Month: August 2020

  • Məşhur musiqiçi vəfat edib

    İngiltərəli gitaraçı Culian Brim 88 yaşında dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, bu barədə məlumatı musiqiçinin maraqlarını təmsil edən “James Braun Management” şirkəti yayıb.

    “Təəssüflə bildiririk ki, 1933-cü il doğumlu, klassik ingilis gitaraçı və lyutnya çalan, Britaniya İmperiyası ordeninin komandoru avqustun 14-də öz evində dünyasını dəyişib”, – məlumatda bildirilib.

    Ölümünün dəqiq səbəbi açıqlanmayıb.

    Qeyd edək ki, C.Brim 20 dəfə “Qremmi” mükafatı namizədi olub. O, bu musiqi mükafatını 4 dəfə qazana bilib. İngiltərəli sənətkar son konsertini 18 il öncə – 2002-ci ildə verib.

  • Azərbaycan əhalisinin sayı açıqlandı

    Azərbaycan əhalisinin sayı məlum olub.

    Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    2020-ci il iyulun 1-i vəziyyətinə görə əhalinin sayı 10 095 900 nəfərdir.

  • Azərbaycan millisinin məşqçilərinin izləyəcəyi oyunlar bilindi

    Bu gün Premyer Liqa klublarının keçirəcəyi yoxlama oyunlarını Azərbaycan millisinin məşqçiləri də izləyəcək.

    Median.Az xəbər verir ki, bu gün keçiriləcək üç yoxlama oyunu üçün artıq məşqçilər heyəti bölünüb.

    “ASK Arena”dakı “Keşlə” – “Səbail” görüşünü baş məşqçi Canni De Byazinin özü izləyəcək.

    “Kapital Bank Arena”dakı “Sumqayıt” – “Zirə” matçında iki köməkçi – Arif Əsədov və Klaudio Belluççi iş başında olacaq.

    “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyununu isə üç məşqçi izləyəcək. Bunlar Benito Karbone, Alessandro Skaya və Dmitri Kramarenkodur.

    Qeyd edək ki, Canni De Byazi dünən “Neftçi”nin də məşq prosesini izləyib.//oxu.az

  • Həbib Nurməhəmmədov gələcək planlarından danışdı

    UFC döyüşçüsü Həbib Nurməhəmmədov idmandan getdikdən sonra siyasətə qoşulub qoşulmayacağı barədə açıqlama verib.

    Bu barədə Gazeta.ru məlumat yayıb.

    “Siyasətlə bağlı planım yoxdur. İdmançı kimi tükənməmişəm. İşi məntiqi sonluğa çatdırmaq istəyirəm. Əsas işlər qabaqdadır.

    Bütün səylərimi idmana yönəldirəm. Düşünmürəm ki, ətrafdakılara kömək etmək üçün xüsusi kabinet lazımdır”, – deyə H.Nurməhəmmədov bildirib.

  • Минобороны АР: Вся ответственность за провокации будет ложиться на военно-политическое руководство Армении

    Высказывания, сделанные представителями преступного режима, созданного Арменией на оккупированных территориях Азербайджана, не представляют никакого значения.
    Угрозы, сделанные Арменией в связи с обстрелом азербайджанского города Гянджи, являются очередной военной авантюрой противника и показателем его агрессивной политики, свидетельствующей о намерении совершить дальнейшие провокационные действия.

    Об этом говорится в заявлении Минобороны Азербайджана.

    “В ходе боевых действий в направлении Товузского района армяно-азербайджанской государственной границы подразделения азербайджанской армии решительно пресекли провокацию противника, который, обстреляв наши населенные пункты и мирных жителей, убил одного из них.

    Атаки на гражданские объекты и населенные пункты – стандартная практика вооруженных сил Армении. В ходе апрельских событий 2016 года и боестолкновений в направлении Товузского района мы стали свидетелями таких актов вооруженных сил Армении, как обстрел гражданских объектов и умышленное убийство мирных жителей.

