Month: August 2020

  • Prezidentdən “Aqrolizinq”lə bağlı VACİB FƏRMAN

    Prezident İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

    Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılıb.

    Müəyyən edilsin ki:

    Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən, suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir;

    “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra ‒ Agentlik) keçir.

    Nazirlər Kabineti:

    Bu fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görməlidir;

    “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində kənar auditorun və aidiyyəti dövlət orqanlarının (qurumlarının) apardığı yoxlamaların nəticələri nəzərə alınmaqla, mövcud qalıq portfelinin bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərinin ötürülməsi zamanı Agentliyin hesabında nəzərə alınmasını təmin etməlidir;

    Bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

    Kənd Təsərrüfatı Nazirliyi:

    Cəmiyyətin yeni nizamnaməsini üç ay müddətində təsdiq etməlidir;

    Cəmiyyətin və Agentliyin sərəncamındakı əmlakın kənar auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etməli və qiymətləndirmənin nəticəsinə əsasən, onların yeni balansı barədə məlumatı İqtisadiyyat Nazirliyinə təqdim etməlidir;

    Bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etməlidir:

    mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini;

    lizinq ödənişləri üzrə borcların yığılmasını;

    bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

  • Президент Ильхам Алиев наградил группу военнослужащих Госпогранслужбы

    Президент Азербайджана Ильхам Алиев 17 августа подписал распоряжение о награждении военнослужащих Государственной пограничной службы (ГПС).

    Согласно документу, за отличие в деле обеспечения охраны государственной границы, защиты территориальной целостности страны и выполнения задач, поставленных перед органами пограничной охраны, награждается ряд военнослужащих ГПС.

    С полным списком награжденных можно ознакомиться по ссылке.

  • Prezident hərbi qulluqçuları təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Xəlilov Abbas Sultan oğlu – general-leytenant

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Ələkbərov Azad Qaçay oğlu – general-leytenant

    Hüseynov Mehman Əliyusif oğlu – polkovnik

    Muradov Asif Əhmədağa oğlu – polkovnik

    Nağıyev Murad Tofiq oğlu – polkovnik

    Şirinov Azər Əliyusif oğlu – polkovnik

    “Vətən uğrunda” medalı ilə

    Babayev Bəhmən Rza oğlu – polkovnik

    Əliyev Niyazi Süleyman oğlu – polkovnik

    Əliyev Ruslan Novruz oğlu – polkovnik

    Rəhimov Rəşad Manaf oğlu – polkovnik

    Salamov Samir Akif oğlu – polkovnik

    Tağıyev Bəhruz Sabir oğlu – polkovnik

    Umarov Füzuli Məhəmməd oğlu – polkovnik-leytenant

    Qaybalıyev Vüsal İnşallah oğlu – mayor

    Səfərov Elçin Rauf oğlu – mayor

    Babanlı Nurəli Səlim oğlu – baş leytenant

    “İgidliyə görə” medalı ilə

    Məmmədov Nahid Məmməd oğlu – polkovnik

    Nağıyev Vəli Yusif oğlu – polkovnik

    Niftullayev Zaur Rəşid oğlu – polkovnik

    Mehdiyev İlkin Hüseyn oğlu – mayor

    Məmmədzadə Ömər Əbülfəz oğlu – baş leytenant

    Yunisli Ziya Rauf oğlu – baş leytenant

    Qasımov Mirağa Hafiz oğlu – kiçik gizir

    Mürşüdov Əjdər Sərdar oğlu – kiçik gizir

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Əliyev Xalid Vahid oğlu – polkovnik

    Xasiyev Ruslan Mais oğlu – polkovnik

    Məmmədov Əyyub Vəli oğlu – polkovnik

    Qasımov Yusif Şamil oğlu – polkovnik

    Bayramov Zəfər Abbas oğlu – polkovnik-leytenant

    Məlikov Vüqar Səfər oğlu – polkovnik-leytenant

    Mirzəliyev Rauf Vaqif oğlu – polkovnik-leytenant

    Muradov Seymur Nurəddin oğlu – polkovnik-leytenant

    Orucov Rövşən İdris oğlu – polkovnik-leytenant

    Aslanov Aslan Məhərrəm oğlu – mayor

    Baxşəliyev Rüfət Aydın oğlu – mayor

    Həsənov Elmir Mircəlil oğlu – mayor

    Xəlilov Əsəd Adil oğlu – mayor

    Malaxov Fuad Vaqif oğlu – mayor

    Məmmədzadə Cavid Nəsir oğlu – ədliyyə kapitanı

    Şükürov Mahmud Sabir oğlu – kapitan

    Əhmədli Hüseyn Arif oğlu – baş leytenant

    Hüseynli Nurlan Yusif oğlu – baş leytenant

    Mənəfov Elnur Elsevər oğlu – baş leytenant

    Yusifov Elnur Qabil oğlu – baş leytenant

    Əliyev Etibar Rəsul oğlu – gizir

    Quliyev Cehun Rauf oğlu – kiçik gizir

    Məmmədov Asif Fərhad oğlu – kiçik gizir.

  • “Radar”a düşən sürücülər HƏDİYYƏ QAZANACAQ

    Sürücülərə şad xəbərimiz var.

