Month: August 2020

  • Avstraliyada qəribə görüntü: şəlalənin suyu aşağıdan yuxarı axır – VİDEO

    Avstraliyada leysan yağışları və güclü külək Sidney yaxınlığında yerləşən Krallıq Milli Parkında qəribə görüntüyə səbəb olub.

    Median.Az xəbər verir ki, parkda yerləşən şəlalədə su yuxarıdan aşağı deyil, əksinə axır.

    Sürəti saatda 70 kilometrə çatan külək suyu istiqamətini dəyişməyə məcbur edib.

    Meteoroloqlar deyirlər ki, güclü külək okeandan əsəndə “şəlalənin tərs axması” baş verir və axınlar aşağıdan yuxarıya doğru yönəlir.

  • В Азербайджане начинается регистрация детей в группы дошкольного образования

    В Азербайджане 18 августа начинается электронная регистрация для приема в группы дошкольного образования.

    Как сообщили в Министерстве образования, родители (другие законные представители) могут пройти регистрацию в электронной системе mektebeqebul.edu.az, введя данные удостоверения личности ребенка.

    Процесс размещения электронного запроса в связи с выбором школы начнется 20 августа.

    Отметим, что в 2020-2021 учебном году в группы дошкольного образования будут привлечены дети 2015 года рождения.

  • Oynaq ağrılarından tam xilas üçün limon metodu

    Tarixdən məlum olub ki, uzun müddət dənizə çıxan insanlar oynaqlarında ağrılardan, revmatizmdən əziyyət çəkirdilər.

    Median.Az bildirir ki, hələ 1747-ci ildə Ceyms Lond aşkarlayıb ki, limon və portağal dənizçilərin ağrılarını xeyli azaldır.

    Limon təbii olaraq pH balansını tənzimləyir, toksinləri çıxarır, immuniteti gücləndirir, iltihabi prosesi azaldır və dənizdə, evdən uzaqda zəif qidalanma və soyuqdan orqainizmdə tükənən C vitaminini verir.

    Piylənmə, diabet, astma, ürək-damar xəstəliklərində də effektivdir.

    Limon qabığı titrətmə, qızdırma, iltihabla mübarizə aparan antiseptikdir.

    Oynaqlarda ağrılar üçün siz limon suyu, özü, qabığından bol istifadə etməlisiz. Limon qabığını sürtgəcdən keçirib, tənzifin arasına yaxıb, ağrıyan yerə kompress qoymalısız. Kompress 2-4 saat qalmalıdır.

    Limonu ətçəkəndən keçirib, bankada zeytun yağında saxlayın. Bundan həm daxilə bir qaşıq qəbul edirsiz, həm də oynaqlara çəkib kompress edin.

    Əgər bunları müntəzəm etsəniz, oynaqlarınızın daha yaxşı olacağını və ağrılarınızı itəcəyini görəcəksiz. (medicina.az)

  • 74 yaşlı kişini maşın vurdu

    Şəkidə 74 yaşlı kişini avtomobil vurub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şəki şəhərinin giriş hissəsində qeydə alınıb.

    Şəki rayon Kiçik Dəhnə kənd sakini, 1946-cı il təvəllüdlü Fazil Əhmədiyyə oğlu Cabbarov yolu keçmək istəyərkən “VAZ-2104” markalı avtomobil tərəfindən vurulub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Xəstəxanadan verilən məlumata görə, F. Cabbarovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Vəziyyəti orta-ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Tovuzda yol qəzası oldu, xəsarət alanlar var

    Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Əlimərdanlı kənd yolunda qeydə alınıb.

    Avtomobil qəzası zamanı Tovuz rayon sakinləri, 1995-ci il təvəllüdlü İlkin Hüseynov, 1997-ci il təvəllüdlü Misirxan Əlirzayev və 1995-ci il təvəllüdlü Elvin Hüseynov müxtəlif bədən xəsarətləri alıb.

    Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıblar.

    Faktla bağlı araşdırma aparılır .

  • Çində koronavirus əleyhinə peyvənd üçün ilk dəfə patent hüququ verilib

    Çin Xalq Respublikasının Dövlət Əqli Mülkiyyət İdarəsi Hərbi Tibb Elmlər Akademiyasına və “CanSino” Bioloji Akademiyasına koronavirus (COVID-19) əleyinə peyvəndi üçün ilk dəfə olaraq patent hüququ verib.

    Median.Az -ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə idarənin saytında dərc edilmiş sənəddə əks olunub.

    İyun ayının əvvəlində “Ad5-nCoV” peyvəndinin bir il müddətinə ölkədə hərbi istifadəsi üçün xüsusi icazə alınıb.

    Bildirilib ki, siçan və donuzlar üzərində aparılmış tədqiqatın nəticələrinə görə, peyvənd qısa müddətdə orqanizmdə hüceyrələrin intensiv immun reaksiya verməsinə imkan verir.

    Nəticədə 14 gün sonra “nCoV” ağciyər toxumasının daxilində olan virus yükü əhəmiyyətli dərəcədə azalır.

    Bundan əlavə, peyvəndin asan və tez hazırlanması qeyd olunur ki, bu da vaksinin qısa müddətdə kütləvi istehsal olunmasına imkan verəcək.

  • Özünü dənizə atan şəxsin meyiti sudan çıxarıldı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarında 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

    Nazirlikdən azxeber.com-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri suya düşmüş şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Azərbaycanda icbari tibbi sığorta üzrə sığorta ehtiyatları yaradılacaq

    Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nı təsdiq edib.

