Month: August 2020

  • Bakıda restoran sahibi və müştərilər cərimələndi

    Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud qayda və tələblərin şərtlərinin pozulması ilə müşayiət olunan “Beer” restoranı aşkar olunub.

    Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayom Polis İdarəsi və 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsində sahibkarlıq subyektinin sahibi, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

    Ümumilikdə, 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibi 3 000 manat, digərləri 200 manat cərimə olunublar.

  • Operativ Qərargah brifinqlərlə bağlı iddialara aydınlıq gətirdi

    Bəzi Kütləvi İnformasiya Vasitələrində Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar mütəmadi olaraq təşkil olunan brifinqlərində ölkədə tətbiq olunan xüsusi karantin rejimin qaydalarına riayət edilməməsi barədə məlumatlar yayılır. Həmin məlumatlarda brifinqə dəvət olunan jurnalistlərin, video və foto çəkiliş qruplarının, həmçinin brifinqdə iştirak edən rəsmi şəxslərin məsafə gözləmədiyi, qoruyucu tibbi maskalardan, eləcə də dezinfeksiya məhlullarından istifadə edilmədiyi bildirilir.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsindən verilən məlumata əsasən, koronavirus infeksiyası ilə yoluxma halları, karantin rejiminn tələbləri nəzərə alaraq, bir məkanda çox sayda insanın toplaşmamasını təmin etmək məqsədilə Operativ Qərargahın brifinqlərinin təşkil edildiyi zal iki ayr-ayrı hissəyə ayrılıb. Brifinqə dəvət olunanların çıxışlarının, həmçinin KİV təmsilçilərinin sullarının verilməsinin zalın hər iki hissəsində yayımlanması üçün xüsusi monitorlardan və texnikadan istifadə olunur. Brifinqlərə dəvət olunan bütün şəxslərə məkana girişdə qoruyucu tibbi maskalar, əlcəklər təqdim edilir, zalda dezinfeksiya məhlulları qoyulur. Məkana daxil olan şəxslərin girişdə bədən hərarəti ölçülür. Zaldakı oturacaqlar brifinqdə həm KİV qarşısında çıxış edənlər, həm də media təmsilçiləri arasında müvafiq məsafə tələbinə riayət olunmaqla yerləşdirilir. Həmin oturacaqların arxasında dayanan, canlı yayımı və jurnalistlərin reportajları üçün lazım kadrların alınmasını təmin edən videoçəkiliş qrupları arasında da məsafənin gözlənilməsi üçün şərait yaradılıb. Belə ki, hər bir operator üçün yerlər xüsusi lentlərlə ayrılıb.

    Brifinqə dəvət olunan çıxışçılar isə əvvəlcədən COVİD-19 ilə bağlı testdən keçir. Çıxışçılar zala daxil olarkən bir qayda olaraq mütləq tibbi maskalardan istifadə edirlər. Çıxışları zamanı isə rahat ünsiyyətin qurulması üçün həmin maskanı çıxardırlar, lakin onların masaları arasında lazımi məsafə gözlənilir. Onu da qeyd edək ki, brifinqlərin keçirildiyi məkan tədbirdən əvvəl hər dəfə dezinfeksiya edilir. Bura dəvət olunan media nümayəndələrinin mütəmadi COVİD-19 ilə bağlı müayinələrdən keçirilməsi də təmin olunur.

  • Sumqayıtda ağır qəza: Bir ölü, üç yaralı

    Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Baku TV-nin verdiyi məlumata görə, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi ərazisində “Volkswagen” markalı avtomobil “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

    Qəza nəticəsində 37 yaşlı Taleh Əhmədov hadisə yerində ölüb, üç nəfər isə xəsarət alıb.

    Yaralılardan Mayıl Şükürovun vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Digər iki nəfərin xəsarətləri yüngül olub. İlkin tibbi müayinədən sonra evə buraxılıblar.

