Month: August 2020

  • “Azneft” dairəsində ağır qəza, xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə “Azneft” dairəsində qeydə alınıb.

    İki minik avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Quliyev Raul Abbasqulu oğlu müxtəlif bədən xəsarətləri alib.

    Yaralı əraziyə çağırılan təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Polis Oğuzda reyd keçirdi – FOTO

    Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı tədbirləri davam etdirir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı bir neçə obyektdə karantin rejiminin qayda və tələblərinin pozulduğu müəyyən edilib.

    Mağazalarda bəzi satıcı və müştərilərin sosial məsafəni gözləmədikləri, eləcə də tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Həmin şəxslər barəsində İnizbati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilərək, onlar cərimələniblər.

  • Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs edildi

    “İnstagram” sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabad Rayon Polis Şöbsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Cəlilabad rayon Hacıismayıllı kənd sakini Şahin Şahmarlı saxlanılıb.

    Həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Şahin Şahmarlının mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

    Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən Şahin Şahmarlı İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs cəzası tətbiq edilib.

  • Azərbaycanlı kriminal avtoritet öldürüldü

    Median.Az report-a istinadla xəbər verir ki, Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə “Maqa” ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan olan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb.

    Hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib.

    Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

    Saxlanılanlar arasında Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü, əslən Astara rayonundan olan Ağayev Cavid adlı azərbaycanlı da var.

  • Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

    Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, şəxsiyyəti məlum olmayan qadını avtomobil vurub.

    Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Piyadanı vuran avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb.

    Ölən qadının şəxsiyyəti və hadisənin törədən sürücünün müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

    Meyit aidiyyəti üzrə təhvil verilib.

  • Число случаев COVID-19 в мире выросло на 276 тысяч за стуки

    Количество случаев заражения коронавирусом в мире возросло за последние сутки более чем на 276 тысяч, скончались еще свыше 6,9 тысяч человек.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом следует из данных Всемирной организации здравоохранения (ВОЗ).

    По информации ВОЗ, за последние 24 часа в мире зарегистрировали 276 398 новых случаев заражения, скончались еще 6 933 пациента с COVID-19.

    Общее число случаев заражения, таким образом, достигло 20 439 814, скончались 744 385 зараженных.

  • Dünyada COVID-19-a 276 min yeni yoluxma aşkarlanıb

    Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artıb.

    Median.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Belə ki, son 24 saatda dünyada koronavirusa 276 mindən çox yeni yoluxma və 7 minə yaxın ölüm faktı qeydə alınıb.

    Qeyd edilir ki, dünyada COVID-19-a yoluxanların sayı 20 439 814-ə, ölənlərin sayı isə 744 385-ə çatıb.

    Son bir gündə yeni yoluxmaların sayı 276 398 təşkil edib, bununla yanaşı, daha 744 385 insan pandemiyanın qurbanı olub.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.

  • Государство выводит новостройки из тени

    Указ Президента Азербайджана Ильхама Алиева об упрощении выдачи разрешения на эксплуатацию ряда многоквартирных зданий, подписанный главой государства 19 февраля этого года, полностью меняет картину на жилищном рынке страны. Данный Указ устранил существовавшие ранее препятствия, создал условия для десятков тысяч граждан, купивших квартиру в новых домах, получить документы на свое недвижимое имущество.

    Необходимо отметить, что со дня подписания Указа в 279 жилых домах в городе Баку, построенных различными жилищно-строительными кооперативами (ЖСК), через Государственную Службу по вопросам имущества при Министерстве экономики, обладатели 22,322 квартир в настоящее время получили электронные выписки на право собственности.


    Однако, существуют и некоторые объективные трудности. Из-за того, что девелоперские компании, ранее осуществляющие строительство 44 жилых зданий в Баку, изначально выбрали неверную организационно-правовую форму, произошел определенный перерыв в оформлении документации для квартир в этих домах. Исходя из требований соответствующего Указа, было принято решение зарегистрировать право собственности на квартиры в зданиях, построенных обществами с ограниченной ответственностью, на основании существующих документов, указанных в ЖСК. Благодаря этому, были созданы условия для выдачи правоустанавливающих документов на 16,595 квартир. К концу текущего года планируется полностью завершить выдачу электронных выписок на право собственности в упомянутых домах. Для этого владельцам квартир нужно всего лишь подать комплект соответствующих документов в мобильные отделения Службы Государственного реестра недвижимого имущества, которые будут работать в районе расположения домов на специальных автобусах в заранее объявленные сроки.


    Чтобы сделать процесс более гибким и удобным для граждан с учетом условий пандемии, мобильный прием документов проходит два раза в неделю по заранее заявленным адресам, согласно установленному графику.

    Первая, такая мобильная приемная состоялась 24 июля 2020 года, и уже побывала по 7 адресам. После того, как закончится регистрация квартир в новостройках, разрешенных к использованию в Баку, процесс продолжится в Хырдалане, Евлахе, Гяндже и других городах.

    Отметим, что с периода осуществления выдачи электронной выписки Службой Государственного реестра недвижимого имущества на право собственности, значительно модернизировался процесс регистрации квартир.


    Кроме прочего, введение электронных выписок из государственного реестра недвижимого имущества позволило устранить прямые контакты между чиновниками и гражданами, а также значительно ускорить процедуры подтверждения прав собственности и продажи.

    Ранее собственник должен был получить бумажное свидетельство (так называемую “форму 1”), далее заверить его у нотариуса, после чего проходила регистрация приобретенного имущества. Все это приводило к значительным потерям времени и, соответственно, определенным финансовым издержкам. С вводом электронных услуг все эти этапы были значительно упрощены. Это говорит о том, что излишняя бюрократия и бумажное делопроизводство скоро канут в лету, но, несмотря на это, предстоит большая работа по адаптированию в электронный формат многих услуг, оказываемых в сфере недвижимости. Главное, что первые шаги уже сделаны.

  • Bakıda avtomobil piyadanı vurdu

    Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

    Belə ki, yolu keçən 1983-cü il təvəllüdlü Kərimov Anar Rafail oğlunu avtomobil vurub. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili 37 yaşlı piyadanı xəstəxanaya aparıb.

    Müayinə zamanı ona sağ baldır sümüyünün yerdəyişən sınığı, oturaq və incik sümüklərinin sınıqları diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır

  • Flora Kərimova: “Bunu utana-utana deyirəm…”

    “Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram. Bir-iki ildir anladım. Buna inanmayacaqsınız, amma həqiqətən belədir”.

    Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Kinomən” proqramında deyib. Sənəti ilə bağlı suallara bu cür cavab verən müğənni tərifi sevmədiyini söyləyib:

    “Bunu utana-utana deyirəm: nə filmə, nə televizora baxa bilirəm. Təriflərdən zəhləm gedir. Gözümün önündə o qədər səmimiyyətdən uzaq komplimentlər deyilib ki… Səhnə arxasında isə o müğənnini yıxıb-sürüyüblər. Adam rəhmətə gedib deyə adını çəkmirəm. Onun səhnə davranışında, görünüşündə, danışığında, oxumağında…

    Balaca olanda səhnəyə çıxanda deyirdilər, nələr etdin, səndən yoxdur. Özümü itirirdim, qaçırdım. Birdən-birə ikiüzlülük gördüm. Nə ailədə, nə evdə görmüşdüm”.