Month: August 2020

  • Xərclənən pul artır, alınan ət isə azalır – İdxal bahalaşır

    2020-ci ilin 7 ayı ərzində Azərbaycana xarici ölkələrdən 51 milyon 281 min dollar dəyərində 28 min 676 ton ət idxal edilib.

    Median.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

    Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin eyni dövründə ölkəmizə 43 milyon 330 min dollar dəyərində 28 min 805 ton ət idxal edilmişdi. Beləliklə, ət idxalı dəyər ifadəsində 7 milyon 951 min dollar və yaxud 18,4% artıb, miqdar ifadəsində isə 129 ton və yaxud 0,4% azalıb. Bu, idxal ətin bahalaşdığına işarədir.//banker.az

  • Али Агаларов выпустил свой первый трек «Еду на капоте» – ФОТО – ВИДЕО

    Сын Эмина Агаларова и Лейлы Алиевой – Али Агаларов – стал музыкантом и под творческим псевдонимом A.LI выпустил свою первую песню.

    Трек «Еду на капоте» создан в стиле рэп – Али давно проявляет интерес к музыке и творчеству, увлекается стилем исполнения Элджея и Pharaoh, а вместе с папой регулярно появляется на красных дорожках фестиваля «Жара» в Баку.

    Скачать и послушать песню можно по следующей ссылке – это дебютная работа юного исполнителя, и совсем скоро он готовит клип на песню «Еду на капоте».

    «Я очень люблю музыку, особенно стили рэп и андерграунд, а когда появилось новое направление в этом жанре new school – Pharaoh, Элджей и Morgenshtern – я и решил начать заниматься музыкой сам. Мой папа артист, и он меня вдохновляет своим примером. Мне очень нравится творчество, и то, что у меня появилось любимое занятие. Я всем советую не лениться и заниматься тем, что будет вам по душе!» – делится своими впечатлениями Али.

    «Али с детства тянется к музыке и творчеству, и я надеюсь, его первые шаги и эксперименты понравятся его пока ещё молодой аудитории. Интересно, что я его даже не подталкивал, а он самостоятельно проявляет интерес и своё желание. Мне очень нравится, что он целеустремлённый и горит своим делом, а пока это так, то моя роль как отца ему всячески помогать в этом», – рассказывает народный артист Азербайджана EMIN.

  • Trampın qardaşı xəstəxanaya yerləşdirilib

    ABŞ Prezidenti Donald Trampın kiçik qardaşı Robert Tramp xəstəxanaya yerləşdirilib.

    APA-nın “ABC News” telekanalına istinadən verdiyi xəbərə görə, faktı Ağ Ev də təsdiqləyib.

    Nyu-Yorkda xəstəxanaya yerləşdirilən Robert Trampın səhhəti barədə məlumat verilir.

    Ağ Evin sözçüsü bildirib ki, D. Trampın qardaşı ilə çox yaxşı münasibətləri var və prezidentin bu gün onu ziyarət edəcəyi gözlənilir.

    Qeyd edək ki, R. Tramp iyun ayında da xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və burada bir həftə müalicə olunub.

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri artırılıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri artırılıb.

    APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanla “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” fərmana edilən müvafiq dəyişiklikdə əksini tapıb.

    Dəyişikliyə əsasən, əmək qabiliyyətinin tam itirilməsi, əlilliyi olan işçilərin gecə vaxtı görülən işlərə cəlb edilməsi, iş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilməsi üçün rəy verilməsi səlahiyyəti Tibbi Sosial Ekspert Komissiyalarından alınıb və həmin səlahiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib.

  • Alınmış mallara görə ödənilən ƏDV-nin 5,9 milyon manatı istehlakçılara geri qaytarılıb

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qlobal çağırışlara uyğun olaraq vergi inzibatçılığının rəqəmsallaşdırılması, xidmətlərin elektronlaşdırılması və yeni elektron məhsulların tətbiqi uğurla davam etdirilir.

    Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi həyata keçirilir. Bu sistem vasitəsilə, həmçinin supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə də ödənilmiş ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılır.

    Qeyd olunan prosesin effektivliyini təmin etmək məqsədilə istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portal da (www.edvgerial.az) yaradılıb. Bu mexanizmin işə salındığı vaxtdan avqustun 10-na olan məlumata əsasən, keçən müddət ərzində artıq portalda 466 min 948 nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən 375 min 536-sı və ya 80 faizi əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil ediblər.

    Hesabat dövrü ərzində vətəndaşlar tərəfindən 20,6 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 9,8 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 5,9 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan məbləğ isə geri ödənilmə müddəti üzrə gözləmədədir.

    Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız bu tip kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

    İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində “www.edvgerial.az” portalına müraciət etməli və çek barədə məlumatları, yəni nəzarət kassa aparatının çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin “BirBank” tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin QR kodunu (çekdə yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

    İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir.

    İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Hər bir istifadəçi, balansına uyğun olaraq, bir transaksiya çərçivəsində minimum 5, maksimum 500 manat məbləğində vəsaiti kart hesabına köçürə bilər. Layihənin maliyyə partnyoru “Kapital Bank”dır.

  • MTRŞ ARB və “Xəzər” TV-ni cəzalandırdı

    Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.

    MTRŞ-dan “Report”a bildirilib ki, iclasda 1-10 avqust 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

    5 avqust 2020-ci il tarixdə “Xəzər” televiziya kanalının efirində saat 18.00 – 19.00 arası müddətdə 16 dəqiqə 50 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Xəzər” televiziya kanalının efirində 23 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

    Həmçinin, 8 avqust 2020-ci il tarixdə “ARB” televiziya kanalının efirində saat 09.00 – 10.00 arası müddətdə 16 dəqiqə 20 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ARB” televiziya kanalının efirində 17 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

  • Polis Bakı, Sumqayıt və İmişlidə xüsusi əməliyyat keçirib

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

    Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Belə ki, Baş İdarəyə Sübhan adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sübhan İsayev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Steyr” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.

    Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Aslan Məhərrəmov saxlanılıb. Ondan 1 ədəd revolver sistemli tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

    Baş İdarə əməkdaşları tərəfindən İmişli rayonunda keçirilən əməliyyat zamanı isə rayon sakini Natiq Məmmədov tutulub. Onun İmişli rayonunda yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, ona aid 5 ədəd daraq, ümumilikdə 167 ədəd patron və 2 ədəd qaz tapançası aşkar edilib.

    Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Sübhan İsayev, Aslan Məhərrəmov və Natiq Məmmədov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

  • Rilayadan Şuşaya aid möhtəşəm ifa: “Dəyər Ver”in növbəti layihəsi

    “Dəyər Ver” komandası Azərbaycanın dilbər guşəsi olan Şuşa haqqında yeni layihəyə imza atıb.

    “Report”un məlumatına görə, Xurşidbanu Natəvana həsr edilən layihə Şuşanın gözəlliyindən bəhs edir.

    Mahnını peşəkar müğənni Rilaya ifa edib. “Şuşa”nın musiqisi Nataliya Gonçarovaya, sözləri isə Zəhra Bədəlbəyliyə məxsusdur. Natik Muxtarovun rejissorluğu ilə ərsəyə gələn layihənin koordinatoru Zaur Darabzadədir.

    Bu layihə “Azərİpək” MMC-nin dəstəyi ilə “Dəyər Ver” tərəfindən həyata keçirilib. Layihə üç dildə – Azərbaycan, rus və ingilis dilində hazırlanıb.

    Xatırladaq ki, Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub. O, Azərbaycan mədəniyyətinin, incəsənətinin beşiyi hesab edilən Şuşada yaşayıb.

    Heç bir şübhə yoxdur ki, yaxın zamanda vətənimizin ayrılmaz hissəsi olan Qarabağ işğaldan azad olunacaq və Natavana həsr edilmiş bu kompozisiya Azərbaycanın əzəli və əbədi torpağı olan Şuşada səslənəcək.

  • Reanimasiyada olan xəstələrin sayı açıqlandı

    Azərbaycanda koronavirusla bağlı 14 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

    Son sutkada koronavirusa görə 7 969 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 820 002-yə çatıb.

    Reanimasiyada olan xəstə sayı 197, süni tənəffüs cihazında olan xəstə sayı 37 nəfərdir.

    Hazırkı dövrədək ölkəmizdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 024 nəfərdir.

  • Azərbaycanda benzin və dizel yanacağı istehsalı artıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,822 mlrd manat təşkil edib.

    “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 0,9% azdır.

    Hesabat dövründə 715,9 min ton həcmində avtomobil benzini, 1,304 mln ton dizel yanacağı, 14,7 min ton sürtkü yağları, 172,4 min ton neft bitumu istehsal edilib.

    Avtomobil benzini istehsalı 0,3%, dizel yanacağı istehsalı 4,4%, sürtkü yağlarının istehsalı 18,5%, neft bitumunun istehsalı 30,2% artıb.

    İlin 7 ayında ölkədə 159,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 280,3 min ton ağ neft, 41,8 min ton yanacaq mazutu, 126,9 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 6,6%, ağ neftin istehsalı 20,1%, yanacaq mazutunun istehsalı 34%, neft koksunun istehsalı 12,1% azalıb.