    Hadisə yerinə Dövlət Yol Polisi Şöbəsinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb olunub. Qəzaya yüksək sürət həddinin səbəb olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Ukrayna Belarusdakı səfirini geri çağırdı

    Ukrayna Belarusdakı səfiri İqor Kizimi geri çağırıb.

    TASS xəbər verir ki, ölkənin xarici işlər naziri Dmitri Kuleba səfiri məsləhətləşmələr üçün çağırdıqlarını bildirib:

    “Səfirin geri çağırılmasını tarixdə ilk dəfə etdik. Bunu Minskin qəbuledilməz addımlarına görə etməli olduq”.

  • Azərbaycanlılar İraqdan təxliyyə edildi

    Bu günlərdə bir qrup Azərbaycan vətəndaşı İraqdan Vətənə təxliyə edilib. Əsasən müqəddəs Nəcəf şəhərində təhsil alan tələbələrdən ibarət qrup bir neçə aydır ki, koronovirus nəticəsində İraq sərhədlərinin bağlanması ilə əlaqədar vətənə qayıda bilmirdi. Eyni zamanda pandemiya nəticəsində iqtisadi fəaliyyət və təhsilin dayandırılması vətəndaşlarımızın vəziyyətinin ağırlaşmasına səbəb olub.

    Oxu.Az-a məlumat verən İslam Rzayev bildirdi ki, dövlətimiz tərəfindən həyata keçirilən təxliyyə proqramı sayəsində tələbələrin hamısının, o cümlədən, ailə üzvlərinin vətənə qaytarılması həyata keçirilib. İki gün əvvəl Azərbaycana gətirilmiş həmvətənlərimiz hazırda cənub bölgəsindəki hotellərdən birinə yerləşdiriliblər, burada təyin olunan karantin rejimində saxlanılırlar.

    Tələbə və ailə üzvlərinin adından göstərilən qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirən, İ.Rzayev həmçinin təxliyyənin mütəşəkkil qaydada həyata keçirilməsində Azərbaycan Respublikası XİN, həmçinin Azərbaycanın İraq və İrandakı səfirliklərinin göstərdiyi yüksək peşəkarlıq və dəstəklərini yüksək qiymətləndirib:

    “Bizə göstərilən qayğı və diqqət bir daha dövlətimizin mərkəzində Azərbaycan vətəndaşının olduğunu göstərdi, bu çətin vəziyyətdə olan vətəndaşa diqqətin bir nümunəsi oldu”.

    İslam Rzayev müəyyən olunmuş karantin müddəti bitdikdən sonra təxliyyə edilmiş vətəndaşların ailələri ilə görüşəcəkləri anı səbirsizliklə gözlədiklərini qeyd etdi.

  • Qaydaları pozan koronavirus xəstələri tutulandan sonra harada saxlanılır? – RƏSMİ AÇIQLAMA

    Koronavirusa yoluxmuş şəxslər müalicə yerini (xəstəxana, yaxud ev) tərk etdiyi halda cinayət məsuliyyətinə cəlb edilir və onlar yalnız sağaldıqdan sonra barələrində istintaq hərəkətləri aparılır.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov Oxu.Az-a bildirib ki, ictimai yerlərə çıxaraq digər şəxslərin həyatına ciddi təhlükə yaradan şəxslər karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunun hərbi qulluqçuları tərəfindən aşkarlanır və məsuliyyətə cəlb edilirlər.

    Bəs xəstəliyə yoluxmuş şəxsin tutulması barəsində həbs və digər qətimkan tədbirləri hansı qaydada həyata keçirilir?

    E.Zahidov bildirir ki, xəstəliyə yoluxmuş şəxsin qanunsuz olaraq yaşayış yerini tərk etməsi müəyyən edilən şəxslər saxlanıldıqdan sonra Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülür.

