Month: August 2020

  • ATV və “Lider”in yayımı 3 saatlıq dayandırılacaq

    Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib.

    MTRŞ-dən verilən məlumata görə, iclasda 1-10 avqust 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

    4 avqustda “Lider” televiziya kanalının efirində saat 20.00 – 21.00 arası müddətdə 17 dəqiqə 25 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində 22 avqustda proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

    Həmçinin, 10 avqustda “ATV” televiziya kanalının efirində saat 16.00 – 17.00 arası müddətdə 15 dəqiqə 46 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ATV” televiziya kanalının efirində 20 avqustda proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

  • Yaşı 65-dən yuxarı olanlar avtobusa minə bilməzlər – Türkiyədə yeni qadağalar

    Türkiyə yoluxma sayının artması ilə əlaqədar olaraq yeni qadağalar tətbiq etməyə başlayıb.

    Median.Az Milli.Az-a istinadən məlumatına görə, qadağalar 65 yaşdan yuxarı şəxslərlə bağlıdır. Belə ki, yaşı 65-dən yuxarı olan şəxslərə aid edilən qərarın tətbiq edildiyi vilayətlərin sayı artırılıb. Artıq Kütahyada da yaşı 65-dən yuxarı olan şəxslər təyin edilməmiş saatlarda kütləvi tədbirlərdə iştirak, avtobusdan istifadə edə bilməzlər.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına görə, Türkiyədə koronavirusa yoluxanların sayı 250 minə yaxınlaşır. Bu ölkədə koronavirus səbəbindən 6 minə yaxın insan dünyasını dəyişib.

  • Belarusda internet tamamilə kəsilib, dövlət saytları da işləmir

    Belarusda internet tamamilə kəsilib.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, prezident Lukaşenkonun işçilər önündə çıxışından sonra ölkədə internet kəsilib.

    Məlumata görə, hətta dövlət saytları belə saytlarını yeniləyə bilmirlər.

    Qeyd edək ki, Lukaşenko işçilər qarşısında çıxış edərkən onu dinləyənlər “istefa ver” şüarını səsləndiriblər, bundan sonra ölkədə internet kəsilib.

  • Bakıda XIV əsrdə tikilən məscidin qarşısını zibilliyə çevirdilər – FOTO

    Bakıda tarixi abidə baxımsız vəziyyətdədir.

    Bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb.

    Bildirilib ki, Suraxanı rayonu, Əmircan kəndində yerləşən XIV əsrdə yonulmuş əhəng daşından tikilən məscid baxımsız haldadır.

    Əmircan kəndinin adlı-sanlı şəxslərindən olan Əmir Nizaməddinin təşəbbüsü ilə inşa edilən məscidin qarşısı zibillik kimi istifadə olunur.













  • Dünya və Azərbaycanda yeni dərs ili necə olacaq? – VİDEOREPORTAJ

    Artıq yeni dərs ilinin başlamasına az qalıb.

    Baku TV bir sıra ölkələrdə dərs ilinə hazılıqla bağlı kiçik araşdırma təqdim edib.

    Türkiyədə yaşayan Samir İsgəndəroğlu qardaş ölkədə yeni dərs ilinin necə olacağı barədə məlumatlarını bölüşərək, Türkiyədə dərslər onlayn keçiriləcəyinmi bildirib.
    Avropada isə məktəblərdə dərslərin onlayn keçirilməsi düşünülmür.

    Məsələn, İtaliya höküməti də distant təhsili sadəcə ali təhsil müəsissələrinə aid olduğunu bildirib.

    Belçikanın Brüssel şəhərində yaşayan həmyerlimiz Aynur Bəşirova bu ölkədə sentyabr ayından dərslərin başlanacağını bildirir, lakin müəyyən edilmiş qaydalar gözlənilməklə.

    Hətta yoluxma sayının xeyli yüksək olduğu Niderlandda da dərslərin normal qaydada açılacağı gözlənilir.

    Əlbəttə, biz də yeni tədris ilinə hazırlaşırıq. Bizim də Təhsil institutumuz var ki, həm universitetlər, həm məktəblər, həm də bağçalar üçün yeni təkliflər irəli sürüb.

    Ali təhsil müəssisələrinin distant rejimdə, bağçaların isə yanlız sarı zonada həftədə 2 gün 3 saatlıq olmaqla yanlız dərs keçirilməsini təklif edilir. Məktəblərin fəaliyyətinin isə qismən bərpa olunması və ənənəvi tədris prosesinə dönüşün mərhələli şəkildə planlaşdırılması tövsiyə edilir. Ancaq məktəblərin açılmasının yoluxma hallarının sayının artımına və məhdudiyyətlərin yenidən tətbiqinə gətirib çıxaracağı qeyd edilir.

    Az öncə izlədiyimiz ölkələrin vəziyyəti ilə, öz vəziyyətimizi müqayisə etsək görərik ki, bizim yeni tədris ilinə müəyyən qayda və qanunlara, şərtlərə riayət etməklə, maska olsa belə dərsimizi distant yox, normal şəkildə keçmə üstünlüyümüz daha çoxdur.

