Month: August 2020

  • Sabah çimərliklərdə dəniz suyunun istiliyi 24 dərəcəyə yüksələcək – PROQNOZ

    Azərbaycanda avqustun 15-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 24-26, Bakıda gecə 21-23, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 18-23, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 15-19 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza görə, avqustun 15-də Abşeron yarımadasında güclənən xəzri fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Mənimsəməyə görə həbs edilən vəzifəli şəxsdən xəbər var

    Ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, bu dövrdə işləməyən şəxslər və aztəminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında neqativ hallara, təəssüf ki, hələ də rast gəlinməkdədir. Bu cür hallara qarşı prokurorluq orqanlarının ardıcıl tədbirləri davam etdirilir.

    Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, Yevlax Rayon İcra Hakimiyyətinin başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Mikayıl Əsədovun rayon ərazisində yaşayan aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam paylaması barədə rayon prokurorluğuna daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işinə başlanılıb.

    Aparılmış istintaqla Mikayıl Əsədovun Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə etməklə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam şəkildə paylayaraq mənimsəməsinə, bununla da fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

    6 avqust 2020-ci ildə Mikayıl Əsədova Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

    13 avqust 2020-ci ildə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilib.

  • İmişli sakininin evindən çoxlu sayda silah tapıldı

    İmişli sakinindən silahlar aşkarlanıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhər sakini N.Məmmədovun yaşadığı evə baxış zamanı oradan nömrəsiz “AKS-47” markalı avtomat, beş ədəd patron darağı, 167 ədəd müxtəlif çaplı patron, bir ədəd “ME-800 General” markalı qaz tapançası, bir ədəd “Agent” markalı qaz-siqnal tapançası və ona aid üç ədəd patron aşkar edilərək götürülüb.

  • Qondarma rejimin qondarma “strukturları”nın Xankəndidən Şuşaya köçürülməsi xəbərləri ilə bağlı BƏYANAT

    Ermənistan KİV-də bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin qondarma “strukturları”nın Xankəndidən Şuşaya köçürüləcəyi haqqında məlumat yayılıb.

    Məsələ ilə bağlı Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından APA-ya daxil olan bəyanatda bildirilib ki, Şuşa Azərbaycan üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik bir şəhərdir.

    “Onun əsasının qoyulmasının 270 illiyi ərəfəsində işğalçı Ermənistanın növbəti təxribat cəhdini pisləyirik. Biz belə təxribatların dəfələrlə şahidi olmuşuq. Bir müddət öncə Şuşanın Yuxarı Gövhər Ağa Məscidinin arxitekturasının təhrif edilərək, “İran məscidi”, rus kilsəsinin təhrif olunaraq “erməni kilsəsi” kimi qələmə verilməsi də bu qəbildən olan təxribatlardan idi.

    Bundan başqa, Ermənistan rəhbərliyi bir neçə ay əvvəl Şuşada qondarma “inaqurasiya” şousu təşkil etmişdi. Mütəmadi xarakter almış belə addımlar münaqişənin tənzimlənməsinə mane olmaqdan başqa heç nəyə xidmət etmir və beynəlxalq ictimaiyyət tərəfindən kəskin surətdə qınanmalıdır.

    Ermənistanın bu kimi təxribatçı və azğın əməlləri heç vaxt bizim öz ata-baba yurdlarımıza qayıtmaq əzmimizi qıra bilməyəcək. Dağlıq Qarabağın etnik təmizləməyə məruz qalmış azərbaycanlı icması torpaqlarımıza qayıdaraq Azərbaycan Respublikasının suverenliyinin təcəssümü olan qurumları təşkil edəcəkdir”, – deyə bəyanatda qeyd olunub.

  • Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

    Doqquz illik orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər “qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər.

    Dövlət İmtahan Mərkəzindən bildirilib ki, mərkəz tərəfindən 17-21 və 24 avqust tarixlərində 2020/2021-ci tədris ili üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qeydiyyatdan keçmiş abituriyentlərin qabiliyyət imtahanları keçiriləcək.

    İmtahanlar təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə keçiriləcək. Ümumilikdə 15 Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyası (YQYK) təşkil ediləcək. Səkkiz komissiya üzrə qabiliyyət imtahanları ilk dəfə olaraq onlayn keçiriləcək.

    İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Bərdə şəhərlərində yeddi binada təşkil ediləcək.

    Abituriyentlər 14-18 avqust 2020-ci il tarixlərində DİM-in saytından “qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər.

    Qabiliyyət imtahanları təsviri sənət istiqaməti ilə başladığına görə bu istiqamət üzrə imtahan verən abituriyentlərə buraxılış vərəqələrini avqustun 16-na qədər çap etmək tövsiyə olunur.

    İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

    Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

    Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    – qabiliyyət imtahanına buraxılış vərəqəsini;

    – Sağlamlıq haqqında bəyannaməni (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

    – şəxsiyyəti təsdiq edən sənədin əslini:

    a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

    b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

    – Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

    İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

    142, 143, 342-ci komissiyaları (xoreoqrafiya və rəqs müəllimliyi) seçən abituriyentlər qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağ ciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli və özləri ilə rəqs paltarı gətirməlidirlər.

    Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

    İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək bir nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir.

    Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır.

    Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

  • Bakıda kişi amansızlıqla qətlə yetirildi

    Avqustun 12-də Binəqədi rayonunda 1952-ci il təvəllüdlü Hüseyn Məmmədova naməlum şəxs (şəxslər) tərəfindən bıçaqla xəsarət yetirilməsi və bir gün sonra aldığı xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin olunub.

    Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Hərbi cinayətlərlə bağlı RƏSMİ AÇIQLAMA

    “2020-ci ilin birinci yarımilində qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə, ümumilikdə 37 faiz azalıb”.

    Bunu Oxu.Az-a Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev bildirib.

    Onun sözlərinə görə, hesabat dövründə hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə və fərarilik cinayəti, ümumiyyətlə, qeydə alınmayıb.

  • В Азербайджане бывший министр получил новую должность – ФОТО

    Бывший министр связи и высоких технологий Али Аббасов назначен на новую должность.

    В соответствии с приказом президента Национальной академии наук АР (НАНА) Рамиза Мехтиева, он стал его советником.

    Как заявили агентству в НАНА, приказ о назначении был подписан 13 августа.

    До последнего времени А.Аббасов являлся директором ООО “Парк высоких технологий”.

  • Azərbaycanda keçmiş nazirə yüksək vəzifə verildi – FOTO

    Azərbaycanda keçmiş nazirə yeni vəzifə verilib.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev əmr imzalayıb.

    Əmrə əsasən, Əli Abbasov AMEA-nın prezidentinin müşaviri vəzifəsinə təyin olunub.

    AMEA-dan Oxu.Az-a bildirilib ki, Ə.Abbasov ötən gün müşavir təyin edilib.

    O, bundan əvvəl “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsində çalışıb.

    Qeyd edək ki, Ə.Abbasov Rabitə və Yüksək Texnologiyalar naziri olub.

  • Azərbaycanda İrandan gələn əcnəbinin bel çantasında narkotik tapıldı

    Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda İrandan ölkəmizə gələn Gürcüstan vətəndaşının idarə etdiyi MAN markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, nəqliyyat vasitəsi Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə yoxlanılıb.

    Yoxlama zamanı sürücüyə məxsus qara rəngli bel çantasının içərisində, astarın alt tərəfində gömrük nəzarətindən gizlədilən şəffaf rəngli sellofana bükülü beş ədəd bağlamada ümumi çəkisi 1 kiloqram 115 qram kəskin iyə malik narkotik vasitə – marixuana aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.