    “Bundan sonra dərhal həmin şəxslər müalicə olunmaq üçün xüsusi xəstəxanalara yerləşdirilir. Onlar tam sağaldıqdan sonra barələrində həbs və digər qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır və prosessual qanunvericilikdə nəzərdə tutulan istintaq hərəkətləri aparılır”.

    DİN rəsmisi əlavə edib ki, indiyədək ərazi üzrə polis orqanlarında Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 16 fakt üzrə cinayət işi başlanılıb.

    Daxili İşlər Nazirliyi hazırda COVID-19 virusundan müalicə alan və həkim nəzarətində olan şəxslərdən özünütəcrid qaydalarına ciddi əməl olunmasını tələb edir.

    Xəbərdarlıq edilir ki, bu qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar.

    Qeyd edəki ki, Azərbaycan qanunvericiliyində karantin qaydalarını pozmağa görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub.

    Bu əmələ yol verən şəxslər Cinayət Məcəlləsində 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilirlər.

    Maddənin 1-ci bəndinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Maddənin 2-ci bəndində isə eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması ilə bağlı məsuliyyət müəyyən edilib.

    Bu əmələ görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

    Karantin rejimi qaydalarının pozulmasına görə, vətəndaşlar inzibati məsuliyyətə də cəlb edilirlər.

    İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin 1-ci bəndinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

    Hüquqi şəxslər isə 4 000 manatdan 10 min manatadək məbləğdə cərimə edilir.

    Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

    Bu xətaların bir il ərzində təkrar törədilməsinə görə cərimələr iki dəfə artıq məbləğdə tətbiq olunur.

  • Şirkət rəhbəri 50-yə yaxın şəxsi ABŞ-a aparacağını deyərək aldadıb – FOTO

    Karantin zamanı 50-yə yaxın şəxsi ABŞ-a aparacağı ilə aldadan şirkət rəhbəri haqda hüquq-mühafizə orqanlarına şikayət olunub.

    Qafqazinfo-ya müraciət edən vətəndaş Abbas Yaqubov bildirib ki, sosial şəbəkədə “Smart Business Group” adlı şirkətin fəaliyyəti ilə tanış olub: “Ofisləri “Caspian Plaza”da 7-ci mərtəbə yerləşirdi. Şirkətin rəhbəri özünü bizə “Azər Əliyev” kimi təqdim etsə də, sonradan onun Xəlilov Anar Tapdıq oğlu olduğunu öyrəndik.

    Martın əvvəli qeydiyyatdan keçdim. “Work and Travel” layihəsi ilə ABŞ-a gedib oteldə işləyəcəkdim. Buna görə ümumi 5 min manat ödəməli idim, mart ayında 1600, aprelin 18-də isə əlavə 1600 manat ödədim. Karantin vaxtı sərhədlər və uçuşlar bağlı olsa da, Anar Xəlilov deyirdi ki, ABŞ səfirliyi tezliklə uçuşların bərpa olunacağını deyib.

    Deyirdi, sərhədlər açılmasa da onun tanışları var, həll edəcək. Pulu verəndən sonra gördüm məsələ alınmır, müqaviləni ləğv edib pulumu geri istədim. Amma iki ay ərzində müxtəlif vədlər verib pulu qaytarmadı. İyulun sonunda bizə sosial şəbəkədə səsli mesaj göndərərək dedi ki, “mən xaricdəyəm, hara istəyirsiniz, şikayət edin”. Mən tək deyiləm, təhsil üçün getmək istəyənlər də var idi. Bəzi vətəndaşlardan 10 min manatdan çox pul alıb. Bizim hesablamamıza görə, 100 min manatdan çox pul “atıb”.

    A.Yaqubov qeyd edib ki, həmin şəxslə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblib: “30-a yaxın zərərçəkmiş Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdi. Amma hələ də müraciətimizlə bağlı araşdırma aparılmır, heç bir iş görülmür. Polis İdarəsində bizə dedilər ki, həmin şəxslə bağlı 50-yə yaxın şikayət var”.