  • Sabahdan açılan kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır? – FOTO

    Pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır.

    Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Kafe və restoranlarda təmizlik-dezinfeksiya işləri iş saatı ərzində, əsasən, işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməli, müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir.

    İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin, onların dəyişəkli təmiz iş geyimi olmalıdır.

    Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin edilməlidirlər.









  • “Şamaxinka” dairəsində qəza: Tıxac yarandı – FOTO

    Bakının Moskva prospektimdə – “Şamaxinka” dairəsi adlanan yerdə yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza səbəbindən ərazidə ciddi sıxlıq müşahidə olunur.

    Qeyd edilir ki, hazırda avtobusların intervalında gecikmələr yaranıb.



  • Təhsil nazirindən tədris ili ilə bağlı VACİB AÇIQLAMA

    Avqustun 17-də Milli Məclisin Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda konfransı keçirilib.

    Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Konfransda dünyanı bürümüş COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olunub.

    Bildirilib ki, yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif və tövsiyələrini əks etdirən elmi araşdırmanın nəticələri ictimaiyyətə təqdim edilib.

    Onlayn çərçivədə keçirilən konfransda Təhsil naziri Emin Əmrullayev çıxış edib.

    O, təhsil sahəsində koronovirus pandemiyası ilə əlaqədar yaranan problemlərdən çıxış yollarının müzakirəsinə həsr olunmuş bu tədbirə və məsələyə həssas yanaşmaya görə Milli Məclis rəhbərliyinə, deputatlara təşəkkürünü bildirib.

    Nazir deyib ki, hazırda üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir.

    “Ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır”, – deyə nazir əlavə edib.

    Emin Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi təqdirdə COVID-19-a yoluxma sürəti ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verib.

    Təhsilin adi qaydada davam edərsə, insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb, bunun müəyyən risklər yarada biləcəyini qeyd edib.

    Nazir növbəti tədris ili üçün təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun verdiyi təklifləri səsləndirib.

    Qeyd edib ki, “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalarda təhsilin bütün davamiyyət formaları barədə araşdırmalar aparılıb və təkliflər verilib.

    Bildirilib ki, Təhsil İnstitutunun verdiyi tövsiyələrdə tədrisin məsafədən təşkili, qarışıq (onlayn və sinif otağında) modellərinin tətbiqi yolları nəzərdə tutulur. Yoluxma risklərinin minimuma endirilməsi üçün ümumi məktəb günlərinin sayının, dərs saatının miqdarının, sinif otaqlarının azaldılması kimi tədbirlər nəzərdə tutulur.

    Qeyd olunub ki, tənəffüs fasilələrinin uzadılaraq şagirdlərin açıq havada çox vaxt keçirməsi məqsədəuyğun hesab edilir.

    Komitə sədri Bəxtiyar Əliyev də çıxışında indiki məqamda qarışıq təhsil modelinin (onlayn və sinif otağında) daha məqsədəuyğun olması ehtimalını dilə gətirdi. O, 11 mart 2020-ci ildən fəaliyyətə başlamış əksər fənlər üzrə ölkənin iki telekanalında dərslərin yayımının şagird və tələbələr üçün çox faydalı olduğunu və bunun davam etdirilməsinin zəruriliyini qeyd edib.

    Bəxtiyar Əliyev ümumi təhsil, məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, peşə təhsili, məktəbəhazırlıq prosesinin davam etdirilməsi ilə bağlı fikirlərini açıqlayıb.

    Qeyd olunub ki, bəzi ümumi, ali və orta ixtisas təhsilinin müəyyən pillələrində distant təhsil forması mövcud proqramlara uyğun davam etdirilə bilər.

    Onlayn konfransda millət vəkilləri İsa Həbibbəyli, Anar İsgəndərov, Musa Qasımlı, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Müşfiq Məmmədov, Şahin Seyidzadə, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, Tamam Cəfərova, Fatma Yıldırım, Ülviyyə Ağayeva Təhsil İnstitutunun verdiyi təkliflərlə bağlı fikirlərini bildiriblər.

    Onlayn tədbirin sonunda Təhsil naziri Emın Əmrullayev və komitə sədri Bəxtiyar Əliyev millət vəkillərini maraqlandıran bəzi məqamlara aydınlıq gətiriblər.

  • Bakıda oğul atasını bıçaqladı

    Bakıda oğul atasını bıçaqlayıb.

    APA-nın xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.

    Belə ki, ailə daxilində düşən mübahisə zamanı 1973-cü il təvəllüdlü İbadov Vəkil Almurad oğlu öz oğlu tərəfindən bıçaqlanıb.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • AZAL: “Oktyabrın 25-dək olan biletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər”

    2020-ci ilin 25 oktyabradək uçuş dövrünü əhatə edən aviabiletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər.

    AZAL-dan verilən məlumata görə, açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır:

    “Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul-sənəd təklif edirik.

    Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür”.