    APA-nın məlumatına görə, bu Qayda icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılmasını və onlardan istifadə qaydasını müəyyən edir.

    Qaydaya əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək məqsədilə icbari tibbi sığorta fondunun maliyyə mənbələrinin 4 faizi həcmində sığorta ehtiyatlarını yaradır. Sığorta ehtiyatlarının istifadəsinə bu Qaydanın tələbləri nəzərə alınmaqla Agentliyin İdarə Heyətinin qərarı ilə yol verilir.

    Sığorta ehtiyatlarının istifadəsinə aşağıdakı hallardan birinin və ya eyni zamanda bir neçəsinin baş verməsi zamanı yol verilir:

    – inflyasiya nəticəsində icbari tibbi sığortanın xidmətlər zərfi ilə əhatə olunan tibbi xidmətlərin tariflərinin artımına mütənasib əlavə öhdəliklərin yaranması;

    – məzənnə dəyişikliyi ilə əlaqədar Agentliyin xarici valyutada olan öhdəliklərinin həcminin artması;

    – Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinə əsasən hərbi vəziyyət elan olunduqda tibbi xidmətlərə olan yüksək tələbat nəticəsində yaranmış əlavə öhdəliklərin qarşılanması;

    – Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsinə əsasən fövqəladə vəziyyət elan olunduqda sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar əlavə maliyyə vəsaitinin tələb olunması;

    – icbari tibbi sığorta fondunun maliyyə mənbələri üzrə yığımların proqnozlaşdırılan səviyyədə icra olunmaması nəticəsində öhdəliklərin qarşılanmaması;

    – demoqrafik göstəricilərin proqnozlaşdırılmış həddi aşması ilə əlaqədar olaraq tibbi xidmətlərə olan tələbatın artması;

    – Bu Qaydada sadalanmayan digər proseslərin təsiri ilə əhalinin xəstələnmə tendensiyalarının dəyişməsi nəticəsində icbari tibbi sığorta ödənişləri üzrə öhdəliklərin ümumi məbləğinin Agentliyin büdcəsində bu xərc istiqaməti üzrə nəzərdə tutulmuş məbləğini aşması.

  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

    Avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start veriləcək.

    Təhsil Nazirliyindən verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemindən övladının şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçə bilərlər.

    Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq.

    Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

  • AMADA-dan dopinqə görə cəzalanan idmançı ilə bağlı açıqlama

    Azərbacyan Milli Antidopinq Agentliyi (AMADA) Ramin Əzizovdan test nümunəsinin idmançı karyerasını bitirdikdən sonra götürülməsi ilə bağlı məlumatlara münasibət bildirib.

    AMADA-nın Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir.

    Qeyd olunub ki, taekvondo yığmasının üzvündən 2019-cu il dekabrın 28-də Azərbaycan çempionatı zamanı nümunə götürülüb: “Həmin nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu (S8. Kannabinoidlər / Carboxy-THC) aşkarlanıb. Laborator müayinənin nəticəsi məlum olduqdan dərhal sonra yarış zamanı aşkarlanan qayda pozuntusu barədə 12 fevral 2020-ci il tarixində idmançı və müvafiq instansiyalar rəsmi məlumatlandırılıb. Azərbaycan çempionatında iştirak edən idmançılar adətən növbəti il üçün yığma komandaya qatılmaq məqsədilə çıxış edirlər. Həmçinin, dekabrın 28-də keçirilən dopinq nəzarətindən sonra da Əzizov 2020-ci ilin fevral ayında beynəlxalq yarışda iştirak edib”.

    Açıqlamada bildirilib ki, antidopinq qaydalarına əsasən, araşıdırılmalar aparılıb və nəticədə idmançıya 2 illik diskvalifikasiya sanksiyasının tətbiq edilməsi ilə bağlı təklif edilib və o, bununla razılaşaraq sanksiyanın qəbul edilməsi formasını imzalayıb: “Bunun nəticəsində 2020-ci il iyul 6-da AMADA Əzizov barəsində 24 ay (iki il) müddətinə idmandan uzaqlaşdırılma qərarı qəbul edib. Qərar həm idmançıya, həm də müvafiq instansiyalara göndərilib.

    Qeyd edək ki, bütün hüquqi prosedurlar tamamlandıqdan sonra 13 avqust 2020-ci il tarixində idmançının barəsində 24 ay (iki il) müddətinə idmandan uzaqlaşdırılma qərarı açıqlanıb. Sanksiya müddəti 25 fevral 2020-ci il tarixində başlayıb və 25 fevral 2022-ci il tarixində bitəcək”.

    Açıqlamada taekvondoçu barədə idmandan uzaqlaşdırılma qərarının verilməsinin onun sonradan idmanı tərk etməsi ilə heç bir halda hüquqi ziddiyyət yaratmadığı vurğulanıb:” Antidopinq Qaydalarına əsasən, AMADA tərəfindən nəticələrin emalı prosesi davam edərkən, idmançı yaxud digər şəxs idmanı tərk edərsə, AMADA nəticələrin emalını başa çatdırır. Bununla bağlı, əgər idmançı yenidən idmana qayıtmaqla bağlı qərar versə, idmanla məşğul olmaq üçün sanksiya müddətinin bitməsini gözləməli və idmana qayıtmazdan 6 ay öncə AMADA-nı məlumatlandırmalıdır”.

    Xatırladaq ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. Taekvondoçu 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb.

    Qeyd edək ki, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qəbul edilmiş qərarların icrası müvafiq respublika idman federasiyaları tərəfindən təmin edilir.