Month: August 2020

  • Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

    Avqust ayının 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

    Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

  • Армяне обстреляли азербайджанские позиции из крупнокалиберных пулеметов

    Подразделения вооруженных сил Армении, используя крупнокалиберные пулеметы, в течение суток нарушили режим прекращения огня в различных направлениях фронта 29 раз.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций в селах Айгепар, Мосесгех, Чинари Бердского и на безымянных высотах на территории Чамбаракского районов Армении подверглись обстрелу позиции азербайджанской армии в селах Алибейли, Агдам, Коханеби, Асрик Джырдахан Товузского и на безымянных высотах на территории Гедабейского районов.

    Оборонное ведомство отмечает, что обстрел также велся с позиций, расположенных близ оккупированных сел Гейарх, Чилябюрт – Тертерского, Ашагы Сейидахмедли, Горадиз – Физулинского, Нюзгяр – Джебраильского и на безымянных высотах на территории Геранбойского и Агдамского районов.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin, Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Число инфицированных коронавирусом в мире превысило 21 000 000

    Число инфицированных коронавирусом в мире достигло 21 068 666.

    От коронавируса в мире скончались 757 444 человека, выздоровели – 13 920 144.

    По числу зараженных лидируют Северная Америка (6 314 111), Азия (5 302 790) и Южная Америка (4 980 682).

    Среди стран наибольшее число инфицированных зафиксировано в США (5 415 666).

    На 2-м месте по этому показателю находится Бразилия (3 229 621), на 3-м – Индия (2 459 613), на 4-м – Россия (907 758), на 5-м – Южная Африка (572 865).

    Китай, ставший первым государством, в котором распространилась коронавирусная инфекция, находится на 32-м месте (84 786).

    В Иране выявлено 336 324 случая инфицирования COVID-19, в Турции – 245 635, в Армении – 41 023, в Грузии – 1 283.

    В Азербайджане коронавирусом на сегодня заразились 33 915 человек. 31 269 пациентов выздоровели, 500 – скончались.

  • Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi

    Dünyada koronavirus 21 068 666 nəfərdə aşkar edilib.

    Virusdan 757 444 nəfərin öldüyü, 13 920 144 nəfərin sağaldığı məlumdur.

    Dünyada koronavirusun ən çox yayıldığı ölkələr ABŞ (5 415 666 nəfər), Braziliya (3 229 621 nəfər), Hindistan (2 459 613 nəfər), Rusiya (907 758 nəfər) və Cənubi Afrikadır (572 865 nəfər).

    Koronavirusun ilk yayıldığı Çin 84 786 yoluxma ilə siyahıda 32-cidir.

    Sərhəd qonşularımızdan İranda koronavirus 336 324, Türkiyədə 245 635, Ermənistanda 41 023, Gürcüstanda 1 283 nəfərdə qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxmuş 33 915 nəfərin 31 269-u sağalıb, 500-ü ölüb.

  • Daha bir ölkə koronavirus vaksinini təqdim edəcək

    Almaniyada koronavirusa qarşı peyvənd yaxın aylarda hazır ola bilər.

    “İzvestiya” agentliyi xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Yens Şpan ZDF telekanalına açıqlamasında bildirib.

    Y.Şpan peyvəndin immuniteti hansı müddətə qədər müdafiə edə biləcəyi barədə dəqiq bir söz deməyə çətinlik çəkdiyini qeyd edib.

  • Koronavirus peyvəndi yeridilmiş könüllülərdə immunitet saxlanılıb

    Könüllülərə peyvənd vurulmasından beş ay sonra immunitet yaxşı səviyyədə saxlanılıb.

    Gazeta.ru-nun məlumatına görə, bu sözləri Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Gintsburq deyib.

    “Beş aydan sonra immunitetin vəziyyəti yaxşıdır və faktiki olaraq istənilən dozada COVID-19-a qarşı effektliliyə zəmanət verən yüksək anticisim səviyyəsinə uyğundur”, – deyə A.Gintsburq bildirib.

  • Vilayət Eyvazovdan yeni təyinat

    Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

    APA xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, genral-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis kapitanı Bəybalayev Emin Xanəhməd oğlu Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin Avtomobil Nəqliyyatı Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

    E.Bəybalayev bundan əvvəl Maddi Texniki Təminat Baş idarəsinin Avtomobil Təsərrüfatının mühəndisi vəzifəsində işləyib.

  • Belarus DİN rəhbəri etiraz aksiyalarında təsadüfən xəsarət alanlara görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib

    Belarus Daxili İşlər naziri Yuri Karaev prezident seçkilərindən sonra baş verən etiraz aksiyalarında təsadüf üzündən xəsarət alanlara görə məsuliyyəti öz üzərinə götürdüyünü və buna görə üzr istədiyini bildirib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə nazir “ONT” telekanalına açıqlamasında deyib.

    DİN rəhbəri istintaq təcridxanalarından ilk növbədə jurnalistlərin buraxılmasını tələb edib.

    O, seçkilərdən sonra 5 gün davam edən ölkədəki mövcud vəziyyəti inqilab hesab etmədiyini diqqətə çatdırıb.

  • В Абшеронском районе сбита насмерть 56-летняя женщина

    На территории поселка Новханы Абшеронского района произошло дорожно-транспортное происшествие.

    Как передает местное бюро АПА, автомобиль сбил уроженку Нахчывана Алекберову Тарлан Гамбар гызы 1964 г.р.

    Женщина скончалась на месте происшествия от полученных травм. Водитель автомобиля скрылся с места происшествия.

    Проводятся оперативно-следственные меры по выявлению и задержанию водителя, совершившего ДТП.