  • Azərbaycanda ötən ay uşaqlara ən çox bu adlar qoyulub – SİYAHI

    Bu ilin iyul ayında doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, iyul ayında doğumu qeydə alınmış körpələrdən oğlan cinsindan olanlara ən çox Yusif (209), Uğur (201), Əli (171), Hüseyn (162), Məhəmməd (129), Ömər (128), Murad (115), Raul (100), Ayxan (95) və Tunar (87) adları qoyulub.

    Bildirilib ki, qız cinsindən olanlara isə Zəhra (224), Zeynəb (160), Aylin (151), Məryəm (140), Fatimə (137), Nuray (124), Nilay (121), Mələk (117), İnci (112) və Ayla (104) kimi adların verilməsi üstünlük təşkil edib.

  • DİN-dən velosiped sürənlərin cərimələnməsi ilə bağlı AÇIQLAMA

    Son vaxtlar yalnız paytaxt Bakıda deyil respublikanın digər şəhər və rayon mərkəzlərində də velosiped sürənlərin polis əməkdaşları tərəfindən saxlanılaraq cərimələnməsinə dair məlumatlara tez-tez rast gəlinir.

    Bu, hansı zərurətdən irəli gəlir?

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-a bildirib ki, həmin şəxslər velosiped sürdüklərinə görə deyil, məhz qaydaları pozduqlarına görə barələrində inzibati tədbirlər görülür:

    “Biz də vətəndaşlarımızın velosipeddən istifadə etmələrinin tərəfindəyik və alqışlayırıq da. Çünki velosipedin həm sağlamlığa müsbət təsiri var, həm də ekoloji baxımdan da olduqca sərfəli hərəkət vasitəsidir.

    Lakin qanun velosipedi harada və necə gəldi sürməyə icazə vermir. Hərəkətin intensiv olduğu və sıxlıq olan yerdə velosipedin sürülməsi həm orada istirahət edən insanlara mane olur, həm də təhlükə yaradır. Dəfələrlə yol-nəqliyyat hadisələri qeydə alınıb ki, hadisəyə səbəb məhz velosipedçi olub.

    Ona görə də velosipeddən istifadə edən vətəndaşlarımız mütləq qaydada qanun və qaydaya riayət etməli və velosipedi onlar üçün ayrılmış məkanlarda, ətrafdakı insanların, nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan daha təhlükəsiz yerlərdə idarə etməlidirlər.

    Belə olarsa, onlar cərimələnmədən, öz həyatlarını təhlükəyə qoymadan velosipedlərini rahat şəkildə sürüb sağlamlıqlarının qayğısına qalmış olacaqlar. Bir daha vurğulayıram ki, barələrində inzibati tədbir görülənlər velosiped sürdüklərinə görə deyil, məhz qaydalara əməl etməyərək, velosipedlərini müəyyən edilməyən yerlərdə sürdüklərinə görədir”.

  • Президент Португалии спас тонущих девушек

    Президент Португалии Марселу Ребелу де Соуза помог спасти тонущих девушек во время отдыха на пляже. Об этом сообщает портал 20minutos.

    Глава государства в минувшие выходные был на двухдневном отдыхе в регионе Агларве. Он увидел двух девушек, у которых возникли проблемы после падения с каноэ. 71-летний де Соуза нырнул в воду и помогал им, пока к месту не подплыл другой человек на гидроцикле, апишет Лента.ру.

    «Девушки приплыли с другого пляжа: их унесло сильным течением и принесло в этом направлении. Они перевернулись, наглотались воды и не могли ни перевернуть каноэ, ни залезть на него, ни плыть — настолько сильное течение», — рассказал президент Португалии.

    Пост президента в Португалии является церемониальным. Он не имеет исполнительной власти, но в условиях кризиса может распустить парламент. Главу государства выбирают на пять лет, этот пост он может занимать не более двух сроков.