Month: August 2020

  • В Азербайджане сегодня начинается электронный перевод учащихся школ

    Сегодня, 12 августа, в Азербайджане начинается процесс электронного перевода учащихся из одной школы в другую.

    Об этом говорится в сообщении Министерства образования.

    Согласно информации, для использования электронной системы перевода необходимо пройти регистрацию на портале www.sy.edu.az.

    Осуществление перевода школьников в подобном порядке способствует более прозрачной организации контактов родителей с учебным заведением.

  • Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır

    Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

    Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

    Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

  • В Азербайджане при строительстве дороги обнаружен исторический памятник – ВИДЕО

    В соответствии с распоряжением Президента Азербайджана Ильхама Алиева, в Исмаиллинском районе началось строительство автомобильной дороги.

    Как передает Baku TV, работе тяжелой техники в окрестностях села Кюрдюван помешали большие камни, которые оказались частью исторического памятника.

    Местный житель Аликрам Исмаилов проинформировал о находке главу Исполнительной власти (ИВ) района и представителей Госслужбы по охране, развитию и восстановлению культурного наследия Минкультуры, которые осмотрели территорию.

    Здесь было обнаружено большое количество древней керамической посуды. На одной из находок имеются надписи на арабском языке.

    В числе обнаруженных предметов – кувшины, чаши, тарелки и несколько ламп, а также множество украшений, датируемых I-III веками нашей эры.

    Кроме того, здесь найдены различные монеты эпохи Ильханидов.

    Подробнее – в видеорепортаже Baku TV.

  • Azərbaycanda yol tikintisi 20 əsrlik abidələri üzə çıxardı – VİDEO

    Prezident İlham Əliyevin 31 iyul 2020-ci il tarixli sərəncamına əsasən, İsmayıllı rayonu ərazisində avtomobil yolunun tikintisinə başlanılıb.

    Baku TV xəbər verir ki, yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı böyük daş parçaları ağır texnikanın hərəkətinə mane olub.

    Ortaya çıxan tikili isə hər kəsin marağına səbəb olub. Kərpic tikililər və hörgülər tapılan tarixi abidənin əsasını təşkil edir.

    Kənd sakini Əlikram İsmayılov Rayon İcra Hakimiyyətinin başçısı və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə nümayəndələrinə məlumat verib. Aidiyyəti qurum üzvləri əraziyə və tarixi tapıntılara baxış keçirib.

    Əraziyə ilkin baxış zamanı antik dövrə aid xeyli sayda dulusçuluq qabları və bəzək əşyaları tapılıb. Aşkarlanan maddi mədəniyyət nümunələrindən birinin üzərində ərəbcə yazıların olduğu bildirilib.

    Bundan əlavə, eramızın I-III əsrlərinə aid dolça, su qabları, boşqablar və bir neçə lampa, xeyli sayda bəzək nümunələri aşkarlanıb. Eyni zamanda, ərazidən Elxanilər dövrünə aid müxtəlif pul vahidləri də tapılıb.

    Rayon İcra Hakimiyyətinin başçısı əraziyə baxış keçirib, tarixi tapıntılarla yerindəcə tanış olub.

    Kürdüvanın da daxil olduğu Basqal inzibati ərazi dairəsində yeddi məscidin olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, onlardan biri əvvəllər məhz bu ərazidə yerləşib.

    Artıq nadir tapıntıların aşkarlandığı yerdə tikinti işləri dayandırılıb, oraya aparan yollar xüsusi lentlə bağlanıb. Polis əməkdaşları tərəfindən ərazinin mühafizəsi təmin edilib.

  • Tornado onlarla turistə xəsarət yetirdi – VİDEO

    Çinin şimalında güclü tornado nəticəsində onlarla insan xəsarət alıb.

    “Sinxua” agentliyi xəbər verir ki, təbii fəlakət turistlərin çox olduğu Daxili Monqolustanda Dalaynor gölünə yaxın ərazidə baş verib.

    Qasırğa yüzlərlə yurdu dağıdıb. 33 nəfərin yaralandığı, üçünün vəziyyətinin ağır olduğu bildirilir.

  • Goranboyda intihar hadisəsi olub

    Goranboy rayon Yoluqulular kəndində qadın intihar edib.

    “Report”un məlumatına görə, Goranboy rayon Yoluqulular kənd sakini olan orta yaşlı qadın özünü asaraq intihar edib.