    Adətən sürücülər radara düşəndə cərimə ödəməli olurlar, bu dəfə əksinə olacaq.

    Tanınmış aparıcılar Elcan Məmmədli və Rüfət Nadirlinin təqdimatında həftə içi 5 gün saat 16:00-dan 17:00-dək Space radio 104 FM-də “Radar” adlı yeni layihədə sükan arxasında olan sürücülər 20 litr benzin qazanacaq.

    Bunun üçün çətin suallara cavab vermək və ya hər hansı bir şərti yerinə yetirməyə ehtiyac yoxdur.Yeganə şərt radioda “Radar”a düşməkdir.Əgər siz radioda avtomobilinizin dövlət nömrə nişanını eşitdinizsə,deməli artıq “Radar”a düşmüsünüz. Avtomobilinizi saxlayırsiz və səyyar aparıcınız Elcan sizə 20 litr yanacağı hədiyyə edir.Bu qədər sadə!

    “Radar” avtoşousu bu ayın sonu başlayacaq. ”Radar”ın layihə rəhbəri və aparıcılarından biri Elcan Məmmədli layihənin fərqliliyinə diqqət çəkərək qısa zamanda avtoşounun sükan arxasında əyləşən sürücülərin favorit verilişinə çevriləcəyini bildirdi.

    “Biz inanırıq ki, layihəmizlə dinləyicilərimizə çoxlu hədiyyələr qazandıracayıq. Bundan başqa, həmkarım, dəyərli dostum Rüfətlə bu layihəni bölüşmək çox xoşdu. Sürücülərimizə demək istəyirəm ki, bu “Radar”a hər biri düşə bilər.Qulağınız bizdə, diqqətiniz yolda olsun!

    Biz də öz növbəmizdə sevilən aparıcılarımıza yeni layihədə uğurlar arzu edirik.

  • Şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək – PROQNOZ

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz 26-28, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.

    Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

    Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 13-17 dərəcə isti olacaq.

  • Daha bir ölkədə koronavirusdan rekord ölüm qeydə alındı

    Son 24 saat ərzində Avstraliyada 289 koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

    TASS ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölüm sayında rekord artım müşahidə olunub.

    Gün ərzində 25 nəfərin ölümü ilə ölənlərin ümumi sayı 421-ə çatıb.

    Bildirilir ki, bu günə qədər Avstraliyada 23 576 nəfər virusa yoluxub, 14 080 xəstə isə sağalıb.

    Xəstəxanalarda 680 xəstə var, onlardan 47-si reanimasiya şöbələrinə yerləşdirilib. Digər 7558 xəstə ambulator müalicə alır. Ümumilikdə ölkədə koronavirus üçün 5,3 milyona yaxın test keçirilib.

    Ən çətin epidemioloji vəziyyət Viktoriya ştatındadır. Bütün yoluxanların 70 faizi (17.047) bu bölgənin sakinləridir.

  • Президент Ильхам Алиев присвоил высшие воинские звания ряду военнослужащих Госпогранслужбы

    Президент Азербайджана Ильхам Алиев 17 августа подписал распоряжение о присвоении высших воинских званий военнослужащим Государственной пограничной службы (ГПС).

    Согласно документу, следующим военнослужащим ГПС присваиваются высшие воинские звания:

    “генерал-лейтенант”
    генерал-майору Аразу Мамед оглу Мамедову
    генерал-майору Фирузу Беюкага оглу Ширин-заде
    генерал-майору Ниямеддину Магеррам оглу Тагиеву

    “генерал-майор”
    полковнику Агшину Рамиз оглу Магеррамову
    полковнику Музаффару Алескер оглу Пиризаде.

  • İlham Əliyev ali hərbi rütbələr verdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb

    Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

    “general-leytenant” hərbi rütbəsi
    general-mayor Araz Məmməd oğlu Məmmədova
    general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə
    general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyevə

    “general-mayor” hərbi rütbəsi
    polkovnik Aqşin Ramiz oğlu Məhərrəmova
    polkovnik Müzəffər Ələsgər oğlu Pirizadəyə.

  • Президент Ильхам Алиев присвоил почетные звания ряду военнослужащих Госпогранслужбы

    Президент Азербайджана Ильхам Алиев 17 августа подписал распоряжение о присвоении почетных званий военнослужащим Государственной пограничной службы (ГПС).

    Согласно документу, за особые заслуги и высокий профессионализм в сфере медицины следующим военнослужащим Государственной пограничной службы (ГПС) присваиваются почетные звания:

    “Заслуженный врач”
    Гаджиевой Тунзале Ашир гызы (полковник-лейтенант медицинской службы) 

    “Заслуженный работник медицины”
    Алекперзаде Рене Камиль гызы (старший прапорщик). 

  • Prezident onlara fəxri adlar verdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı hərbi qulluqçulara Azərbaycan Respublikasının fəxri adları verilib:

    “Əməkdar həkim”
    Hacıyeva Tünzalə Əşir qızı – tibb xidməti polkovnik-leytenantı

    “Əməkdar tibb işçisi”
    Ələkbərzadə Rəna Kamil qızı – baş gizir.