    Мы ещё раз решительно заявляем, что азербайджанская армия имеет достаточный потенциал и способна уничтожить все огневые точки, опорные пункты и другие легитимные военные цели Армении. Любые провокации этой страны будут решительно пресечены, как это случилось в боях на товузском направлении, и вся ответственность за подобные провокации ляжет непосредственно на военно-политическое руководство Армении”, – отметили в оборонном ведомстве Азербайджана.

  • Ermənilərin Gəncəni vuracağı hədələri ilə bağlı nazirlikdən SƏRT REAKSİYA

    “Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejimin nümayəndələrinin səsləndirdiyi fikirlər heç bir mahiyyət kəsb etmir”.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı, işğalçılıq siyasətinin göstəricisidir və bu onların növbəti təxribat əməlləri törətmək niyyətindən xəbər verir.

    “Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaşayış məntəqələrimizi və dinc əhalini atəşə tutaraq bir nəfər kənd sakinini qətlə yetirən düşmən təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə alındı.

    Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması Ermənistan silahlı qüvvələrinin standart praktikasıdır. 2016-cı il aprel hadisələri, Tovuz rayonu istiqamətində baş vermiş döyüş toqquşmaları zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakinlərin qəsdən öldürülməsi kimi əməllərin şahidi olduq.

    Bir daha qətiyyətlə bildiririk ki, Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir.

    Ermənistanın hər bir təxribatının qarşısı Tovuz döyüşlərində olduğu kimi qətiyyətlə alınacaq və bu kimi təxribatların törədilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir”, – rəsmi açıqlamada deyilir.

  • Səhiyyə Nazirliyi və BMTİP pandemiya dövründə vərəm əleyhinə dərmanların satın alınması işini davam etdirir

    Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) koronavirus pandemiyası dövründə Azərbaycanın tibbi təchizat sisteminin daha da gücləndirilməsi istiqamətində birgə əməkdaşlığını davam etdirir.

    BMT-nin İnkişaf Proqramının beynəlxalq təchizat zənciri vasitəsilə, vərəmə yoluxmuş şəxslərin müalicəsi üçün yeni dərman vasitələri satın alınıb və ölkənin İnnovasiya və Təchizat Mərkəzinə təhvil verilib. Budəfəki çatdırılmada dərmana həssas və dərmana davamlı vərəm pasiyentlərinin müalicəsi üçün 5130 qutu dərman preparatı BMTİP vasitəsilə ölkəyə gətirilib.

    Sözügedən dərmanlar, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində satın alınıb.

    Layihənin məqsədi ölkədə həyati əhəmiyyətli dərman vasitələrinin satın alınması prosesinin inkişafına yardım etməkdir. Layihə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi nəticəsində ərsəyə gəlib.

    Bugünə qədər layihə, Azərbaycanda 7300-ə yaxın vərəm xəstəliyi olan şəxslərin müalicəsi üçün dərmanların satın alınmasına dəstək olub.

  • Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 100-ü keçdi: Dörd nəfər öldü – FOTO

    В Азербайджане за минувшие сутки выявлены 103 новых случая инфицирования коронавирусом, еще 221 человек вылечился и был выписан домой.

    Об этом 14 августа сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще четыре пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 34 018 человек, 504 из которых скончались, 31 490 – излечились, 2 024 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 820 002 теста (за последние 24 часа – 7 969) на COVID-19.

  • Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 100-ü keçdi: Dörd nəfər öldü – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7969 test aparılıb.

    Aktiv xəstə sayı isə 2024 nəfərdir.

  • DİN-dən “Aşura” günü ilə bağlı XƏBƏRDARLIQ

    Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, məscidlərin fəaliyyəti dayandırılıb.

    Daxili İşlər Nazirliyindən bildirilib ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən “Aşura” günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir:

    “Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”.