    Onun hansı səbəbdən intihar etdiyi hələ ki, məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu il bölgələrdə səkkiz yeni bərpa mərkəzi açılacaq

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

    Nazirlikdən verilən məlumata görə, mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, mərkəzin əməkdaşları, əlilliyi olan şəxslər iştirak ediblər.

    C.Əbdül-Qədirov əlilliyi olan şəxslərin, tibbi-sosial reabilitasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, dövlət başçısının tapşırığına əsasən, ölkədə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində aparılan işləri diqqətə çatdırıb.

    2019-cu ilin sonlarında Yevlax və Naftalan Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini deyib. Onların hər birində yüksək səviyyəli reabilitasiya şəraiti yaradıldığını qeyd edib.

    C.Əbdül-Qədirov bildirib ki, bu il Sumqayıt, Xaçmaz, Şəki, Şirvan şəhərlərindəki Regional Bərpa Mərkəzlərinin, Şağan Əlilliyi olan şəxslərin Müalicə Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi nəzərdə tutulub.

    Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzləri şəbəkəsinin respublikamızın bölgələri üzrə genişəndirilməsi də nəzərdə tutulur. Bu məqsədlə cari ildə Şəmkir və Qəbələ rayonlarında da bu ilin Uşaq Bərpa Mərkəzlərinin açılması planlaşdırılır.

    Ümumilikdə bu il səkkiz yeni bərpa mərkəzinin açılması nəticəsində reabilitasiya xidmətləri göstərilənlərin illik sayı iki dəfə artaraq 28 minə çatacaq.

    Tədbirdə əlilliyi olan şəxslər onlara yönələn sosial müdafiə tədbirlərinin gücləndirilməsinə, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və bərpa imkanlarının artırılması sahəsində görülən mühüm işlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

    Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.

    Yeni istifadəyə verilən müəssisədə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə il ərzində 350 əlilliyi olan şəxsə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.

    Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib.









  • Pandemiyada müsbət dəyişikliyin davam etməsi üçün nə etməliyik? – VİDEO

    Son günlər ölkədə koronavirusa yoluxmada müsbət tendensiya yaşanır.

    Baku TV xəbər verir ki, dünənin statistikasına əsasən, koronavirusa yoluxma 79 nəfər təşkil edib.

    Təbii ki, bu müsbət nəticə qaydalara əməl edən vətəndaşların hesabına əldə olunub.
    Statistikanın iki rəqəmliyə düşməsi həm də karantin rejimində yumşalmalara gətirib çıxardı. Bir çox sahələrin fəaliyyəti bərpa olundu, digərlərinin açılması isə növbəti günlər üçün planlaşdırılır.

    Mütəxəssislər isə qazanılan müsbət nəticəyə arxayınlaşmamağı, bu dinamikanı olduğu kimi saxlamaq üçün karantin qaydalarına əməl etməyi məsləhət görür.

    Ətraflı süjeti təqdim edirik:

  • Qəbələdə avtomobil yeniyetməni xəstəxanalıq etdi

    Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə rayonun Mirzəbəyli kəndində qeydə alınıb.

    Belə ki, 2007-ci il təvəllüdlü Xəlilli Fərrux Radil oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Государственный комитет о скандальной книге для детей – ЗАЯВЛЕНИЕ

    Книга под названием “Приключения гуся и голубя”, не отвечающая специфике детской литературы и ее требованиям, но рассчитанная на детскую аудиторию, вызвала обоснованную критику читателей и пользователей в СМИ и социальных сетях.

    Как сообщили в Госкомитете по проблемам семьи, женщин и детей, в книге поэтессы Айгюн Бал, называющей себя членом Союза писателей Азербайджана, не учитываются возрастные особенности детей, а также дидактическая и воспитательная значимость выбранной темы.

    “Несомненно, детская литература, будучи неотъемлемой частью художественной литературы, является одним из средств воспитания и формирования литературных вкусов нового поколения. По этой причине каждый образец подобной литературы, помимо положительного влияния на формирование детей, также должен быть написан в контексте и стиле, соответствующих их психологии и интересам.

    В вышеупомянутом печатном издании используются выражения, способные отрицательно повлиять на малолетних детей, и поэтому использование данного пособия не соответствует требованиям законодательства Азербайджанской Республики.

    Так, информация, дискредитирующая институт семьи, включается в список информации, запрещенной для детей. Согласно статье 4 закона “О защите детей от вредоносной информации”, распространение таких информационных продуктов среди детей запрещено. Также, вопреки требованиям этого закона, данная книга была опубликована без заключения экспертов”, – говорится в информации.

    В Госкомитете отметили, что по данному факту будут приняты меры в соответствии с законодательством.