Month: August 2020

  • Bakıda evləri su basdı: Altı nəfər köməksiz qaldı

    Bakının Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə, dördü azyaşlı olmaqla, altı nəfər köməksiz vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq kömək göstərilib.

  • Президент Ильхам Алиев сменил посла в Грузии

    Президент Азербайджана Ильхам Алиев 17 августа подписал распоряжение об отзыве Дурсун Айваз оглу Гасанова с должности чрезвычайного и полномочного посла АР в Грузии.

    Другим распоряжением главы государства на этот пост назначен Фаиг Магбет оглу Гулиев, ранее освобожденный от должности заместителя председателя Государственного комитета по работе с диаспорой.

  • Prezident sədr müavinini səfir təyin etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Dursun Ayvaz oğlu Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb

    Dövlət başçısının sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib

    İlham Əliyevin digər sərəncamı ilə F.Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

  • Президент Ильхам Алиев отозвал Эльдара Гасанова с должности посла

    Президент Азербайджана Ильхам Алиев 17 августа подписал распоряжение об отзыве Эльдара Гумбат оглу Гасанова с должности чрезвычайного и полномочного посла АР в Сербии, Черногории и Боснии и Герцеговине.

    Текст документа опубликован в АЗЕРТАДЖ.

  • İlham Əliyevdən Eldar Həsənovla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Eldar Həsənovun iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Eldar Hümbət oğlu Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

  • Lukaşenko yeni seçkilərin keçirilməsindən imtina etdi

    “Belarusda prezident seçkiləri baş tutdu, yeni seçkilər olmayacaq”.

    “İnterfaks” xəbər verir ki, bunu Prezident Aleksandr Lukaşenko “Minsk Təkər Traktor Zavodu”nun (MZKT) işçiləri ilə görüşdə deyib.

    O, həmin yerə oğlu Nikolayla birlikdə helikopterlə gəlib.

    “Siz məndən təzyiq altında nəsə edəcəyimi gözləməyin. Onlar olmayacaq. Çünki nə MZKT, nə MAZ, nə də “BelAZ” olmayacaq, yarım ilə biz hər şeyi məhv edəcəyik”, – Belarus lideri bildirib.

    Qeyd edək ki, sözügedən şirkətlər Belarusda keçirilən prezident seçkilərinə etirazlarını bildirərək tətil edirlər.

  • Bakıda birmərtəbəli evdə yanğın

    Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları 12 kvadrat metr sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • Azərbaycanda nazirlikdə yüksək vəzifəli şəxs işdən çıxarıldı – FOTO

    Mədəniyyət Nazirliyində daha bir kadr islahatı olub.

    Nazirlikdən verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Babayev Fikrət Köçəri oğlu yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

    Qeyd edək ki, bundan əvvəl də nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov vəzifəsindən uzaqlaşdırılıb.

  • Tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə başlanılıb

    Avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start verilib.

    Təhsil Nazirliyindən verilən məlumata görə, elektron sənəd qəbulu avqustun 23-nədək davam edəcək.

    Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

    Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

    Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bu günədək doqquz mindən çox tələbənin köçürülməsi həyata keçirilib.

  • В Азербайджане уволен начальник управления

    В ОАО “Азеришиг” произведена кадровая перестановка.

    Приказом председателя ОАО Вугара Ахмедова начальник Управления электроснабжения и сбыта (УЭС) Товузского района Заур Ширалиев освобожден от занимаемой должности и назначен главой УЭС Наримановского района Баку.