməlidir. Həmin müddət ərzində tikilinin sahibi Kazımov Firdovsi Alməmməd oğlu tərəfindən obyektin sökülməsi təmin edilmədiyindən obyekt Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə 15 avqust 2020-ci il tarixində sökülüb: “Bir daha, tikinti işləri ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək qanunvericiliyə əməl edilməsinin tələb olunduğunu xatırladırıq”.

  • Ermənilər yenidən Tovuzu atəşə tutur – Foto

    Ermənistan silahlı qüvvələri növbəti dəfə Tovuz rayon istiqamətində təxribata əl atıb. Ağdam kəndində dinc sakinlər və yaşayış məntəqələri atəşə tutulub. Güllələr və iriçaplı silahlardan atılan mərmilər evlərə ciddi ziyan vurub. Güllələrdən bir neçəsi kənd sakini Minayə Qasımovanın evini hədəf alıb.

    Median.Az Sputnik-ə istinadən xəbər verir ki, kənd sakini axşam saatlarında atışmnın başladığını və mərmi və güllələrdən bir neçəsinin onun evinə düşdüyünü söyləyib:

    “Atışma axşamüstü saat 5-də başladı. Mən həyətdəydim. Gəlin evdən çıxıb məni çağırdı. Bu vaxt o dayandığı yerə bir neçə güllə düşdü. Mən elə bildim ona dəydi. Uşaqlar da çox qorxdu. Keçən atışmadan canlarında qorxu qalıb. Allaha şükür ki, xəsarətsiz ötüşdük”- deyə hadisə haqda məlumat verib.

    Qeyd edək ki, iyul ayında baş verən döyüşlər zamanı M.Qasımovanın həyətinə minaatan mərmisi düşüb.

  • Dünyada COVID-19-a yoluxanlar sayı 22 milyona yaxınlaşdı

    Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayının 21 milyonu, ölənlərin sayının isə 773 min nəfər ötüb.

    Median.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Eyni zamanda 14 564 827 nəfər sağalıb, 6 489 537 xəstənin müalicəsi davam edir.

    Bununla da dünyada koronavirusa yoluxanların sayı 21 827 459 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 773 095 nəfər təşkil edir.

  • Şəmkirdə 2 yol-nəqliyyat hadisəsi olub

    Şəmkir rayonunda müxtəlif yerlərdə 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, qəzalardan biri Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Kür qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Digər hadisə isə “Kraz yolu” adlandırılan ərazidə baş verib.

    Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

    Qəzanın təfərrüatları araşdırılır.

  • Özünü dənizə atan şəxsin meyiti sudan çıxarıldı

    Təhsil Nazirliyinin rəsmi “Facebook” hesabında yeni tədris ili ilə bağlı gedən müzakirələrdə müəllimlərin maaşı məsələsinə də toxunulub.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib ki, hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri olmayacaq:

    “Mövcud layihədə dərs saatlarının bir hissəsi məktəbdə, digər hissəsi onlayn keçiriləcək. Ənənəvi tədris planları qalacaq. Buna görə müəllimlərin əməkhaqqında heç bir azalma nəzərdə tutulmur”.

  • TƏBİB məlumat yaydı – FOTO

    Azərbaycanda koronavirusla bağlı 17 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

    Son sutkada koronavirusa görə 5153 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 836 min 908-ə çatıb.

    Reanimasiyada olan xəstə sayı 202, süni tənəffüs cihazında olan xəstə sayı 31 nəfərdir.

    Hazırkı dövrədək ölkəmizdə 34 min 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 42 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib. Aktiv xəstə sayı 1793 nəfərdir.